Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə47/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   43   44   45   46   47   48   49   50   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
dakı  fərqi  birdəfəlik  ləğv  etdi,  istər  oğlan  və  istərsə  də  qız 
uşağının dünyaya tər-təmiz gəldiyini elan etdi.
Təkcə onu demək kifayətdir ki, Q uranda ən böyük surələr­
dən  birinin  adı  «Qadınlar»  mənasım  verən  176  ayədən  ibarət 
ən-Nisa surəsidir.  Başqa bir surə isə Həzrət İsam n (ə.) anasının 
adı  ilə  «Məryəm»  (98  ayə)  adlandırılmışdır.  Bir  daha qeyd et­
mək istərdik ki, qadın və kişi sözlərinin Q uranda eyni sayda -  
23 dəfə zikr edilməsi də İslam da qadın-kişi bərabərliyinə ən gö­
zəl  sübutdur.
Qurani-K ərim dən  başlamış  müasir  müdriklərin  də  kəlam­
larında ana,  qadın məhəbbəti, onların mərdliyi,  aqilliyi,  şəfqət- 
liliyi,  vətənpərvərliyi öz əksini tapmışdır.  Qadın  Qurani-Kərim 
nazil  olduqdan  sonra  İslam  aləmində  öz  qiymətini  tapmış  və 
bir  çox  hallarda  onların  hüquqları  kişilərlə  eyniləşdirilmiş, 
yüksəklərə  qaldırılmışdır.  Bu  münasibətlə  Qurani-Kərimdə 
buyurulur:  «Ey  insanlar!  Biz  sizi  bir  kişi  və  bir  qadından 
(Adəm  və  Həvvadan)  yaratdıq.  Sonra  bir-birinizi  tanıyasınız 
(kimliyini biləsiniz) deyə,  sizi xalqlara və qəbilələrə ayırdıq. Al­
lah yanında  ən  hörmətli  olanınız  Allahdan ən  çox qorxanınız­
dır  (pis  əməllərdən  ən  çox  çəkinəninizdir).  Həqiqətən,  Allah 
(hər şeyi) biləndir,  (hər şeydən) xəbərdardır.» (əl-Hucurat surə­
si, ayə  13)
Şərqin  türk  qadınları  həmişə  mərd  və  namuslu,  qəhrəman 
olmuşlar.  Bu, ulu Tanrının  bu  millətə bəxş etdiyi ən ülvi xüsu­
siyyətdir.
Allah-Təala  qarşısında  qadın  və  kişinin  dini  məsuliyyəti 
eynidir.  Qurani-Kərim də  buyurulur:  «...İstər  kişi,  istərsə  də 
qadın  olsun,  M ən  heç  birinizin  əməlini  puça  çıxarmaram.  Siz 
(hamınız)  bir-birinizdənsiniz  (dində  kişi,  qadm   eynidir)...» 
(Ali-İmran surəsi, a   195)
Elşad M irinin «İslamda qadının  ictimai həyatda rolu» əsə­
rindən  bir  faktı  nəzərinizə  çatdırm aq  istərdik:  «Unutmamaq 
lazımdır  ki,  İslam   tarixinin  sonrakı  dövrlərində  olduğu  kimi, 
ilk  dövrlərində  də  qadınlar  siyasətdən  uzaq  deyildilər.  Həzrət 
Peyğəmbərin  (s.)  müxtəlif  vaxtlarda  səhabələrdən  dini-siyasi
186
İntellektual ekologiya
əhd  mənasında  olduğu  beyətlərdə  qadınlar  da  iştirak  edirdi. 
Tarixi  mənbələr  «Ədəbə»  və  «Beyatur  Ridvan»  beyətlərində 
qadınların  da  olduğunu  təsdiq  edir.  H ətta  2-ci  xəlifə  Həzrət 
Ömərin (ə.) vəfatından sonra kimin xəlifə olacağı ilə bağh M ə­
dinənin nüfuzlu şəxsləri ilə görüşən və bunun nəticəsində də xə­
lifəni  müəyyənləşdirən  Əbdürrəhman  bin  Ə u f kişilərlə  yanaşı, 
qadınların da fikrini öyrənmişdir (İbn Kəsir,  «Təfsirul-Qurani- 
aztı»,  VII,  146).  Qadınların  bu  sahədəki  aktivliyinə  Həzrət 
Peyğəmbərin (s.) xanımlarının siyasi həyatdakı rolunu, İslamın 
yayılmasında qadınların  səyini,  onların  döyüşlərdə,  elmdə,  şəf­
qətdə  iştiraklarını  nümunə  kimi  göstərmək  olar.»  (Bakı,  2006. 
Kitab BMT-nin Əhali Fondunun dəstəyi ilə hazırlanmışdır) 
Həzrət  Xədicə  (r.a.).  Məhəmmədin  (s.)  ilk  həyat  yoldaşı. 
Məhəmmədə (s.)  ilk  dəfə vəhy  gələndən sonra  ilk müraciət  et­
diyi  və  ona  ilk  iman  gətirən,  İslamı  qəbul  edən  ilk  qadm   ol­
muşdur.  Həzrət Xədicə  (r.a.),  eyni zam anda dini  təbliğ edərək 
İslamın yayılmasında fəal iştirak etmişdir.  Peyğəmbər (s.) Həz­
rət Xədicə (r.a.) haqqında belə buyurmuşdur: «Allah mənə Xə­
dicədən  daha  xeyirli  qadm   bəxş  etməmişdir.  Bütün  insanlar 
inanmadığı halda,  o,  mənə inanmışdı.  Ham ı məni  təkzib edər­
kən,  o,  məni təsdiq etmişdi.  İnsanlar məndən qaçarkən, o, mə­
ni var-dövləti ilə dəstəkləmişdi.. .»
Həzrət  Aişə  (r.a.).  O nun  həyatı  qadının  siyasi  roluna  ən 
gözəl nümunələrdən biridir.  Elşad M iri yazır:  «Qadın alimlərin 
rəhbəri  Allah  Rəsulunun  (s.)  həyat  yoldaşı  Həzrət  Aişə  (r.a.) 
hesab  edilir.  H əzrət  Peyğəmbərin  (s.)  xanımları  arasında  elm 
öyrənməyə ən həvəsli qadm  Həzrət Aişə (r.a.)  olmuşdur.  Gənc 
yaşlarından etibarən  Peyğəmbərin (s.)  evində olması və sualla­
rını  rahatlıqla  soruşması  burada  əsas  rol  oynamışdır.  H ətta 
I Iəzrət  Aişə  (r.a.)  bir  məsələni  onu  tam   qavrayana  kimi soru­
şardı.» (Elşad M iri, göstərilən  əsəri, s. 62)
«Aişə  (r.a.)  yaşadığı  dövrdə  təkcə  qadınların  deyil,  səhabə 
böyüklərinin  də  bir  çox  məsələlərdə  müraciət etdikləri  şəxs  ol­
m uşdur.  Bəzən  xəlifələr  məsələlərin  izahı üçün  Həzrət Aişənin 
(r.a.) yanma adam  göndərib onun fikrini də soruşmuşlar.» (El­
187


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
şad M iri,  göstərilən əsəri, s. 62)
H əzrət Aişə  (r.a.) və Üm m ü Sələmə  (r.a.) ən  çox hədis  əz­
bər bilən səhabələrdən  sayılırdılar.  Həzrət  Aişənin (r.a.)  Allah 
Rəsulundan  (s.)  rəvayət  etdiyi  hədislərin  sayının  2210  olduğu 
qeyd  edilir.  O,  buna  görə  ən  çox  hədis  nəql  edən  «muksirun» 
səhabələrdən sayılır.
H əzrət  Əlinin  (ə.)  xəlifəliyinin  ilk  illərində  Cəməl  m ühari­
bəsi ilə nəticələnən hadisələrdə Həzrət Aişənin (r.a.)  siyasi rolu 
çox aydm  şəkildə görünür.  3-cü xəlifə Həzrət Osm an (ə.)  şəhid 
olduqdan sonra  M ədinədən  M əkkəyə  gedən  Həzrət Aişə  (r.a.) 
ordu  hazırlamış  və  özü  də  orduya  başçılıq  etmişdir.  Tarixdə 
«Cəməl  döyüşü»  adlandırılan  bu  hadisədə  H əzrət  Aişə  (r.a.) 
həm ordunun rəhbəri, həm  də siyasi lider idi.
Lubabə  bintul  Haris  (r.a.).  Həzrəti  Xədicədən  (r.a.)  sonra 
M əkkədə İslamı qəbul edən ilk qadınlardan biri olduğu bildiri­
lir. Əksər qadınların İslamı qəbul etməsinə səbəb olmuşdur.
Fatimə bintul Xəttab (r.a.). H əzrət Ömərin (ə.) bacısıdır, İs­
lamın  2-ci  xəlifəsi  olan  qardaşının  İslamı  qəbul  etməsinin  sə­
bəbkarıdır.  İslam dan əvvəl oxumağı, yazmağı bacaran az şəxs­
lərdən biri olmuşdur.
Şifa  bintul Abdullah (r.a.).  Həzrət  Peyğəmbərin  (s.)  xanım­
larından birinə oxumağı və yazmağı öyrətmişdir.  İslamın yayıl­
masında böyük xidmətləri olmuşdur.
Sadə  bintul  Kurayz  (r.a.).  İslamın  3-cü  xəlifəsi  Həzrət  Os­
manın İslamı qəbul etməsinə vasitəçi olmuşdır.
Suməyyə  (r.a.).  A m m ar  bin  Yasinin  anasıdır.  Əbu  Cəhlin 
fiziki  təzyiqlərinə  baxm ayaraq  dini  inkar  etməmiş,  nəticədə 
kəskin mübahisələrdən sonra Ə bu  Cəhl nizəsi ilə  onu qətlə ye­
tirmişdir.  Bununla  da  İslam   ük  şəhidini  vermişdir  ki,  o  da 
məhz qadın olmuşdur.
Ümm  Vəraqa  (r.a.).  Q uranı  əzbərdən  bilirmiş.  Rəsulullah 
(s.) onu n   bu dərrakəsini  görərək,  nam az qıldırmaq üçün yaşa­
dığı yerə im am  təyin etmişdir. Həzrət Peyğəmbər (s.) səhabələri 
üə birlikdə tez-tez bu qadına baş çəkməyə gedərmiş.
Fatimeyi  Zəhra  (r.a.).  M əhəm m əd  peyğəmbərin  (s.)  qızı.
188
İntellektual ekologiya
Anası  Peyğəmbərin  (s.)  birinci  həyat  yoldaşı  Xədicədir  (r.a.). 
Məkkədə  doğulmuş,  M ədinədə  şəhid  olmuşdur.  Dəfn  olun­
duğu  yer,  siyasi  cəhətdən  gizli  saxlanılır.  5  övladı  olmuşdur: 
İmam  Həsən  (ə.),  İm am   Hüseyn  (ə.),  Zeynəb  (r.a.), 
Ümmügülsüm (r.a.) və M öhsün (ə.).
Peyğəmbər  (s.)  buyurmuşdur:  «Qızım  Fatim ə  dünya  qa­
dınlarının  peyğəmbər  nəslindən  olan  ilk  və  son  ən əziz  qadın­
dır».
Ə.Musazadə  «Ziyalı  və  ictimai  məsələlər»  kitabında  yazır: 
«İslamda  müsəlman  qadınının  əxlaqi  iffəti  onu  ictimai  məsu­
liyyətdən çəkindirm ir...  K im  Zeynəbi  (r.a.)  K ərbəlada  Hüsey­
nin (ə.) şəhadətindən sonrakı ağır dövrdə, Şam da Yəzidin qar­
şısında etdiyi alovlu çıxışında,  K ərbəladan Şam a qədər əsir ki­
mi  boynu  boyunduruqlu,  əli  qandallı  nitq  edərək  görüb,  onu 
cəmiyyət  rəhbəri  və  həmişəlik  mütərəqqi  qadın  qəbul  etməyə 
bilər?  Bizdə  qadın  belədir.  Bizim  dinimiz  də  öz  keçmişimizə 
uyğundur.. . » (Bakı,  1992, s. 29-30)
Həzrət  Peyğəmbərin  (s.)  dövründə  qadınlar İslamın  ən  çə­
tin  anları olan döyüşlərdə kişilərlə birgə cihadda iştirak edərək 
onlara köməklik göstərmişlər.  Onlar yemək hazırlayır,  su pay­
layır,  yaraları  müalicə  edir,  şəhid  olanların  Mədinəyə  aparıl­
masına yardımçı olur, hətta müharibələrdə belə döyüşürdülər.
Elşad  M irinin  məlumatından:  «U hud  və  Huneyn  m ühari­
bələrində  iştirak  edən  Ümmü  Süleym  (r.a.),  Ümmü  H aram  
(r.a.), Ümmü Salit (r.a.), Xeybər döyüşündə iştirak edən Ümmü 
Sinan  əl-Əsləmiyyə  (r.a.)  və  bir  çox  müharibədə  iştirak  edən 
Rubeyyi  bint  Muavvizi  (r.a.)  misal  olaraq  göstərmək  olar.  Bu 
qadınlardan  biri  olan  Atiyyə  (r.a.)  əri  ilə  birlikdə  altı  dəfə 
müharibədə  iştirak  etmişdi.  Həzrət  Fatim ə  (r.a.)  Peyğəmbərin 
(s.)  U hudda qanım  saxlamağa çalışmışdı.  Nəsibə (r.a.)  adlı  sə­
habə qadın da U h u d  döyüşündə iştirak etmiş, hətta özünü qal­
xan  kimi  Peyğəmbərin  (s.)  qarşısına  ataraq   onu  düşmən  oxla­
rından  qorum uşdu.  Ərini  və övladlarını  müharibədə  şəhid  ve­
rən bu qadm «Peyğəmbər öldü» deyə xəbər yayılanda öz ölülə­
rinin  cəsədlərini  qoyaraq  Rəsulullahın  (s.)  harada  olduğunu
189


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə