E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə48/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   44   45   46   47   48   49   50   51   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________173___________________________ 
 
 
 
Ştrixkoddan  istifadə  olunmasında  bəzi  maraqlı  fakrlar 
mövcuddur. 
1.Ilk  ştrixkod  verilmiş  məhsul  Wrigley’s  saqqızıdır. 
Ştrixkodlu  saqqız  26  iyun  1974-cü  ildə,  saat  8
01
-də, 
auksionda baha qiymətə həvəskara satılmışdır. İndiki zaman 
kimi Smitson institutunun muzayində saxlanılır. 
2.Onüç  rəqəmli  informasiyanı  ştrixləməkdən  ötrü  12 
ştrix qrupa malik rəqəm tələb olunur. 
2.Ştrixkod  fotoqrafik  pozitivdə,  həmçinin  neqativdə 
eyni şəkildə müəyyən edilir. 
4.Kino filmləri montaj edərkən Keykod ştrix kodundan 
istifadə olunur. 
5.Nəzəri  olaraq  14-cü  rəqəmdən  də  ştrix  kodda 
istifadə etmək olar. 
6.Bəzi  kitablara  verilmiş  ştrix  kodda  kitabın  çap 
olunduğu ölkənin prefiksi (önşəkilçi) yazılır. 
7.”İşgüzar  Peterburq”  (“Деловой  Петербург”) 
qəzetinin hər təzə nəşri yeni ştrix kod ilə nəşr olunur. 
8.Bəzi  məhsullar  eyni  zamanda  EAN  və  UPC  ştrix 
koduna malik olur. 
9.Rusiya 
Federasiyası 
Prezidentinin 
bütün 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________174___________________________ 
 
sərəncamları 2 rəqəmi ilə başlayan ştrix koda malikdir. 
10.Hitman
 
Агент  47  adlı  kompüter  oyunlarının 
qəhrəmanının  başının  arxasına  (peysərinə,  ənsəsinə)  47 
ştrix kodu həkk edilmişdir.
 
 
Maqnitli  kartlar  və  ya  maqnit  zolaqlı  kartlar.  Bu kartlar 
dünya  bazarında  geniş  yayılmışdır.  Hal-hazırda  2  milyarddan 
atrıq belə kartdan istifadə edilir. Maqnitli kartlar bazarı inkişaf 
etmiş ölkələrin əksəriyyətində qərarlaşmışdır. Buna görə də bu 
kartların tətbiqi hələ uzun müddət davam edəcəkdir. Rusiyada 
maqnitli kartlar ğdəmə sisteminin elementi kimi, nəqliyyatda, o 
cümlədən  Moskva  metropolitenində  uğurla  tətbiq  edilir.  Bu 
kartlar  Bakı  metropolitenində  də  tətbiq  edilir  və  tezliklə  şəhər 
nəqliyyatı da bu kartlara keçiriləcəkdir.  
Maqnit zolağı kartın arxa tərəfində 
ISO 7811 standartına 
uyğun,  3  cığırdan  ibarətdir.  Cığırlardan  ikisi  identifikasiyaedici 
verilənləri  saxlamaq  üçün,  üçüncü  cığır  isə  əlavə  informasiya, 
məsələn,  debet  kartlarında  hesabdakı  qalığın  cari  qiymətini 
yazmaq üçündür. Adətən maqnitli kart bir dəfə yazılır və sonra 
yalnız oxuma rejimində istifadə edilir. Maqnitli kart ştrix-kodlu 
karta nəzərən daha yaxşı qorunur. Lakin bu kartlar fırıldaqçılar 
üçün  kifayət  qədər  münasibdir.  Buna  görə  də  bu  kartlarda 
əlavə  mühafizə  tədbirləri  görmək,  qoloqramlardan,  qeyri-
standart şriftlərdən və s. istifadə etmək lazım gəlir.
 
Hal-hazırda  maqnit  zolaqlı
  Visa, MasterCard, AmEx 
kartları intensiv istifadə edilir. Lakin bu kartlar hamı tərəfindən 
və hər yerdə istifadə edilmir.  
Bu kartların üstündə ilk 6 rəqəm bankın kodu, növbəti 9 
rəqəm  kartın  bank  nömrəsi,  sonuncu  5  rəqəm  nəzarət 
rəqəmidir  ki,  bunun  da  son  4  rəqəmi  qoloqramla  həkk  edilir. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________175___________________________ 
 
Bundan əlavə burada kartın fəaliyyət müddəti və sahibinin adı 
yazılır. Kartın arxasında maqnit zolağı və imza üçün yer vardır. 
İlk  plastik  kartın  yaradılması  ilə  ödəmə  sistemində 
nağdsız hesablaşmalar sahəsində inqilab başlandı. Plastik kart 
da  zəif  qorunur.  Bu  kartın  nöqsanlarından  biri  də  qalığın  cari 
qiymətinin  göstərilməməsidir.  Maqnit  zolağında  balans  və  ya 
maliyyə tranzaksiyalarının yazılması üçün yer yoxdur. 
Maqnitli kartı fırıldaqçılardan qorumağın yeganə münasib 
üsulu  şübhə  yaranan  kimi,  prosessinq  mərkəzində  kartı 
operativ avtorizasiya etdirmək və hər bir ticarət məntəqəsində 
PİN-kodu yoxlamaqdır. Son 10 ildə dünya bankları telekommu-
nikasiyanın  inkişafına  milyonlarla  dollar  sərmayə  qoymuşlar. 
Bunun  nəticəsidir  ki,  bütün  bankomatlar  operativ  avtorizasiya 
rejimində işləyir. 
Mikroprosessorlu kartlar (smart-kartlar, intellektual 
kartlar). Bu kartlarda informasiya mikrosxemə yazılır.  
Yaddaşlı  kartlar  (memory  card).  Bunlar  ən  sadə 
mikroprosessorlu  kartlardır.  Bunlarda  yaddaş  qurğusu  vardır. 
Bu  qurğu  mikrosxem  yaddaşıdır.  Kartın  yaddaş  tutumu  32 
baytdan 16 kilobayta qədərdir. 
Yaddaş 2 formada gerçəkləşdirilir: 

 
EPROM – bir dəfə yazılıb, çox dəfə oxunur; 

 
EEPROM - dəfələrlə yazılıb, dəfələrlə oxunur. 
Yaddaşlı  kartlara  əsaslanan  ödəmə  sistemləri  maqnitli 
kartlara  nisbətən  daha  yaxşı  qorunur.  Bu  kartlara 
off-line 
rejimində,  yəni  prosessinq  mərkəzi  ilə  operativ  əlaqə 
yaratmadan da xidmət göstərmək mümkündür.  
Yaddaşlı  kartlar  2  tip  olur:  qorunan  və  qorunmayan 
yaddaşlı kartlar. Qorunmayan yaddaşlı kartlara dəfələrlə yazıb-
oxumaq  mümkündür.  Bu  kartlar  ucuz,  verilənləri  idarə  etmək 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________176___________________________ 
 
sadədir.  Lakin  təhlükəsizlik  səviyyəsi  aşağıdır.  Qorunan 
yaddaşlı kartlarda yaddaşın xüsusi identifikasiya sahəsi və bir-
neçə  tətbiqi  sahələri  vardır.  İdentifikasiya  sahəsi  bir  dəfə, 
fərdiləşdirmə zamanı yazılır. Sonrakı istifadə müddətində yalnız 
oxuma rejimi işləyir. Tətbiqi sahələrə yalnız xüsusi açar (parol) 
vasitəsilə  daxil  olmaq  mümkündür.  Yaddaşlı  kartlar  maqnitli 
kartlara nisbətən bahadır. Lakin son zamanlar bunlar da xeyli 
ucuzlaşmışdır.  Bu  kartların  qiyməti  mikrosxemin  qiymətindən 
asılıdır.  Mikrosxemin  qiyməti  isə  yaddaşın  tutumu  ilə  bağlıdır. 
Yaddaşlı  kartların  bir  növü  də 
sayğac-kartlardır.  Bunların 
yaddaşındakı  məlumat  yalnız  müəyyən  qeyd  edilmiş  kəmiyyət 
qədər  dəyişə  bilir.  Məsələn,  avtomat  telefon  xidmətindən 
istifadə etdikdə edilən ödəniş bu qəbildəndir. 
Yaddaşlı  kartlar  bilavasitə  mikrosxemdə  hər  hansı 
alqoritmik  əməliyyat  aparmağa  imkan  vermir.  Parolun 
yoxlanması yalnız xarici qurğularda aparıla bilər. Bu isə parolun 
xarici  qurğu  tərəfindən  tutulmasına  imkan  yaradır  ki,  bu  da 
yolverilməz və aradan qaldırılmazdır. 
Smart-kartlar. Mikroprosessorlu smart-kart 
mikrokompüterdir.  Yəni  bunun  mərkəzi  prosessoru  və 
çoxsəviyyəli  yaddaşlar  sistemı  vardır.    Nisbətən  güclü  mikro-
prosessorlu  kartın  parametrləri  1980-ci  illərin  fərdi 
kompüterlərinin  parametrlərinə  yaxındır.  Məsələn, 
GEM+ 
MCOS 16K EE DES, ST8/SGS-Thompson  kartının 
xarakteristikaları aşağıdakı kimidir: 

 
ST8/SGS-Thompson  prosessoru 8-bitlik,  Motorola  6805 
əmrlər sisteminə malikdir; 

 
RAM yaddaş -160 bayt; 

 
ROM yaddaş -6144 bayt; 

 
EEPROM yaddaş – 2048 bayt. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə