E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə24/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________85___________________________ 
 
kiberfəza  ilə  qarşılıqlı  fəaliyyətinin  əsas  vasitəsi  olmaqla, 
müəssisə əməkdaşının daxili və xarici infformasiya resursları ilə 
qarşılıqlı fəaliyyətinin stilini (üslubunu) keyfiyyətcə dəyişmək və 
unifikasiya  etmək  üçün  lazımi  ilkin  şərait  yaradır.  Bu  qarşılıqlı 
fəaliyyətin  mürəkkəbliyi  və  intellektuallığı  artdıqca,  istifadəçini 
informasiya  fəzasının  zəruri  proyeksiyasına  daxil  edən  və 
seçilmiş  və  süzülmüş  (filtrlənmiş)  informasiya  resurslarından 
təhlükəsiz istifadəni təmin edən məcburi aralıq agent meydana 
çıxır. Bu aralıq agent məhz portaldır
.             
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________86___________________________ 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________87___________________________ 
 
ELEKTRON REKLAM 
 
Elektron  reklam  elektron  biznesin  nisbətən  köhnə  (Əgər 
cəmi  10-15  il  yaşı  olana  köhnə  demək  mümkündürsə) 
modellərindən  biridir.  Elektron  reklamın  təməlində  firmanın 
bazara  çıxardığı  məhsul  və  xidmətlər  barədə  məlumatların 
potensial  istifadəçiyə  çatdırılması  üçün  əlavə  informasiya 
kanalının dayanması ideyası durur. 
İnternet  şəbəkəsinin  reklam  kanalı  qismində  istifadə 
edilməsi  reklam  verən  üçün  satın  aldığı  yeni  texnologiya 
məhsulundan  istifadə  etməyə  hazır  olan  tədiyyəqabiliyyətli 
auditoriya və potensial alıcıya kifayət qədər geniş təsir spektri 
(mətn,  audio-video  sıralar)  kimi  cəlbedici  cəhətlərə  malikdir. 
Eyni zamanda,  aydındır  ki,  verilmiş  sektor  üçün  reklamın 
işlənib  hazırlanması  yayım  kanalının  xüsusiyyətini  nəzərə 
almağı tələb edir. Nəzərə almaq lazımdır ki, istifadəçilərin əsas 
hissəsi buraxıcılıq qabiliyyəti təqribən 50 Kbayt/san olan kanala 
çıxa  bilir.  Reklam  blokunun  əsas  fraqmenti  isə  3-5  saniyə 
ərzində  yüklənməlidir.  Bu  halda  layihələşdirici  qarşısında 
reklam  informasiyasının  müştəriyə  mərhələlərlə  təqdim 
edilməsi kimi spesifik məsələ durur.  
Reklam bloklarının növbəti mərhələlərinin təqdim edilməsi 
yalnız  o  halda  həyata  keçirilir  ki,  istifadəçi  əvvəlki  mərhələyə 
maraq  göstərmiş  olsun.  Bundan  əlavə,  elektron  reklam, 
ənənəvi  kütləvi  informasiya  vasitələrində  verilən  reklamdan 
fərqli  olaraq,  istifadəçinin  idarə  etdiyi  reklam  blokları  üzrə 
naviqasiya  inkanını  nəinki  istisna  etmir,  əksinə  fəal  istifadə 
etmək  üçün  şərait  yaradır.  Elektron  reklamın  xarakterik 
xüsusiyyəti  odur  ki,  istifadəçinin  başlanğıc  reklam  blokuna 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________88___________________________ 
 
