90
Sxem 3
ARDNŞ-in əsas təchizat partnyorlari
Sxemdən
göründüyü kimi, neft kontraklarını əhatə edən kompleksin təchizatında nəqliyyat
təşkilatları ən geniş şəbəkədə təmsil olunmuşlar. Onların neft kontraktlarını əhatə edən
kompleksin təchizatında xüsusi çəkisi digər sahələrə nisbətdə daha çoxdur. Təchizat sistemində
ARDNŞ-ə mənsub üzən qurğuların istismarını həyata keçirən müvafiq təşkilatın
rolu çox
yüksəkdir. Belə ki, «Əsrin kontraktı» çərçivəsində məhz köhnə qurğuların modernizasiyasına
daha miqyaslı, orta hesabla 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Əvvəllər
Xəzər dənizində neftqazçıxarmanı həyata keçirən şərti sıralı - «Şelf» adlı dərin qazma qurğuları
modernləşdirilmiş və hazırda «İstiqlal», «Dədə Qorqud» və «Qurtuluş» adı altında fəaliyyətlərini
davam etdirirlər. Hazırda Xəzərin ən dərin qatı - 1000 metirlik civarı aşan sahədə qazma işlərini
görmək üçün yeni möhtəşəm qurğu «Lider» istismara verilmişdir.
Neft kontraktları əsasında sahələrarası əlaqələr sferasında investisiyaların rolu yüksəkdir.
Məlumdur ki, Xəzərdə çalışan neft kompaniyaları Azərbaycanın neft və qeyri-neft sektoru ilə
təmaslarını investisiyalar vasitəsi ilə reallaşdırırlar. 2001-ci ilin yekunlarına görə,
ölkəyə
yönəlmiş investisiyaların 2 milyard dolları daxili sərmayəçilərin payına düşməsinə baxmayaraq,
iqtisadiyyata və sosial sahələrə yönəldilən bütün sərmayələrin 70%-ni xarici sərmayələr təşkil
etmişdir. Bununla belə qeyd olunmalıdır ki, qeyri-neft sektoruna yönəlmiş birbaşa xarici
sərmayələrin xüsusi çəkisi aşağıdır. Respublika iqtisadiyyatına
yönəldilən sərmayələr ilk
növbədə neft-qaz resursları ilə əlaqəlidir. Məntiqi baxımdan bu, zamanı məqamla uzlaşan
reallıqdır. Bununla belə, yaranmış reallığından yeni iqtisadi müstəviyə keçid də təmin
olunmalıdır. Neft strategiyası yalnız neft sektoru ilə məhdudlaşmır. Onun ümdə ideyasının
fövqündə neft industriyasının tərəqqisi əsasında iqtisadiyyatın digər
sahələrində əlverişli mühit
yaratmaqla yeni təkanlı iqtisadi inkişafa nailolma dayanır. Bir faktı da vurğulamaq lazımdır ki,
investisiyon prosesin qaynaq elementi kimi, milli karbohidrogen ehtiyatları çıxış etsə də, ölkəmiz
sərmayəçilər üçün hələ də riskli məkan olaraq qalır. Bu risklilik amilini də bu günün reallıqları
ilə təbii saymaq olar. Heç şübhəsiz ki, yeni demokratik və institusional
dəyişmələr investisiyon
riskin mülayimləşməsində də əks olunacaqdır.
Aşağıda 2003-cü ilin əvvəlində Azərbaycanda
bağlanmış neft kontraktları üzrə investisiya qoluşlarını əks etdirən cədvəl verilmişdir:
Digər xarici və
daxili podratçılar
Üzən Qurğuların
istismarı
təşkilatı
Azərneftkimyamaş SC
NEFT-QAZ
KOMPLEKSİ
Xəzər gəmiçiliyi
Dəmiryolu
idarəsi
Elektrik istehsalı
müəssisələri
AZAL AVİA
Şirkəti
91
Cədvəl 26
Neft kontraktlari üzrə 01.01.2003-tarixinə sərmayələrin
faktiki proporsiyasi
/
milyon ABŞ dolları ilə/
№
Neft kontraktlari
Birbaşa
sərmayələr
Bonus, akrhesabı,
dövretmə ödənişləri
Cəmi
1
Azəri, Çiraq, Günəşli
3941 323 4264
2
Qarabağ
114 68 182
3
Şahdəniz
650 43 693
4
Dan ulduzu
56 9 66
5
Lənkəran, Taliş dəniz
99 17 116
6
Yalama /d-222/
14 7 21
7
Oğuz
55 12 68
8
Abşeron
135 14 149
9
Naxçıvan
175 13 187
10
Kürdaşi
116 42 158
11
Qobustan
4 - 4
12
İnam
101 36 137
13
Muradxanli
24 1 25
14
Alov, Araz, Şərq
25 132 157
15
Kürsəngi
124 2 126
16
Yanan-tava
143 13 156
17
Zəfər-məşəl
72 100 171
18
Savalan, Dalğa, Lerik-dəniz, Cənub
- - -
19
Padar
- 1 1
20
Mişovdağ
53 - 53
21
Zix-Hövsan
- - -
22
Pirsaat
- - -
Cəmi
5901 833 6734
Cədvəldən göründüyü kimi, neft sektoruna yönələn investisiyaların əsas hissəsini birbaşa
sərmayələr təşkil edir. Bu sərmayələr ümumi investisiya qoyuluşlarının 6/7 hissəsinə bərbərdir.
Getdikcə bu nisbət daha da artacaqdır. Çünki bonuslar şəklində verilən valyutalar əksərən
birdəfəlik ödənj təyinatlıdır və gələcəkdə bu tip investisiyalar içərisində yalnız icarə şəbəkəliləri
qalmaqda davam edəcəklər.
Neft kontraktlarının sferasında fəaliyyətin sahəvi infrastrukturdan faydalanması
perspektivləri üzrə apardığımız təhlil müvafiq nəticələri şərtləndirmişdir:
Azərbaycan Respublikasında bağlanmış neft kontraktlarının milli
neft sənayesinin sahəvi
infrastrukturundan istifadə diopazonu genişləndirilməlidir. Bunun üçün müqavilə şərtlərindən
irəli gələn bir sıra maddələrin konyukturaya uyğun olaraq təkmilləşdirilməsi və yenidən
işlənməsi təşəbbüsləri gerçəkləşdirilməlidir. Müstəqil formatda isə aşağıdakı tədbirlər
görülməlidir:
1.
neft emalı zavodlarının universal standartlara uyğun modifikasiyasını reallaşdırmaq;
2.
kontraktlar çərçivəsində Azərbaycana çatacaq neftin mümkün hissəsinin emal və hazır
məhsul istehsalına yönəldilməsini təmin etmək;
3.
yeni mini qaz emalı zavodları inşaa etmək;
4.
«Əsrin kontaktı»dan irəli gələn tələblərə müvafiq olaraq Bakı neft maşınqayırma
zavodlarının rekonstruksiyasını reallaşdırmaq və onların
müvafiq monoqramlar
almasını təmin etmək;