E L E K T R O N B İ Z N E S
_________________________139___________________________
Sorğudakı
məlumatlar
DNS-serverin VB-sində
saxlananlara uyğundursa, həmin anda müştəriyə cavab
göndərir, əks halda sorğunu başqa domenin
DNS-serverinə
göndərir. Bu
DNS-server sorğunu işləyə bilirsə, işləyir, bilmirsə,
başqa
DNS-serverə göndərir və s. Bütün DNS-serverlər
İnternet şəbəkəsinin domenlər iyerarxiyasına müvafiq qaydada
birləşdirilmişlər. Lazımi təsviri alana qədər müştəri bu
serverlərdə sorğu aparır. Müştəri kompüterləri cəldliyi və
etibarlılığı yüksəltmək üçün bir-neçə IP-ünvandan istifadə edə
bilirlər.
DNS VB-si ağacşəkilli struktura malikdir. Bu struktur
adların domen fəzası adlanır. Burada hər bir domenin adı var
və tərkibində başqa domenlər yerləşə bilər. Domenin adı
DNS
VB-sində valideyn domenə nəzərən onun vəziyyətini identifika-
siya edir. Addakı nöqtələr domenin müvafiq düyünlərini bir-
birindən ayırır.
DNS VB-sində kök İnternetin ICANN mərkəzi tərəfindən
idarə edilir. Yuxarı səviyyə domenləri ölkələr və ya ABŞ və
Kanadaya aid təşkilat tipləri üçün verilir. Bu domenlərin adları
beynəlxalq
ISO 3166 standartına uyğun olmalıdır. Ölkə adları
2-3 hərflə işarə edilir. Təşkilat tipləri üçün aşağıdakı adlardan
istifadə edilir:
•
com
–
kommersiya
təşkilatları
(məsələn,
www.pwcglobal.com);
•
edu – tədris müəssisələri (məsələn,
www.stanford.edu
);
•
gov – hökumət təşkilatları (məsələn,
www.nipc.gov
);
•
org
–
qeyri-hökumət
təşkilatları
(məsələn,
www.w3c.org
);
•
net
–
İnternet
xidməti
provayderləri
(məsələn,
www.internettrading.net
).
E L E K T R O N B İ Z N E S
_________________________140___________________________
ŞƏBƏKƏ DÜYÜNLƏRİNƏ IP-ÜNVANLARIN TƏYİN
EDİLMƏSİ PROSESİNİN AVTOMATLAŞDIRILMASI: DHCP
PROTOKOLU
Çox hallarda şəbəkə inzibatçısı daimi
IP-ünvanlar verir və
bunları əməliyyat sisteminin parametrləri kimi yazırlar. Əgər
IP-ünvanlar üçün ayrılmış sahə şəbəkəyə qoşulmalı olan
kompüterlərin sayına darlıq edirsə, bu halda
IP-ünvanlar dina-
mik qaydada verilir. Bu problemi həll etmək üçün düyünün
dinamik konfiqurasiyası protokolu
DHCP (Dynamic Host
Configuration Protocol) işlənib hazırlanmışdır.
DHCP
protokolunun
əsas
təyinatı
avtomatik
formalaşdırılan sorğular üzrə
IP-ünvanların dinamik təyin
edilməsindən ibarətdir. Ünvanların avtomatik təyini zamanı bu
iş üçün ixtisaslaşdırılmış
DHCP-server inzibatçının müdaxiləsi
olmadan
IP-ünvanların pul adlandırılan ehtiyat qiymətlərindən
istifadə edərək
IP-ünvan verir. Pul-un diapazonunu inzibatçı
DHCP-serverin konfiqurasiyasını təyin edərkən müəyyən edir.
Müştərinin identifikatoru ilə onun
IP-ünvanı arasında daimi
uyğunluq saxlanır. Bu uyğunluq
DHCP-server tərəfindən
müştəriyə ilk dəfə
IP-ünvan verilərkən təyin edilir. Növbəti
sorğularda server həmişə həmin
IP-ünvandan istifadə edir.
DHCP-server müştəriyə verdiyi IP-ünvanı müvəqqəti
verir. Odur ki, həmin ünvan başqa vaxtlarda başqa
kompüterlərə də verilə bilər.
“Kompüter-müştəri” sistemi təşəbbüskarlıq göstərərkən
DHCP şəbəkəyə “tədqiqat” sorğusu göndərir. Bu sorğunu alan
hər bir
DHCP-server sorğu mənbəyinə “təklif” göndərir ki,
sonra bu təkliflərdən biri seçilir. Sonra
DHCP-server seçilmiş
“təklifin təsdiqi barədə” məlumat yayır.
E L E K T R O N B İ Z N E S
_________________________141___________________________
İNFORMASİYANIN TƏQDİMEDİLMƏ FORMASI
1980-ci illərin sonunda T.Berners-Li Cenevrədə yerləşən
Avropanın elementar fiziki zərrəciklər laboratoriyasının
informasiya arxivlərini səliqəyə salmaqla və informasiyaya sadə
müraciət sistemi yaratmaqla məşğul idi. Laboratoriyanın xüsu-
siyyəti o idi ki, burada müxtəlif əməliyyat sistemləri qurulmuş
müxtəlif kompüterlər çoxluğundan istifadə edilirdi. Buna görə
də informasiyaya müraciətin elə üsulu seçilməli idi ki, müştəri
və serverin aparat-proqram xüsusiyyətləri heç bir rol
oynamasın. Bu, proqram təminatının “müştəri-server”
modelindən istifadə edilməsini zəruri etmişdi. Bu məsələnin
həlli üçün müştəri və serverin qarşılıqlı fəaliyyət
göstərməsindən ötrü protokol işləyib hazırlamaq lazım idi.
Hipermətnin ötürülməsi üçün Berners-Li serverlə müştəri
arasında qarşlıqlı fəaliyyət üçün xüsusi
HTTP protokolunu
işləyib hazırladı. İnformasiyanın universal tədimatı üçün
HTML
dili yaradıldı. Yeni dilin əsas ideyaları aşağıdakılardan ibarət idi:
•
Sənəd mətnə daxil edilmiş interpretasiya əmrləri
əsasında
müştərinin
proqram
təminatı
ilə
formatlaşdırılır;
•
Bütün obyektlər (şəkillər, audio verilənlər və s.) sənədə
universal resurs göstəricisi (
URL - Uniform Resource
Locator – Universal Resurs Göstəricisi) ilə müəyyən
edilən verilənin mənbəyinə iqtibas edilməklə daxil edilir.
Berners-Li ilə təxminən eyni vaxtda Mark Andrissen və
Erik Bin
Mosaic adlı çoxplatformalı və kifayət qədər sadə
brauzer işləyib hazırladılar. Nəticədə milyonlarla istifadəçiləri
özünə cəlb edən işgüzar və əyləncəli informasiyanın İnternet
vasitəsilə təqdimatı mümkün oldu.
Dostları ilə paylaş: |