Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə124/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   120   121   122   123   124   125   126   127   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
28.  Sözü  kiçik sayıb,  ucuz  bir  şey  hesab edirsənsə,  onu bil 
ki, Allah-Təala öz peyğəmbərlərini xalqa tanıtdırm aq istədikdə 
onları qızıl, gümüş ilə tanıtdırm ayıb.  Bəlkə, hikmətli söz və mə­
nalı  damşıq  vasitəsilə  onları  xalqa  tanıtdırmışdır.  (İmam  Sa­
dıq)
29. 
Varlığın anası doğmamış, inan,
Sözdən gözəl övlad, şahiddir cahan.
Nizami Gəncəvi
30. Məsləksizə hikm ət dərsi, nadanlara öyüd neylər,
U lağın da qabağına dövlət töksən, mat-mat süzər.
İmadəddin Nəsim i
31.  Səmavi  kitablardan  və  elmin  son  araşdırmalarından 
məlum  olm uşdur  ki,  varlığın  təzahür  forması  səsdir.  Səslərin 
kamil form ası  insan  təfəkkürünün,  onun  intellektinin məhsulu 
olan kəlamlardır.
32.  M əhəm m əd  peyğəmbərdən  (s.)  «Ya  Rəsulallah!  Hər 
peyğəmbərin  bir  möcüzəsi  var.  Bəs  sizin  möcüzəniz  nədir?» 
deyə soruşduqda:  «Kəlamətullahdır» demişdir. Kəlam -  yaşay­
an bir həqiqətin kəlmə ilə ifadəsidir.
33.  «Allah  istədiyi  şəxsə  hikm ət  (elm,  mərifət,  müdriklik) 
bəxş edər.  K im ə hikm ət bəxş  edilmişsə,  ona  çoxlu xeyir  (əbədi 
səadət)  verilmişdir.  Bunu  yalnız  ağıl  sahibləri  düşünüb  dərk 
edərlər.» (Q urani-K ərim , əl-Bəqərə surəsi, ayə 269)
34.  Bəşər  cəmiyyətinin  qədim   elmi  sayılan  fəlsəfə  həmişə 
kəlam larla  inkişaf etmiş  və  gələcək  nəsillərə  çatdırılmışdır.  Bu 
kəlam lar insanların mənəvi saflığına,  tərbiyəsinə təsir etmişdir. 
B u cəhətdən Q urani-K ərim  d ah a çox diqqəti cəlb edir.  Quran 
insanları  doğ ru   yola,  düzgün  istiqam ət və  qulluğa dəvət edən 
ilahi fərmandır.
35. Q urani-K ərim in  ayələrində elmi məsələlərə yalnız işarə 
edilmiş,  bəşəriyyətin  bugünkü  ekoloji  fəlakət  qarşısında 
olacağı haqda dəqiq xəbər verilmişdir. Bax buna görə də Qura­
ni-K ərim  və dahi insanların kəlamlarının III minilliyin insanla-
532
İntellektual ekologiya
rım n mənəvi tərbiyəsində rolu böyükdür.  Bu minillikdə ekoloji 
fəlakətdən xilas  olmağın yolu Yer planetindəki insanların hik­
mətli  kəlamlarla  düz  yola  dəvət  olunması  ilə  mümkün  olaca­
qdır.
36.  Kəlam ın qüdrəti böyükdür.  O,  form aca kiçik  olmasına 
baxm ayaraq,  insanın  şüuruna  ildırım  surəti  ilə  təsir  etmək 
qüvvəsinə  malikdir.  İnsanın  zəkasını  bir  anda  işıqlandırıb 
düşünməyə  vadar  edir.  Düzgün  qərar,  düzgün  həyat  tərzi  seç­
məyə,  nəhayət,  məsuliyyətli anlarda düzgün addım atm ağa kö­
m ək edir.
37.  Bu  cəhətdən  Əm ir  Teymurun  dedikləri  böyük  məna 
kəsb  edir:  «Mən  nə  vaxta qədər  baş  kəsib  qan   tökməklə qalib 
gələcəyəm.  Bəs hanı sizin kəlamlarınızın qüdrəti?!»
38.  Bəli,  Yer  planeti  elə  bir  fəlakətli hala  düşəcək  ki,  insan 
m əcbur olacaq kəlamlarla müsbət intellektual ekoloji qaydala­
ra riayət etsin. İnsan öz şüursuzhığunu öz intellektinin məhsulu 
olan kəlam larla müalicə edəcəkdir.
39.  Deyirlər,  tarix  təkrar olunur.  Tarixdə elə insanlar pey­
d a  olublar  ki,  onlar  ümumi dərdi  öz  çiyinlərində  daşıyıb,  ona 
əlac  axtarıblar.  Cəmiyyəti  öz  kəlamları  ilə  tərbiyələndirib, 
h aq q   yoluna  çağırıblar.  Biz  əminik  ki,  III  minillikdə  həyat 
«olum, ya  ölüm» həddinə çatanda, ümumbəşəri  dərdə dərman 
tap an  çox loğmanlar peyda olacaq və insanlar onların dediklə­
rinə əməl edəcəklər.  Biz buna tam  əminik.
40. İnsan və cəmiyyət dinə möhtacdır. Çünki dinin məqsədi 
insam   xoşbəxtliyə  çatdırm aqdan  ibarətdir.  D inin  əmr  və  töv­
siyələri insanın insan kimi yaşaması,  ailəsinə,  cəmiyyətinə, mil­
lətinə  və  hətta  bütün  bəşəriyyətə  faydalı  olması  məqsədini 
güdür.  D in cəmiyyətləri ucaldan,  onların inkişafım təmin edən 
bir  əxlaq  qanunudur.  İnsanlar  üçün  bir  hidayət  (doğru  yol) 
günəşi  olan  Qurani-Kərimdə  əxlaqi,  əməli,  ictimai  cəhətdən 
insanı və cəmiyyəti maddi-mənəvi xoşbəxtliyə aparan hər şey -  
ailə  həyatı,  ər-arvadm  hüquq  və  vəzifələrindən  beynəlxalq 
münasibətlərə  qədər,  salam laşm aqdan  başlamış  evlərə  icazə 
alaraq girmək kimi ədəb qaydalarına qədər -  göstərilmişdir.
533


Ənvər M ete Həmidov, Zəm urə Həmidova
41.  Q urani-K ərim   təkəbbür,  nəfs,  nadanlıq,  qəzəb, 
tənbəllik,  sərxoşluq, qum ar, xudpəsəndlik, xəsislik,  şöhrətpərə- 
stlik,  lovğalıq,  hiyləgərlik,  ikiüzlülük,  yalançılıq,  riyakarlıq, 
qəddarlıq,  əxlaqsızlıq,  oğurluq,  iftira,  haqsızlıq,  xəyanət,  zina, 
fahişəlik, hom oseksualizm ....  kim i cəmiyyəti sarsıdan və mənfi 
intellektual  ekologiyanı  yaradan  b u   amilləri  pisləyir,  qadağan 
edir və lənətləyir.
42.  «Ya Peyğəmdər!  İtaət etm ə  (yalan  yerə) hər  and içənə, 
alçağa,  qeybət  edənə,  söz  gəzdirənə,  xeyrə  mane  olana,  (zülm 
etməkdə)  həddini  aşana,  günaha  batana,  daşürəkliyə,  (bütün) 
bunlardan  so m a  da  əsli-nəsəbi  bilinməyən  haramzadaya  -   o, 
mal-dövlət,  oğul-uşaq şahidi  olsa belə.  Biz (tezliklə)  onun  bur­
nu n a dam ğa basacağıq.» (Qurani-Kərim ,  N un və əl-Qələm su­
rələri, ayə  10-14,16)
43.  «Q urani-K ərim   bir  ilahi  ədəb  məktəbidir.»  (Məhəm­
m əd peyğəmbər )
44.  «Bəşəriyyəti  İslam   dini  qədər  elmə,  zəhmətə,  paklığa, 
quruculuğa çağıran ikinci bir din yoxdur.» (Misbah  Yəzdi)
45.  A llah-Təalanın  bəşəriyyət  üçün  hidayət  çırağı  olaraq 
göndərdiyi  Q urani-K ərim in  gələcəkdə  bəşəri  fəlakətdən  xilas 
etməyin yeganə istinad nöqtəsi olacağına heç bir şübhə yoxdur.
46.  «M üsəlman  dininin  misilsiz  üstünlüklərindən  biri  də 
məhz  budur  -   əxlaqsızlıq,  zorakılıq  və  qanunsuzluq  arzuda 
yox,  sözdə  yox,  işdə,  həyatda  qadağan  edilir.  Bu  isə  bütün 
vicdanlı  və  təmiz  adam lar  üçün,  ümumiyyətlə,  bəşər  üçün 
vacibdir. Bir vaxt Q ərb müsəlman mənəvi saflığının saxlanma­
sına qibtə edəcəkdir.» (Saleh bəy)
47.  Kamilliyə,  inkişafa  meyil  insan  xislətinin  ilahi  neməti­
dir.  İslamşünas  İbn  M əsudi  «Q uranda  hər  şeyə  aid  elm  nazil 
edilmişdir, lakim  bizim elmimiz O ndakı hər şeyi anlamağa yet­
məz.» -  dem əkdə yanılmamışdır.
48.  Elm   misli  olmayan  qiymətsiz  qənimətdir  (mirasdır). 
Elm   mənəviyyatımızın  təməl  prinsiplərindəndir.  Elm  əməlsiz 
məhv  olar,  əməl  isə  elmsiz  m üm kün  deyildir.  Deməli,  elm 
başlanğıc, əməl son, elm səbəb, əməl nəticədir.
534
İntellektual ekologiya
Elm   -   cəmiyyətin  mənəvi-intellektual  həyatında  mühüm 
sferadır.  Bu  gün  elm  ictimai  şüur  forması  kimi  bəşəriyyətin 
sosial-mədəni tərəqqisinin əsas mənbəyinə çevrilmişdir.
49. 
Biliyin olsa da bir ümman qədər,
N adansan, əməlin olmasa əgər.
Eşşəyə yükləsən bir neçə kitab,
Nə alim olar o, nə də süxənvar.
Başı boş o yazıq heyvan nə bilsin 
D alm da odundur, ya kitab-dəftər.
Sədi Şirazi.
50.  «Kamilliyə,  inkişafa  meyil insanın  daxilində  qoyulmuş 
böyük  ilahi  nemətdir.  Bu meyil  olmasaydı,  insan  yerindən  tər­
pənməzdi,  hərəkətsiz qalardı.  İnsanı hərəkətə gətirən mühərrik 
məhz  bu  daxili  istəkdir.  K ainatı  yaratm aqda  Allahın  məqsədi 
budur  ki,  insan  öz  iradə  və  istəyi  ilə  kamilliyə  ucalsın.  Elə  bu 
səbəbdən  də  insanın  fitrətində  belə  bir  meyil  yerləşdirilib.» 
(Misbah  Yəzdi)
51.  İslam alimlərinin, dahilərin və mütəfəkkirlərin kəlamla­
rından  göründüyü  kimi,  elm və  din  istər  məqsəd  və  istərsə  də 
nəticə  etibarilə  bir-birini  inkar  etmir,  əksinə,  onların  son  nə­
ticələri  eynidir.  D in  kainatı  Tanrının  yaratdığım,  kainatda 
müəyyən  qanunların  olduğunu,  hər  şeyin  bir  nizam-intizam 
içində  baş  verdiyini  bildirir.  Aparılan  tədqiqatlar  və  faktlar 
sübut  edir  ki,  Qurani-Kərimdə  bəyan  edilən  bir  çox  qanuna­
uyğunluqlar  elmə  1400  il  sonra  məlum  olm uşdur.  Bu,  danıl­
m az  bir  həqiqətdir.  Qurani-Kərimin  ayələrində,  hədis  və  kə­
lam larda elm,  bir qayda olaraq,  təbliğ edilir,  insanları kainatın 
sirlərini öyrənməyə çağırır.
Bir sözlə,  istər din  (tslam) və istərsə də elm cəmiyyətin mə­
nəvi-intellektual  həyatında  mühüm  sferadır  -   hava  və  sudur. 
D in -  fəzilət və əmanətdir, elm- təhsil onun açarıdır.
52.  «...K im ə hikmət  bəxş edilmişsə,  ona  çoxlu xeyir, əbədi 
səadət  verilmişdir.  B unu  ancaq  ağıl  sahibləri  düşünüb  dərk 
edərlər.» (Qurani-Kərim, əl-Bəqərə surəsi, ayə 269)
535


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə