E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə40/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   36   37   38   39   40   41   42   43   ...   121

 
84
Azərenerji SC-yə verilən mazutun bir hissəsinin /illik parametrdə 2 milyon ton mazut, 2 milyard 
m
3
  təbii qaza ekvivalent/ ixrac olunur və  əvəzində Rusiyadan təbii qazın alınması prosesi 
reallaşdırılır. Bu proqram həm ekoloji və həm də kommersiya baxımından əlverişli hesab olunur. 
Belə ki, dünya bazarında mazutun bir tonunun qiyməti 140-160, təbii qazın 1000 m

70-80 ABŞ 
dollarına bərabərdir. Mövcud mübadilə prosesində kalorik parametrlər və qiymət ölçüləri bu 
kateqorik standartlara ümumən müvafiqdir. 
Real inkişaf senarisində qeyd olunduğu kimi, indiki ehtiyatlar müqabilində köhnə istismar 
sahələrində hasilat hələ  də uzunmüddətli olacaqdır. Hətta hasilatın radikal tempdə artma 
imkanları da gerçəkləşə bilər. ETT-nin innavasiyon nailiyyətlərin, yeni səmərəli iqtisadi 
texnologiyaların tətbiqi burada məhsuldarlığın, iqtisadi artımın yüksəlişi üçün daha nikbin 
əsaslar yaradır. Bununla yanaşı köhnə istismar sahələrini əhatə edən mövcud infrastruktur elmi-
texniki potensialda iqtisadi artıma təkan verən xüsusi amil kimi qiymətləndirilir. 
Azərbaycanda neft sənayesi inkişaf tapdıqca burada adekvat olan səhavi servis strukturları 
da formalaşmışdır. Hasilat üçün lazım olan maşın və avadanlıqlar istehsalı, yardımçı  və 
xidmətedici sahələrin təşkili, emal təchizat müəssisələri, elmi-texniki kadr potensialının, istehsalı 
bütün dövriyyədə  əhatə edən müvafiq qurumların, yolların, kommunikasiya xətlərinin, rabitə, 
mühafizə təşkilatlarının yaradılması müvafiq infrastruktur seqmentlərindəndir. Bütün bu mövcud 
əzəli infrastruktur ilkin olaraq «Azneft» İB tərəfindən yaradılsa da, hazırkı, məqamda o, bütün 
respublika YEK-nin tərkib hissəsi kimi çıxış edir. Onun imkanlarından iqtisadiyyatın digər 
sahələrində, istehsalda, nəqliyyatda, sosial sferada və  həmçinin neft kontraktları  çərçivəsində 
istifadə olunur. İstismar müddətinin çoxluğuna baxmayaraq mövcud infrastruktur neft-qaz 
sənayesinin növbəti inkişaf perspektivi üçün kifayətedici haldadır. Bununla belə, böyük 
infrastrukturun tərkib hissəsi kimi köhnə yataqlarda istismarı  həyata keçirən kompleksin 
sərəncamında qalan daha tipik sahəvi sənaye və sosial infrastruktur da vardır. 
Azərbaycan neft sənayesini neft kontraktlarının əhatə etdiyi ərazilərdə qeyd olunduğu kimi, 
yalnız ABƏŞ hasilata başlamışdır. Buradakı «Çıraq» platformasından artıq 1997-ci ildə neft və 
səmt qazının istehsalı reallaşmışdır. Konsorsium şərtlərinə müvafiq olaraq hasil olunan neft 
xarici bazarlara çıxarılır, səmt qazı isə Azərbaycan Respublikasına təmənnasız olaraq verilir.  
Kontraktlar çərçivəsində  təmin olunan neft «hasilatın pay bölgüsünə»  əsaslanan prinsiplə 
şərtləndiyindən, bu neftin yalnız ARDNŞ-ə mənsub hissəsi respublika sərəncamında qalır. Dəqiq 
isə ARDNŞ-ə mənsub neft də xarici bazarlara çıxarılır və əldə edilən «neft dollarları» ARDNF 
də akkumlyasiya olunur. Offoşor təyinatlı bu neft kontraktı üzrə yalnız mənfəət qismində 
Azərbaycana vergi ödənilir. Lakin neft kontraktları çərçivəsində respublika gəlirləri şəbəkəsi bir 
qədər genişdir. ARDNŞ-in vitse prezidenti görkəmli geoloq alim  Xoşbəxt Yusifzadə qeyd edir 
ki, «xarici neft şirkətlərilə birgə görülən işlər nəticəsində Azərbaycana gələn ümumi mənfəəti 3 
kateqoriyaya bölmək olar: 
1.nəğd pul şəklində - 1,231 milyard ABŞ dolları; 
2.əmək haqqı, vergilər və sosial ödəmələr şəklində -  229,6 milyon ABŞ dolları; 
3.bizim müəssisələrin və birgə müəssisələrin göstərdikləri servis xidmətinə  və icarə 
haqlarına ödənilmiş pul şəklində - 872 milyon ABŞ dolları. 
Bütün bu məbləğlərin hamısı 2 milyard 233,3 milyon ABŞ dolları miqdarında valyuta 
vəsaiti deməkdir ki, bu da Azərbaycan iqtisadiyyatının inkişafına güclü təkan verməkdədir. 
ARDNŞ və xarici neft şirkətləri arasında bağlanmış sazişlər üzrə yaradılmış əməliyyat, servis və 
digər  şirkətlərdə  işləyən Azərbaycan vətəndaşlarının ümumi sayı 10 min nəfəri ötmüşdür ki, 
onların da orta aylıq əmək haqqı 900 ABŞ dollarından artıqdır». 
Azərbaycan neftqazçıxarma kompleksində müasir durumu qiymətləndirərkən qeyd 
olunmalıdır ki, kontrakt zonasındakı yeni yataqlar üzrə  fəaliyyətdə investisiyalarla bağlı 
problemləri demək olar ki, keçicidir. Lakin köhnə yataqları  əhatə edən istismar zonasında isə 
tərəqqi və istehsal artımı problemlərinin həlli daha geniş tutumlu sərmayə qoyuluşlarından 
asılıdır. 
 


 
85
6.3. Beynəlxalq neft kontraktlari sferasinda fəaliyyətin sahəvi infrastrukturdan 
faydalanma perspektivləri 
 
Azərbaycanın neft sektorunda bağlanmış beynəlxalq neft kontraktları ölkə iqtisadiyyatında, 
onun sosial-iqtisadi inkişaf perspektivində mühüm yer tutur. Qədim neft tarixinə malik 
Azərbaycanda neft sənayesinin sahəvi  şəbəkəsini  əlaqələndirən  ənənəvi, mobil infrastrukturu 
mövcuddur. Xəzərin yeni nəhəng neft potensialı ilə yanaşı, bu əhəmiyyətli infrastrukturun da 
ölkə neft sektoruna investisiya cəlbediciliyində rolu yüksək olmuşdur. Lakin müvafiq 
infrastrukturun müəyyən struktur komponentlərinin universal standartlara və müasir industrial 
tələblərə cabav verməməsi, modifikasiya ehtiyaclılığı bağlanmış neft kontraktları  çərçivəsində 
hazırkı zamanda ondan dolğun və  səmərəli istifadədə  məhdudiyyətlər yaradır. Belə  vəziyyətdə 
neft kompaniyaları neft maşınqayırma avadanlıqlarına, spesifik mal-material qiymətliləri və 
müəyyən sahəvi servis şəbəkəsi xidmətlərinə olan ehtiyaclarını müvafiq olaraq xarici bazarlar 
vasitəsi ilə  təmin edirlər. Burada digər bir aspekt də korporativ özəlliklərlə bağlıdır. Belə ki, 
Transmilli korporasiyanın strateji quruluş və missiyası belədir ki, bu kompaniyalar hər hansı bir 
dövlətin  ərazisində  işləməklərinə baxmayaraq, investisiya qoyuluşları üzrə lazımi olan əsas 
mümkün texnologiyaları  və xidmətləri ilk növbədə  məxsus olduqları ana ölkələr və qismən də 
dayanaqlı müttəfiqləri və partnyorları vasitəsi ilə təmin edirlər. Burada məntiq hesaba alınandır. 
Lakin bununla belə, bağlanmış neft kontraktları  çərçivəsində xarici tərəfdaşların Azərbaycanın 
neft infrastrukturundan maksimal dərəcədə  səmərəli formada istifadə imkanları artırılmalıdır. 
Bunun üçün öncə bu maksimallığı  məhdudlaşdıran indikatorlar, determinantlar aşkarlanmalı, 
iqtisadi  əməkdaşlıq  əlaqələrini genişləndirən amillər müəyyən olunmalı  və  qısamüddətli 
çərçivəni  əhatə edən zaman müddətində modifikasiya proqramları hazırlanaraq 
reallaşdırılmalıdır. Nəzərdə keçirilən bu strateji xətt institusional aspektli və yüksək maliyyə 
tutumludur. 
Azərbaycanda neft təsərrüfatının  ənənəvi sahəvi kompleksinin dünya neft industriyasında 
formalaşmış infrastrukturlarla müqayisədə  əsaslı  fərqləri yoxdur. Ümumi və oxşar cəhətləri 
nəzərə alaraq, Azərbaycan neft təsərrüfatının qarşılıqlı  əlaqədə sahəvi infrastrukturu aşağıda 
təqdim edilən sxemdə əksini tapmışdır
:
 
Sxem 1 
Neft və qazin dövriyyə tsikli 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
НЕФТ-ГАЗ 
СЯНАЙЕСИ 
НЕФТ 
ТЯБИИ ГАЗ 
КОНДЕНСАТ
АХТАРЫШ-КЯШФИЙЙАТ
ГАЗМА 
ЩАСИЛАТ 
NƏQL
РЕАЛЛАШМА 
НЕФТГАЗЧЫХАРМА 
 
ЕМАЛ 
ЕНЕРЪИ ИСТЕЩСАЛЫ
ФЯРДИ ИСТЕЩЛАКЧЫЛАР
ЙАНАЖАГ ДОЛДУРМА
СТАНСИЙАЛАРЫ
 
СИНТЕТИК ХАМАЛ


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə