E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə18/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________62___________________________ 
 
qoyduğu  pul  məbləğini  daxil  etmək  üçün  müvafiq  sahələr 
(içliklər)  olmalıdır.  Pul  qoyuluşu  zamanı,  adətən,  öz  kredit 
kartının rekvizitlərini daxil etmək tələb olunur. Bu 
rekvizitlər 
hər  bir  iştirakçı  və  elektron  poçt  ünvanı  üçün  bir  dəfə  daxil 
edilir. 
 
QEYD: 
Rekvizit (latınca requisitum) sözü bizim dilimizə 
latın dilindən gəlmədir, “tələb edilən”, “lazım olan” anlamını 
verir.  Rekvizit  sözü  çoxmənaılıdır  və  harada  istifadə 
edilməsindən  asılı  olaraq  mənasını  dəyişir.  Qədim 
zamanlarda  rekvizit  kəlməsi  küçələrdə  təşkil  edilmiş 
tamaşaların  gedişi  zamanı  aktyorlara  lazım  olan  butafor 
əşyalarını (səhnə ləvazimatı hazırlayan usta butafor adlanır) 
işarə  etmək  üçün  istifadə  olunurdu.  İndiki  zamanda kino 
çəkilən  meydançalarda  istifadə  edilən  ləvazımatları  da 
rekvizit adlandırırlar. 
Biznes  sahəsində  rekvizit  vacib  olan  sənədlərin  tərtib 
olunması  üçün  hazırlanmış  qanunlar  və  qaydalar  toplumu 
kimi başa düşülür. Bəzən isə köhnə sənəd qüvvəsini itirdikdə 
onun  yerinə  yeni  sənəd  hazırlandıqda  həyata  keçirilən 
əməliyyatı  rekvizit  adlandırırlar.  Biznes  ilə  bağlı  bəzi 
ədəbiyyatlarda rekvizit dedikdə sənədin rekviziti, fiziki və ya 
hüququ  şəxsin  rekviziti,  fərdi  təşəbbüskarın  və  ya  fərdi 
şirkətin  rekviziti,  bankın,  dövlət  təşkilatının  rekviziti  başa 
düşülür. Məsələn, dövlət müəssisəsi olan notariusun rekviziti 
onun  tam  adı,  hüququ  ünvanı,  statusu,  banka  olan  hesab 
nömrəsidir (bank rekvizitləri).
 
 
Hərracın  keçirilməsi  müddəti  (Hərracın  sonuna  qalan 
müddət ekranda daim göstərilir) başa çatdıqdan sonra hərraca 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________63___________________________ 
 
yekun  vurulur  və  qaydalara  müvafiq  olaraq  qalib  müəyyən 
edilir.  Qalibin  elektron  poçtuna  bildiriş,  malın  alınması  və 
haqqının  ödənilməsi  barədə  lazımi  təlimatlar,  hərrac  iştirakçısı 
olan satıcının elektron ünvanına isə qalib gələn alıcı ilə kontakt 
yaradılması üçün lazım olan informasiya göndərilir. 
 
ELEKTRON HƏRRACLARIN TİPLƏRİ 
 
 Elektron  biznes  modeli  olaraq  hərracın  əsas  xüsusiyyəti 
yarışma tipində olmasıdır. Buna görə də tamamilə yeni istehlak 
keyfiyyətlərinə  malik  olan  yeni,  yüksək  texnoloji  məhsullar 
məhz  hərraclarda  satışa  çıxarılır.  Yeni  məhsula  tələb  və  onun 
gerçək dəyəri məhz hərracda təyin edilir. Bu baxımdan, hərrac 
marketinq aləti kimi çıxış edir.  
Bütün hərraclar 2 iri sinfə bölünür:  
1.Pul qoyuluşlarının artması qaydası ilə aparılan hərraclar;
 
2.Pul  qoyuluşlarının  azalması  qaydası  ilə  aparılan 
hərraclar.
 
Hərracın  keçirilməsi  gedişində  alıcı  və  satıcıların 
məlumatlılığı  dərəcəsi  və  hərracın  dayandırılması  şərtləri  üzrə 
hərraclar aşağıdakı təşkilati növlərə bölünür: 
1.Açıq  hərraclar.  Burada  bütün  iştirakçılar  (və 
müştərilər)  həm  pul  qoyuluşlarının  dinamikasını,  həm 
də cari maksimal pul qoyuluşunu görürlər. İştirakçılara 
heç  bir  məhdudiyyət  qoyulmur  (tədiyyə  qabiliyyəti 
barədə  zəmanət  verməkdən  başqa).  Sadəliyinə 
baxmayaraq,  bu  tip  ən  baxımlı  və  ehtiraslı  hərrac 
variantıdır. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________64___________________________ 
 
2.Mütləq  hərraclar.  Burada  mala  ehtiyatda  saxlanmış 
və minimal qiymətlər qoymaq qadağandır. Mal alıcıya 
təklif edilən maksimal qiymətə satılır. 
3.Xüsusi (qeyri-məcburi)  hərraclar  (sealted-bid). 
Burada pul qoyuluşu ciddi məhdud vaxt ərzində qəbul 
edilir  və  iştirakçı  digər  iştirakçıların  sayı,  pul 
qoyuluşlarının  ölçüsü  barədə  heç  bir  informasiya  ala 
bilmir. İştirakçı yalnız 1 məbləğ qoya bilir. Razılaşdırıl-
mış  müddətin  sonunda  qalib  və  ya  qaliblər  müəyyən 
edilir. 
4.Sakit  hərraclar.  Bu  xüsusi  hərracın  bir  növüdür. 
Burada  iştirakçı  pul  qoyuluşunun  kim  tərəfindən 
edildiyini  bilməsə  də,  cari  maksimal  qoyuluşun  nə 
qədər  olduğunu  bilir.  Bəzən  iştirakçının  edə  biləcəyi 
pul qoyuluşlarının sayına məhdudiyyət qoyula bilər.   
5.Minimal qiymətli  hərraclar.  Satıcı  hərraca  çıxardığı 
mal  üçün  minimal  qiymət  təyin  edir  və  alverə  bu 
qiymətdən  başlayır.  İştirakçı-alıcı  da  alverə  minimal 
qiymətin ölçüsünü bilərək girişir.  
6.Ehtiyatda  saxlanmış  qiymətli  hərraclar.  Minimal 
qiymətli  hərracdan  fərqli  olaraq  bu  hərracın 
iştirakçıları  minimal  qiymətin  olduğunu  bilirlər,  lakin 
həmin  qiymətin  ölçüsünü  bilmirlər.  Əgər  alver 
prosesində  minimal  qiymət  əldə  edilməyibsə,  mal 
satılmır. 
7.Danimarka  hərracı.  Bu,  qiymətin  azalması 
qaydasında  aparılan  geniş  yayılmış  hərrac  növüdür. 
Malın  start  qiyməti  çox  yüksək  səviyyədə  təyin  edilir 
və  hərracın  gedişində  avtomatik  qaydada  azaldılır. 
Qiymətin 
azalması 
iştirakçı-alıcının 
hərracı 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________65___________________________ 
 
dayandırması  ilə  kəsilir.  Hərracın  bu  növü  böyük 
miqdarda  eyni  məhsul,  məsələn,  kənd  təsərrüfatı 
məhsulları  satışı  üçün  tətbiq  edilir.  Alıcı  hərracı 
dayandıraraq  münasib  bildiyi  qiymətlə  həmin 
məhsuldan lazım bildiyi qədər satın alır. Bundan sonra 
hərrac  bu  qiymətdən  başlayaraq  davam  etdirilir. 
Beləliklə, məhsulun qalan hissəsi daha ucuz satılır. Bu 
halda  iştirakçı-alıcı  düşünür  ki,  geciksə,  ona  mal 
çatmaya bilər. 
Auditoriyanın xüsusiyyətini nəzərə alaraq, düşünmək olar 
ki,  aşağıdakı  üfqi  bazarlarda  hərrac  ticarəti  stabil  inkişaf 
edəcəkdir: 
1.Kompüter  malları.  Bu  malların  bütün  potensial 
istehlakçıları  İnternetdə  aktiv  fəaliyyət  göstərirlər.  Yeni 
məhsullar  üçün  hərrac  tələbi  qiymətləndirməkdən  və 
optimal  bazar  qiyməti müəyyən etməkdən ötrü alət kimi 
çıxış edə bilər.  
2.Bazar  üçün  yeni  olan  yüksək  texnologiyalı  məhsullar. 
İnternet  auditoriyası,  bir  qayda  olaraq,  yeni  texnika  və 
texnologiyalara meylli olur. 
3.Yaxın  keçmişdəki  satış  liderləri.  Bunların  yeni  liderlər 
tərəfindən  sıxışdırılmasından  sonra  malın  anbarlarda 
yığılıb qalmasından müvəffəqiyyətlə yaxa qurtarmaq üçün 
imkan  vardır.  Bu  istiqamət  xüsusən  iti  sürətlə  dəyişən 
kompüter  və  telekommunikasiya  texnologiyaları  bazarı 
üçün xarakterikdir. 
Bundan  əlavə,  qeyd  edək  ki,  ənənəvi  hərraclar  bir  sıra 
qüsurlu,  tələbata  uyğun  olmayan  köhnə  malların  satışı  üçün 
keçirilir.  
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə