84
Azərenerji SC-yə verilən mazutun bir hissəsinin /
illik parametrdə 2 milyon ton mazut, 2 milyard
m
3
təbii qaza ekvivalent/ ixrac olunur və əvəzində Rusiyadan təbii qazın alınması prosesi
reallaşdırılır. Bu proqram həm ekoloji və həm də kommersiya baxımından əlverişli hesab olunur.
Belə ki, dünya bazarında mazutun bir tonunun qiyməti 140-160, təbii qazın 1000 m
3
70-80 ABŞ
dollarına bərabərdir. Mövcud mübadilə prosesində kalorik parametrlər və qiymət ölçüləri bu
kateqorik standartlara ümumən müvafiqdir.
Real inkişaf senarisində qeyd olunduğu kimi, indiki ehtiyatlar müqabilində köhnə istismar
sahələrində hasilat hələ də uzunmüddətli olacaqdır. Hətta hasilatın
radikal tempdə artma
imkanları da gerçəkləşə bilər. ETT-nin innavasiyon nailiyyətlərin, yeni səmərəli iqtisadi
texnologiyaların tətbiqi burada məhsuldarlığın, iqtisadi artımın yüksəlişi üçün daha nikbin
əsaslar yaradır. Bununla yanaşı köhnə istismar sahələrini əhatə edən mövcud infrastruktur elmi-
texniki potensialda iqtisadi artıma təkan verən xüsusi amil kimi qiymətləndirilir.
Azərbaycanda neft sənayesi inkişaf tapdıqca burada adekvat olan səhavi servis strukturları
da formalaşmışdır. Hasilat üçün lazım olan maşın və avadanlıqlar istehsalı, yardımçı və
xidmətedici sahələrin təşkili,
emal təchizat müəssisələri, elmi-texniki kadr potensialının, istehsalı
bütün dövriyyədə əhatə edən müvafiq qurumların, yolların, kommunikasiya xətlərinin, rabitə,
mühafizə təşkilatlarının yaradılması müvafiq infrastruktur seqmentlərindəndir. Bütün bu mövcud
əzəli infrastruktur ilkin olaraq «Azneft» İB tərəfindən yaradılsa da, hazırkı, məqamda o, bütün
respublika YEK-nin tərkib hissəsi kimi çıxış edir. Onun imkanlarından iqtisadiyyatın digər
sahələrində, istehsalda, nəqliyyatda, sosial sferada və həmçinin neft kontraktları çərçivəsində
istifadə olunur. İstismar müddətinin çoxluğuna baxmayaraq mövcud
infrastruktur neft-qaz
sənayesinin növbəti inkişaf perspektivi üçün kifayətedici haldadır. Bununla belə, böyük
infrastrukturun tərkib hissəsi kimi köhnə yataqlarda istismarı həyata keçirən kompleksin
sərəncamında qalan daha tipik sahəvi sənaye və sosial infrastruktur da vardır.
Azərbaycan neft sənayesini neft kontraktlarının əhatə etdiyi ərazilərdə qeyd olunduğu kimi,
yalnız ABƏŞ hasilata başlamışdır. Buradakı «Çıraq» platformasından artıq 1997-ci ildə neft və
səmt qazının istehsalı reallaşmışdır. Konsorsium şərtlərinə müvafiq olaraq hasil olunan neft
xarici bazarlara çıxarılır, səmt qazı isə Azərbaycan Respublikasına təmənnasız olaraq verilir.
Kontraktlar çərçivəsində təmin olunan neft «hasilatın pay bölgüsünə» əsaslanan
prinsiplə
şərtləndiyindən, bu neftin yalnız ARDNŞ-ə mənsub hissəsi respublika sərəncamında qalır. Dəqiq
isə ARDNŞ-ə mənsub neft də xarici bazarlara çıxarılır və əldə edilən «neft dollarları» ARDNF
də akkumlyasiya olunur. Offoşor təyinatlı bu neft kontraktı üzrə yalnız mənfəət qismində
Azərbaycana vergi ödənilir. Lakin neft kontraktları çərçivəsində respublika gəlirləri şəbəkəsi bir
qədər genişdir. ARDNŞ-in vitse prezidenti görkəmli geoloq alim
Xoşbəxt Yusifzadə qeyd edir
ki, «xarici neft şirkətlərilə birgə görülən işlər nəticəsində Azərbaycana gələn ümumi mənfəəti 3
kateqoriyaya bölmək olar:
1.nəğd pul şəklində - 1,231 milyard ABŞ dolları;
2.əmək haqqı, vergilər və sosial ödəmələr şəklində - 229,6 milyon ABŞ dolları;
3.bizim müəssisələrin və birgə müəssisələrin göstərdikləri servis xidmətinə və icarə
haqlarına ödənilmiş pul şəklində - 872 milyon ABŞ dolları.
Bütün bu məbləğlərin hamısı 2 milyard 233,3 milyon ABŞ dolları miqdarında
valyuta
vəsaiti deməkdir ki, bu da Azərbaycan iqtisadiyyatının inkişafına güclü təkan verməkdədir.
ARDNŞ və xarici neft şirkətləri arasında bağlanmış sazişlər üzrə yaradılmış əməliyyat, servis və
digər şirkətlərdə işləyən Azərbaycan vətəndaşlarının ümumi sayı 10 min nəfəri ötmüşdür ki,
onların da orta aylıq əmək haqqı 900 ABŞ dollarından artıqdır».
Azərbaycan neftqazçıxarma kompleksində müasir durumu qiymətləndirərkən qeyd
olunmalıdır ki, kontrakt zonasındakı yeni yataqlar üzrə fəaliyyətdə investisiyalarla bağlı
problemləri demək olar ki, keçicidir. Lakin köhnə yataqları əhatə edən istismar zonasında isə
tərəqqi və istehsal artımı problemlərinin həlli daha geniş tutumlu sərmayə qoyuluşlarından
asılıdır.
85
6.3. Beynəlxalq neft kontraktlari sferasinda fəaliyyətin sahəvi infrastrukturdan
faydalanma perspektivləri
Azərbaycanın neft sektorunda bağlanmış beynəlxalq neft kontraktları ölkə iqtisadiyyatında,
onun sosial-iqtisadi inkişaf perspektivində mühüm yer tutur. Qədim neft tarixinə malik
Azərbaycanda neft sənayesinin sahəvi şəbəkəsini əlaqələndirən ənənəvi, mobil infrastrukturu
mövcuddur. Xəzərin yeni nəhəng neft potensialı ilə yanaşı, bu əhəmiyyətli infrastrukturun da
ölkə neft sektoruna investisiya cəlbediciliyində rolu yüksək olmuşdur. Lakin müvafiq
infrastrukturun müəyyən struktur komponentlərinin universal standartlara
və müasir industrial
tələblərə cabav verməməsi, modifikasiya ehtiyaclılığı bağlanmış neft kontraktları çərçivəsində
hazırkı zamanda ondan dolğun və səmərəli istifadədə məhdudiyyətlər yaradır. Belə vəziyyətdə
neft kompaniyaları neft maşınqayırma avadanlıqlarına, spesifik mal-material qiymətliləri və
müəyyən sahəvi servis şəbəkəsi xidmətlərinə olan ehtiyaclarını müvafiq olaraq xarici bazarlar
vasitəsi ilə təmin edirlər. Burada digər bir aspekt də korporativ özəlliklərlə bağlıdır. Belə ki,
Transmilli korporasiyanın strateji quruluş və missiyası belədir ki, bu kompaniyalar hər hansı bir
dövlətin ərazisində işləməklərinə baxmayaraq, investisiya qoyuluşları üzrə lazımi olan əsas
mümkün texnologiyaları və xidmətləri ilk növbədə məxsus olduqları ana
ölkələr və qismən də
dayanaqlı müttəfiqləri və partnyorları vasitəsi ilə təmin edirlər. Burada məntiq hesaba alınandır.
Lakin bununla belə, bağlanmış neft kontraktları çərçivəsində xarici tərəfdaşların Azərbaycanın
neft infrastrukturundan maksimal dərəcədə səmərəli formada istifadə imkanları artırılmalıdır.
Bunun üçün öncə bu maksimallığı məhdudlaşdıran indikatorlar, determinantlar aşkarlanmalı,
iqtisadi əməkdaşlıq əlaqələrini genişləndirən amillər müəyyən olunmalı və qısamüddətli
çərçivəni əhatə edən zaman müddətində modifikasiya proqramları hazırlanaraq
reallaşdırılmalıdır. Nəzərdə keçirilən bu strateji xətt institusional aspektli və yüksək maliyyə
tutumludur.
Azərbaycanda neft təsərrüfatının ənənəvi sahəvi kompleksinin dünya neft industriyasında
formalaşmış infrastrukturlarla müqayisədə əsaslı fərqləri yoxdur. Ümumi və oxşar cəhətləri
nəzərə alaraq, Azərbaycan neft təsərrüfatının qarşılıqlı əlaqədə sahəvi infrastrukturu aşağıda
təqdim edilən sxemdə əksini tapmışdır
:
Sxem 1
Neft və qazin dövriyyə tsikli
НЕФТ-ГАЗ
СЯНАЙЕСИ
НЕФТ
ТЯБИИ ГАЗ
КОНДЕНСАТ
АХТАРЫШ-КЯШФИЙЙАТ
ГАЗМА
ЩАСИЛАТ
NƏQL
РЕАЛЛАШМА
НЕФТГАЗЧЫХАРМА
ЕМАЛ
ЕНЕРЪИ ИСТЕЩСАЛЫ
ФЯРДИ ИСТЕЩЛАКЧЫЛАР
ЙАНАЖАГ ДОЛДУРМА
СТАНСИЙАЛАРЫ
СИНТЕТИК ХАМАЛ