reaksiyasını  xarakterizə  edən  formal  göstəriciləri  uçota  almaq 
mümkün  olur.  Əsas  formal  göstərici  reklam  blokları  üzrə 
mausun  sol  düyməsinin  sıxılmasının  sayıdır.  Aydındır  ki,  bu 
göstərici  reklamın  səmərəliliyini  yalnız  dolayı yolla  nəzərə  alır. 
Buna  baxmayaraq,  bu  göstərici  müxtəlif  populyarlıq 
reytinqlərinin 
və 
elektron 
reklamın 
səmərəliliyinin 
hesablanmasında geniş istifadə edilir. 
2000-ci  ildə  Rusiyada  elektron  reklamın  dövrüyyəsi  2,5 
milyon dollar təşkil etmişdi. Tədqiqatçı 
Gallup Media şirkətinin 
məlumatına  görə,  bu  bazarın  65%-i  İnternetin  Rusiya 
sektorunun  3  tanınmış  informasiya  serverinin  payına 
düşmüşdür.  Liderlər  qrupuna  daxil  olan  informasiya 
serverlərində  yerləşdirilən  reklamlardan  gələn  gəlir  müvafiq 
agentliyin  balans  mənfəətinin 20%-ni  təşkil  etmişdir  (Qeyd 
etmək lazımdır ki, 1998-ci il avqust böhranından sonra reklam 
Rusiya  agentliklərinin  mənfəətinin  əhəmiyyətli  mənbələrindən 
birinə çevrilmişdir).  
Reklam  verənləri  informasiya  serverlərinin  geniş  və 
tədiyyəqabiliyyətli auditoriyası, yəni, yüksək keyfiyyətli məhsul 
və xidmətlərlə maraqlanan və bunlara sahib olmağa hazır olan 
istifadəçilər  cəlb  edir.  2000-ci  ildə  çox  tanınmış  Rusiya 
saytlarının  200  min  istifadəçisi  arasında  aparılan  sorğu 
göstərmişdir  ki,  potensial  müştərilərin 46%-i 25-34  yaşında, 
59%-i  ali  təhsilli,  60%-i  Moskva  və  Sankt-Peterburq sakini, 
69%-i rəhbər və ixtisaslı mütəxəssislərdir.  
Liderlər  qrupuna  daxil  olan  informasiya  serverlərinin 
çoxunda  əsas  diqqət  ciddi  biznes-partnyor  obrazını 
formalaşdırmağa yönəldilir. Buna görə də mötəbər informasiya 
serverlərində  şübhəli  reklamlar  yerləşdirilmir.  Elektron 
reklamların  yerləşdirilməsi  üzrə  aparıcı  Rusiya  agentliklərinin 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________89___________________________ 
 
xidmətlərindən 
Acer, Comstar, Compaq, Hewlett-Packard, 
Epson, IBM, Intel, Microsoft, «Белый ветер», МТС və s. kimi 
tanınmış  şirkətlər  isstifadə  edir.  Reklam  verənlərin  əksəriyyəti 
birdəfəlik  reklamlardan  istifadə  etmirlər.  Reklamların 
əksəriyyəti  baş  səhifənin  ən  populyar  yeri  olan  yuxarı  sol 
küncdə bir-neçə həftə təqdim edilir. 
Elektron  reklamın  təşkili  zamanı  ən  vacib  məsələlərdən 
biri reklamın yerləşdirildiyi informasiya serverinin kifayət qədər 
yüksək  səviyyədə  qorunan  olmasıdır.  Bəzi  dövlət  və 
kommersiya  strukturlarının  informasiya  serverlərində  pozucu 
təsirlər  nəticəsində  ləyaqətsiz  informasiyaların  peyda  olması 
halları  yaxşı  məlumdur.  Belə  aksiyalar  rəhbərliyi  rəqabət 
mübarizəsinin  çirkin  üsullarına  meylli  olan  firmaların  öz 
rəqiblərini gözdən salmaq məqsədi ilə planlaşdırıla və kriminal 
strukturlara sifariş edilə bilər. 
Müvafiq informasiya  serveri  qurmaq  və  işlətmək  üçün 
proqram  vasitələrinin  seçilməsi  böyük  əhəmiyyət  daşıyır. 
Proqram  təminatı  hazırlayan  firmaların  bütün  cidd-səhdlərinə 
baxmayaraq, müvafiq proqram vasitələrində müntəzəm olaraq 
nöqsanlar aşkar edilir ki, bunların aradan qaldırılması üçün də 
əlavə proqram vasitələri hazırlamaq lazım gəlir. 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə