228
dəyərindən azdır. Bu xərclər məhsulun maya dəyəri kimi çıxış edir;
maya dəyərinə isə istehlak
edilmiş maddi ehtiyatlara və işçilərin əməyinin ödənilməsinə çəkilən xərclər daxil edilir. İstehsal
xərclərinin birbaşa, dolayı, şərti-dəyişən, şərti-daimi, əsas, əlavə, sadə, kompleks, son hədd
növlərini fərqləndirirlər.
İstehsal dövriyyə fondları - istehsal ehtiyatları, bitməmiş istehsal, özü ehtiyacları üçün istehsal
edilmiş yarımfabrikatlar /detal, yığma, konstruksiya və s./ və gələcək dörün xərclərinin /yeni
məhsul istehsalı üçün xərclər-bu xərclər gələcəkdə istehsal olunacaq
məhsul xərclərinə aid
edilir./ cəmində ehtiva olunur.
İşlənməyən təsdiqlənmiş kəşfiyat ehtiyatları - xüsusi kapital qoyuluşları tələb etməyən
mövcud quyularda olan ehtiyatlar.
Kampaniya - hər hansı bir aksiya keçirməyin tədbirlər kompleksi.
Kanselinq – kirayə edilmiş gəminin yüklənməsi üçün limana gəlişinin son müddəti. Vaxt
keçdikdə kirayəçinin müqaviləsini və həmçinin müqavilə aktını pozmağa ixtiyarı vardır.
Kapital - latın və alman dilində baş əmlak mənasını ifadələndirir.
Kapitalizm - /latınca
capitalis - baş, əsas, başçı/ şəxsi mülkiyyət və azad rəqabətin hökm
sürdüyü iqtisadi sistem. Daha çox Avropa, ABŞ, Yaponiya, Avstraliyada intişar tapmışdır.
Kapitalizm termini
digər iqtisadi termin kapitaldan başlanğıc alır. Onun ilk əlamətləri Qədim
Romada müşahidə olunmuş və ticarətin, sənayeləşmənin, bank işinin təşəküllü ilə XV əsrdə daha
təzahürlü gerçəkliyə çevrilmişdir. XVII əsrin sənaye inqilabı kapitalist münasibətlərinin
inkişafında yeni amil olmuşdur. Kapitalizm azad sahibkarlıq və yaxud «xalis kapitalizm»
formasında nisbətən XIX əsrdə Böyük Britaniya iqtisadiyyatında görünmüşdür.
Karbohidrogen – molekulları yalnız karbon və hidrogen atomlarından ibarət üzvü birləşmələr.
Neft, təbii qaz və kondensat karbohidrogenlər sinfinə aiddir.
Karbohidrogenli qaz - tərkibində karbohidrogenli qarışıqların 50%-dən çox olduğu təbii qaz.
Kerosin - nefti nemalı prosesində
qazoyl və qaz formalı komponetlər arası alınan
yüngül
distilyat.
Kleymslər - tədarük edilmiş malların vəziyyəti və ya keyfiyyəti ilə əlaqədar çatışmazlıqlarda
alıcının satıcıya iddiaları, tələbləri və şikayətləri deməkdir.
Klirinq - qarşılıqlı tələb və öhdəliklərin hesablanması yolu ilə nağdsız hesablamalar sistemidir.
Ölkə daxilində klirinq, hesablama ödəmələri vasitəsilə yerinə yetirilən banklar arasında nağdsız
hesablamalar sistemini özündə əks etdirir. Xüsusi olaraq beynəlxalq hesablamalarda yaranan
klirinqlər dövlətlər arasında bir-birinə olan borclarının ödənişi haqqında razılaşmalar formasında
həyata keçirilir. Klirinq qarşılıqlı tələblər hesablamaları yolu ilə xarici ticarət əməliyyatlarında da
tətbiq olunur.
Kobba-Duqlas modeli - istehsal həcminin istehsal əsas faktorları-əmək və kapitaldan aslılığını
ifadə edir. Bu modelə görə istehsal həcmi iki faktorla kapital /istifadə olunan istehsal vasitələri/
və əməyin miqdarı ilə təyin olunur.
Kommersiya - /latınca
com - birlikdə, əlaqəli
merx/mercisrı/ əmtəə və xidmətlər ticarəti.
229
Kommersiya krediti - haqqının ödənilməsi müddəti təxirə salınmaqla bir sahibkar tərəfindən
digərinə əmtəələr formasında
verilən kreditdir, borcdur. Onun obyekti əmtəə kapitalıdır. O,
bilavasitə dövriyyə prosesinə, əmtəələrin istehsal sferasından istehlak sferasına doğru hərəkətinə
xidmət edir. Kommersiya kreditinin məqsədi əmtəələrin və onlarda maddiləşmiş mənfəətin
reallaşdırılmasını sürətləndirməkdir. Kommersiya kreditinin əsas aləti vekseldir.
Kompaniya - /latınca
som-s, birlikdə +
panis - çörək/ iqtisadi termin, firma təşkilat.
Kompressor - quyuya vurulmaq üçün sıxılmış qaz istehsad edən xüsüsi qurğu.
Kompensasiya sazişi - malların qarşılıqlı tədarükü və ya hər hansı digər
formada kontragentlərin
marağının qarşılıqlı təmin edilməsi deməkdir. Kompensasiya sazişləri əsasında bağlanmış
müqavilədə ödəmələr qismən valyuta ilə, qismən də malın qarşılıqlı tədarükü ilə bir müqavilə
çərçivəsində əvvəlcədən nəzərdə tutula bilər. Kompensasiya sazişlərini adi barter yolu ilə
maldəyişmədən fərqi bundan ibarətdir.
Konosament - dəniz daşımaları müqavilələrinin şərtlərini əhatə edən sənəddir.
Konsaltinq - satıcı və alıcılara müəssisələrin iqtisadi fəaliyyəti haqqında məsləhət vermə
mənasında işlədilir.
Konsiqnasiya - sərhəddən kənarda malların komsiyon satışı formasıdır.
Konsorsium – kommersiya iştirakçılarının təşkilati-hüquqi birlikləri formalarından biridir.
Konsern - mülkiyyətin və nəzarətin vəhdətini xarakterizə edən birləşmə formasıdır. Konsernə
daxil olan
müəssisələr sərbəst deyillər, onlara konsernə başçılıq edən baş təşkilat tərəfindən
nəzarət olunur.
Konsern - müstəqil müəssisə və təşkilatların birliyi olub, ümumi iştirakçılıq sistemi ilə maliyyə
resurslarını və istehsalı reallaşdıraraq, iştirakçı tərəfləri «şaquli» və ya «üfiqi» formada
birləşdirir. Şaquli birlik istehsal prosesini rabitəli xarakterlə bağlılıqda
olan müəssisələr, üfiqi
birlik isə qarşılıqlı əlaqəliyi olmayan müxtəlif sahələrin, təşkilatların birləşməsidir. Konsern həm
də öz növbəsində hüquqi şəxs olmaqla, səhmdar cəmiyyət holdinq, şaquli
və üfiqi inteqrasiya
olunan qürumlara bölünür.
Konsessiya - iqtisadi anlamda dövlət və ya bələdiyyəyə mənsub təbii sərvətlərin, müəssisələrin
və digər təsərrüfat obyektlərinin təsibit olunmuş müddətdə müqavilə əsasında istismara verilməsi
formasıdır.
Kontrakt sahəsi - təsviri və konturları əhatə edən sahə deməkdir. Bu sahə özündə bağlanmış
kontraktın qüvvədə olacağı müddət ərzində hər vaxt işlənilə bilən sahədən tutmuş qazmanın
texniki cəhətdən mümkün olan bütün dərinliklərinədək olan işləri əhətə edir.
Kontokorrent - vahid hesabdır ki, bankın müştəri ilə bütün əməliyyatları nəzərə alınır.
Kontokorrent bir tərəfdən bank ssudalarını və müştərilərinin hesabından onun tapşırığı ilə bütün
ödəmələri, digər tərəfdən isə müştərilərdən
banka daxil olan əmanət, ssudanın qaytarılması və
sair kimi mədaxil olan vəsaitləri özündə əks etdirir.
Kontroferta - ilk təklifdə göstərilən şərtlərlə deyil, digər şərtlərlə müqavilə bağlanması təklifinin
qəbul edilməsi haqqında müraciətdir.