E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə41/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________147___________________________ 
 
formalaşdıran  və 
HTTP-serverlə  qarşılıqlı  fəaliyyət  göstərmək 
üçün paketlər mövcuddur.  
 
UNİVERSAL MÜŞTƏRİNİN VB SERVERİ İLƏ 
QARŞILIQLI FƏALİYYƏTİ 
 
VB-yə  müraciət  bilavasitə  universal  müştəri  mühitindən 
edildikdə  xüsusi  apletdən  istifadə  edilir.  VB  serveri  ilə  Java-
apletin  qarşılıqlı  fəaliyyəti  üçün  xüsusi 
JDBC  (Java Data Base 
Connectivity
)  protokolu  işlənib  hazırlanmışdır.  Bu  protokol 
verilənlərə  müraciət  etmək  üçün  yüksək  səviyyəli  standart 
prosedurlar  yığımından  istifadə  edir. 
JDBC  protokolundan 
istifadə etməkdən ötrü universal müştəriyə müvafiq VB serveri 
(
Oracle, IBM DB2, MS SQL Server)  ilə  qarşılıqlı  fəaliyyət 
göstərmək üçün drayver yüklənməlidir. Bayt-kod bibliotekasını 
istehsalçı  firmalar  və  digər  proqram  təminatı  hazırlayan 
təşkilatlar göndərir. 
Müştəri hər hansı informasiya serveri ilə əlaqə yaradarkən 
sessiya  prosesində 
JDBC  protokolundan  istifadə  edirsə,  HTML 
sənədini  apletlə  birgə  yükləyir.  Aplet  brauzer  mühitində  icra 
olunur və VB serveri ilə əlaqə yaradır. VB ilə əlaqə mexanizmi 
Java  dilinin  xüsusi  sinfi  vasitəsilə  yaradılır.  Bu  zaman  VB 
serverində  heç  bir  dəyişiklik  etmək  tələb  olunmur.  Yalnız  VB 
serveri ilə məlumat çatdırma mühiti arasında qarşılıqlı fəaliyyət 
təmin eilməlidir. 
Universal  müştəri  proqramı  ilə  VB-yə  müraciət 
edilməsinin təhlükəsizlik və məhsuldarlıq baxımından müəyyən 
nöqsanları  vardır.  Müasir  sistemlərdə,  bir  qayda olaraq, 
bilavasitə  VB  serverinə  qoşulmaq  üsulundan  istifadə  edilmir. 
Adətən  3  səviyyəli  arxitekturadan  istifdə  edilir.  Yəni  istifadəçi 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________148___________________________ 
 
aralıq  səviyyədə  işləyən  proqram  təminatının  dəstəyi  ilə 
fəaliyyət  göstərən  əlavələr  serveri  deyilən  mücərrəd 
obyektlərlə,  bunlar  isə  VB  serveri  ilə  işləyir.  Bu  mənada, 
istifadəçi  həmişə  “gözə  görünməyən”  obyektlə  işləyir  – 
deyirlər. 
 
MÜƏSSİSƏNİN İNFORMASİYA STRUKTURUNUN 
İNFORMASİYA SERVERİ İLƏ İNTEQRASİYA EDİLMƏSİ 
 
VB serverinin 
HTTP-serverlə  inteqrasiya  edilməsi  texniki 
problem  olmaqdan  çox  təşkilati  problemdir.  Kataloqlarında 
milyonlarla  mal  adı  olan,  münasibətlərində  yüzlərlə 
malgöndərən  iştirak  edən  müəssisələr  üçün  öz  informasiya 
resurslarını  İnternet  mühitinə  avtomatlaşdırılmış  inteqrasiya 
etməsi  tamamilə  təbiidir.  İş  burasındadır  ki,  həm  müəssisə, 
həm  də  malgöndərənlər  müxtəlif  tipli  sistemlərdən,  bəzən 
hətta  özlərinin  orijinal  sistemlərindən  istifadə  edirlər.  Buna 
görə  də  yaxın  ətrafı  ilə  faydalı  münasibətlər  qurmaq  istəyən 
müəssisə  xarici  partnyorlarla  səmərəli  inteqrasiyaya  nail 
olmazdan  əvvəl,  öz  daxili  informasiya  resurslarını  qaydaya 
salmalıdır. 
Hal-hazırda  korporativ  əlavələrin  inteqrasiyası  (
EAI  -
Enterprise Application Integration)  bazarı  formalaşmışdır.  Bu 
bazarda iqtisadiyyatın  müəyyən sektorunda fəaliyyət göstərən 
müəssisələrin  informasiya  resurslarının  vahid  qlobal  VB-ilə 
inteqrasiyasından  ibarət  sistemlər,  həmçinin  korporativ 
informasiya sistemlərinin bütün komponentləri arasında sənəd 
dövrüyyəsinin  avtomatlaşdırılması  sistemləri  təklif  edilir. 
Korporativ 
əlavələrin 
inteqrasiyası 
elektron 
biznesin 
dəstəklənməsi  sistemlərinin  arxitekturasının  kritik  elementinə 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________149___________________________ 
 
çevrilmişdir. İnteqrasiyanın əsas məqsədi müştərilərə, malgön-
dərənlərə  və  digər  biznes-tərəfdaşlara korporativ informasiya 
sistemi ilə işləmək imkanı yaratmaqdır. 
Müəssisələr  üçün  ideal  variant  biznes-tərəfdaşla vahid 
qarşılıqlı  fəaliyyət  standartı,  məsələn,  elektron  biznes 
tələblərinə  adaptasiya  edilmiş 
EDIFACT  standartı  tətbiq 
etməkdir. Lakin müasir bazar seqmentlərinin olduqca çoxplanlı 
müxtəlifliyi ilə əlaqədar olaraq standart formatların yaradılması 
çox  vaxt  sərfi  tələb edə  bilər.  Müəssisə  biznesi  genişləndikcə, 
biznes-partnyorlarla  qarşılıqlı  fəaliyyət  göstərmək  üçün 
müvafiq  şöbələrə  yeni  işçilərin  qəbul  edilməsi  və  ya  elektron 
sənəd  mübadiləsi  mexanizmlərindən  istifadə  edilməsi  kimi  iki 
yoldan  birinin  seçilməsi  problemi  ilə  qarşılaşma  baş  verir. 
Elektron 
sənəd 
mübadiləsi 
qaimə 
xərclərini 
minimumlaşdırmağa imkan verir. 
 
MÜƏSSİSƏNİN ELEKTRON BİZNES 
İNFRASTRUKTURUNUN TEXNOLOJİ 
KOMP
ONENTLƏRİNİN İNKİŞAF  PERSPEKTİVLƏRİ 
 
Müəssisələrin informasiya serverlərinin perspektiv inkişafı 
HTTP-serverdən  (İnternetə  qoşulmanı  təmin  edən  xidmətlər 
yığınıdır),  əlavələr  serverindən  (biznes-əlavələrin  məntiqini 
reallaşdıran  xüsusi  serverdir  - 
Application Server)  və  VB 
serverindən ibarət 3 səviyyəli arxitekturaya keçməklə bağlıdır. 
Bu arxitektura funksionallıq baxımından kamil olmaqla, həm də 
yüklənmə  dinamikasına  adekvat  reaksiya  verə  bilməlidir. 
Bununla  yanaşı,  yenə  də  strukturun  etibarlı  fəaliyyətini  təmin 
etmək  mürəkkəb  problem  olaraq  qalır  ki,  3  səviyyəli 
arxitekturanın sonrakı inkişafı bunu da həll etməlidir. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə