Ənvər M ete Həmidov, Zərnurə Həmidova
28. Sözü kiçik sayıb, ucuz bir şey hesab edirsənsə, onu bil
ki, Allah-Təala öz peyğəmbərlərini xalqa tanıtdırm aq istədikdə
onları qızıl, gümüş ilə tanıtdırm ayıb. Bəlkə, hikmətli söz və mə
nalı damşıq vasitəsilə onları xalqa tanıtdırmışdır. (İmam Sa
dıq)
29.
Varlığın anası doğmamış, inan,
Sözdən gözəl övlad, şahiddir cahan.
Nizami Gəncəvi
30. Məsləksizə hikm ət dərsi, nadanlara öyüd neylər,
U lağın da qabağına dövlət töksən, mat-mat süzər.
İmadəddin Nəsim i
31. Səmavi kitablardan və elmin son araşdırmalarından
məlum olm uşdur ki, varlığın təzahür forması səsdir. Səslərin
kamil form ası insan təfəkkürünün, onun intellektinin məhsulu
olan kəlamlardır.
32. M əhəm m əd peyğəmbərdən (s.) «Ya Rəsulallah! Hər
peyğəmbərin bir möcüzəsi var. Bəs sizin möcüzəniz nədir?»
deyə soruşduqda: «Kəlamətullahdır» demişdir. Kəlam - yaşay
an bir həqiqətin kəlmə ilə ifadəsidir.
33. «Allah istədiyi şəxsə hikm ət (elm, mərifət, müdriklik)
bəxş edər. K im ə hikm ət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi
səadət) verilmişdir. Bunu yalnız ağıl sahibləri düşünüb dərk
edərlər.» (Q urani-K ərim , əl-Bəqərə surəsi, ayə 269)
34. Bəşər cəmiyyətinin qədim elmi sayılan fəlsəfə həmişə
kəlam larla inkişaf etmiş və gələcək nəsillərə çatdırılmışdır. Bu
kəlam lar insanların mənəvi saflığına, tərbiyəsinə təsir etmişdir.
B u cəhətdən Q urani-K ərim d ah a çox diqqəti cəlb edir. Quran
insanları doğ ru yola, düzgün istiqam ət və qulluğa dəvət edən
ilahi fərmandır.
35. Q urani-K ərim in ayələrində elmi məsələlərə yalnız işarə
edilmiş, bəşəriyyətin bugünkü ekoloji fəlakət qarşısında
olacağı haqda dəqiq xəbər verilmişdir. Bax buna görə də Qura
ni-K ərim və dahi insanların kəlamlarının III minilliyin insanla-
532
İntellektual ekologiya
rım n mənəvi tərbiyəsində rolu böyükdür. Bu minillikdə ekoloji
fəlakətdən xilas olmağın yolu Yer planetindəki insanların hik
mətli kəlamlarla düz yola dəvət olunması ilə mümkün olaca
qdır.
36. Kəlam ın qüdrəti böyükdür. O, form aca kiçik olmasına
baxm ayaraq, insanın şüuruna ildırım surəti ilə təsir etmək
qüvvəsinə malikdir. İnsanın zəkasını bir anda işıqlandırıb
düşünməyə vadar edir. Düzgün qərar, düzgün həyat tərzi seç
məyə, nəhayət, məsuliyyətli anlarda düzgün addım atm ağa kö
m ək edir.
37. Bu cəhətdən Əm ir Teymurun dedikləri böyük məna
kəsb edir: «Mən nə vaxta qədər baş kəsib qan tökməklə qalib
gələcəyəm. Bəs hanı sizin kəlamlarınızın qüdrəti?!»
38. Bəli, Yer planeti elə bir fəlakətli hala düşəcək ki, insan
m əcbur olacaq kəlamlarla müsbət intellektual ekoloji qaydala
ra riayət etsin. İnsan öz şüursuzhığunu öz intellektinin məhsulu
olan kəlam larla müalicə edəcəkdir.
39. Deyirlər, tarix təkrar olunur. Tarixdə elə insanlar pey
d a olublar ki, onlar ümumi dərdi öz çiyinlərində daşıyıb, ona
əlac axtarıblar. Cəmiyyəti öz kəlamları ilə tərbiyələndirib,
h aq q yoluna çağırıblar. Biz əminik ki, III minillikdə həyat
«olum, ya ölüm» həddinə çatanda, ümumbəşəri dərdə dərman
tap an çox loğmanlar peyda olacaq və insanlar onların dediklə
rinə əməl edəcəklər. Biz buna tam əminik.
40. İnsan və cəmiyyət dinə möhtacdır. Çünki dinin məqsədi
insam xoşbəxtliyə çatdırm aqdan ibarətdir. D inin əmr və töv
siyələri insanın insan kimi yaşaması, ailəsinə, cəmiyyətinə, mil
lətinə və hətta bütün bəşəriyyətə faydalı olması məqsədini
güdür. D in cəmiyyətləri ucaldan, onların inkişafım təmin edən
bir əxlaq qanunudur. İnsanlar üçün bir hidayət (doğru yol)
günəşi olan Qurani-Kərimdə əxlaqi, əməli, ictimai cəhətdən
insanı və cəmiyyəti maddi-mənəvi xoşbəxtliyə aparan hər şey -
ailə həyatı, ər-arvadm hüquq və vəzifələrindən beynəlxalq
münasibətlərə qədər, salam laşm aqdan başlamış evlərə icazə
alaraq girmək kimi ədəb qaydalarına qədər - göstərilmişdir.
533