E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə51/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   44   45   46   47   48   49   50   51   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________185___________________________ 
 
kriptoqrafiyanı əks etdirir. 
Kriptoqrafiya  haqqında  verilmiş  qanun  abonentlərin 
şantaj  olunması  və  ya  abonentin  satın  alınması,  onun 
aldanılması,  mənzilinin  və  ya  avtomobilinin  açarının 
oğurlanması,  onun  həyatını  təhlükə  altına  alan  hədələrin 
həyata  keçirilməsi,  müdafiə  edilən  verilənlər  bazasından 
informasiya  alarkən  ona  edilmiş  təhlükə  və  s.  hallar  baş 
verdikdə subyektin müdafiəsi ilə məşğul olmur. 
Kriptoqrafiya  qədim  elm  sahələrindən  biridir,  onun 
yaranma  tarıxı  bir  neçə  min  illər əvvələ  (təxminən  4 min il 
əvvələ) gedib çıxır. 
Kriptoqrafiyadan istifadənin birinci dövründə (təxminən 
3  min  il  əvvəl)  şifrələnmə  üçün  monoəlifbadan  (yazıda 
istifadə edilən hərflərin digər hərflər və ya simvolar ilə əvəz 
edilməsi) geniş istifadə olunurdu. 
 Kriptoqrafiyadan  istifadənin  ikinci  dövründə    (IX 
əsrdən  başlayaraq  Yaxın  Şərqdə  (dövrünün  görkəmli  alimi 
abu  Yusif  Yaqub  ibn  İshaq  əl-Kindi),  XV  əsrdən  başlayaraq 
Avropada (Leon Battista Albert -  XX  əsrin  sonlarına  kimi) 
şifrələmə  üçün  çoxəlifbalıqdan  geniş  istifadə  edilməyə 
başlanıldı. 
Kriptoqrafiyadan istifadənin üçüncü dövründə (XX əsrin 
başlanğıcı  və  XX  əsrin  ortalarına  kimi)  şifrələmə 
əməliyyatlarını  yerinə  yetirmək  üçün  elektromexaniki 
qurğulardan istifadə olundu. Bu məqsədlə qurğuları işlətmək 
üçün  şifrələyicilər  işə  qəbul  edilirdi.  İnformasiyanın 
şifrələnməsi  zamanı  çoxəlifbaliq  sisteminə  daim  mürəciət 
edilirdi.
       
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________186___________________________ 
 
 
 
 
 
 
Müxtəlif zamanlarda istifadə edilən kriptoqrafiya alətləri 
 
İnformasiyanın  şifrələnməsinə  nümunə  kimi  İkinci 
Dünya  Müharibəsində  istifadə  edilən  ENİQMA  hesablama 
maşınından istifadəni göstərmək olar. 
Kriptoqrafiyadan  istifadənin  dördüncü  dövrü  (XX  əsrin 
ortalarından  keçən  əsrin  70-ci  illərinə  kimi)  riyazi 
kriptoqrafiyaya  keçid  dövrü  adlanır.  Görkəmli  alim 
K.Şennonun 
əsərlərində 
informasiyanın 
ölçülməsi, 
verilənlərin  ötürülməsi,  entropiya,  şifrələmə  funksiyası  kimi 
terminlərdən  istifadə  olunur  və  bu  terminlər  sonralar  elmə 
daxil  olur.  Şifrələnmiş  informasiyanın  müəyyənləşdirilməsi 
üçün  “xətti  differensial  kriptoanaliz”dən  istifadə  olunmağa 
başlanılır.  Bütün  bunlara  baxmayaraq  1975-ci  ilə  kimi 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________187___________________________ 
 
kriptoqrafiyada “klassik” üsillardan istifadə olunurdu. 
Kriptoqrafiyanın  müasir  dövrdə  inkişafı  (keçən  əsrin 
70-ci illərinin sonundan inkidiki zaman kimi) bu sahədə yeni 
istiqamətin – açıq açar prinsipli kriptoqrafiya - yaranmasına 
səbəb  oldu.  Müasir  sahənin  yaranması  təkcə  yeni  texniki 
qurğulardan  istifadə  ilə  deyil,  həmçinin  kriptoqrafiyadan 
fərdi  şəxslərin  istifadəsilə  də  bağlı  oldu  (əvvəlki  dövrlərdə 
kriptiqrafiyadan  ancaq  dövlət  səviyyəsində  istifadə 
olunurdu).  Şəxsi  adamların  kriptoqrafiyadan  istifadə  etməsi 
müxtəlif  ölkələrdə  müxtəlif  cür  qarşılanır,  bəzi  ölkələrdə 
buna qadağa qoyulsa da, bəzi ölkələrdə buna geniş imkanlar 
yaradılır. 
Müasir  kriptoqrafiya  müxtəlif  elmi  istiqamətlər 
(riyaziyyat  elminin  informatika  elmi  ilə  kəsişməsində) 
yaratmışdır. Bu barədə elmi jurnallarda mütamadi məqalələr 
çap  edilir.  Kriptoqrafiyadan  istifadə  müasir  cəmiyyətin 
ayrılmaz  bir  hissəsinə  çevrilmişdir.  Ondan  elektron 
kommersiyada,  elektron  sənəd  dövriyyəsində,  rəqəmsal 
imzada,  telekommunikasiya  sahəsində  və  digər  sahələrdə 
geniş istifadə olunur. 
Müasir kriptoqrafiyada şifrələmənin açıq alqoritmindən 
istifadə  edilir.    İndiki  zamanda  sınaqdan  çıxmış  onlarla 
alqoritm  istifadə  edilir.  Belə  alqoritmlərə  misal kimi 
aşağıdakıları göstərmək olar: 

 
Simmetrik DES, AES, DÜST 28 147-89, Camellia, 
Twofish, Blowfish, IDEA, RC4 və s; 

 
Asimmetrik RSA və Elqamai (El-Qamal); 

 
Xeş-funksiya MD4, MD5, MD8, SHA-1, SHA-2, DÜST 
R 34.11-94 və s. 
Bir  çox  ölkələrdə  standart  milli  şifrələmədən  istifadə 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________188___________________________ 
 
olunur. 2001-ci  ildə  ABŞ-da  AES  (Rindael  alqoritminə 
əsaslanan,  açarın  uzunluğu  128,  192  və  256  bit  olan) 
standart  simmetrik  şifrələmədən  istifadə  edilir.  Rusiya 
Federasiyasında  DÜST  28  147-89 standartına  üstünlük 
verilir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________189___________________________ 
 
Əbu  Yusif  Yaqub  ibn  İshaq  əl-Kindi  (elm  aləmində  əl-
Kindi kimi məşhurdur) ərəb fəlsəfəsiçisi, riyaziyyatçı, musiqi 
nəzəriyəçisi,  astronom  kimi  tanınır.  İraqın  Bəsrə  şəhərində 
(bəzi  məlumatlara  görə  Kufə  şəhərində)  anadan  olmuşdur. 
Mühəmməd ibn Musa əl-Xorezmi tərəfin-dən Bağdadda təşkil 
olunmuş  “Müdriklər  evi”n-də  keçirilən  tədbirlərdə  iştirak 
etmiş,  orada  elmi  işlər  ilə  məşğul  olmuşdur.  Bağdada 
rəhbərlik  edən  əl-Mamunun (813-833-ci  illər)  və  əl-
Mutasimin  (833-842-ci  illər)  əziz  (istəkli)  adamlarından  biri 
olmuşdur.  Sonrakı  illərdə  (əlk-Mütavəkkilin    rəhbərliyi 
dövründə) daim şəhərdən-şəhərə qovulmuş, təqib olunmuş, 
daim  axtarışda  olmuşdur.  əl-Kindi  metafizika  elmində  çoxlu 
sayda  traktatların  müəllifidir.  Bununla  yanaşı  məntiq,  etika, 
riyaziyyat,  kriptoqrafiya,  astrologiya,  təbabət,  metrologiya, 
optika, musiqi kimi elm sahələri ilə dərindən məşğul olmuş, 
bu  elm  sahələrinə  dəyərli  tövhələrini  vermişdir.  Alimi  Qərbi 
Avropada Alkindus kimi tanıyırlar. 
əl-Kindi  islam  aləmində  Aristotelin  əsərlərinə  müraciət 
edən  ilk  alimdir.  Aristotelin  əsərlərindən  qaynaqlanan  alim 
peripatetizmin  (materializm  ilə  idealizm  arasında  tərəddüd 
edən  qədim  yunan  filosofu  Aristotelin  nəzəriyyəsi)  əsasını 
qoyur.  Bu  ərəfədə  alim  “Aristotel  əsərlərinin  xülasəsi”,  “Beş 
mahiyyət  haqqında”,  “Yaranmanın  və  məhv  olmanın  əsas 
səbəbləri”,  “Əşyaların  müəyyən  edilməsi  və  təsvir  edilməsi” 
əsərlərini yazır. 
Aristotelin əsərlərini təhlil edən alim belə nəticəyə gəlir 
ki,  “qədim  (köhnə)  heç  bir  zaman  mövcud olmayan ola 
bilməz”. Köhnənin var olması heç bir şeydən asılı deyil, əgər 
onun  məhv  olması  üçün  bir  səbəb  yoxdursa,  o,  məhv 
olmayacaq  və  dəyişməyəcək,  çünki  o  cisim  deyil.  Alim 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə