E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə10/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________35___________________________ 
 
yaya  əlçatanlığı  da  daxil olmaqla, informasiyaya 
əlçatanlığı xarakterizə edən proseslər; 

 
Reallaşdırılan  həllin  cari  vəziyyətini  xarakterizə  edən 
informasiyanın  yığılması  və  emalı,  o  cümlədən,  audit 
prosesləri; 

 
Təşkilatın  işçi  heyətinin  hazırlanması  və  hazırlanma 
səviyyəsinin idarə edilməsi prosesləri; 

 
Təqdim  edilən  həllin  tətbiq  edildiyi  mühitin  vəziyyətini 
və  dəyişilmə  meyllərini  xarakterizə  edən  analitik 
materialların hazrlanması prosesləri. 
Proseslərin  təsviri  o  dərəcədə  ətraflı  olmalıdır  ki, 
proseslərin mahiyyəti başa düşülsün.  
Aşağıdakıları təsvir edən informasiya təqdim edilməlidir: 

 
Proseslərin alqoritmləri və onların icra edilməsi vaxtları; 

 
Proseslərin bir-birindən asılılığı, informasiya əlaqələrinin 
və idarəedici təsirlərin reallaşdırılması mexanizmləri; 

 
Prosesin reallaşdırılması keyfiyyəti üçün əhəmiyyətli olan 
idarə edilən və edilməyən parametrlər. 
İdarəedici  həllin  vacib  elementi  biznes-proseslərin  bütün 
gerçək  və  potensial  iştirakçılarının  hüquq  və  məsuliyyət 
dərəcələrinin təsvirini də əhatə edən rolların formal təsvirindən 
ibarətdir.  Elektron  biznes  sferasına  elektron  biznesin  təhlükə-
sizliyinin  idarə  edilməsi  prosesləri,  o  cümlədən,  təhlükəsizlik 
siyasətində  nəzərdə  tutulan  tədbirlərin  görülməsi  üçün 
cavabdeh  olan  və  zəruri  qayda  və  biliklərə  yiyələnmiş 
təhlükəsizlik menecerlərinin mövcudluğu  xarakterikdir.  
Müxtəlif  proseslərin  reallaşdırılması  zamanı  rolların  və 
məsuliyyətlərin  bölünməsi  prosesində  zəruri  normativ  aktları 
rəhbər  tutulmalıdır.  Elektron  biznes  sferasında  fəaliyyətin 
müəyyən  hissəsi  qanunvericiliklə  tənzimlənir,  nisbətən  xüsusi 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________36___________________________ 
 
məsələlər,  məsələn,  firmadaxili  informasiyanın  alınması  və 
istifadə  edilməsi  qaydası  rəhbərliyin  müvafiq  qərarına  əsasən 
müəyyən  edilir.  Qeyd  edək  ki,  biznes-proses  qaydalarının  və 
iştirakçılarının  vəzifələrinin  dəqiq  təyin  edilməməsi  elektron 
biznesin  təhlükəsizliyi  sahəsindəki  pozuntularla  bağlı 
insidentlərin  araşdırılması  (təhqiq  edilməsi)  zamanı  çıxılmaz 
situasiya yaradır. 
Biznes  partnyora  yönəlik  idarəedici  həlldə  bəzən  həllin 
reallaşdırılması  prosesində  qarşılıqlı  fəaliyyət  göstərən  işçi 
heyətinin  ixtisas  səviyyəsinin  yoxlanması  texnologiyası  da 
nəzərdə  tutulur.  Məsələn,  belə  yoxlamanın  autsorsinq  zamanı 
kənar firmaların hər hansı funksiyalarına tətbiqi nəzərdə tutula 
bilər.  Verilənlərin  elektron  mübadiləsi  zamanı  tətbiq  edilən 
formatlar  və  informasiya  resurslarına  müraciət  texnologiyaları 
ilə  bağlı  həllər  adətən  qarşılıqlı  fəaliyyət  göstərən  təşkilatların 
səlahiyyətli  nümayəndələri  tərəfindən  bağlanan  müqavilələrlə 
reqlamentləşdirilir.  
Texnoloji  həllər,  yuxarıda  qeyd  edildiyi  kimi,  tələb 
olunan  sistemlərin,  proqram  əlavələrinin  və  təşkilatdaxili 
instrumentlərin,  xarici  informasiya  mənbələri  və  cəlb  edilmiş 
partnyorlarla qarşılıqlı fəaliyyəti həyata keçirən interfeys stan-
dartlarının  birmənalılığını  və  səmərəliliyini  təsvir  edir.  Yüksək 
dərəcədə  standartlaşdırma  biznesin  avtomatlaşdırılmış  sistemi 
üçün  lazım  olan  texniki  müşayiəti  sadələşdirir  və  ucuzlaşdırır. 
Bununla yanaşı, çox hallarda elektron biznes təşkilatın mövcud 
informasiya infrastrukturuna  əsaslanan  ənənəvi  biznesin 
genişləndirilməsi  kimi  mövcud  olur.  Odur  ki,  texnoloji  həll 
hazırlanarkən bu cəhət nəzərə alınmalıdır. 
Texnoloji  həll  təsvir  edilərkən  aşağıdakılar  təyin 
edilməlidir: 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________37___________________________ 
 

 
Sistemin arxitekturası; 

 
İstifadə  edilən  proqram-aparat  platformaları  və 
instrumentləri; 

 
Müştərilərin 
sistemin 
informasiyasına 
əlçatanlığı 
vasitələri. 
Texnoloji  həllin  nisbətən  ən  mürəkkəb  hissəsi  sistemin 
arxitekturasıdır.  Arxitektura  həlli  müəssisənin  kiberfəzada 
bütün  sonrakı  iqtisadi  fəaliyyətinin  texniki  təməlini  yaratmaq 
arzusu  ilə  mövcud  verilənlər  bazası  və  informasiya  texno-
logiyalarının  inteqrasiya  edilməsi  zərurətinin    ağlabtan 
kompromisi olmalıdır.  
Məsələnin  mürəkkəbliyi  orasındadır  ki,  avtomatlaşdırma 
sahəsində mövcud olan texniki həllər, bir qayda olaraq, qapalı 
idi  və  açıq  informasiya  infrastrukturlarına  çıxışı  yox  idi. 
İnternetdə təmsil olunmağa yönəlik həllərə keçilməsi yaradılan 
sistemin  etibarlılığı  və  təhlükəsizliyinin  təmin  edilməsi 
sahəsində  prinsipcə  tamamilə  yeni  həll  səviyyəsi  tələb  edir. 
Bundan  əlavə,  təklif  edilən  arxitektura  həlli  həm  də  İnternet 
şəbəkəsinin  standartlarına  uyğun  olmalıdır.  Buna  görə  də 
sistemin 
xarici 
istifadəçiləri 
üçün 
nəzərdə 
tutulan 
informasiyanın  daxili  informasiya  resursları  formatlarından 
informasiya serverlərinin  standart  formatlarına  transformasiya 
edilməsi  şəffaf,  yəni  istifadəçinin  nəzərinə  çarpmayan  şəkildə 
həyata keçirilməlidir.  
İstifadə  edilən  proqram-aparat  platformaları  və 
instrumentləri texnoloji amillərlə deyil, əsasən iqtisadi amillərlə 
təyin  edilir.  Hal-hazırda  elektron  biznesin  müşayiət  edilməsi 
üçün proqram-aparat 
platformalarının 
geniş 
spektri 
mövcuddur.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə