E L e k t r o n b I z n e s



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə50/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   44   45   46   47   48   49   50   51   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________182___________________________ 
 
dövrlərdə  indiki  barter  ticarətinin  örnəyi  (proobrazı)  olan 
mübadilə  ticarəti  olmuşdur.  Ticarət  inkişaf  etdikcə,  pul 
dövrüyyəsində  müxtəlif  pul  əvəzediciləri,  veksellər,  borc 
iltizamları,  çeklər  işlədilməyə  başlamışdır.  Qədim  dünya 
ölkələrində borc yazılarından istifadə edilmişdir. Borc iltizamları 
ilk  dəfə  Renesans  (dirçəliş)  dövründə  öəmə  vasitəsi  kimi 
istifadə  edilmişdir.  Böyük  coğrafi  kəşflər  dövründə  ticarətin 
inkişafı ilə bağlı olaraq ödəmə vasitəsi kimi vekseldən istifadə 
edilməyə başlasa da, sonra bu, geniş yayılmadı.  
Bank uçotunun  inkişafı  ilə əlaqədar  olaraq  kredit  kartları 
və bank hesablarını məsafədən idaə etmək üçün digər vasitələr 
meydana  çıxdı  ki,  bu  da  nağd  pulu  əhəmiyyətli  dərəcədə 
sıxışdırdı. Kredit kartları, ilk növbədə, bank xidmətləri bazarını 
genişləndirən  texnologiyaların  inkişafına  kömək  etdi.  Ötən 
əsrin  60-cı  illərində,  bank  kartlarının  yaranması  ərəfəsində, 
kataloqlarla  ticarət  geniş  tətbiq  tapmışdı.  Kredit  kartları 
kataloqlarla ticarət texnologiyasına da böyük təkan verdi. Yeni 
sxemin  üstün  cəhəti  ödənilməsinə  bank  zəmanəti  verən 
müştəriyə poçt vasitəsilə sifariş vermək imkanı yaratması idi.  
İnternetin  yaranması  ilə  məsafədən  ödəniş  etmək  üçün 
istifadə edilən plastik kartlarla həyata keçirilən hesablaşmaların 
bəzi  nöqsanları  üzə  çıxdı.  İnternet  vasitəsilə  alqı-satqı  edən 
alıcı  satıcıya  öz  bank  hesabını  idarə  etmək  üçün  zəruri  infor-
masiya  olan  kredit  kartının  nömrəsini  verir.  Lakin  bu 
fırıldaqçılar üçün fəaliyyət meydanı açır. Belə ki, ABŞ-da plastik 
kartla  alqı-satqı  edənlərin  1,5%-i  saxtadır.  Fırıldaqların 
təxminən yarısı İnternetin payına düşür. 
Lakin,  çox  güman  ki,  real  rəqəmlər  daha  çox 
təəssüfləndiricidir.  Çünki  fırıldaq  qurbanlarının  bir  hissəsi 
hüquq-mühafizə  orqanlarına  müraciət  etmir.  Fırıldaqla  bağlı 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________183___________________________ 
 
pozucu  fəaliyyətin  iqtisadi  nəticələri  birbaşa  itkilərdən  daha 
acınacaqlı  ola  bilir.  İngiltərənin 
Experian  agentliyi  xəbər  verir 
ki,  elektron  ticarət  aparan  təşkilatların  yalnız  57%-i  fırıldaq 
faktları  barədə  hüquq-mühafizə  orqanlarına  müraciət  edir. 
Məhkəmə  araşdırmasına  isə  hadisələrin  yalnız  10%-i gedib 
çıxır.  
Plastik  kartlarla  bağlı  fırıldaqların  geniş  yayılması  kartla 
ödəmə  sistemindən  istifadə  edən  şirkətləri  narahat  edir.  Hər 
bir  şirkət  kart  sahibləri  üçün  riskin  azaldılmasına  xeyli  vəsait 
sərf edir.  
Kartla  ödəmə  sisteminin  təhlükəsizliyinin  yüksəldilməsi 
sahəsində  müəyyən  ümidlərin  yaranması 
SSL  adlı  qorunan 
verilən  mübadiləsi  protokolunun  tətbiqi  ilə  bağlıdır.  Lakin 
ödəmə  sistemlərinin  təcrübəsi  göstərir  ki,  şifrlənmiş  verilən 
mübadiləsi  də  bütün  problemləri  həll  etmir.  Çünki  kredit 
kartındakı kritik məlumatlar, yəni kart sahibinin identifikasiyası 
və ödəmə tranzaksiyaları barədə hüquqi əhəmiyyət kəsb edən 
informasiyanın  satıcı  serverində  saxlanması  həll  edilməmiş 
problem  olaraq  qalır.  Elektron  ticarət  aparan  mağaza 
serverlərinin  ixtiyarsız  açılması  (sındırılması)  kriminal  struk-
turların  mənfəətli  biznesinə  yol  açır.  Təhlükəsizliyin  təmin 
edilməsi  yollarından  biri  müştəri  ilə  satıcı  arasında  prosessinq 
mərkəzinin  vasitəçilik  etməsi  variantından  istifadə  edilməsidir. 
Çünki bu halda kartdakı  kritik  məlumatlar  mağazanın  VB-sinə 
daxil olmur. Rusiyada bu texnologiya geniş istifadə edilir. 
BGS 
Smartcard Systems  (
www.bgs.ru
)  firmasının  bazara  çıxardığı 
DUET  (Dual Universal Electronic Transaction System) 
sistemində  bu  ideya  məntiqi  sonluğa  çatdırılmışdır.  Belə  ki, 
ödəyicinin bank rekvizitləri barədə kritik vacib informasiya heç 
bir əməliyyat zamanı qorunmaz şəkildə kartdan çıxarıla bilmir. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________184___________________________ 
 
 
ELEKTRON NAĞD PULLAR 
 
1985-ci  ildə  görkəmli  Hollandiya  riyaziyyatçısı  və 
kriptoqrafı  (
Kriptoqrafiya  –  şərti  gizli  yazı,  şifr)  Devid Çaum 
elektron  pul  kisəsi  şəklində  reallaşdırılan  elektron  nağd  pullar 
sistemi təklif etmişdir. Adi nağd pul kimi, elektron nağd pul da 
özünün  ödəmə  vasitəsi  qabiliyyətli  olması  məsuliyyətini 
ödəyicinin üzərinə qoyur. Yəni pul sahibi onun saxta olmadığına 
zəmanət  verir.  Elektron  kupyura  (Kupyura  –  qiymətli  kağızın 
ayrıca  talonu)  öz  sahibinin  hesabında  olan  nağd  pul  barədə 
informasiya saxlayan şifrlənmiş ardıcıllıqdan ibarət olan müəy-
yən  virtual mahiyyətdir.  Elektron  nağd  pul  formalaşdırılması 
prinsipi 
eCash  adlı  ödəmə  sisteminin  təməlini  təşkil  edir. 
Rusiyada bunun analoqu 
PayCash (
www.paycash.ru
) adlanır. 
 
QEYD:  Kriptoqrafiya  (yunanca  gizli  yazıram  anlamını 
verir)  məxviliyin 
(informasiyanın  kənar  şəxs  tərəfindən 
oxuna bilməməsi), tamlıq (informasiyanın hiss olunmayacaq 
qədər  dəyişdirilə  bilinməməsi),  autentifikasiya  (müəllifin  və 
ya  obyektin  xüsusiyyətlərinin  həqiqiliyinin  yoxlanması), 
həmçinin müəlliflikdən imtina edilməsinin mümkün olmaması 
anlamını verir. 
İlk  olaraq  kriptoqrafiya  informasiyanın  şifrələnməsi 
üsullarını  öyrənirdi.  Ənənəvi  olaraq  kriptoqrafiya  simmetrik 
kriptosistem  əmələ  gətirir,  yəni  bu  sistemdən  istifadə 
etməklə  şifrələnmə  və  ya  şifrədən  azad  olma  bir  açarın 
köməkliyi  ilə  həyata  keçirilir.  Bundan  başqa  müasir 
kriptoqrafiya  özündə  assimmetrik  kriptosistemi  və  elektron 
rəqəmsal  imza  sistemini  (ERİ),  xeş-funksiyanı,  açarlarla 
idarə  etməni,  gizli  informasiyanın  alınmasını,  kvant 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə