E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə27/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________97___________________________ 
 
reallaşdırılan  malların  təqdimatı  və  alıcılarla  qarşılıqlı  fəaliyyət 
prosesləri 
ilə 
müəssisənin 
biznes-proseslərinin 
inteqrasiyasından yaranan bütöv sistemdir. 
 
    RUSİYADA ELEKTRON TİCARƏTİN 
XÜSUSİYYƏTLƏRİ 
 
Hal-hazırda son istifadəçiyə yönəlik elektron biznes baza-
rında  Amerika  və  Avropanın  iri  firmalarının  göstəriciləri  ilə 
müqayisə  edilə  biləcək  Rusiyalı  iştirakçılar  yoxdur.  Rusiyada 
orta  elektron  mağazasının  illik  dövrüyyəsi  120-180 min dollar 
təşkil  edir.  Bununla  belə,  Rusiyada  artım  tempi  olduqca 
yüksəkdir.  
Belə  ki, 
eMarketer  (
www.emarketer.com
)  xəbər  verir  ki, 
Rusiyada 
B2C  (Əmtəə  və  xidmətlərin  son  istifadəçilərinə 
yönəlik  elektron  biznes  modelidir)  sektorunda elektron 
ticarətin həcmi 1999-cu ildə 40 mln dollar, 2000-ci ildə 65 mln 
dollar, 2001-ci ildə 135 mln dollar olmuşdur. 
İnternet  vasitəsilə  ödəmələr  sisteminin  ləng  inkişaf 
etməsi  elektron  mağazaların  fəaliyyətinin  genişləndirilməsinə 
mənfi  təsir  göstərir.  Hal-hazırda  ödəmələrin  əsas  üsulu  nağd 
ödəmə  sistemidir  ki,  bu  da  sifarişin  kuryer  vasitəsilə  alıcıya 
çatdırılması məqamında həyata keçirilir. Bu, mağazaların işinin 
səmərəliliyini əhəmiyyətli dərəcədə aşağı salır, məhsul uçotuna 
çəkilən xərcləri artırır, iri məbləğlərin yığılması və onların əsas 
kapitala  qoyuluşları  hesabına  intensivləşdirmənin  artımına 
mane  olur. 
www.e-commerce.ru  –da  verilən  məlumata  görə, 
İnternet  vasitəsilə  alınmış  qida  məhsullarının  haqqının 
ödənməsinin 98%-i nağd ödəmə olmuşdur. Bu ödəmələrin heç 
biri bank köçürmələri şəklində də olmamışdır. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________98___________________________ 
 
Qərarlaşan  situasiyaya  baxmayaraq,  son  istifadəçiyə 
yönəlik  elektron  biznesin  Rusiya  bazarında  bütün  iqtisadi 
fəaliyyət  subyektlərinin  tədricən  dərk  etdiyi  güclü  potensial 
mövcuddur. Elektron mağaza vasitəsilə aparılan ticarət alıcının 
sərf  etdiyi  vaxtı  əhəmiyyətli  dərəcədə  ixtisar  edir.  Beləliklə, 
alıcının  real  gəlirinin  artması  üçün  ilkin  şərt  yaranır.  İnternet 
mühitindən  istifadə  etməklə  müəssisələrin  marketinq  və  mal 
yeridilişinə nəzarət imkanları genişlənir.  
Beləliklə, satıcının və alıcının xərclərinin azalması tələb və 
təklif  əyrilərini  elə  kəsişdirir  ki,  ya  bazardakı  malların  həcmi 
artır, ya qiymət aşağı düşür, ya da hər iki meyl eyni zamanda 
baş  verir.  Dövrüyyənin  və  real  gəlirin  həcminin  artması  və 
bunun  başqa  məhsulların  istehsalına  sərf  edilməsi  makro-
iqtisadi miqyasda istehsalın inkişafına səbəb olur.  
Hal-hazırda  İnternetin  Rusiya  seqmentində  700-800 
elektron  mağaza  mövcuddur  ki,  bunların  da  əksəriyyəti  son 
illərdə  yaradılmışdır.  Lakin  bu  mağazaların  yalnız  50-si ciddi 
biznes kimi işləyir və yalnız 20-si təsərrüfat fəaliyyətinin nəticə-
lərinə görə mənfəət gətirə biləndir. 
Elektron  mağazalarda  təqdim  edilən  nisbətən  populyar 
mallara: kitab, video, CD, DVD, kompüter və komplektləşdirici 
hissələr,  məhsullar,  məişət  malları  aiddir.  Kompüter 
assortimenti  dövrüyyənin  50%-ni  təşkil  edir.  Halbuki, bu mal 
qrupu  üzrə  bağlanan  sazişlər  10%-dən  çox  deyildir.  Kitab, 
video,  CD  üzrə  bağlanan  sazişlər  70%  olmaqla,  dövrüyyənin 
30%-ni  təşkil  edir.  Malların  İnternetdə  mükəmməl  təqdimatı 
son  istifadəçiyə  yönəlik  elektron  biznesin  Rusiya  bazarının 
inkişafının əsas istiqamətlərindən biri olmalıdır. 
Rusiya 
elektron 
mağazalarındakı 
assortimentin 
spesifikliyinin  səbəbi  odur  ki,  şəbəkə  ticarətinin  indiki  inkişaf 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________99___________________________ 
 
mərhələsində  alıcı,  əsasən,  ucuz,  standart  və  tamamilə  təsvir 
edildiyi  kimi  olan  məhsula  meyl  edir.  Elektron  mağazalarla 
ünsiyyət  qurmaq  sahəsində  təcrübə  topladıqca    alıcılar  bir 
tərəfdən,  daha  baha  məhsullara,  digər  tərəfdən  də  gündəlik 
tələbat mallarına meyl etməyə başlayırlar. 
Ödəmə  üsuluna  görə,  alıcı  ünvanına  çatdırılma  zamanı 
nağd  ödəmə  daha  geniş  yayılmışdır.  Bu,  onlayn  ödəmə 
sisteminin  kifayət  qədər  inkişaf  etməməsinin  nəticəsidir.  Bu 
növ  ünvana  çatdırma  xidməti  adətən  böyük  olmayan  ərazidə 
həyata keçirilir. Böyük ərazilərdə ünvana çatdırma isə poçtla və 
ya beynəlxalq yükdaşıma xidmətləri vasitəsilə reallaşdırılır. 
2001-ci  ildə  İnternetin  Rusiya  bazarında  elektron 
mağazalardan  mal  almağa  hazır  olan  tədiyyə  qabiliyyətli  500 
min istifadəçi mövcud idi. Buna baxmayaraq həmin dövrdə son 
istifadəçiyə  yönəlik  elektron  biznes  infrastrukturu  tam  forma-
laşmamışdı.  Belə  ki,  ünvana  çatdırma  səmərəli  deyildi,  mikro 
ödəmələr  sistemi  kütləvi  surətdə  tətbiq  tapmamışdı,  alıcıların 
əksəriyyəti elektron ticarət sisteminə inanmırdı. 
Bazarın  daha  bir  vacib  cəhəti  aydın  seçilməkdə  idi: 
elektron  mağazalar  kooperasiya  yolu  ilə  öz  xərclərini 
minimumlaşdırmağa  başlamışdılar.  Ənənəvi  reklam elektron 
ticarət  üçün  tamamilə  yaramaz  olmuşdu,  buna  görə  də 
mağazaların  tanıdılmasına  sərf  edilən  investisiyalar  artıq  bir 
qayda olaraq elektron reklama yönəldilirdi. 
Rusiyada elektron  ticarətdə  yalnız  piştaxta  virtualdır. 
Çünki  bu  piştaxta  arxasında,  adi  ticarətdə  olduğu  kimi,  real 
əməkdaşlar  işləyir,  real  anbarlar  fəaliyyət  göstərir,  real 
daşımalar baş verir və s.  
Ənənəvi  ticarətdə  işləmək  təcrübəsi  olan  şirkət  bu 
fəaliyyətinə  əlavə  olaraq  şəbəkədə  işləməyə  başladıqda 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə