E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə47/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   44   45   46   47   48   49   50   51   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________168___________________________ 
 
Ödəmə  sisteminin  subyekti  olaraq  kart  istifadə  edən 
şəxsin  identifikasiya  edilməsi  üçün  emitent-bankın  və  ödəmə 
sisteminin loqotipləri, kart sahibinin adı, hesab nömrəsi, kartın 
fəaliyyət müddəti kart üzərinə həkk edilir. Bundan əlavə, kartın 
üzərində  sahibinin  şəkli  və  imzası  qeyd  edilə  bilər.  Məsələn, 
Сберкарт  sistemində  bu  texnologiyadan  istifadə  edilir.  Şəklin 
olması  kart  vizual  identifikasiya  etməyə  imkan  verir.  Lakin 
avtomatlaşdırılmış  identifikasiya  üçün  vizual  identifikasiya 
kifayət  deyildir.  Bundan  əlavə,  avtomatik  avtorizasiya 
prosedurunun  icrası  üçün  lazımi  verilənlərin  karta  daxil 
edilməsi  vacibdir.  Bunun  üçün  müxtəlif  fiziki  mexanizmlərdən 
istifadə edilir. 
Ştrix-kodlu
 
kartlar.  Bu kartlarda identifikasiyaedici 
element  kimi,  məhsulların  markirovka  edilməsi  üçün  tətbiq 
edilən koda analoji olan ştrix-koddan istifadə edilir. Kod yazılan 
zolaq qeyri-şəffaf materialla örtülmüş olur və yalnız infraqırmızı 
şüa  ilə  oxunur.  Ştrix-kodlu  kartlar  çox  ucuzdur.  Lakin  zəif 
qorunur. Buna görə də ödəmə sistemində tətbiq edilmir.  
 
QEYD:
 
Şrix-kod dedikdə səth üzərinə çəkilmiş qara və 
ağ zolaqlar (və ya digər həndəsi fiqur) ardıcıllığından ibarət 
qrafiki  informasiya  nəzərdə  tutulur.  Markalanmış  və  ya 
qablaşdırılmış  məmulatın  üzərindəki  bu  zolarlar  texniki 
vasitələrin  koməyilə  təhlil  edilir  və  məmulat  haqqında 
müəyyən məlumatı almağa imkan verir. 
1948-ci  ildə  ABŞ-ın  Pensilvani  ştatının  Filadelfiya 
şəhərindəki  Dreksel  Universitetinin  Texnologiya  institutunun 
aspirantı  Bernard  Silver  (Bernard Silver: 1924-1963) 
təsadüfən  yerli  ərzaq  şəbəkəsinin  prezidentinin  fakultə 
dekanı ilə istehsal olunmuş məhsula nəzarət edilməsi barədə 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________169___________________________ 
 
informasiyanı  oxuya  bilən  avtomatlaşdırılması  sisteminin 
yaradılması  barədə  söhbətini  eşidir.  Silver  eşitdiyi  söhbət 
barədə  dostları  Norman  Cozef  Vudlanda  (Norman Joseph 
Woodland) (1921—2012)  və  Cordin  Cohansona  (Jordin 
Johanson)  danışır.  Dostlar  həmin  gündən  başlayaraq 
müxtəlif  məhsullar  üzərindəki  cürbəcür  markaları  təhlil 
etməyə  başlayırlar.  Bir  müddət  araşdırmalardan  sonra 
dostlar  ilk  işləyən  sistemi  yaradırlar.  Sistem  ultrabənövşəyi 
mürəkkəbdən  istifadə  etməklə  işləyirdi.  O  zaman  istifadə 
olunan ultrabənövşəyi  mürəkkəb  həddindən  artıq  baha 
qiymətə  olmaqla  yanaşı  keyfiyyətsiz  olduğu  üçün  rəngi  tez 
solurdu. Bu dostlar üçün böyük prpoblem idi. 
 
 
Bernard Silver
 
 
Norman Cozef Vudland
 
Sistemin  həyata  keçən  olduğuna  əmin  olan 
N.C.Vudland  Filadelfiyanı  tərk  edir  və  Floridaya  köçür.  Bir 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________170___________________________ 
 
müddət 
atasının 
evində 
məskunlaşır 
və 
burada 
araşdırmalarını davam etdirir. Araçdırmalar nəticəsində bu iş 
üçün Morze əlifbasının əlverişli olduğunu müəyyənləşdirir. 20 
oktyabr 1949-cu  ildə  Silver  və  Vudland  yaradıqları  sistemə 
patent almaq üçün müraciət edirlər və 7 oktyabr 1952-ci ildə 
patent  alırlar.  1951-ci  ildə  Silver  və  Vudland  ideyalarının 
həyata keçirilməsi üçün IBM şirkətini maraqlandırmağa cəhd 
göstərirlər. IBM şirkəti alınmış məlumatın təhlil edilməsindən 
ötrü mürəkkəb avadanlığın hazırlanmasını nəzərə aldığı üçün 
onların təklifi rədd edir və onları əmin edir ki, gələcəkdə bu 
məsələni ətraflı araşdıracaq.   
 
Samuel Finli Briz Morze
 
Morzenin aparatı
 
 
Carəsiz  qalan  Silver  və  Vudland  1952-ci  ildə  patenti 
Filko  şirkətinə  (Philco -  şirkət  sonralar  Helios Electric 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________171___________________________ 
 
Company  adlandırılır)  satırlar.  Həmin  ildə  də  şirkət  patenti 
RCA şirkətinə baha qiymətə satır. 
Müxtəlif ştrixlərdən istifadə olunur. 
Xətti  ştrix.  Xətti  ştrixi  əksər  vaxtlar  zolaqlı  kod  da 
adlandırırlar.  Ən  çox  yayılmış  xətti  ştrixlər  bunlardır:  8 
rəqəmli 
EAN-8

13 
rəqəmli 
EAN-
13, 
 
Code56,
 
Code128,
 
Codabar  və  s.  Xətti  ştrixdən  çox  da 
böyük  olmayan  informasiyanı  kodlaşdırmaq  üçün  istifadə 
olunur. 
İkiölçülü  ştrix  kod.  Böyük  həcmdə  olan 
informasiyanı  kodlamaq  üçün  istifadə  olunur.  Kodun 
şifrələnməsi  iki  ölçüdə  (üfqi  və  şaquli  ölçüdə)  aparılır. 
İkiölçülü  kod  çoxsəviyyəli  (stacked)  və  matrisalı  (matrix) 
koda bölünür. Tarixi baxımdan çoxsəviyyəli kod daha keçmiş 
zamanda yaranmışdır. 
 
 
Xətti ştrix kod
 
Həkimin yazdığı resept üzərində 
ikiölçülü ştrixkod
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________172___________________________ 
 
 
 
“Wikipedia, the free encyclopedia” mətninin “Data 
Matrix” kodu vasitəsilə kodlaşdırılması 
 
İndiki  zamanda  çoxlu  sayda  ikiölçülü  ştrixkodlardan 
istifadə olunur. Onlara nümunə aşağıda verilmişdir: 

 
Aztec Code
 

 
Data Matrix
 

 
MaxiCode
 

 
PDF417
 

 
QR код
 

 
Microsoft Tag
 
Aşağıdakı şəkildə məhsulun üzərinə vurulmuş EAN ştrix 
kopdun açılışı verilmişdir. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə