Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə127/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   123   124   125   126   127   128   129   130   ...   134

Ənvər M ete Həmidov, Zəm urə Həmidova
luğu  (məsumluğu)  və  qiyam ət  günü  ərəfəsində  sonuncu  im a­
m ın zühur edəcəyi ideyasını d a əlavə etmişlər.
Ə ləvilər 
-  Əli ibn Ə bu Talibin xələfləri.  Əlinin müxtəlif a r­
vadlardan çoxlu övladı olm uşdur, lakin ən məşhurları M əhəm­
mədin (s.) qızı Fatim ədən (r.a.) olan Həsən (ə.) və Hüseyn (ə.), 
həmçinin  M əhəm m əd  ibn  Əl-Hənifədir  (ə.).  İm am   şiələrinin 
im an gətirdikləri  12  im am dan  10-u Hüseyn  (ə.) xətti  ilə  bağlı­
dır.  Şiələrin  dini-siyasi  ehkam ına  görə,  ali  hakimiyyət  (imam­
lıq) d a  peyğəmbərlik kimi, ilahi göstəriş əsasında müəyyən edil­
mişdir.  «İlahi  göstəriş»ə  əsasən,  imamlıq  hüququ  yalnız  Əliyə 
(ə.)  və  onu n   nəslindən  olanlara  m əxsusdur,  vərəsəlik  qaydası 
ilə keçir. İslam ın, demək olar, bütün tarixi ərzində Əli (ə.) və ya 
onun  tərəfdarları  ali  hakimiyyət  uğrunda  silahlı  və  ideoloji 
mübarizə aparm ışlar.  M übarizənin  gedişində xilafətin müxtəlif 
guşələrində  ələvilərin  başçılığı  ilə  im am lıqlar meydana  gəlmiş­
dir.
H azırda  müsəlman  ölkələrində  ələvilərin  çoxlu  xələfi  ya­
şayır. Yaşıl çalm a gəzdirmək, seyid və ya şərif adlanmaq hüqu­
q u  onlara məxsusdur.
Ə liaU ahilər 
-   Əlini  (ə.)  ilahiləşdirənlər  deməkdir,  özlərini 
əhli-həqq  (həqiqət  adam ları)  adlandırırlar.  O rta  əsrlərdə  İran, 
A zərbaycan  və  başqa  ölkələrdə  geniş  yayılmış  dini-mistik 
cərəyanın,  şiəlik  təriqətinin  tərəfdarlandırlar.  Məzhəbin  dini 
ehkam ına  görə,  A llah ilə  Əli  (ə.)  qırılmaz  surətdə  bağlı  olmuş 
və  olm aqdadır.  Əli  (ə.)  bütün  peyğəmbərlərdə,  imamlarda  və 
m üqəddəslərdə təcəssüm etmişdir. G ün gələcək ki, Allah və Əli 
(ə.) yenidən «gizli» im am da -  M ehdidə təcəssüm edəcəklər.
M əzhəbin  müqəddəs  kitabları  sünnilərdən və  imami  şiələ­
rindən  səylə  gizlədilir.  M əzhəbin  ehkam larında  və  ayələrində 
xristianlığın  təsiri böyükdür.  Türkiyədə şiələrin 90%-i,  Əfqanı­
standa  15%-i,  İran d a  təxminən  7,5%-i  Əliallahi  məzhəbinə 
məxsusdur.
Əşərffik -  əşərilik X  əsrin əvvəllərində yaranmış,  İslam di­
ninin  ehkam larını  «əqli  dəlillər»lə  sübut  etməyə  çalışan  dini- 
fəlsəfi  təriqətdir.  «Varlıq  və  yoxluq»  məsələsində  «yoxluğun»
544
İntellektual ekologiya
mövcudluğunu  qəbul  edirdi.  Əşərilik  kainatm   əbədiliyini  və 
qanunauyğunluqlarım   inkar  edir,  səbəbiyyəti  insan  zehninin 
uydurm ası sayırdı.
Əyyub  -   Qurani-Kərimdə  buyurulur:  «(Ya  Rəsulum!) 
Əyyubu da (yada sal)!  Bir zam an o, Rəbbinə yalvarıb dua edə­
rək  belə  demişdi:  «M ənə  bəla üz  verdi  (Sənə  pənah gətirdim). 
Sən  rəhmlilər  rəhimlisisən!  Biz  (Əyyubun)  duasım  qəbul  buy­
urduq,  onu  düçar  olduğu  bəladan  (xəstəlikdən  və  ailəsinə  üz 
vermiş müsibətdən) qurtardıq»» (əl-Ənbiya surəsi, ayə 83-84).
Fatalizm  
(latınca -  « tale», «qismət» deməkdir) -  hər bir ha­
disənin  əzəli  qismətdən  bilavasitə  asılı  olmasına  və  labüdən 
həyata  keçməsinə  etiqad  edir və  insan  tərəfindən  sərbəst  hərə­
kət yolu seçilməsini və təsadüfliyi istisna edir.
H alal 
(ərəbcə  həllə  sözündəndir,  icazə  verilmək,  yol  veril­
mək deməkdir) -  müsəlmanlara icazə verilən hərəkətlər, haram 
kateqoriyasına daxil olmayan işlər və əməllər deməkdir.
H aram  
-   ərəbcədir,  müsəlman  hüququnda  müsəlmanlar 
üçün  qəti  qadağan olunan  hərəkətlər (şərab içmək,  qum ar oy­
nam aq, donuz əti yemək, sələmçilik və s.) haram  hesab edilir.
H arun  -   Qurani-Kərimin  Yunus  surəsinin  74-cü  ayəsində 
buyurulur:  «Nuhun  ardınca  öz  ümmətlərinə  peyğəmbərlər 
göndərdik.  Onlar  (öz  ümmətlərinə)  açıq-aşkar  möcüzələr 
gətirmişlər.  Bunlar  isə  öncə  (peyğəmbər  gəlməzdən  əvvəl)  ya­
lan hesab etdikləri şeylərə iman gətirmədilər.  Biz (küfr etməklə, 
günah  işləməklə)  həddi  aşanların ürəklərini  belə möhürləyirik. 
O nlardan  sonra M usam  və H arunu Firona və cam aatına açıq 
möcüzələrlə peyğəmbər göndərdik».
Həzrət  H arun  qardaşı  M usadan  (ə.)  3  yaş  böyük  idi. 
«Gdədlər»də 
Həzrət  H arunun  123  yaşında  X or  dağmm 
təpəsində öldüyü və basdırıldığı rəvayət olunur.
H ədis 
(ərəbcə «rəvayət», «hekayət» sözündəndir) -   Həzrət 
M əhəm m ədin  (s.)  və  onun  silahdaşlarının  gördükləri  işlər  və 
söylədikləri fikirlərlə  bağlı rəvayətlərdir.  V II  əsrin sonu -  V III 
əsrin əvvəllərində yaranm ışdır
H ənəfilər 
-  «həqiqət axtaranlar» deməkdir.  D örd məzhəb­
545


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
dən birinin banisi olan Ə bu Hənifənin (767 -  800) dini-hüquqi 
məktəbinin  tərəfdarlarıdırlar.  Hənəfilər  başqa məzhəblərin  tə­
rəfdarlarına  nisbətən  yəhudilər  və  xristianlara  daha  mülayim 
münasibət  göstərir,  hüquqi  məsələlərdə  rəydən  (sərbəst  fərdi 
mühakim ədən) və qiyasdan (bənzətməyə əsaslanan mühakimə­
dən) daha geniş istifadə edirdilər.
Hedonizm  (yunanca  «həzz»  sözündəndir)  -   xeyiri  həzdə, 
şəri  əzabda  görən  əxlaqi  tələblərin  əsaslandırılması  prinsipi, 
tərki-dünyalığın  əksi.  Hedonizm ə  görə,  həzz  insan  əxlaqının 
yüksək neməti və davranışının m eyarı hesab edilir,  bütün əxla­
qi tələblər onunla bağlanır.
H elm  
-   mülayimlik  deməkdir.  H elm   qılıncı  dəmir  qılınc­
dan daha kəskindir.
Hidayət -  ərəbcə «doğru yol» deməkdir.
H induizm  
-  çox  yayılmış  dünya  dinlərindən  biri.  Hinduiz­
m in  kökləri  qədim   hind  dini  olan  brahm anizm ə  gedib  çıxır. 
E.ə.  V I-IY   əsrlərdə  buddizmin  və  caynizmin  yayılmasına  ca­
vab  olaraq m eydana  gəlmişdir.  Hinduizmə  görə,  insan  həyatı­
nın  məqsədi  (buddizmdən  fərqli  olaraq)  atmanı  (ilahiliyin  tə­
zahür  etdiyi  insan  ruhu)  təbiətdən  azad  etmək  və  brahma 
(dünya ruhu) ilə qovuşdurm aqdır.
H ürm üzd,  H örm üzd,  H örm üz 
-   qədim  fars  mənbələrində 
və «Avesta»da A hura M azda-qədim  irandilli tayfaların allahı. 
Zərdüştilükdə  və  məzdəizmdə  baş  allah.  Xeyir  başlanğıcının 
rəmzi  olan  Hürm üzd  şər  rəmzini  əks  edən  Əhrimənə qarşı da­
im  mübarizə  aparmışdır.  Bu  mübarizə  «Avesta»da  əksini  tap­
mışdır.  A zərbaycanda  islamın  yayılmasınadək  Hürmüzdə  si­
tayiş mövcud idi.
H ü rufilik 
-  X IV  əsrin  sonu -  XV  əsrin  əvvəllərində Azər­
baycanda,  A nadoluda və Qərbi  İranda yayılan  hürufi  təriqəti. 
H ü ru f sözü  ərəb  dilində  «hərflər»  mənasım  verir.  Bu  təriqətin 
əsas ideyası iudaizmdə mövcud olan mistik kabalistika təlimin­
də  olduğu kimi,  Q uranın h ərf sistemi vasitəsilə izah olunması­
n a əsaslanır. Hürufilikdə 7 rəqəm i müqəddəs hesab edilir.
546
intellektual ekologiya
Hərflərin  texniki  tərəfləri  ilə  bağlı  görüşləri  inkişaf  etdir­
məklə  hürufiliyi  bir  fəlsəfi-dini  sistem  olaraq  quran  şəxs  mən­
şəcə  Azərbaycan  türklərindən  olan  Şəhabəddin  Fəzlullah Ast- 
rabadi Nəimidir (1339/40-1394).  Fəzlullah çox gənc yaşlarında 
ilahiyyat  ilə  m araqlanm ağa  başlamış,  18  yaşında  olarkən  tə- 
sowüfə  yönələrək  həccə  getmişdir.  O,  1386-cı  ildə  öz  təlimini 
Təbrizdə  elan  etmiş,  daha  sonra  İsfahanda  bu  fikri  yaymağa 
başlamışdır.  Uzun müddət bir m ağarada tənhalığa çəkildikdən 
sonra  Fəzlullah  özünün  Hz.  M ehdi  olduğunu  iddia  etmiş, 
ətrafındakı yeddi inanılmış xəlifəsi və daha sonra çoxsaylı tələ­
bəsi  ilə  yeni  inancın  təbliğinə  başlamışdır.  Qısa  müddətdə 
müxtəlif ictimai təbəqələrdən olan insanlar bu yeni axının ətra­
fında toplaşmağa başlayır.
Yeni  sistemin yayılması hakim  çevrələrdə  narahatlıq yara­
dır.  Əmir  Teymurun  oğlu  M iranşalun  əmri  ilə  Fəzlullah  həbs 
edilmiş,  1394-cü  ildə  N axçıvanda Əlincə  qalasında  edam  edil­
mişdir.
Fəzlullah  düşüncələrini  «Cavidani-kəbir»,  «Ərşnamə», 
«M əhəbbətnamə»,  «Növmnamə»,  «İsgəndərnamə» adlı əsərlə­
ri  ilə bəyan etmişdir.
Hürufiliyə görə,  K ainat əbədidir və müxtəlif dövrlər bir-bi­
rini  əvəz  edir.  Bu  dövrlər  Peyğəmbərlik,  im am lıq  və  Allahlı­
qdır.  Adəm   (ə.)  peyğəmbərlə  başlayan  Peyğəmbərlik  dövrü 
M əhəm m əd  (s.)  peyğəmbərlə  başa  çatmışdır.  Əli  ibn  Əbu T a­
liblə (ə.)  başlayan İm am lıq dövrü  11-ci imam Həsənlə  (ə.) başa 
çatmışdır.  Allahlıq  dövrü  isə  Fəzlullahla  başlamışdır  və  bütün 
peyğəmbərlər  onun  gəlişini  xəbər  vermişlər.  Hürufilər  Adəm­
dən  (ə.),  M usadan  (ə.)  və  Məhəmməddən  (ə.)  sonra  Allahın 
qüvvəsinin  təzahürü  kimi  Fəzlullahı  hesab  edirdilər.  Allahın 
zahiri  görünüşü  solmazdır  və  o,  insanda,  yaradılmışların  ən 
yaxşısında  bəyandır  (zühur  kibriyyə),  insan  ilahinin  surətidir 
və  həqiqətin  açarıdır.  A llah hər  bir zərrəcikdə mövcuddur.  O, 
həmçinin sözlərdə, sevginin və gözəlliyin əsası olan ərəb əlifba­
sının  28  və  fars  əlifbasının  32 hərfində  təcəssüm edir.  7 rəqəmi
547


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə