E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə26/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   22   23   24   25   26   27   28   29   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________94___________________________ 
 
Bundan 
əlavə, 
adətən, 
elektron 
ticarətin 
komponentlərinin  qarşılıqlı  fəaliyyətini  həyata  keçirən  və 
elektron ticarət aparan müəssisənin fəaliyyət göstərməsi üçün 
informasiya  dəstəyi  verən  əlavə  proqram-aparat  təminatı 
(mühasibat  sistemi,  anbarın  idarə  edilməsi  sistemi  və  s.)  da 
mövcud olur. 
İxtiyari  elektron  ticarət  texnologiyası  üçün  ayrıca  və 
məcburi bir element var ki, bu da ödəmə sistemidir. Bu sistem 
alıcı, mağaza və bank arasında hesablaşmaları həyata keçirir. 
  
ELEKTRON MAĞAZA YARADILARKƏN HƏLL 
EDİLƏN ƏSAS MƏSƏLƏLƏR 
 
Formal  cəhətdən  elektron  mağazanın  yaradılması 
problemi  kifayət  qədər  sadə  və  aydındır.  Yəni  aşağıdakı 
məsələlərin  həllini  təmin  edən  informasiya  serveri  yaratmaq 
lazımdır: 

 
Malların aktual vəziyyəti kataloqunun nəşr edilməsi; 

 
Malın  satın  alınması  üçün  müştəri  sifarişinin 
formalaşdırılması; 

 
Anbardan və ya kənar malgöndərəndən mal alınmaslına 
dair sifarişin formalaşdırılması; 

 
Malın müştəriyə çatdırılmasının müşayiət edilməsi; 

 
Malın haqqının alınması. 
Sadə  halda  İnternet  infrastrukturu  potensial  müştəriyə 
informasiya  çatdırılması  və  onun  niyyəti  barədə  informasiya 
alınması  üsulu  kimi  istifadə  edilir.  Nisbətən  mükəmməl 
variantda  İnternet  həm  də  mağaza  bölmələri  və 
malgöndərənlər  arasında informasiya  mübadiləsi  mühiti  kimi 
istifadə edilir. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________95___________________________ 
 
Elektron  mağazanın  informasiya  nüvəsi  -  malların 
kataloqu  və  onun  informasiya  serverində  təqdim  edilməsidir. 
Düşünülmüş  təsnifatla  yaxşı  strukturlaşdırılmış  kataloqun 
yaradılması  peşəkar  əmtəəşünas  işidir.  Malların  elektron 
şəkilləri  və  mətn  təsvirləri,  yəni  malın  istehlak  keyfiyyətinin 
dəqiq təsviri heç də az vacib məsələ deyil, çünki yalnız bu yolla 
alıcı  diqqətini  cəlb  etmək  mümkündür.  Qrafik  materialların 
yüklənməsi  xüsusiyyətlərini  də  nəzərə  almaq  lazımdır.  Yaxşı 
şəklin yüklənməsinə çox vaxt gedir, buna görə də şəkli azı iki 
keyfiyyət 
variantında 
hazırlamaq 
məqsədəuyğundur. 
İnformasiya  serveri  işlənib  hazırlanarkən  məqsəd  audi-
toriyasında  malların  ənənəvi  təsnifatı  gözlənilməlidir.  Çünki, 
məsələn,  kitab  mağazalarında  artıq  çoxdan  qərarlaşmış 
bölmələr  mövcuddur.  İstifadəçilərin  əksəriyyəti  elektron 
mağazada həmin strukturu görməyə üstünlük verir. 
İnformasiya  serverinin  məzmunu  təkcə  malların 
təsnifləşdiricisi  ilə  məhdudlaşmır.  İnkişaf  etmiş  axtarış 
serverinə  həmişə  ehtiyac  vardır.  Avtomatik  məsləhətçi  və  ya 
maraq  doğuran  mallara  iqtibas  formalaşdıran  sistemlər  daha 
yaxşıdır.  
Malların  alıcı  reytinqlərinin  və  ya  ekspert  rəylərinin 
hazırlanması  və  dəstəklənməsi  vasitələrinin  formalaşdırılması 
xüsusi qərar (secim) predmetidir. Mal haqqında rəyin yoxluğu 
və ya azlığı həmin malın seçilməsinə mənfi təsir göstərə bilir. 
Bundan  əlavə,  nəzərə  almaq  lazımdır  ki,  serverə  təkrar 
müraciət  etməyə  və  mal  haqqında  müsbət  rəy  yazmağa 
hazırlaşan insanlar, maldan narazı olanlardan və bu narazılıqla-
rını ətraflı şəkildə bildirmək istəyənlərdən qat-qat azdır.  
Elektron  mağazanın  dizaynı  xüsusi  diqqət  tələb  edir. 
Materialın təqdimat forması, naviqasiya (axtarış) və mal seçimi 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________96___________________________ 
 
üzrə  baza  əməliyyatlarının  sadəliyi,  aparaturanın  fərqli 
xüsusiyyətlərinin (məsələn, manitorun palitra imkanlarının) nə-
zərə  alınması  potensial  alıcıya  mühüm  təsir  göstərir.  Elektron 
mağazanın  interfeysinin  qurulmasının  hamı  üçün  ümumi  olan 
əsas  qaydası  funksionallıqdır.  Dizaynerin  vəzifəsi  - 
funksionallığı  saxlamaqla  mağazaya  xarakterik  cəlbedici xarici 
görünüş verməkdir.  
Növbəti  məsələ  -  alıcı  niyyəti  barədə  informasiyanın 
alınması  və  emalı  vasitələrinin  işlənib  hazırlanmasından 
ibarətdir.  Elektron  mağazada  mal  alışı  prosesi,  bir  qayda 
olaraq,  seçilmiş  malın  səbətə  yerləşdirilməsindən  və  sifarişin 
rəsmiləşdirilməsindən  ibarətdir.  Sifarişin  rəsmiləşdirilməsi 
dedikdə,  anbara  və  malın  müştəriyə  çatdırılmasına  dair 
sifarişlərin  formalaşdırılması  ilə  bağlı  elektron  və  kağız 
sənədlərin  hazırlanması  nəzərdə  tutulur.  Müvafiq  sənədlərin 
hazırlanmasının  avtomatlaşdırılması  səviyyələri  müxtəlif  ola 
bilər.  Sənəd  dövrüyyəsinin  ənənəvi  variantı  menecerlərin 
şübhəli  idarəedici  əmrlərindən  istifadəyə  əsaslanır  ki,  bu  da 
sifarişlərin  daim  itirilməsinə,  səhv  salınmasına  və  müştərinin 
əldən verilməsinə səbəb olur.  
Sifarişlərin  rəsmiləşdirilməsinin  bu  variantı  mağazanın 
kiberfəzada  hərəkəti  ilə  bağlı  üstünlüyü  heçə  endirir. 
Sifarişlərin  verilənlər  bazası,  sənəd  dövrüyyəsi  sistemi, 
sifarişlərin  icrasının  müşayiət  edilməsi  sistemi  və  müştərilərin 
verilənlər  bazasının  (onların  kredit  tarixçəsi  göstərilməklə) 
inteqrasiya  edilməsi  nəticəsində  yaranan alternativ variant 
korporativ  mədəniyyət  və  texnologiya  sahəsində  ciddi  dəyi-
şiklilər  edilməsini  tələb  edir.  Çünki  bu  dəyişiklilər  edilmədən 
kiberfəzada  gerçək  iqtisadi  fəaliyyət  göstərmək  mümkün 
deyildir. 
Elektron  mağaza  -  informasiya serverində 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə