E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə16/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________56___________________________ 
 
“multiplikator effekti” yaranır. Belə ki, şirkət daha çox sifarişçi 
və  malgöndərənin  diqqət  mərkəzinə  düşür.    İstifadəçilərin 
“böhran  kütləsi”nin  (yəni  maksimal  istifadəçi  kütləsinin) 
meydana  çıxması  şirkətin  informasiya  vasitəçilərinə  çəkdiyi 
xərcin ən yüksək səviyyəsi ilə xarakterizə edilir.  
İnformasiya  serveri  və  ya  verilənlər  aqreqatoru  yaradıb 
kommersiya dövrüyyəsinə buraxan şirkətin məqsədi hədəf-alıcı 
qruplarına  və  malgöndərənlərə  yaxın  yerlərdə  kataloqlar 
toplusu  yığan  universal  mağazalar  tikməkdən  ibarətdir.  Veri-
lənlər aqreqatorları kiçik biznes sferasındakı satıcıları geniş alıcı 
kütləsinə  qovuşdurur.  Digər  tərəfdən,  aqreqatorlar  kiçik 
müəssisələrdən  olan  alıcıları  birləşdirərək  onların  alıcılıq 
qabiliyyətini  artırır.  Çünki  iri  mal  partiyalarının  alqı-satqısında 
müəyyən güzəştlər nəzərdə tutulur. Verilənlər aqreqatorları ilə 
əlaqəsi  olan  alıcılar  çoxsaylı  distribüterlərlə  (malpaylayanlarla) 
kontakt  yaratmaq  əziyyətindən  və  xərcindən  azad  olurlar. Bu 
aqreqatorlardan istifadə  marjı  (qiymət  əlavəsi)  5-15%  təşkil 
edir.  
Qarşılıqlı,  müqabil  sifarişlər  axtarışı  sistemləri  müəyyən 
əmtəələrə  və  müəyyən  qiymətli  əmtəələrə  sifarişləri  toplayıb 
hər  bir  satıcıdan  hər  bir  tapılmış  alıcıya  görə  haqq  alırlar. 
Elektron kataloqlu informasiya  serverləri  satdıqları  əmtəələrə 
marj müəyyən edirlər. Bu da, mahiyyətcə, ənənəvi distribüter 
sxemidir.  Məsələn,  kənd  təsərrüfatı  məhsulları  üzrə 
ixtisaslaşmış 
DirectAg.com cerverinin marjı 10-30% təşkil edir 
ki, bu da ənənəvi distribüter əlavələrinə müvafiqdir. Fərq bura-
sındadır  ki,  ənənəvi  distribüter  yalnız  bir-neçə  istehsalçının 
məhsulunu  yayırsa, 
DirectAg.com  serveri daha böyük seçim 
imkanı  verir.  Bu  serverlə  işləyən  fermerlər  adi  distribüterlərlə 
işləyənlərə nisbətən daha böyük güzəşt əldə edirlər. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________57___________________________ 
 
Elektron tender sistemi tender məsələsinin səmərəli həlli 
üçün
  İnternetin  kommunikasiya  imkanlarından  istifadə  edir. 
Aşağıdakı məsələlər avtomatlaşdırılmış rejimdə həll edilə bilir: 

 
Verilmiş  kriterilər  üzrə  potensial  tender  iştirakçılarının 
seçilməsi; 

 
Seçilmiş namizədlərin tender prosesinə daxil edilməsi; 

 
Xidmət  göndəricilərinin  kommersiya  təkliflərinin  təqdim 
edilməsi  məqsədi  ilə  sorğuların  avtomatlaşdırılmış 
yayımı; 

 
Kommersiya təkliflərinin emalı; 

 
Tenderin  bütün  mərhələlərində  iştirak  edənlərin  hamısı 
ilə qarşılıqlı fəaliyyətin idarə edilməsi; 

 
Malgöndərənlərin  seçilməsinə  və  onların  təkliflərinin 
qiymətləndirilməsinə  unifikasiya  edilmiş  yanaşma 
tətbiqinin təmin edilməsi. 
Elektron  tender  texnologiyasından  istifadə  edilməsi 
tenderdə  qalibgəlmə  obyektivliyini  yüksəldir,  ənənəvi  nəzarət 
və idarəetmə metod və prosedurlarına nəzərən xeyli üstünlük 
təmin edir. 
Elektron  satınalmalar  sferasındakı  bütün  sistem  həllərini 
mürəkkəblik dərəcəsinə görə 3 hissəyə bölürlər: 
1.Aşağı  (başlanğıc)  səviyyə  sistemləri.  Bunlar  ən  sadə 
ticarət meydançasını və sənəd dövrüyyəsini işləyir. 
2.Orta  səviyyə  sistemləri.  Burada  əsas  mal  satınalmaları 
ilə 
əlaqəli 
olan 
bütün 
biznes-proseslər 
avtomatlaşdırılmışdır. 
3.Yüksək  səviyyə  sistemləri.  Bunlar  satınalmaların 
kəsilməzliyini  təmin  etməklə  yanaşı,  həm  də 
malgöndərmələri prosesini avtomatlaşdırır. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________58___________________________ 
 
Yüksək  səviyyə  sistemlərində  malların  satın  alınması  və 
istehlakçıya çatdırılması praktiki olaraq avtomatik qaydada baş 
verir.  Bu  sistemlərə  nümunə  olaraq 
Ford,  General Motors, 
DaimlerChrysler, Renault, Nissan və  Meritor  şirkətlərinin 
istifadə etdiyi 
Covisint sistemini göstərmək olar. Avtomobillərin 
qovşaqları  birbaşa  konveyerə  çatdırılır  ki,  bu  da  həm  yığma 
prosesini  optimallaşdırmağa,  həm  də  anbar  xərclərinə  qənaət 
etməyə imkan verir.  
Satınalmaların  idarə  edilməsi  sisteminin  qurulması  ilə 
bağlı  xərclərin  dəyişmə  diapazonu  kifayət  qədər  genişdir. 
Bazara çıxarılan yüksək səviyyəli sistemlər təqribən 15 milyon 
dollar  dəyərindədir.  Aşağı  səviyyəli  sistemlər  ABŞ-da 15-300 
min dollar  arasında  qiymətləndirilir.  Sistemin  qurulması  və 
sazlanmasına  3  aydan  1  ilə  qədər  vaxt  sərf  edilir.  Bu, 
müəssisələr  üçün  o  qədər  də  maraqlı  olmasa  da,  başqa  çarə 
yoxdur. 
Müəssisədə  həyata  keçirilən  elektron  təchizat  və 
avtomatlaşdırma ilə bağlı olan bir mühüm amili də qeyd etmək 
lazımdır.  Elektron  satınalma  sisteminin  gerçək  gəlir  gətirməsi 
üçün  bu  sistemdən  istifadə  edəcək  əməkdaşların  yüksək 
səviyyədə  öyrədilməsi  tələb  olunur.  Təcrübə  göstərir  ki,  bu 
məsələ heç də asan həll edilə bilən deyildir. Elektron təchizat 
sistemi özlüyündə heç bir problemi həll etmir. Bu, yalnız qərar 
qəbulu  və  nəzarət  üçün  alətdir.  Bu  alətin  səmərəliliyi  yuxarı 
səviyyə  menecerlərinin  zəruri  motivasiya  yarada  bilməsindən 
çox asılıdır. 
     
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə