Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə89/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   85   86   87   88   89   90   91   92   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Q orxunun  və  nifrətin  d ah a  artığı  xudpəsənd  olmaqdır. 
Şəxs  nə  qədər  təkəbbürlü  olursa,  başqa  adamlar  ona  o  qədər 
nifrət edər.
İmam Sadiq  (ə.) buyurmuşdur:
Öz  nəfsində  bir  zillət  ta p an   kəsdən  başqa  kimsə  təkəbbür 
etmir.
Təkəbbürlü şəxs gözləməsin ki, ona yaxşılıq öyrədəcəklər.
***
Təkəbbürdən d ah a çox ziyanverici bir cəhalət yoxdur.
3 şey düşmənçilik gətirər: təkəbbür, nifaq və zülm.
İmam Səccad (ə.) buyurmuşdur:
Əvvəl nüftə  olub  səhər  öləndən  sonra murdar  olacaqlarını 
bildikləri bir halda, başqalarına təkəbbür edən şəxslərə təəccüb 
edirəm.
Əfzələddin Xaqani kəlamlarından:
İstəsən güzgütək saf olsun ürək,
Sinəndən on  şeyi atasan gərək,
H aram , qiybət, kin, paxıllıq, tamah,
K ibr, riya, həsəd, ədavət, kələk.
Mövlana kəlamlarından:
Ey dünya m alı üçün çırpınan və dünyaya sitayiş edən qafil! 
Fironda  olan  m u rd ar  əxlaq  tamamilə  səndə  var!  Sən  də  tə- 
kəbbürlüsən,  sən də özünü bəyənirsən,  sən də mal və şəhvət ar­
xasınca qaçırsan!
376
İntellektual ekologiya
Təkəbbürün və kinin başlanğıcı hər cür nəfsani arzulardan, 
xüsusilə  H arun  kimi  bir  zənginliyə  və  dünyəvi  istəklərə  qarşı 
duyulan  aşırı  sevgidəndir.  Bu  aşırı  arzuların  könlünə  yerləşib 
qalması, kök salması da adət və alışqanlıqdır.
Ey  doğruluqdan,  doğru  yoldan  sapmış  kimsə!  Özündə 
böyüklük  hiss  etmək,  təkəbbürə,  lovğalığa  qapılmaq,  odun 
üzərinə  atəş  tökm ək kimidir.  Belə  bir  atəş üzərinə  sən  necə  ge­
dib özünü oda atırsan?!
Ey  könül!  Nəfsin  təkəbbür  və  lovğalıq  çuxurundan  qurtul 
ki, sən də mis kimi iksirə xidmət edib bir qızıl halına gəl!
Sədi Şirazi hikmətləri:
Torpaqdan yaranan insan övladı,
Yel kimi təkəbbür göstərməz bir an.
Belə ki, odlusan, təkəbbürlüsən,
Bilmirəm oddansan, ya ki, torpaqdan.
***
Lovğalıq, uşaqlıq söhbəti etmə,
Bu, sərxoş yoludur, onunla getmə!
Məhəmməd Füzuli:
O kəs ki, lovğadır, onda hünərdən olmaz əsər.
Əvhədi Marağayi Rüknəddin:
Hər kəs  ki,  lovğalıq və məğrurluq yolu altındadır,  o,  məri­
fətdən kəmdir.
Əbül-Əbbas Müstəqfəri:
377


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Təkəbbür  elə  bir  haldır  ki,  insanın  nəfsinə təsir  göstərir və 
onu vadar edir ki,  özünü yüksək tutaraq digərlərini təhqir edib 
həddi keçsin. D aha aydm  desək, təkəbbür öz nəfsini yüksək tu- 
tub, digərlərindən yuxarıda görməkdir.
Ş eyx Şamil:
Xeyrin  toplandığı  evin  açarı  təvazökarlıq,  şərin  toplandığı 
evin açarı isə lovğalıqdır.
Yalnız özünü düşünən insan hər pisliyi edər.
Üzeyir Hacıbəyli:
Lovğalıq tərəqqinin düşmənidir.
Cəvahirləl Nehru:
Öz  şəxsi  ləyaqətlərindən  çox  danışan  insanlar  heç  vaxt 
yaxşılıq etməzlər.
İn s a n ın   ə n   q o rx u lu   d ü ş m ə n i o n u n  
n ə fs id ir -   ta m a h k a rlıq ,  h a ra m , 
o ğ u rlu q
Nəfs  üçbucaqlı  bir  tikandır.  Hansı  tərəfə 
qoysan, o tərəfə batar.
Mövlam Cəlaləddin Rumi.
H əzrət  A dəm   (ə.)  tövbə  edib  günahdan  qurtuldu,  amma 
bəşər  övladm a nəfs  miras  qaldı.  Nəfs  Həzrət Adəm (ə.) övladı 
Qabili qardaşı H abilin qatili etdi.
Şeytanların  əxlaqından  birincisi  İblisin  təkəbbürü,  sonra 
A dəm in  (ə.)  nəfsi -  tam ahkarlığı və Qabilin həsədi  bəşər övla-
3 7 8
İntellektual ekologiya
dına  bir  miras,  bəla  olaraq  həmişəlik  qaldı.  Bunların  hər  üçü 
zaman  və m əkandan  asılı  olaraq,  insan cəmiyyətini fəlakətlərə 
sürükləyən şeytani xislətdir.  Digər şeytani xislətlərin mayası, ilk 
növbədə, nəfsdən -  tam akarlıqdan başlayır. Qeyd etdiyimiz, ki­
mi nəfs -  tam ah,  təkəbbür -  həsəd  bütün  günahların  başı,  pis­
liklərin -  mənfi intellektual ekologiyanın təməlidir.  Onların öz­
lərinə  bənzər  oxşarları,  bölmələri,  onlardan  qidalanan  budaq­
ları  var.  Biz  isə  dediklərimizin  və  təsvir  etdiklərimizin  həqiqət 
olduğunu  sübut  etmək  üçün  onlardan  bir  qədər  bəhs  etməyə 
məcburuq.  Bunun  üçün  Rahil  Nəcəfovun  ərəb  dilindən  tərc­
ümə etdiyi «Saflıq qardaşları»run («İxvan əs-Səfa»,  Bakı,  2008) 
9-cu risaləsindən  bir  hissəni  (s.72-73)  sizə  təqdim edirik:  «Bun­
lar kişinin  özünü  öyməsi,  haqqı  qəbul  etməməsi,  nüfuzun  əmri­
nə  boyun  əyməsi,  vacib  itaəti  qadağan  etməsi,  vacib  həddi  və 
haqqı  aşması  və  ondan  kənara  çıxması,  dövlətlərin  qüdrəti  ilə 
olan zülmü  və zilləti,  vacib  hökmlərə əhəmiyyət verməməsi,  la­
zımi  hüquqlardan  uzaqlaşması,  haqqın  ödənilməsində  və  şa­
hidlikdə,  zərurətlərdə  arsızlığı  və  sərtliyi  xitabda  və  mübahisə­
də  zalımlığı  və  rəzilliyi,  düşmənçilik  və  axmaqlıqda  inad,  məi­
şətdə səbirsizlik, təsərrüfatda hiddət və qərarsızlıq, davranışlar­
da xəyanət və hiylə, öz həmcinslərini alçaltması və təhqir etmə­
si,  onlara  qarşı  ədalətsizlik  göstərməsi,  qabiliyyətlərə  bağlı  iş­
lərdə  özündən  razılığı,  ona  fəzilətli  davrananm   fəzilətini  rədd 
etməsi,  düşmənçilik,  ədavət və  onlara  bənzər mənfur xislətləri, 
pis  əxlaq,  pis  işləri,  qəbahətli  əməlləridir.  Acgözlüyün  bənzəri 
olan tam ah, şiddətli istək,  qərar və cəhddə tələskənlik, kasıblıq 
qorxusundan malı artırm aq və toplam aq, yaxud azaltmaq, pa­
xıllıq  etmək,  əngəl  törətmək,  alçalmaq,  tərslik,  bunların  dava­
mı olan uğursuzluq, ifratçılıq, mövcud qazancdan az faydalan­
maq,  hesabatda  mübahisə  çıxarmaq,  etimad  olunan  və  inanı­
lan  şəxsləri  günahlandırmaq,  əmanətə  xəyanət  etmək,  harama 
əl  uzatmaq,  nam usu ləkələmək,  çirkin işlər törətmək,  sirri sax­
lamadan ötəri yalan  danışmaq,  alver  zamanı hiyləyə əl  atmaq, 
sənətkarlıqda az öyrətmək, hakimiyyət işlərində yalan yerə and 
içib  inandırmaq,  boş  şayiələrlə  düşmənçiliyi  qızışdırmaq,  əda-
379


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə