Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə51/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   47   48   49   50   51   52   53   54   ...   134

Ənvər M ete Həmidov, Zəm urə Həmidova
ruzi  verdik  və  onları  yaratdığımız  məxluqatın  çoxundan  xeyli 
üstün etdik...
əl-İsra surəsi,  ayə  70.
A n d   olsun  (Allah-Təalanın  M usa  ilə  danışdığı)  Tur  dağı­
na;  and  olsun  bu  təhlükəsiz  (qorxusuz-xətərsiz)  şəhərə  (Mək­
kəyə) ki, Biz insanı ən gözəl biçimdə yaratdıq.
ət-Tin surəsi, ayə 2-4.
Tövrata  əməl  etməyə  mükəlləf olduqdan  sonra,  ona  əməl 
etməyənlər  (Tövrata  yükləndikdən  sonra  onu  daşımayanlar, 
Tövrata  iman  gətirdikdən,  onu  oxuyub  öyrəndikdən  sonra 
hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab 
daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan 
faydalanmağı bacarm ayan) ulağa bənzərlər.. .»
əl-Cumuə surəsi,  ayə 5.
(Ey  insan!)  Bilmədiyin  bir  şeyin  ardınca  getmə  (bacarma­
dığın bir işi görmə, bilmədiyin bir sözü də demə).  Çünki qulaq, 
göz və ü rə k - bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz 
barəsində) sorğu-sual olunacaqdır.
əl-İsra surəsi, ayə 36.
insanlara  bir  m ərhəm ət  (firavan  həyat,  sağlamlıq,  cah-ca- 
lal)  dadızdırdığımız  zam an  ona  sevinərlər.  Onları  öz  əlləri  ilə 
etdikləri  əməllərə  (qazandıqları  günahlara)  görə  bir  müsibətə 
düçar etdikdə isə birdən-birə məyus olarlar (hər şeydən ümidlə­
rini üzərlər).
ər-Rum surəsi, ayə 36.
O,  göyləri və yeri haqq-ədalətlə  (yerli-yerində) xəlq etdi,  si­
zə surət verdi, surətlərinizi də gözəl yaratdı. (İnsan bütün canlı­
ların ən gözəli və ən kamilidir). Axır dönüş də Onun hüzuruna- 
dır!
ət-Təğabun surəsi, ayə 3.
202
İntellektual ekologiya
Hansınızın əvvəlcə daha gözəl olduğunu sınamaq (bəlli  et­
mək) üçün ölümü və həyatı yaradan Odur.  O,  yenilməz qüvvət 
sahibidir, bağışlayandır.
əl-Mulk surəsi, ayə 2.
Əziz oxucu!  Qurani-Kərimdən nəzərinizə çatdırdığımız ay­
ələrdən  məlum  olur  ki,  Allah-Təala  b u   müqəddəs  kəlamlarla 
insanları düzlüyə,  müdrikliyə, ədəb-ərkana, sahib olduqları ru­
zilərin qədrini  bilməyə dəvət edir.  Bəşəriyyəti faciədən,  fəlakət­
dən  qoruyan  bu  qanunların  əsası  1400  il  əvvəl  qoyulmuşdur. 
Yaşam aq istəyən  insan  irqindən,  milliyyətindən  və inancından 
asılı olmayaraq bu tövsiyələrə əməl elməlidir.  Dünyanı öz şüur- 
suzluğu  ilə  məhvə  aparan  insan,  öz  şüuru  və  intellekti  sayəsin­
də də çıxış yolu tapmalıdır.
İndi  də  dahilərin  insan  haqqında  söylədikləri  hikmətli  kə­
lam lara nəzər salaq:
Məhəmməd peyğəmbər (s.) buyurmuşdur:
Allahı sevirsinizsə, birinci növbədə insanları sevməlisiniz.
Allah başqasına rəhm  etməyən insana rəhm  etmir.
Həzrət Əli (ə.) buyurmuşdur:
İnsanların  öz  ata-babalarından  zəmanələrinə  daha  artıq 
oxşarlıqları var.
Nizami Gəncəvi:
İnsan, insana qatış hər zaman, 
İnsanla yaşayar hər zam an insan. 
Əlçatmaz xəzinə olsan da, ancaq,
Çox belə xəzinə gizləmiş torpaq. 
***
203


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
O tlara yaraşar başını əymək,
İnsam n başıysa ucada gərək.
İnsan yem  dalınca qaçmasın gərək,
Q uşdan ayıq olsun, zirəkdən zirək.
Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zər-xara.
Mövlana hikmətləri:
Bədəninə  yağlı,  ballı  şeyləri  az  ver,  çünki  onu  gərəyindən 
artıq bəsləyən (kimsələr) nəfsani arzulara düşür və sonunda rə­
zil olub gedirlər.
R u h u n a  mənəvi  qidalar  ver.  Kam il  düşüncə,  incə  anlayış 
və  ruhi  qidalar  təqdim   et  ki,  gedəcəyi  yerə  sonsuzluq  səyyahı 
olaraq güclü, qüvvətli getsin.
İnsam n varlığında  hansı xasiyyət qalibdirsə,  şəxsiyyət  ona 
görə  təşəkkül  edər.  Bir  m ədən  qazıntılarında qızıl  misdən  artı­
qdırsa, o məhsul artıq qızıl sayılır.
A llah buyurdu ki,  ey insan,  diqqətlə bax və gör:  sənin tor­
paqdan yaradılmış bədəninə ruhum dan bir toxum  əkdim, səni 
ucaltdım.  Sən  bu  torpağın  bir  tozu  ikən  səni  üstün  bir  varlıq 
elədim.  Sənə  ağıl  verdim,  eşq  verdim.  Həyat,  hər  canlı  varlıq 
torpaqla başlar və yenə on d a bitər.
Fəzrullah Nəimi kəlamlarından:
K am il insan günəşdən,  aydan,  ulduzlardan  da əzəmətlidir. 
Bütün varlıq insam n vücudundadır.
204
İntellektual ekologiya
Sədi Şirazi hikmətləri:
İnsana insanlıq verməyir camal,
Büt gözəl görünür, ancaq olur lal.
İnsanlıq deyildir sümüklə, ətlə,
İnsan gözəl olmaz gözəl surətlə.
Şehin hər damlası olsaydı gövhər, 
incidə, gövhərdə olmazdı dəyər.
Bir ata oğluna onu etmədi,
Ki, sən səxavətlə etdin insana.
Allah əvəzində qaldırdı səni,
H öküm ran eylədi bütün cahana.
***
Bir bədən üzvüdür bu bəni-adəm,
Eyni bir cövhərdən yaranmış aləm.
Bir üzvü dərdlərə salsa ruzigar,
Tutm az başqa üzvü yerində qərar.
Özgənin dərdinə əgər qalmasan,
Y araşm az adına deyilsin insan.
Məhəmməd Füzuli kəlamlarından:
Əsl insan hər elmdən, hər məktəbdən dərs alıbdır, 
Könül-uşaq, can məktəbi bu məktəbdən dərs alıbdır.
Eynəlqüzat-Abdulla ibn Məhəmməd,
Ömər Xəyyamın tələbəsi:
Əsl və həqiqi insan  odur ki,  başqaları onun əlindən, di­
lindən və əməlindən ziyan görməsin.
Əbdürrəhman  Yusifpur, İslam alimi:
Söz  və  kəlam  ağlm  təzahürüdür,  göz  yaşlan  da  eşqin  və 
məhəbbətin nişanəsidir.
Mirzə Fətəli Axundzadə:
Sağlığında  xalqın  sevimlisi  və  öldükdən  sonra  adı  tarixin
205


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə