E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə7/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   2   3   4   5   6   7   8   9   10   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________24___________________________ 
 
2003), Fransua Perru (1903-1987), Yan Tinbergen (1903-
1994)  və  başqaları  məşğul  olmuş,  bu  sahəyə  öz  tövhələrini 
vermişlər. 
 
Pitirim Aleksandroviç Sorokin 
 
Andrey Dmitreviç Saxarov 
 
 
İndiki  zamanda  bəzi  xarici  ölkələrdə  bir  neçə  siyasi 
partiyanı da “Konvengensiya” adlandırırlar. 
 
Qlobal  informasion  infrastrukturun  inkişafı  biznesin 
aparılması şərtlərini köklü surətdə dəyişdirmişdir. 
Elektron  biznes  şirkətlərə  yeni  artım  və  təkmilləşmə 
yolları  təklif  edir.  Təkmilləşmə  əməli  fəaliyyət  konsepsiyasının 
dəyişdirilməsi  və  müştərilərlə  daha  sıx  qarşılıqlı  münasibətlər 
yaratmaq  hesabına  əldə  edilir.  Elektron  biznesin  iqtisadi  əsası 
auditoriyanın kəskin şəkildə genişləndirilməsindən, marketinqin 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________25___________________________ 
 
səmərəliliyinin  artırılmasından,  bütün  növ  məhsul  və  ya 
xidmətlərin alqı-satqısının sürətləndirilməsindən ibarətdir.  
Elektron  biznes  işgüzar  tsikllərin  müddətinin  ixtisar 
edilməsi,  əsas  iqtisadi  fəaliyyət  proseslərinə  çəkilən  xərclərin 
azaldılması,  müştəriyə  göstərilən  xidmətlərin  keyfiyyətinin 
yüksəldilməsi  və  bu  yolla  bazarda  xüsusi  çəkinin  artırılması 
hesabına    şirkətin  fəaliyyət  nəticələrinə  əhəmiyyətli  təsir 
göstərir.  Elektron  biznes  təkcə  xalis  texnoloji  məsələlərlə 
məhdudlaşmır, gerçəklikdə istənilən təşkilatın iqtisadi fəaliyyət 
strategiyasının fundamental elementlərinə ciddi təsir göstərir. 
Yeni  dəyər  əlavə  edilməsi  zəncirlərinin  formalaşdırılması 
konkret  təşkilatın  elektron  biznesinin  inkişaf  strategiyasını 
işləyib hazırlamağı nəzədə tutur. 
Bu inkişaf strategiyası aşağıdakıları əhatə edir: 

 
Elektron biznes bazarının iqtisadi vəziyyətinin təhlili; 

 
Şirkətin  elektron  biznesinin  kamilliyi  dərəcəsinin 
diaqnostikası; 

 
Elektron 
biznes 
bazarına 
çıxış 
strategiyasının 
formalaşdırılması. 
Şirkətin  elektron  biznes  aparmaq  səviyyəsinə  çıxış 
strategiyası hazırlanarkən ilk növbədə aşağıdakı məsələlər həll 
edilməlidir: 

 
Biznesin  aparılması  üçün  lazım  olan  informasiyanın 
alınması xərclərinin azaldılması; 

 
İnformasion  infrastruktura  inteqrasiyanı  təmin  edən 
hazırlanması, istismarı və dəstəklənməsi; 

 
Biznes-partnyorlarla  və  müştərilərlə  qarşılıqlı  fəaliyyəti 
kimi  iki  sferada  elektron  biznesin  məzmununun 
formalaşdırılması; 

 
Hər iki sferada biznesin səmərəliliyinin yüksəldilməsi.  


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________26___________________________ 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________27___________________________ 
 
ELEKTRON BİZNES SFERASINDA 
BİZNES-HƏLLƏRİN KOMPONENTLƏRİ 
 
Hər cür biznes-həllin ümumi cəhəti tələb olunan zamanda 
və  münasib  qiymətə  seçilmiş  məqsədli  auditoriyaya  lazımi 
informasiya-texnoloji  təklif  təqdim  etməkdən  ibarətdir.  Bu 
həllin  xarakteristikasını  tərtib  etmək,  yəni  məzmununu,  funk-
siyasını, əsas proseslərini təsvir etmək lazımdır. İnformasiyanın 
alınması  və  emalını  və  həllin  etibarlı  icrasını  təmin  etməkdən 
ötrü  qarşılıqlı  fəaliyyətin  bütün  standart  texnologiyaları  üçün 
məcburi  əməllər  daxil  etmək  tələb  olunur.  Elektron  biznesin 
aparılmasının  təhlükəsizliyinin  təmin  edilməsi  ixtisaslaşdırılmış 
həllər tələb edən ayrıca problemdir. 
Açıq  sistem  arxitekturasına  əsaslanan,  yüksək  çeviklik, 
təkmilləşdirmə və minimal xərclərlə fəaliyyət göstərmək imkanı 
təmin edən həll İnternet texnologiyaları üçün adi həlldir. Lakin 
açıq  sistem  standartları  informasion  infrastruktura ümumi 
əlçatanlıq  təmin  etməklə  yanaşı,  həm  də  rəqiblərin,  kriminal 
(cinayətkar)  strukturların  və 
xakerlərin  destruktiv  (pozucu) 
əməlləri  üçün  də  əlçatan  olur.  Bununla  belə,  elektron  biznes 
üçün  verilən  həll,  ilk  növbədə,  iqtisadi  məsələlərin  həllini 
nəzərdə  tutur.  Həllin  texniki  tərəfi  də  olduqca  vacib  olsa  da, 
ikinci yerdədir. 
 
QEYD:  Lap  əvvəllər  xaker  baltadan  istifadə  etməklə 
mebel düzəldən şəxsə deyirdilər. Xaker ingiliscə hacker - to 
hack  sözündən  törəmədir, 
doğramaq,  parça-parça  etmək, 
didib  tökmək  anlamını  verir.  Xaker  sözü  əsasən  hesablama 
texnikası  və  proqramlaşdırma  sahəsində  geniş  istifadə 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________28___________________________ 
 
olunur. 
Əvvəllər  tərtib  olunmuş  proqramlarda  buraxılmış 
səhvləri düzəldən şəxsləri 
xaker adlandırırdılar. Sonralar, XX 
əsrdən  başlayaraq  söz  daha  da  məşhurlaşır  və  pis  niyyətlə 
(qərəzli)  tərtib  olunmuş  proqramlara  daxil  olmaqla  onları 
korlayan “
kompüter oğru”larını xaker adlandırırlar. 
 
Sahibkarlıq  strukturlarının  elektron  biznesə  keçməsi  ilə 
əlaqədar  işlərin  başlanğıc  mərhələsində  həll  edilən  əsas 
məsələ: 

 
İnvestisiya planı; 

 
İstehlakçıya  təqdim  edilən  məhsul  və  ya  xidmətlərin 
siyahısı; 

 
Həmin məhsul və ya xidmətlərə qarşı qoyulan tələblər; 

 
Sistemin konseptual arxitekturası; 

 
Təqdim  edlən  həlli  reallaşdıran  sistemin  fəaliyyət 
göstərməsi  üçün  tələb  olunan  əsas  proseslərin  təsviri 
kimi iqtisadi həllin əsas bloklarının formalaşdırılmasından 
ibarətdir. 
Bu mərhələdə qəbul edilən həllər şirkətin yüksək səviyyə 
menecerləri  tərəfindən  qəbul  edilir  və  səlahiyyətli  bölmələr 
tərəfindən həyata keçirilir. 
Elektron  biznes  sferasında  qurulan  müasir  biznes-həll 
qarşısında  qoyulan  əsas  tələblərdən  biri  məhsul  və  ya 
xidmətlər 
üçün 
dəyər 
əlavə 
edilməsi 
zəncirlərinin 
formalaşdırılması  proseslərinin  təkmilləşdirilməsinə  kömək 
edən  konkret  həlldə  iqtisadi  səmərəli  ideyaların  cəld 
reallaşdırılmasından  ibarətdir.  Elektron  biznes  layihəsinin 
uğurla  həyata  keçirilməsi  üçün  aşağıdakı  əsas  suallara  aydın 
cavablar almaq lazımdır: 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə