E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə44/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________157___________________________ 
 

 
Kartdan istifadə edilməklə baş tutmuş alqı-satqının qeyd 
edildiyi  kağız  və  elektron  sənədlərin  qəbulu, 
çeşidlənməsi və göndərilməsi; 

 
Bu  və  ya  digər  səbəbdən  əməliyyatı  dayandırılmış 
kartların (stop-vərəqlərin) siyahısının yayımlanması. 
Ekvayer  və  emitent  funksiyalarının  icrası  bir  bank 
tərəfindən  aparıla  bilər.  Ekvayer-bankın  əsas  funksiyası 
satıcılarla  hesablaşmaların  icrası  ilə  bağlı  olan  maliyyə 
fəaliyyətidir. Bundan əlavə, ekvayer-bank öz şöbələri və ya ona 
aid bankomatlar vasitəsilə plastik kart üzrə nağd pul verə bilir. 
Müəyyən  texniki  funksiyaları  ekvayer-bank  ixtisaslaşdırılmış 
servis təşkilatlarına – prosessinq mərkəzlərinə həvalə edə bilər. 
Hər  bir  ekvayer-bank  satıcılara  emitent-bank  kartlarının 
sahiblərinin konkret ödəmə sisteminə daxil olan tədiyələri üzrə 
vəsait  köçürə  bilir.  Ekvayerin  xərclədiyi  müvafiq  vəsait 
emitentlər  tərəfindən  razılaşdırılmış  müddətdə  ekvayerin 
hesabına  köçürülməlidir.  Ekvayerlə  emitent  arasında  qarşılıqlı 
hesablaşmaların  operativ  qaydada  həyata  keçirilməsi  üçün 
ödəmə  sisteminin  elementlərindən  biri  olan  hesablaşma 
bankından istifadə edilə bilir. Bunun üçün ekvayer və emitent 
hesablaşma bankında müxabirələşmə hesabları açmalıdırlar.  
 
ÖDƏMƏ (TƏDİYƏ) SİSTEMİ 
 
Ödəmə sistemi dedikdə, bank tərəfindən ödəmə (tədiyə) 
vasitəsi  kimi  buraxılmış  və  müəyyən  standarta  cavab  verən 
plastik  kartların  istifadə  edilməsi  üzrə  texnoloji  metodlar 
çoxluğu nəzərdə tutulur.  
Ödəmə sistemi yaradılarkən həll edilən əsas məsələlərdən 
biri  qarşılıqlı  ödəmə  hesablaşmalarının  aparılması  zamanı 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________158___________________________ 
 
emitent sisteminə daxil olan kartlara göstərilən ümumi xidmət 
qaydalarının  seçilməsi  və  riayət  olunmasıdır.  Bu  qaydalar 
kartlarla  aparılan  əməliyyatların  həm  texnoloji  məsələlərini, 
yəni  verilənlərin  standarta  uyğun  olmasını,  avtorizə 
prosedurlarını,  avadanlıqlardan  istifadə  təlimatlarını,  həm  də 
kartlara xidmət göstərilməsi ilə bağlı maliyyə məsələlərini, yəni 
xidmət  şəbəkəsinin  tərkibinə  daxil  olan  ticarət  təşkilatları  ilə 
hesablaşma 
prosedurlarını, 
banklararası 
hesablaşma 
qaydalarını və tarifləri əhatə edir. 
Ödəmə  sisteminin  nüvəsi  -  müqavilə  öhdəliklərinə 
əsaslanan  banklar  çoxluğundan  ibarətdir.  Ödəmə  sisteminin 
tərkibinə,  həmçinin  ticarət  təşkilatları,  xidmət  məntəqələri 
şəbəkəsi  əmələ  gətirən  servis  müəssisələri  daxildir.  Ödəmə 
sisteminin  normal  fəaliyyət  göstərməsi  üçün  kartlara  texniki 
dəstək xidməti göstərən ixtisaslaşmış qeyri-maliyyə təşkilatları, 
yəni  prosessinq  mərkəzləri  və  texniki  xidmət  mərkəzləri 
olmalıdır.  
Auditor  funksiyasının  icrası  üçün  zəruri  ilkin  şərt 
tranzaksiyalar protokollarının  aparılmasıdır. 
Tranzaksiyalar 
protokolu  dedikdə,  ödəmə  kartları  ilə  həyata  keçirilən 
əməliyyatlara,  o  cümlədən,  nağd  pul  verilməsinə  dair 
məlumatların avtomatik qeyd edilməsi nəzərdə tutulur.  
Prosessinq  mərkəzi  –  ekvayerlərdən  və  ya  bilavasitə 
xidmət  məntəqələrindən  daxil  olan  avtorizasiya  və/və  ya 
tranzaksiyalar  protokoluna  sorğuların  emalı  ilə  məşğul  olan 
ixtisaslaşdırılmış  servis  təşkilatıdır.  Prosessinq  mərkəzi  ödəmə 
sisteminin  iştirakçıları  olan  banklar  və  kart  sahibləri  barədə 
məlumatlar saxlanan VB-ni işlədir. Prosessinq mərkəzi konkret 
kart sahibləri üçün ödəmə həcminə qoyulmuş məhdudiyyətləri 
saxlayır  və  emitent-bankın  öz  VB-si  olmadıqda,  yəni 
off-line 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________159___________________________ 
 
bank  rejimində avtorizasiya sorğularını da icra edir. Prosessinq 
mərkəzi  VB-də  operativ  avtorizasiya  əməliyyatı  barədə 
emitent-banka, emitent-bankdan  aldığı  kart  barədəki 
məlumtları 
ekvayerə ötürür. 
 
QEYD:  Ekvayer  ticarət-servis  və  bankomat 
şəbəkəsində  kartlardan  istifadə  etməklə  qarşılıqlı  əlaqələri 
yerinə  yetirmək  üçün  bütün  əməliyyatlar  spekterini  həyata 
keçirən  bank  və  ya  şirkətdir.  Şəbəkədə  yerinə  yetirilən 
əməliyyat  barədə  məlumat  alan  kimi  ekvayer  həmin 
məlumatları
 
hesablamalar  aparmaq  üçün  sistemə  göndərir. 
Ekvayer  məhsulların  satış  nöqtələrinə  yerləşdirilməsinə  və 
həmin məhsullarin alınmasının və ya satılmasının kartlardan 
istifadə olunmaqla həyata keçirilməsinə cavabdehdir. 
 
Texnoloji baxımdan, prosessinq mərkəzi məhsuldar rabitə 
kanallarına  etibarlı  qoşulmuş  ixtisaslaşdırılmış  hesablayıcı 
mərkəzdir. Bu mərkəz kifayət qədər sərt şərtlərdə işləyir. Belə 
ki,  real  vaxt  miqyasında  baş  verən  intensiv  tranzaksiyalar 
axınlarının  zəmanətli  emalını  həyata  keçirir.  Debet  kartından 
istifadə 
edilməsi  ödəmə 
sisteminin 
ixtiyari 
xidmət 
məntəqəsindəki alqı-satqının avtorizasiyasının 
on-line rejimində 
həyata  keçirilməsini  zəruri  edir.  Kredit  kartı  ilə  əməliyyatlar 
üçün avtorizasiya həmişə lazım olmur. Lakin bankomatdan pul 
götürüldükdə avtorizasiya məcburidir. 
Gün  ərzində  (və  ya  razılaşmaya  əsasən,  başqa  vaxt 
periodunda)  yığılmış  tranzaksiyalar  protokollarının  əsasında 
prosessinq  mərkəzi  yekun  məlumat  hazırlayıb  ödəmə 
sisteminin  iştirakçıları  olan  banklar  arasında  qarşılıqlı 
hesablaşmalar aparaılması üçün yayımlayır. Emitentin sorğusu-


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə