E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə23/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________81___________________________ 
 
qurulması  layihəsinin  ən  vacib  məqsədləri  təşkilatın  informa-
siya  infrastrukturuna  qoyulmuş  vəsaitlərin  qorunmasından  və 
bu  infrastrukturun  inkişafı  üçün  qoyulan  investisiyanın 
optimallaşdırılmasından 
ibarətdir. 
Korporativ 
portal 
texnologiyası  investisiyaları  nəinki  dolayı  yolla  idarə  edir, 
həmçinin onların səmərəliliyini bilavasitə qiymətləndirir. 
Gerçək  statistik  məlumatların  toplanmasının  ənənəvi 
mexanizmi  təşkilatın  müştərilərinin  portalda  qeydiyyata 
götürülməsindən  və  informasiya  resaurslarına  nəzarət  edilən 
müraciətin  həyata  keçirilməsindən  ibarətdir.  Çünki  bu  halda 
təşkilat  özünün  informasiya  resurslarının  real  olaraq  necə 
istifadə edildiyi haqda tam informasiyaya malik olur. Buna görə 
də  investisiyaların  səmərəliliyi  barədə  əsaslandırılmış  nəticəyə 
gələ  bilir.  Bu  sxemin  gerçəkləşməsi  üçün  müvafiq  menecerlər 
müştərilərin  korporativ  portalda  işləməyə  cəlb  edilməsi  və 
qeydiyyata  götürülməsi üçün zəruri təşkilati və digər tədbirlər 
nəzərdə tutmalıdırlar. 
Bu məsələni asanlaşdıran bir-neçə amili qeyd etmək olar: 

 
Təşkilatın  müştəriləri  özlərinə  lazım  olan  bütün 
informasiyanı toplu şəkildə alırlar; 

 
Təşkilat  nəşr  edilən  informasiyanın  gerçəkliyinə  və 
aktuallığına mərkəzləşdirilmiş nəzarəti təmin edir; 

 
Portal  konkret  istifadəçilər  qrupuna  yönəlik  məxfi 
informasiyanın  nisbətən  təhlükəsiz  nəşrini  təmin  edə 
bilər. 
İnformasiya  portallarının  iqtisadi  sxemləri. 
İnformasiya  portalının  yaradılmasına  qərar  verilməsinə 
yanaşmanın 2 variantını İnternetdə yaxşı tanınmış 
America-on-
Line (AOL) və Yahoo! şirkətlərinin timsalında şərh edək.  


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________82___________________________ 
 
AOL  ən  iri  İnternet  xidmətləri  provayderidir  (ISP). 
İnternetə müraciət kimi baza xidməti ilə yanaşı, 
AOL elektron 
poçt,  onlayn  ünsiyyət  xidmətinə  (
Chats),  İnternet  resursları 
kataloqlarına,  xəbər  yeniliklərinə,  hava  haqqında  proqnozlara, 
maliyyə  informasiyasına  və  s.  yol  açmaq  kimi  çoxsaylı  əlavə 
xidmətlər də təqdim edir. 
AOL provayderinin gəlirlərinin 70%-i 
İnternetə yol açmaq xidmətinin payına düşür. Gəlirlərin 20%-i 
reklamdan, 10%-i portal satışı komissionundan əldə edilir. 
Yahoo!  iri  və  daha  yaxşı  tanınmış  informasiya  portalıdır. 
Yahoo! portalının əsas biznesi reklam meydançalarının satışıdır. 
Bu portalın gəlirlərinin 90%-i reklam hesabınadır. Buraya: pullu 
bannerlərin nümayişindən gələn gəlirlər, sponsor gəlirləri və 
s  daxildir.  Gəlirin  xeyli  hissəsi  elektron  ticarət  aparan  iri 
şirkətlərdən daxil olur. 
 
QEYD: Banner (ingiliscə banner) “bayraq”, “tranport” 
deməkdir.  Banner  reklam  xarakterli  qrafiki  təsvirdir. 
Bannerdən müştərini cəlb etmək, onu məlumatlandırmaq və 
ya  müəyyən  pozitiv  imic  yaratmaq  üçün  istifadə  edirlər. 
Keçmiş  zamanlarda  banner  kimi  hər-hansı  bir  ordunun 
böyük  döyüşə  hazırlığını  əks  etdirən  əsas  bayrağı  nəzərdə 
tutulurdu. 
İndiki 
zamanda 
reklam 
xarakterli 
bannerlər 
şəhərimizin 
küçə 
və 
prospektlərini 
bəzəyirlər. 
Ədəbiyyatlarda  belə  bannerlərin  1994-cü  ildə  yaradıldığı 
qeyd  edilir.  Banner  dedikdə  parça  (və  ya  qumaş)  kətan 
üzərinə  çəkilmiş  informasiya  xarakterli  və  ya  reklam 
məzmunlu  düzbucaqlı  formaya  malik  təsvir  başa  düşülür. 
İndiki  zamanda  müxtəlif  bannerlərdən  (məsələn,  banner 
kağızdan, polietilendən, banner parçadan, vanil bannerdən) 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________83___________________________ 
 
istifadə olunur. 
 
 
 
 
 
 
Müxtəlif təyinatlı bannerlər 
 
 
İnformasiya  portallarının  əsas  hərəkətverici  qüvvəsi 
istifadəçilərin  diqqətini  cəlb  etmək  uğrunda  mübarizədir. 
İnternetə  yolaçma  (qoşulma)  sürətlə  ucuzlaşır.  Buna  görə  də 
gəlirin  bu  hissəsi  daim  azalmaqdadır.  ABŞ-ın  bəzi  şirkətləri 
istifadəçi barədə daha ətraflı informasiya almaq xatirinə hətta 
qeyri-məhdud pulsuz qoşulmaları (yolaçmaları) da təcrübədən 
keçirirlər.  İnformasiya  portallarının  menecerləri  haqlı  olaraq 
hesab  edirlər  ki,  uğurlu  biznes  üçün  keyfiyyətli  informasiya 
yığımı,  düşünülmüş  fərdiləşdirmə,  istifadə  sadəliyi  və 
partnyorlar  şəbəkəsinin  qurulmasının  yaxşı  düşünülmüş 
startegiyası lazımdır.  
Son bir-neçə  ildə  portalların  trafiki  İnternetin  ümumi 
trafikinin 15%-ni  təşkil  edir.  Portal  resurslarına  müraciətlərin 
(sorğuların) xeyli hissəsi İnternet cəngəlliklərində düzgün səmt 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________84___________________________ 
 
götürməkdə çətinlik çəkən və etibarlı bələdçiyə ehtiyac duyan 
yeni istifadəçilərə aiddir. 
Tədricən,  istifadəçi  özünün  brauzerində  “Seçilmişlər” 
qovluğunu  formalaşdırdıqca,  informasiya  portalından  istifadə 
zərurəti  azalır. 
AOL  provayderinin  uğuru,  görünür,  yeni 
başlayan  istifadəçilərin  hesabına  baş  vermişdir.  Bir  çox  yeni 
kompüterlərdə  müəyyən  həcmdə 
AOL  provayderinin 
resurslarından  pulsuz  istifadə  imkanları  nəzərdə  tutulmuşdur. 
Provayderin  seçilməsinin  asan  olması  və  İnternetə  qoşulma 
xidmətlərindən  istifadənin  sadəliyi  də  kommersiya  uğurunun 
mühüm amilləri ola bilər.  
Əsas informasiya portallarının gəlirlərinin müəyyən qədər 
azalmasına baxmayaraq, hələ yaxşı perspektivləri mövcuddur. 
Bunun bir-neçə səbəbi vardır: 
Əvvəla, İnternetə külli miqdarda 
yeni  istifadəçilər  qoşulur.  Çox  tanınmış  informasiya  portalları 
İnternet  vasitəsilə  satış  edən  şirkətlər  üçün  daha  qiymətlidir. 
Çünki portallar vasitəsilə  satış  etmək  İnternetə  nisbətən  qat-
qat  ucuz  və  ən  əsası,  daha  az  risklidir.  O  qədər  də  çox 
olmayan  pula  sutkanın  24  saatını  fəaliyyət  göstərən 
infrastrukturu  (kataloqları,  ödəmə  instrumentləri  və  s.) olan 
tam  avadanlıqlaşdırılmış  piştaxta  almaq  mümkündür.  Belə  bir 
şeyi sərbəst surətdə yaratmaq olduqca baha başa gəlir.  
İkincisi, portallar istifadəçilərə yalnız lazımi informasiyanı 
verən filtr (süzgəc) kimi işləyir. Bu, İnternetə ləng qoşula bilən 
istifadəçilər,  məsələn,  mobil  telefondan  qoşulanlar üçün 
olduqca  aktualdır.  Mobil  telefonlara  yönəlik  portalların  yaran-
ması bu sahədəki mövcud vəziyyəti kökündən dəyişməkdədir. 
Elektron  biznesi  dəstəkləmək  üçün  yaradılmış  bütün 
proqram  məhsulları  İnternet/İntranet  tətbiqinə  yönəlikdir. 
Universal  müştərinin  (brauzerin)  mövcudluğu  istifadəçinin 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə