E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə15/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________52___________________________ 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________53___________________________ 
 
SATINALMALARIN ELEKTRON İDARƏ 
EDİLMƏSİ 
 
Son  illər  ərzində  satınalmaların  idarə  edilməsi  məsələləri 
bütün  dünyada  həm  kommersiya,  həm  də  dövlət  təşkilatları 
rəhbərlərinin  diqqətini  daha  çox  cəlb  etməyə  başlamışdır. 
Yüksək səviyyə rəhbərləri arasında belə bir fikir formalaşmışdır 
ki,  mənfəətin  artırılması  üçün  təkcə  iqtisadi  təcrübədə  geniş 
tətbiq  edilən  satış  və  dövrüyyənin  artırılması  kimi  ənənəvi 
üsullar  deyil,  həm  də  müəssisə  fəaliyyətinin  daxili  xərclərinin 
azaldılması  yolu  da  vardır.  Daxili  xərclərin  azaldılmasının  ən 
səmərəli  üsullarından  biri  kiberfəza  imkanlarından  istifadə 
etməklə satınalmalar sisteminin təkmilləşdirilməsidir.  
Son  zamanlaradək  bu  məsələnin  həlli  üçün  əsasən 
elektron sənəd mübadiləsi (
Electronic Document Interchange -
EDI) texnologiyasına əsaslanan vasitələrdən istifadə edilirdi. Bu 
texnologiya kifayət qədər çevik və təhlükəsiz həlləri təmin etsə 
də,  nisbətən  geniş  miqyaslarda  çox  mürəkkəbləşir  və  baha 
başa  gəlir.  İnternetin  meydana  gəlməsi  və  inkişaf  etməsi, 
xüsusən 
də 
İnternet/İntranet-texnologiyaların 
işlənib 
hazırlanması 
satınalmaların  elektron  idarə  edilməsi  (e-
Procurement)  adlanan  yeni  həllər  sinfinin  yaranması  ilə 
nəticələnmişdir.   
Təcrübəli menecerlərə yaxşı məlum olan bir qayda vardır: 
məhsul 
və 
ya 
xidmətlərin 
satınalmalarının 
bütün 
tranzaksiyalarının  80%-i  tranzaksiyaların  ümumi  dəyərinin 
20%-ni  təmin  edir  (Bu  qaydaya  görə,  alimlərin  20%-i yeni 
ideyanın  yaradıcısı,  80%-i  yayıcısıdır).  Hər  biri  ayrılıqda 
nisbətən  az  dəyərə  malik  olsa  da,  böyük  miqdarda  satın 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________54___________________________ 
 
alındığından,  məhsul  və  ya  xidmətlərin  satınalmaları  ilə  bağlı 
qaimə  xərclərinin  azaldılması  müəssisə  miqyasında  böyük 
əhəmiyyət kəsb edir.  
Müxtəlif  sənaye  sahələrini  təmsil  edən  aparıcı  şirkətlərin 
çoxu  satınalmaların  elektron  idarə  edilməsindən  istifadəyə 
üstünlük verirlər. 
Satınalmaların  elektron  idarə  edilməsinin  təşkili  üzrə 
məsləhətçi-konsaltinq  xidməti  göstərməyə  başlayan  ilk 
şirkətlərdən  biri 
PriceWaterhouseCoopers  şirkəti  olmuşdur. 
Hal-hazırda bu şirkət elektron biznesin qlobal miqyasda inkişaf 
etdirilməsi  təşəbbüsü  ilə  çıxış  edərək  dünyada  satınalmaların 
idarə  edilməsinin  avtomatlaşdırılması  üzrə  fəaliyyət  göstərən 
bütün  layihələşdirici  qurumlarla  sıx  münasibətlər  qurmağa 
çalışır.  
Satınalmaların  elektron  idarə  edilməsi  sisteminin 
qurulması  xərclərinin  azaldılması  məqsədilə  bir-neçə  sifarişçi 
birləşə  bilir.  Bu  sistemin  hər  bir  sifarişçi  üçün  ucuz  başa 
gəlməsindən ötrü hərə öz malgöndərənini sistemə daxil edərək 
qalan  sifarişçilər  üçün  seçim  imkanını  genişləndirirlər.  Bir-biri 
ilə  kooperasiya  əlaqəsinə  girməklə  müəssisələr  birgə  sifariş 
hazırlayıb müəyyən güzəştə nail ola bilirlər.  
Satınalmaların  elektron  idarə  edilməsi  sisteminin 
tətbiqində insan amili vacib rol oynayır. Sistemin gerçək xeyir 
gətirməyə  başlaması  üçün  elə  şərait  yaradılmalıdır  ki, 
əməkdaşların  bu  sistemdən  istifadə  edilməsinə  marağı  olsun. 
Xüsusən  də  lazımi  məhsul  və  xidmət  göndəricilərinin  “seçim” 
ənənəsinin  kristallaşdığı  hallarda  bu,  daha  böyük  əhəmiyyət 
daşıyır.  Satınalmaların  elektron  idarə  edilməsi  sistemi 
özlüyündə  müəssisədə  birbaşa  xərclərin  azaldılmasını  təmin 
etmir,  bu  sistem  yalnız  menecerlərin  fəaliyyətinə  və  qəbul 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________55___________________________ 
 
etdikləri  qərarlara  nəzarət  etmək  alətidir.  Alətdən  istifadənin 
səmərəliliyi  rəhbərliyin  bu  istiqamətdə  həvəsləndirmə 
bacarığından çox asılıdır. 
Hal-hazırda satınalmaların elektron idarə edilməsi 3 əsas 
sinfə bölünür: 
1.Elektron kataloqlar və məlumat aqreqatorları sistemi; 
2.Qarşılıqlı, müqabil sifarişlər axtarışı sistemi; 
3.Elektron tender sistemi.  
Tipik
  kataloq  malgöndərənlərin  məhsullarını  toplu  halda 
birləşdirir  və  alıcıya  imkan  verir  ki,  müəyyən  kriterilər  üzrə 
lazımi məhsulu və ya xidməti qlobal axtarış tətbiq etməklə tapa 
bilsin.  Bir  qayda  olaraq,  kataloq  bu  sahədə  ixtisaslaşdırılmış 
şirkət tərəfindən yaradılır və aktual vəziyyətdə saxlanır ki, buna 
da  universal  müştəri  olan  brauzerin  köməyi  ilə  İnternet 
infrastrukturundan 
istifadə 
etməklə 
müraciət 
edilir. 
Satınalmaların  elektron  idarə  edilməsi  texnologiyasından 
istifadə  edən  müəssisələr  elektron  kataloqa  abunəçi  olaraq 
sözügedən sistemin yaradılması və istismarı ilə bağlı xərclərdən 
imtina etmək imkanı qazanır. Bu müəssisələr yalnız provayder 
xidmətinə  və  kataloqa  müraciət  edilməsinə  ödənişlər  edir.  Bu 
variantda alıcılar daha geniş seçim imkanı qazanmaqla satıcıları 
daha kəskin rəqabət mühitinə salırlar.  
Şirkətlərin 
mövcudluğunun 
birinci 
mərhələsində 
informasiya  vasitəçiləri  öz  xidmətlərinə  tələbin  ən  yüksək 
səviyyəyə  çatmasına  çalışırlar.  Kontragentlər  (Kontragent  – 
müqavilə üzrə müəyyən təəhhüd (öhdəlik) götürən şəxs və ya 
idarə) elektron kataloqu dəstəkləyən informasiya serverində nə 
qədər çox saziş bağlayırlarsa, server sahibləri bir o qədər çox 
gəlir  əldə  edirlər.  İnformasiya  vasitəçilərinin  xidmətlərindən 
istifadə  etmək  istəyən  istifadəçilərin  sayı  artdıqca,  xüsusi 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə