Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə50/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   46   47   48   49   50   51   52   53   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Fəttahova,  M .Ə .Sabirin  nəvəsi  N aibə  Əfəndiyeva,  Gülxanım 
Babayeva,  M aya  Bayram ova,  Mədinə  Əhmədova,  Səkinə 
Bayramova  və  b.,  saym aqla  qurtaran   deyil.  (Ə.  Metenin 
«Loğm anlar»  kitabında  onlar  haqda  geniş  məlumat  verilmiş­
dir)
Əziz oxucu, sizə N igar Şıxlinskaya haqqında qısa məlumat 
vermək istərdİK.
Nigar  Hüseyn  qızı  Şıxlinskaya  (1878-1931).  İlk  azər­
baycanlı şəfqət bacısıdır.  A tası Qayıbov Hüseyn Əfəndi Zaqaf­
qaziya müftisi idi.  O, M .F.A xundzadə,  İ.Çavçavadze ilə yaxın­
dan  dostluq  etmiş,  böyük  maarifpərvər  olmuşdur.  Nigar  xa­
nım  artilleriya  general-leytenantı Əliağa İsmayıl  ağa  oğlu  Şıx­
linskinin  həyat  yoldaşı  idi.  1889-cu  ildə  Tiflisdə  Zaqafqaziya 
Qızlar İnstitutunu qızıl m edalla bitirən N igar xanım ilk  alitəh- 
silli  azərbaycanlı  qadındır.  O,  rus,  fransız,  ərəb,  fars  dillərini 
yaxşı bilirdi.  N igar xanım  Birinci dünya müharibəsində iştirak 
etmiş,  1914-1918-ci illərdə zabit arvadlarının yaratdığı «Qırmı­
zı xaç» hərbi xəstəxanasına başçılıq edən komitənin sədri seçil­
mişdir.  Bu  hərbi  xəstəxanada  yüzlərlə  yaralı  şəfa  tapmışdır. 
N igar xanım   1914-cü il avqustun  1-də «Russkiy invalid» qəze­
tində  Birinci dünya müharibəsi əleyhinə qadınlara öz müraciə­
tini çap etdirmişdi.  N igar xam m  m ətbuatda ədəbiyyata, mədə­
niyyətə və tarixə aid məqalələrlə çıxış etmişdir.
Bu bölmədə Ön və O rta  Şərqdə qadının müqəddəsliyindən, 
islamda qadın-kişi bərabərliyindən,  onlarm mərdliyindən, qəh­
rəmanlığından,  şəfqətindən,  intellektindən...  söz açdıq.  Qadın 
Şərq  dünyasında  müqəddəs  olub  və  bu  ənənə  həmişə  davam 
edəcəkdir. Çünki qadm  anadır. A na isə insaniyyətin məşəl apa­
ram,  m üsbət  intellektual  yol  göstərənidir.  Bəşər  yalmz  qadm, 
ana xeyir-duası ilə zülmətdən, mənfi intellektual  bəlalardan xi­
las ola bilər.
O, sox sevimli, gözəl, incə, nazlı bir xilqət,
O nun ayaqlan altındadır cənnət.
Hüseyn Cavid.
198
İntellektual ekologiya
SO YU Q   M Ə Z A R A   D A  Z İN Ə T D İR   İN S A N ...
Bütün səmavi dinlərə görə təbiətin tacı sayılan insan Allah- 
Təala  tərəfindən  xəlq edilmiş  və  torpaqdan yaradılmışdır.  De­
məli,  insamn  yaranm ası  barədə  fikirlər  həm  iudalizmdə,  həm 
də xristian və islam dinlərində eynidir.
Əziz oxucu,  «İxvan əs-Səfa»nm  («Saflıq qardaşları»,  Bakı, 
2008,  s.  93-94)  9-cu risaləsində deyilir:  «Allah-Təalanın övliya­
larından  biri  məşəqqətin  və  müsibətlərin  mənası  haqqında 
düşünəndə,  onları  fikirləşib  tapa  bilmədi.  O,  dua  edən  zaman 
Uca  Tanrı  ona  vəhy  etdi,  öz  sirrindən  onu  xəbərdar  etdi,  il­
hamlandırdı  və  dedi:  «...  Səni  Mən  xəlq  etdim,  elə  isə  deyilən 
pis  məxluq  olma.  Mən  sənə  incə eşitmə,  iti  göz,  duyan  hisslər, 
zəkalı  qəlb,  kəskin  fəhm,  saf  zehin,  incə  düşüncə,  səlis  dil, 
sağlam  əql,  mükəmməl  quruluş,  sabit  can,  gözəl  sifət,  sağlam 
əzalar,  mükəmməl  vasitələr,  itaətkar  ətraflar  (qollar,  ayaqlar) 
bəxş etdim.  Sonra  da sənə danışıq  qabiliyyəti ilham etdim.  Sə­
nə  faydalı  olanı  və  zərərlini,  sənə  vəziyyətlərdə,  sənətlərdə  və 
əməllərdə  işin  keyfiyyətini  öyrətdim.  Sənin  baxışlarından  pər­
dəni  qaldırdım,  gözlərini  açdım  ki,  M ənim  mülkümə  baxsan, 
işimin  qəribəliklərini  görəsən,  gecə  və  gündüz  baş  verənləri, 
dövr  edən fələkləri,  gəzən  ulduzları düşünəsən.  Sənə vaxtların, 
zam anların,  ayların,  illərin  hesabını  öyrətdim.  Q uruda  və  də­
nizdə olan  mədənləri,  bitkiləri,  heyvanları sənin ixtiyarına ver­
dim   ki,  gücünün  yetdiyi  qədər  onlardan  ağalar  kimi  istifadə 
edəsən.  Səni  təcavüzkar,  ədalətsiz,  zalım,  haqsız,  həddi  və  mi­
qdarı  aşan  görəndə,  sənə  qanun  və  hökmləri,  müqayisəni,  mi­
qdarı,  ədaləti,  insafı,  haqqı,  savabı,  xeyiri,  faydalını,  ədalətli 
davranm ağı  Öyrətdim.  Sənin  üçün  fəzilət,  nemətlər  kəsilməsin, 
səndən  əzab və  intiqam uzaq  olsun  deyə  sənə  onun  niyə  daha 
xeyirli,  daha  fəzilətli,  daha  şərəfli,  daha  əziz,  daha  hörmətli, 
daha ləziz, daha gözəl olduğunu öyrətdim.»
«Qabusnamə»də  deyilir:  «Yaradan  insanı  bütün  məxluqa­
tın  ən  şərəflisi yaratm ış və  onu  10  xüsusiyyətə  görə (5  bədənin
199


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
daxilində,  5  isə  xaricində),  başqa  canlılardan  üstün  yaratmış­
dır.
Daxildə  olan  5  xüsusiyyət:  təfəkkür,  hafizə,  təxəyyül,  tə­
səvvür  və  danışıqdır.  X arici  5  xüsusiyyət:  eşitmə,  görmə,  qoxu 
bilmə,  toxunm a və dad  bilmədir.  Bu xüsusiyyətlərdən  heyvan­
larda d a olanları insanlardakı kimi deyil, ayrı cürdür.  Buna gö­
rə  də  insan  heyvanlara  üstün  gəlmiş  və  onların  üzərində  hök­
m ranlıq əldə etmişdir.»
F.Ə kbərov,  N .C am alov  hesab  edirlər ki,  insan istedad və 
qabiliyyətləri baxım ından güclüdür. O, şüur və ağıl sahibidir. O 
bu gücü -  şüuru, ağlı, istedad və qabiliyyətləri ilə bütün canlı və 
cansız  aləmlə  münasibət  qu ra  bilir,  özünə  lazım  olanları  əldə 
edir və onlardan öz xeyri üçün istifadə edə bilir.  («İnsan mənə­
viyyatı və əxlaq», Bakı, 2003)
Bununla yanaşı,  insan  m öhtac varlıqdır.  O,  digər canlılar­
dan  fərqli  olaraq  dünyaya  qədəm   basar-basmaz,  ehtiyaclar 
dəryasına  qərq  olur.  D oğrudan  da,  insan  uzun  müddət 
qayğıya,  mərhəmətə,  şəfqətə,  başqa  sözlə,  tərbiyə  edilməyə 
möhtacdır.
İnsan  xeyrə  və  şərə  meyillidir.  İnsanın  mahiyyətinin  digər 
bir  xüsusiyyəti  də  onun  yaxşılıqlara  və  pisliklərə,  başqa  sözlə, 
xeyrə və şərə meyilli olaraq yaradılmasıdır ki,  bunlar da ən qə­
dim  zam anlardan  bəri  fəlsəfə,  psixologiya,  sosiologiya  kimi 
fənlərin  m eydana  çıxmasına  səbəb  olmuşdır,  bu  fənlər  insanı 
məhz  bu   yönləri  ilə  öyrədir.  İnsan  öyrənməyə  və  tərbiyə  edil­
məyə  əlverişli  varlıqdır.  İnsan  varlığının  ümumi  xüsusiyyətlə­
rindən  biri  də  məhz  bud u r  -   o,  dünyaya  gələrkən  heç  bir  şey 
bilməyən, lakin öyrənməyə və tərbiyə edilməyə əlverişli bir var­
lıq  olaraq  gəlir.  Bu  barədə  Qurani-Kərimdə  belə  buyurulur: 
«Allah  sizi  analarınızın  bətnlərindən  heç  bir  şey  bilmədiyiniz 
(dərk  etmədiyiniz)  halda  çıxartdı.  Sonra  sizə  qulaq,  göz,  qəlb 
verdi  ki,  (Allahın  əmrlərini  eşidib,  qüdrətini  və  əzəmətini 
görüb,  vəhdaniyyətini  duyub)  şükr  edəsiniz.»  (ən-Nəhl  surəsi, 
ayə 78)
İbn Sina deyir:  «Mən» -  cism deyil, çünki bədəni meydana
200
İntellektual ekologiya
gətirən  parçalar  daima  böyümək  və  çürüməkdədir.  Halbuki, 
mənlik ilə işarə edilən ru h  cövhəri bu halların hamısında baqi­
dir, əbədidir.  O nda dəyişkənlik yoxdur.  Belə isə cism və cəsəd­
dən  ayrı  nəfsi-natiqə  bir  ruh  var.  R uhun  funksiyaları  maddi 
cəsəddə aranmaz.»
Peyğəmbərimiz (s.)  insan üçün şərəfli sayılan iki keyfiyyət­
dən birini inam,  digərini isə insanlar üçün faydalı ola bilməkdə 
gördüyünü bəyan etmişdir.  Bu, hər kəsin öz insanlığını dərk et­
məsinin əlifbasıdır.
İnsan adıyla deyil, əməlləriylə, keçdiyi yolla, həyat tərzi ilə 
tanmır.  Kamil  insanın  böyüklüyü,  əzəməti  qədərdir.  Kamil, 
elmli insanlar -  alimlər xalqın, dövlətin, bəzən bəşəriyyətin sər­
vəti  kimi  qiymətləndirilir.  Cəmiyyətə,  vətənə,  bəşəriyyətə  ya­
rarlı  insanlar  heç  vaxt  unudulm ur.  Həmişə  böyük  hörm ət  və 
məhəbbətlə  yad  edilir.  Belə  bəşəri  insanlardan  M əhəmməd 
peyğəmbər  (s.),  İsa  (ə.),  Nyuton,  Nizami,  Nəsirəddin  Tusi, 
Konfutsi və b.  göstərmək olar.
Köksüz ağac olmaz.  İnsan da  belədir.  K ök  insanı minillik­
lərin dərinliyindən  götürüb  gətirir.  İnsan  nəslinə,  kökünə  m öh­
tac və minnətdardır.
İnsan ömrü onun doğumu, ölümü ilə yox, gələcək nəsillərin 
on u  yada salması ilə ölçülür. Çinar ağacı torpağa atdığı köklər­
lə  əzəmətli  olduğu kimi,  insan da xalqına, vətəninə bağlılığı və 
bəşəri  qanunlara,  o  cümlədən  -   ekologiya  qanunlarına  riayət 
dərəcəsi  ilə  kamil  və  məğrur  olur.  Bu  bəşəri  qanunları  pozan 
insan məşəqqətlə  üzləşir.  Həyatda  düzgün davranm aq,  təbiətə, 
bəşəriyyətə  hörmət  etmək  üçün  Allah-Təala  insana  şüur  ver­
mişdir.
İnsandan ulu bir məxluq varsa da, o, yenə insandır.
Qurani-Kərimdə buyurulur:
Biz,  Adəm  övladını  şərəfli  və  hörmətli  elədik,  onları  suda 
və  quruda (gəmilərə,  heyvanlara və  başqa nəqliyyat vasitələri­
nə) mindirib sahib etdik,  özlərinə (cürbəcür nemətlərdən) təmiz
201


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə