E L e k t r o n b I z n e s



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə45/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________160___________________________ 
 
na  əsasən  prosessinq  mərkəzi  stop-vərəqlər  hazırlayıb 
ekvayerlərə,  bəzən  isə  bilavasitə  xidmət  mənəqələrinə 
göndərir.  
Gündəlik  yekunlar  üzrə  qarşılıqlı  hesablaşmaların  icrası 
üçün  prossesinq  mərkəzinin  hesablayıcı  imkanları  üzərinə  çox 
ciddi  tələblər  qoyulur.  Çünki  tranzaksiya  protokollarının 
əksəriyyəti  bir-neçə  saat  ərzində  avtomatlaşdırılmış  emaldan 
keçməlidir.  
Prosessinq  mərkəzi,  həmçinin  emitent-bankların  yeni 
kartlara tələbatını da təmin etməlidir. Bu kartların hazırlanması 
üçün  zavoda  sifariş  verilməli  və  sonra  onlar  ayrı-ayrı 
fərdiləşdirilməlidir.  Bütün  bu  işləri  də  prossesinq  mərkəzi öz 
öhdəsinə  götürür.  Prossesinq  mərkəzi bütün servis 
funksiyalarını  öz  üzərinə  götürürsə,  plastik  kartların 
fərdiləşdirilməsini, POS-terminalların (POS – Point Of Sale) və 
bankomatların  təmirini  də  icra  etməlidir.  Ödəmə  sisteminin 
texniki  cəhətdən  etibarlı  və  dayanıqlı  fəaliyyətinin  təmin 
edilməsi üçün prossesinq mərkəzində güclü hesablayıcı sistem 
və kommunikasiya infrastrukturu olmalıdır. Prossesinq mərkəzi 
üçün  əlavə  yüklənmə  mənbəyi  banklararası  qarşılıqlı 
hesablaşmalara aid elektron sənəd mübadiləsidir.  
Qeyd  etmək  lazımdır  ki,  paylanmış  ödəmə  sistemlərində 
bir  neçə  prossesinq  mərkəzi  ola  bilər.  Bunların  bəziləri  əyalət 
səviyyəsində ekvayer-bank kimi də işləyə bilir. Prossesinq mər-
kəzlərinin  səmərəli  fəaliyyət  göstərməsi  üçün  yüksək 
məhsuldarlığa  malik  verilən  ötürən  şəbəkə  olmalıdır.  Yəni, 
verilən  ötürən  şəbəkə  arxitektura  cəhətdən  ödəmə  sisteminin 
ayrılmaz tərkib elementi olmalıdır. 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________161___________________________ 
 
K
REDİT VƏ DEBET ÖDƏMƏ SİSTEMLƏRİ 
 
Bütün elektron ödəmə  sistemlərini  iki  iri  sinfə  bölmək 
olar: 
kredit ödəmə sistemləri və debet ödəmə sistemləri. 
Kredit ödəmə sistemləri dedikdə, kredit kartından istifadə 
üzərində qurulmuş sistem nəzərdə tutulur. Bu sistem alqı-satqı 
iştirakçıları  arasında  elektron  hesablaşmalar  və  bu  məqsədlə 
xəbər  mübadiləsinin  şifrlənməsi,  rəqəmsal  imza  kimi  təhlü-
kəsizlik  tədbirləri  həyata  keçirir.  Bütün  kredit  sistemləri 
müştərinin  kredit  qabiliyyətinin, yaxud emitent-bank  və  ya 
başqa səlahiyyətli təşkilat tərəfindən verilmiş ödəmə vəsaitinin 
yararlılığının  təsdiqini  tələb  edir.  Dünya  bazarında  yaxşı 
tanınmış  kredit  ödəmə  sistemləri  sırasında 
CyberCast, 
CheckFree, Open Market, First Virtual  kimi  sistemləri 
göstərmək  olar. 
Visa  və  MasterCard  şirkətləri  tərəfindən 
İnternetdə  ödəmələr  üçün  təklif  edilmiş 
SET  standartından 
istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır. 
Debet  ödəmə  sistemləri  dedikdə,  çeklərin  və  nağd 
ödəmələrin  elektron  ekvivalentindən  istifadəyə  əsaslanan 
sistemlər  nəzərdə  tutulur.  Dünya  bazarında  yaxşı  tanınmış 
debet ödəmə sistemləri sırasında 
DigiCash, NetCash, NetChex, 
NetBill  kimi  sistemləri  göstərmək  olar.  Rəqəmsal  nağdlardan 
istifadəyə  əsaslanan  debet  ödəmə  sistemləri  maliyyə 
strukturları  tərəfindən  vəkil  edilmişlərin  təsdiqini  tələb  etmir. 
Debet  sistemləri  nisbətən  ucuz  olduğuna  görə  mikroödənişlər 
üçün münasibdir.  Debet  ödəmə  sistemindən  istifadə 
edilməsinin əsas problemi etibarlı, inanılmış maliyyə mühitinin, 
xüsusən,  nəzarətdənkənar  nağd  elektron  emissiyaların  qeyri-
mümkünlüyünə əminlik yaradılmasıdır.  


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________162___________________________ 
 
Qeyd  edək  ki,  elektron  ödəmə  sistemi  İnternet 
infrastrukturundan  istifadə  edilməklə  bank  hesablarının  idarə 
edilməsi  (elektron  bankinq  və  ya  İnternet-bankinq) kimi bank 
servisinin  tərkib  hissəsi  deyildir.  Servisin  bu  növü  bankın 
ənənəvi  xidmətidir  ki,  bu  da  müştəriyə  öz  hesabını  idarə 
etməyi asanlaşdıran yeni forma təklifidir.
 
   
 
 
 
 
 
 
 
 
 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________163___________________________ 
 
MİKROPROSESSORLU VƏ PLASTİK 
KARTLAR 
 
Plastik və ya maqnit kartları ənənəvi iqtisadiyyatda geniş 
istifadə  edilən  ödəmə  vasitəsidir.  Kartla  ödəmə  texnologiyası 
bir-neçə 10 illik tarixə malikdir. Kartlar debet və kredit olmaqla 
2 növdür. Debet kartları ödəyicinin hesabından məbləği dərhal 
silir. Kredit kartları isə ay ərzində alınmış mallara görə bir çeklə 
ödəmə etməyə imkan verir.  
Plastik kart – mal və xidmətlərə görə istifadəçiyə nğdsız 
ödəmələr  etməyə  və  ödəmə  sisteminin  iştirakçıları  olan  bank 
şöbələrindən  və  bankomatlardan  nağd  pul  götürməyə  imkan 
verən fərdiləşdirilmiş ödəmə vasitəsidir.  
Kartı  qəbul  edən  ticarət  müəssisəsi  və  bank  şöbəsi  kart 
xidməti  məntəqələri  şəbəkəsi  əmələ  gətirir.  Plastik  kartla 
satışın  və  nağd  pulun  alınmasının  xüsusiyyəti  odur  ki,  bu 
əməliyyatlar borca həyata keçirilir. Çünki mallar və nağd pullar 
müştəriyə  dərhal  təqdim  edilsə  də,  bunların  haqqı  müəyyən 
müddətdən sonra ödənir. Plastik kart kartlarla ödəmələrə görə 
öhdəliklər  bu  kartı  buraxan  emitent-bankın  üzərinə  düşür. 
Buna  görə  də  kartlar  bütün  fəaliyyət  dövründə  bankın 
mülkiyyətində  qalır,  kart  sahibləri  isə  yalnız  ondan  istifadə 
edirlər.  Emitent-bankın  zəmanətlərinin  xarakteri  müştəriyə 
təqdim edilən kartın sinfindən və ödəmə ixtiyarından asılıdır. 
Kart  müştəriyə  verilərkən  fərdiləşdirilir. 
Fərdiləşdirmə 
dedikdə, plastik karta kartı və onun sahibini identifikasiya edən 
məlumatın,  həmçinin  kartın  ödəməqabiliyyətinin  və  veriləcək 
naqd pulun məbləğinin yoxlanmasını icra edən proqramın daxil 
edilməsi başa düşülür. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə