E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə5/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   2   3   4   5   6   7   8   9   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________17___________________________ 
 
verilir. Korporasiyanın  yaradılmasına  qoyulan  tələb  ondan 
ibarət  idi  ki,  onun  nizamnaməsi  qanuna  zidd  olmasın. 
İmperiya  yaradılan  zaman  isə  yeni  korporasiya  yaratmaq 
həddindən  artıq  çətinləşir, çünki korporasiyanın  yaradılması 
üçün  mütləq  senatın  icazəsi  olmalı  idi.  Korporasiyanın  işini 
onun seçilmiş  üzvü  yerinə  yetirə  bilərdi.  Əgər  korporasiya 
ləğv  edilirdisə,  onda  ona  məxsus  olanlar  onun  üzvləri 
arasında bərabər bölünürdü.  
Dünyada  yaradılmış  ən  qədim  tarixə  malik  olan 
korporasiya 
İsveçrənin 
Falun 
şəhərindəki 
Stora 
Kopparberget  mis  mədənidir.  Korporasiya  İsveç  korolu 
Maqnus Erikssonun razılığı ilə 1347-ci ildə yaradılmışdı. 
XVII  əsrdə  müstəmləkə  ekspansiya  dövründə 
(ekspansiya  -  genişlənmə,  yayılma  anlamını  verir  və 
imperialist  dövlətlərin  yeni  torpaq,  müstəmləkə  və  bazarlar 
əldə  etmək  məqsədilə  öz  siyasi  və  iqtisadi  nüfuzunu  başqa 
ölkələrə  yaymaq  üçün  yeritdikləri  təcavüzkar  siyasət  kimi 
qəbul  edilir)  çoxlu  sayda  Avropa  ölkələri  yaradılmış 
korporasiyalara  müstəmləkə  ölkələri  ilə  biznes  əlaqəsi 
qurmağa şərait yaratdı. Bu şirkətlər müasir korporasiyaların 
yaradılmasına  örnək  oldular.  Nümunə  olaraq  belə 
korporasiyalara Holsand Ost-Hindistan  şirkətini  və  Qudzon 
zalifi şirkətini göstərmək olar. 
Korporasiya  (yeni  latın  dilində  “
corporatio” deməkdir, 
birləşmə anlamını verir) hüququ şəxsin yaratdığı şirkət və ya 
firma  növlərindən  biridir.  Korporasoyanın  üstünlüyü  onun 
uyuşanlığı 
və 
məsrəfin 
azaldılması 
imkanlarının 
axtarılmasıdır.
   
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________18___________________________ 
 
ELEKTRON 
BİZNESİN İNKİŞAFININ İQTİSADİ İLKİN 
ŞƏRTLƏRİ 
 
IDC (
www.idc.com
)  şirkəti  tərəfindən  nəşr  edilmiş 
proqnoza  görə,  2002-ci  ildə  İnternetdə  1  trillion  dollar 
xərclənməli  idi.  Çünki 2001-ci  ildə  istifadəçilər  İnternetdə  600 
milyard  dollar  xərcləmişdilər  ki,  bu  da  2000-ci  ildəki 
göstəricidən  68%  çox  idi.  2001-ci  ildə  şəbəkə  ticarət 
dövrüyyəsinin  40%-i  ABŞ-ın  payına  düşürdü.  2006-cı  ildə  bu 
göstərici  38%  təşkil  etmişdi. 
IDC  şirkətinin  mütəxəssisləri 
2002-2006-cı  illərdə  elektron  ticarət  dövrüyyəsinin  Asiyada 
89%, Avropada 68% artdığını göstərirdilər. 
İnternet  istifadəçilərinin  sayının  görünməmiş  sürətlə 
artması da elektron biznesin inkişafı üçün daha bir ilkin şərtdir. 
Qeyd  edək  ki,  İnternet  istifadəçilərinin  tədiyyəqabiliyyəti  orta 
hesabla  məhsul  və  xidmət  istehlakçılarının  orta  səviyyəsindən 
xeyli  yüksəkdir.  Bundan  əlavə,  bəzi  məhsul  və  xidmət  növləri 
(məsələn,  proqram  təminatı  və  onun  dəstəklənməsi, 
informasiya texnologiyaları və s.) üçün tələbat nümayiş etdirən 
istehlakşıların da əsas kütləsi İnternet istifadəçiləridir.  
Nua Ltd. And others (www.nua.com) məlumat vermişdir 
ki, 2002-ci  ilin  sentyabrına  İnternet  istifadəçilərinin  sayı  605 
milyon  nəfər  olmuşdur  ki,  bunun  da  183  milyonu  ABŞ  və 
Kanadaya, 191 milyonu Avropaya, 151 milyonu sənaye cəhət-
dən  inkişaf  etmiş  Asiya-Sakit  okean  regionu  ölkələrinin,  o 
cümlədən,  56  milyonu  Yaponiyanın,  46  milyonu  Çinin,  26 
milyonu  Koreyanın,  12  milyonu  Tayvanın,  11  milyonu 
Avstraliyanın  payına  düşmüşdür.  Beləliklə,  İnternet  istifadəçi-
lərinin 87%-i  yüksək  iqtisadi  göstəricilərə  malik  olan  ölkələrə 
aiddir.  


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________19___________________________ 
 
ABŞ-da mövcud  olan  kiçik  müəssisələrin  66%-i 
İnternetdən  istifadə  edir.  Kiçik  müəssisə  rəhbərlərinin  85%-i 
İnternet  resurslarına  müraciət  imkanına  malikdir  və  bunların 
50%-nin  özünün  informasiya  serveri  vardır.  İnternetdən 
istifadə edən kiçik müəssisələrin 60%-i İnternetdən daha fəal 
istifadə etmək barədə addımlar atır. 
NOP Research (
www.nop.co.uk
)  apardığı  tədqiqat 
nəticəsində  müəyyən  etmişdi  ki,  2001-ci  ildə  Britaniya 
şirkətlərinin  58%-i  İnternetdə  təmsil  olunmuşdur.  Halbuki 
2000-ci  ilin  ortasında  bu  şirkətlər  48%  təşkil  edirdi.  Sorğuda 
iştirak edən, lakin hələ İnternetdən istifadə etməyən şirkətlərin 
əksəriyyəti  yaxın  gələcəkdə  bu  imkandan  yararlanmaq 
niyyətində  olduqlarını  bildirmişlər.  Bu  niyyəti,  əsasən,  lazımi 
rəqabətqabiliyyəti 
səviyyəsini 
saxlamaq 
istəyi 
ilə 
əsaslandırmışlar.  
Korporasiya  və  firmaların  İnternetdə  kütləvi  surətdə 
təmsil olunması göstərir ki, həm biznes-partnyorlarla, həm də 
müştərilərlə  yeni  qarşılıqlı  fəaliyyət  kanalı  yaranmışdır.  Hal-
hazırda İnternet texnologiyalardan istifadə edən müəssisələrin 
çoxu 
əvvəllər 
informasiya 
təminatının 
ənənəvi 
texnologiyalarından  istifadə  etmişlər.  Bu  kateqoriyadan  olan 
müəssisələr ənənəvi texnologiyadan yeni texnologiyaya adətən 
tədricən keçirlər. 
Bir qayda olaraq, başlanğıc mərhələdə bu transformasiya 
aşağıdakı formalarda həyata keçirilir: 

 
Firmanın informasiya serverindən məhsul və xidmətlərin 
əlavə reklam kanalı kimi istifadə edilməsi;  

 
Elektron  poçtdan  istehlakçılarla  əlaqə  saxlamaq  üçün 
(Tələbin  öyrənilməsi,  yeniliklər  barədə  məqsədli 
informasiya 
yayımı, 
reklam 
aksiyaları 
barədə 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə