230
Konvensiya rüsumları - dövlətlər arasında müqavilə və ya
sazişlər üzrə müəyyən olunan
kömrük rüsumları mənasını dayışır. Konvensiya rüsumlarının stavkaları müəyyən bir qayda
olaraq, dövlət tərəfindən birtərəfli qaydada müəyyən edilmiş adi kömrük tarifi stavkalarından
aşağı olur.
Köçürmə veksel - bir şəxsin /kreditorun/ digərinə müəyyən məbləğin üçüncü şəxsə verilməsi
haqqında yazılı əmrini özündə əks etdirir. Köçürmə vekseli verən şəxs -
trassant, ödənişi həyata
keçirməli olan şəxs -
trassat, pulu almaq hüququ verilən şəxs isə remitent adlanır. Köçürmə
vekselin obyekti əmtəə kapitalıdır.
Kotirovka - fond bircalarında qiymətli kağızların kursunun müəyyən olunması, mal bircalarında
mallara qiymət qoyulması və onların birca bülletenlərində dərj olunmasıdır.
Kovernot - broker tərəfindən sığortaya verilən arayışdır ki, burada riskə gedən sığorta idarələrini
göstərməklə, onların sığorta müqavilələrinin bağlanması təsdiq olunur.
Kovernotun verilməsi
brokeri sığortacıya sığorta cəmiyyətinin polisini təqdim etməkdən azad etmir.
Kredit - /latınca creditum -
o, inanır, o borc
verir/ faiz ödəmək şərtilə pul və ya əmtəə
formasında verilən borcdur. Kreditin hərəkəti zamanı kreditorla borc alan arasında müəyyən
iqtisadi münasibətlər baş verir. Kreditin iki növünü:
qısamüddətli və
uzunmüddətli növlərini
fərqləndirirlər. Kreditin dövlət, kommersiya, veksel, istehlak, ipoteka,
kommunal, kənd
təsərrüfatı və beynəlxalq formaları vardır.
Müasir dünyada kredit borc kapitalının hərəkətinin bir
forması və biznesin inkişaf stimuludur. Bazar iqtisadiyyatında bütün təsərrüfat fəaliyyəti kredit
sistemi üzərində qurulur.
Krekinq - İngilis mənşəli krekinq sözü tərcümədə /
cracking/ ayrılma mənasını ifadə edir.
Termik
və
katalik olaraq krekinq prosesi iki tiplidir. Termik krekinq 550 dərəcə və 4-6 atmosfer
təzyiqlərdən aparılır. Katalik krekinqdə isə katalizatorlardan istifadə olunur və proses 500 dərəcə
istilik altında həyata keçirilir. Emalın hansı tip üzrə aparılmasının səmərəliliyini mütəxəssislər
müəyyən edirlər. Emal prosesində neft 300-360 dərəcə qızdırdıqda qaynayır, ən aşağı qatda
mazut, ən yüksəkdə benzin buxarı, növbəti pillədə qazoyl, 170-230
dərəcədə isə kerosin və
liqroin yığılır. İlk emalda neftdən 5%-ə qədər, emal keçdikdən sonra mazutdan yüksək təzyiq
altında 50 atmosferdə, 450-500 dərəcə temperaturda benzin alınır.
Kros-kurs - bir valyuta kursunun bir valyuta kursunun digər valyuta kursuna olan nisbəti
əsasında müəyyən edilən iki valyuta kursları arasındakı əlaqə deməkdir.
Kupon - kağızın kəsilmiş talonudur.
Kupyur - kağız pullarda, banknotlarda, istiqraz vərəqələrində və digər qiymətli kağızlarda
göstərilən nominal dəyərdir.
Kurs - aksiyalar, istiqraz vərəqələri və başqa qiymətli kağızların alış və satış qiymətləridir.
Kvazi pullar - Beynəlxalq valyuta fondunun metodologiyasına görə kommersiya banklarında
olan müddətli və zəmanətli əmanətlərdə nağdsız formada pul vəsaitləri mənasında işlədilir.
Qaz anbarları - İlk yeraltı qaz anbarları ABŞ-da intişar tapmışdır. Artıq XX əsrin 70-ci
illərində
ABŞ-da belə anbarların sayı 200-ü və orada saxlanılan qaz həcmi 125 milyard m
3
-i aşmışdır.
SSRİ-də ilk yeraltı qaz anbarı 1958-ci ildə Kuybışev şəhərində tükənmiş qaz yatağında
düzəldilmişdir. Respublikamızda isə artıq bir neçə onillikdir ki, təbii qazın müvafiq üsulla
231
saxlanılması Bakı şəhəri yaxınlığında təşkil edilmiş Qaradağ və Qalmaz iri yeraltı qaz anbarları
vasitəsi ilə həyata keçirilir. Bu anbarların ümumi aktiv həcmi 3 milyard kub metridir.
Ümumiyyətlə, yeraltı qaz anbarlarından iri qaz yataqlarının mövcud olduğu yerlərdə istifadə
edilir. Bu zaman həmin yataqların hermetivliyi ciddi nəzərə alınmalıdır. Əks halda yerdə vurulan
qaz kənara çıxdıqda böyük itgilərə səbəb ola bilər. Nəzəri-elmi əsaslandırma və sınanmış
praktikaya görə meqapolislərdə, ümumiyyətlə, energetik ehtiyacları təbii qaz istehlakına
standartlaşdırılmış şəhərlərdə bu yanacaq növünə olan tələbin 10% miqdarında anbar ehtiyatının
olması zəruridir.
Qazholder - qazı toplamaq,
saxlamaq və qaz kəmərlərinə, yaxud qaz emalı qurğularına vermək
üçün stasionar polad quruluş. Qaza tələbat azaldıqda artıq qaz qazholderə yığılır və tələbat
artıqda işlədilir. Lakin miqyas artıqca qazholderlərin imkanları məhdudlaşır. Daha böyük həcmli
qazların saxlanması üçün yeraltı qaz anbarlarından istifadə edilir.
Qazıma - neft-qaz və kondensatın hasilatı üçün yer qabığının süxurlarının qazıma aləti ilə
dağıtmaqla quyu. Lağım və şaxta lüləsinin qazılması prosesi.
Qazıma qurğusu - qazma prosesini tam miqyaslı aparmaq üçün xüsusi avadanlıqlarla təhciz
olunmuş qurğu.
Müasir dəniz qazma qurğularının nomenklatur təsnifatı genişdir. Buraya daha
mütərəqqi və intişar tapmış standartlı
FPS -
üzən istismar sistemi,
FPSS - yarım daldırılmış
istismar sistemi,
TLP - dartılan dayaqlı platforma.
FPSO - neft hasilatı, saxlama və
məhsuldarlığı yüksəltmə qurğusu və digərləri də daxildir.
Qazkondensat – təbii qaz birləşmələrinə malik maye karbohidrogen.
Qazoyl - neftin emalı zamanı sürtgü yağları ilə kerosin arasında aralıq komponent. Dizel
yanacağının alınmasında istifadə edilir.
Qeyri-bazar sektoru – bazar sferasına istinad olunan qeyri-səmərəli təşkilatlar, zərərlə
işləyənlər mənfi yönümlü əlavə dəyər yaradanları əhatə edir.
Qeyri-maddi aktivlər - uzun müddətli istifadə üçün nəzərdə tutulmuş hər bir material-əşya
mahiyyətinə malik olmayan, lakin dəyər qiyməti olan gəlir gətirən hüquqi vəsaitlərdir. Bunlara
aşağıdakılar aiddir:
elmi nailiyyət, ədəbiyyət, incəsənət üzrə müəlliflik və şəriklilik hüququ,
elektron-hesablayıcı kompyter proqramları, patent ixtira, seleksiya nailiyyətləri, faydalı
modelləşdirmə hüququ, ticarət-xidmət nişanları, lisenziyalar, «nou-xau» torpaq sahələrindən,
təbii ehtiyatlardan istifadə hüquqları, təşkilatı xərclər, firmanın qiyməti və sair.
Qiymət - əmtəənin dəyərinin pulla ifadəsidir. Əmtəənin dəyərini pulla ifadə etmək üçün nağd
pulun olması heç
də zəruri deyildir, yəni dəyərin pulla ifadə edilməsi ideal xarakter daşıyır.
Əmtəənin dəyərinin pulla ifadə olunması nəinki keyfiyyət, eyni zamanda kəmiyyət
müəyyənliyinə də malikdir. Mövcud əmtəələrin miqdarı müəyyən miqdarda qızıl kəmiyyətinə
bərabər olmalıdır. Əmtəələrin və qızılın kəmiyyət ölçüsü pulun texniki funksiyası olan qiymətlər
miqyası ilə əlaqədardır. Dəyərin azalması ilə, bir qayda olaraq, malın qiyməti də azalır, onun
artması ilə isə artır.
Qiymətin növləri - olduqca müxtəlifdir və belə bir hal onların təsnifləşdirilməsini zəruri edir.
Adətən, qiymətlər xidmət etdiyi iqtisadi
dövriyyənin xarakterinə, franko növlərinə, fəaliyyət
müddətinə, ərazi əlamətlərinə, təsbit olunması qaydalarına görə təsnifləşdirilir. Xidmət etdiyi
iqtisadi dövriyyənin xarakterinə görə qiymətlər sənaye məhsullarına olan topdansatış qiymətləri,