Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə52/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   48   49   50   51   52   53   54   55   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
bəzəyi olm aq dünyada ən böyük səadətdir.
Aşıq  Veysəl
:
İnsan bir dəryadır -  elmində mahir,
Elmsiz insanın şöhrəti zahir....
Abbasqulu ağa Bakıxanov:
G ərək insan həmişə yaxşılıq etməyə çalışsın və bilsin ki, əx­
laqı  təmizləyib  islah etməkdə  məqsəd yaxşılıqdır.  Çünki  onsuz 
əməl meyvəsiz ağac kimi əhəmiyyətsiz olar.
Şərafətə çatar insan artarsa onda şüur, 
in san  idrak sayəsində günəş kimi verər nur.
Həsən bəy Zərdabi'.
Hər  kəs  öz  vücudunun  qədrini  bilib  insaniyyət,  ixtiyar  və 
borclarını əda etmək ilə insan olur.
Cəfər Cabbarlı:
Dilək  ilə  nəticə  arasında  keçilməz  bir  uçurum  var ki,  onu 
ancaq qüvvətli simalar keçm işlər...  Onlarla d a tarix fəxr edir.
Səm əd Vurğun
:
Əzəldən böyükdür insanın adı,
Y orulm aq bilməmiş əqlin qanadı.
Süleyman Rüstəm:
Dünyaya bir dəfə gəlsə də insan,
Yenə əbədiyyət onundur, fəqət.
Bəxtiyar  Vahabzadə:
Ləyaqət -  insanın ikinci adı,
Ləyaqət -  insana ən doğru ünvan.
İnsan bu  ad  ilə dördayaqlıdan 
İkiayaqlıya bir tarix keçdi.
206
İntellektual ekologiya
İnsan qətrə-qətrə insaniləşdi 
Yalnız öz insanlıq ləyaqətilə...
Yalnız başqasını düşünən zaman,
Qalxır insanlığın fövqünə insan.
İnsanın insanlıq dəyəri onun mənsub olduğu vətənə və xal­
qa münasibət dərəcəsi ilə ölçülür.
Qədim Şərq aforizmi:
Yalnız qınağa və yalnız tərifə layiq insan olmamışdır, yox­
dur və olmayacaqdır.
Osman Nuri Topbaş:
Qəlbi qırıq insanların Allah-Təalanın nəzərindəki etibar və 
mövqeləri  yüksəkdir.  İlahi  rizasına  qovuşmaq  istəyənlər  belə 
məhzun könülləri sevindirməlidirlər. Necə ki,  Həzrət M usa (ə.) 
bir  gün:  «Ya  Rəbb!  Səni  harada  arayım?»  -   deyərkən,  Allah- 
Təala  da  ona cavab  vermişdir:  «Məni qəlbi qırıqların yanında 
ara!»
Dr.Aydın Topaloğhı:
İnsanın  əxlaqı  və  psixologiyası  Tanrının  varlığının  sübut 
olunması  üçün  əhəmiyyətli  bir  dəlildir.  İnsan  yalnız  fiziki  və 
bioloji  funksiyalardan  ibarət  olan  bir varlıq  deyildir.  O,  beyni 
olan  kompyuter  kimi  bir  maşın  da  deyildir.  Y aradan  insana 
ağıldan  və  hisslərdən  başqa  düşüncə,  təsvir,  röya,  təxəyyül,  il­
ham   kimi  xüsusiyyətlər  də  vermişdir.  Eyni  zam anda  insanın 
qəlb,  vicdan,  könül  kimi  mənəvi  cəhətləri vardır.  İnsan  bunla­
rın  köməyi  ilə  eşq,  sevgi,  yaxşılıq,  şəfqət,  ülfət  kimi  hisslər  q a ­
zanmışdır.  Bunları  insana  uca  bir  varlıq  vermişdir.  İnsan  bu
xüsusiyyətləri başqa cür əldə edə bilməz.
***
207


İnsan  gözəl  və  zəngin  yaradılmışdır.  Mərhəmət,  şəfqət, 
yaxşılıq, sevgi və eşq onun xislətində var.
Vaqif Abbasov'.
Biz Yer üzərində yalnız qısa  anlar yaşayırıq.  Biz şam kimi 
alışırıq, müəyyən müddətdə yam rıq və sönürük.  Nə üçün bu qı­
sa müddəti elə keçirə bilm irik ki,  ölüm adlanan Böyük K arvan 
Yer  üzündəki  ömrümüzün  sona  çatdığını  elan  edərkən  onun 
ardınca qorxusuz və titrəm ədən gedək.
N.Süleymanoğlu, K.Asifqm:
İnsan kainatın ən qiymətli əsəridir. K ainatın yaradılmasın­
da elə məqsəd də insandır, d ah a dəqiqi insan ruhudur.  K ainat 
da,  insan  bədəni  də  bu  ru h a  xidmət  edir.  İnsan -   başına  kai- 
natdakı  bütün  incəlikləri  tanıya  biləcək  ağıl  tacı  qoyulmuş, 
köksü incə hissiyyatlar,  duyğularla bəzədilmiş bir məxluqdur.
İnsanın  böyüklüyü  ondakı  «mən»-in  böyüklüyü  -   əzəməti 
qədərdir.  İnsan «mən»  şüurunda bir varlıqdır.  «Mən»lik insan 
varlığının mərkəzidir.
***
İnsan əzabları ilə yüklənməlidir.  Əzabı düşünmək insanı sı­
xırsa,  əzabların  içinə  düşm ək  d ah a  dəhşətli  olar.  Halbuki, 
düşünmək dəhşət içinə düşməkdən daha asan və sadədir.
A raşdırm alardan belə nəticəyə gəlmək olar ki, yaşadığımız 
Yer  planetində  istər  müsbət,  istərsə  də  mənfi  ekoloji  mühitin 
yaranması insan və onun intellektinin məhsuludur.
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
208
III FƏSİL
M üsbət  in te lle k tu a l  ekoloji 
tarazlığ ı  y a ra d a n   am illər
(Ya 
Rəsulum!) 
Bəndələrimə 
de: 
«Danışdıqları 
zam an... 
gözəl 
sözlər 
söyləsinlər.  Şeytan onların arasına fitnə-fəsad 
sala bilər...»
Qurani-Kərim, 
əl-İsra surəsi, ayə 53


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
SÖZÜN UCALIĞI
Mən aləm sədəfində insandan qiymətli bir gövhər görmədim. 
İnsan gövhərində isə sözdən şərəfli cövhər tapmadım.
Məhəmməd Füzuli.
örmətli  oxucu!  Biz  birinci  bölmədə  intellektual 
•  JL У   ekologiyamn  yaradıcı  amili  sözün  əzəli  olması, 
müqəddəsliyi  h aqda  geniş  m əlum at  vermişdik. 
Bu bölmədə də Füzulinin söz haqqında dedikləri­
ni  epiqrafda  bir  daha  təkrarlam aq  qərarına  gəldik.  Söz  haq­
qında deyilən bu kəlam  o qədər qiymətli və hikmətlidir ki, onu 
əvəz  edən  başqa  kəlam  tapm aq,  bəlkə  də,  qeyri-mümkündür. 
İndi  də sözü qiymətləndirən bir çox kəlam və hikmətlərə nəzər 
yetirək.
Qurani-Kərimdə  buyurulur:
Allah  pis  sözün  açıq  (ucadan)  deyilməsini  sevməz.  Yalnız 
zülm olunm uş şəxslər m üstəsnadır...
əl-Nisa surəsi, ayə 148.
Məhəmməd peyğəmbər  (s.):
Allah bağışlasın o şəxsi ki, yaxşı söz deyib faydalanır və ya 
susub salam at qalır.
***
Sədəqə verməyin yaxşısı od u r ki, dilini (bəd sözlərdən) hifz 
edəsən.
İmam Əli (ə.):
Danışın  ki,  tanınasınız,  çünki  insan  öz  dili  altında  gizlən­
mişdir.
210
İntellektual ekologiya
Ağıllı  adamın  dili  onu n   qəlbində,  axmağın  qəlbi  isə  onun 
dilindədir.
Ə bu Bəkr (ə.):
Sirrin sənin qanındır, onu axıtma.
Nə söyləyəcəyini və nə zam an söyləyəcəyini yaxşı düşün. 
İmam Sadiq (ə.):
Danışanın özünə yox, sözünə daha çox diqqət et. 
Nizami Gəncəvi:
Ağıllı adam ın söylədikləri 
Yer altm a düşsə, itməz dəyəri. 
Söz deyən düşünüb söyləsə əgər, 
Pis söz də söyləsə, yenə xoş gələr.
Xoşbəxtlik  xəzinəsi  əldə  etmək  üçün  sözün  qüdrətinə 
müraciət et.
Yeniliklər törədən bu qoca kainatda,
Sözdən kəskin və incə bir şey tapılm az hətta. 
Düşüncənin əvvəli bütün saylarm sonu,
Sözdür, yadında saxla, unutm a əsla bunu. 
***
Sözün də su kimi lətafəti var,
H ər sözü az demək dah a xoş olar, 
Bir inci saflığı varsa d a suda, 
A rtıq içilərsə dərd verər o da.
211


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə