Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə125/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   121   122   123   124   125   126   127   128   ...   134

Ənvər Mete Həmidov, Zəmurə Həmidova 
__________
Г   .  ıı 
l m h
 
 
:",-_-гч= ^ д = а ' ■■  ı i ı i u p ı   ı 
ı.ı 
ı  t n ı ı ı   ,  ı  т - т т  
i h i i i i
 
ı 
ı.n 
h i m i m i
  ııı
53.  İnsan öz səviyyəsində olan insanların əhatəsində elə də 
yüksələ bilməz. M üdriklər əhatəsində olanlar,  onlardan görüb- 
götürər və  əxlaq sahibi  olarlar.  Əxlaq insanların dünya baxışı, 
əqidə və inam ı ilə bağlıdır. Dünyagörüşünün tərkib hissəsi olan 
əxlaqi şüur şəxsiyyətin əməli fəaliyyətində mühüm rol oynayır. 
Əxlaq siyasət,  hüquq,  incəsənət,  din,  fəlsəfə və elmin qarşılıqlı 
təsiri nəticəsində formalaşır.
Beləliklə, insan Y er planetini və bəşəriyyəti fəlakətdən ağlı, 
müdrikliyi,  təvazökarlığı,  sülhsevərliyi,  xoş  niyyəti,  gözəl  xa­
siyyəti,  inancı,  elmi və əxlaqı ilə xilas  edəcəkdir.  Məhz belə in­
sanlar  Y er  adh  doğm a  m əkanım ızda  müsbət  intellektual  eko­
loji faktorların yaradıcısı və qorucusudur.
54.  M əhəm m əd peyğəmbər  (s.):  «Cəhalətdən çətin yoxsul­
luq, ağıldan üstün var-dövlət, xudpəsəndlikdən qorxulu tənha­
lıq,  xoş  xasiyyətdən  uca  şərafət  və  təfəkkürdən  böyük  ibadət 
yoxdur.  Ağlın qüdrəti Allaha im an gətirəndən sonra xalqı sev­
məklə ölçülür.»
Sevimli  Peyğəmbərimizin  (s.)  bu  fikirləri  bir  daha  sübut 
edir ki,  planetimizi və bəşəriyyəti insan təfəkkürü xilas  edəcək- 
dir.
55.  İnsan  öz  ömrünün  binasını  yaradan  memardır.  İnsan 
öz  enişli-yoxuşlu,  ağrılı-acılı,  fərəhli-qəmli,  insaflı-ədalətsiz 
həyat yolu simfoniyasını yaradan  bəstəkardır.  Bu sənət  abidə­
sini  yaradan  m em ar,  həyat  simfoniyasını  yazan  bəstəkar  özü- 
özünü başa düşəndən axırıncı mənzilinə köçənə qədər,  təsiri al­
tında  olduğu  hadisələrdən,  kəlam lardan,  ağsaqqal-ağbirbək 
xeyir-duasından, müəllim dühasından, elmdən, inanc nəsihətlə­
rindən  istifadə  etməli  və  öz  mənəviyyatını  saflaşdırmalıdır. 
M əhz belə olduqda ədalətli cəmiyyət yarana bilər.
56.  Elmdə,  inancda  doğruluq  var  və  daim  qalıb  inkişaf 
edəcək.  Ə fsuslar  olsun  ki,  m üsbət  intellektual ekologiya  amili 
olan  doğruluq  durm adan  azalır  və  bu  proses  hələlik  davam 
edəcəkdir.  V axt  gələcək,  bəşəriyyətin  fəlakətlə  üzləşəcəyi  bir 
dövrdə b u  proses, insan  mənəviyyatının inkişafı və həm də cə­
za qanunları ilə dayanacaq və sahm ana salınacaq.  Bu proses o
536
İntellektual ekologiya
vaxt baş verəcək ki,  bəşəriyyət «olum və ya ölüm» təhlükəsi ilə 
üzləşəcək və tövbə etməyə məcbur olacaqdır.
57. «Bismillahir-Rəhmanir-Rəhim!  Mərhəmətli, rəhmli Al­
lahın  adı  ilə!  Həm d  (şükür  və  tərif)  olsun  A llaha  -   aləmlərin 
Rəbbinə.  Bu  dünyada  ham ıya  mərhəmətli,  rəhmli  olana...» 
M üqəddəs Qurani-Kərim in əl-Fatihə surəsi bu  kəlamlarla baş­
layır  -   insanlara,  canlılara  rəhm   və  mərhəmətlə.  Mərhəmət 
varlığın ilk mayası, xeyirxahlıq nurudur.
58. Bütün canlılarda sevgi, sədaqət və vəfa hisslərinin m ən­
bəyi Tanrı sevgisidir.  Eşq və sevgi ilə dolu olan Tanrı insan xa­
rakterinə  də  bu  xüsusiyyətləri  daxil  etmişdir.  İnsanın  bunları 
başqa yerdən alması mümkün deyildir.
59. İnsanları, canlıları sevən səxavətli olar.  Səxavət çox bə­
laların qarşısını alır,  varın artm asına səbəb olur,  Allahın qəzə­
bini 
söndürür,  ürəklərdəki 
kin-küdurəti  silir. 
İnsanlar 
unutm am alıdırlar  ki,  mərhəmət  -   səxavət  intiqam dan  daha 
üstündür.
60.  Eşq,  məhəbbət,  dostluq  kimi  insani  xüsusiyyətlərin 
cümləsi  vəfaya bağhdır.  O nlar vəfasız bir könülə əsla yaxınlaş­
mazlar.
61.  «Bil  ki,  qəlbi  (batini)  ilahi  eşq  və məhəbbətlə  dolu  ol­
m ayan  insan  nə  qədər  zavallıdır,  bəlkə  də  heyvandan  daha 
aşağıdır.» (Mövlana)
62.  Qənaətimiz budur ki,  bəşəriyyəti,  yaşadığımız Yer pla­
netini  ağıl,  elm,  inanc,  mərhəmət,  şəfqət,  sevgi,  məhəbbət,  sə­
xavət...  fəlakətdən  xilas  edəcəkdir.  V axt  gələcək,  insanlar 
məcburiyyət qarşısında b u  mənəvi keyfiyyətləri tam  anlayacaq 
və  bu xüsusiyyətlərin bərqərar  olması uğrunda şüurlu mübari­
zə  aparacaqlar.  Başqa  çıxış  yolu  yoxdur,  nicat  yalmz  bunda­
dır.
63.  İnsanda qəflət doğuran səbəblərdən  biri var-dövlət hə­
risliyidir.
64. İnsan sahib olduğu şeylərin hamısını hər an tərk edə bi­
ləcəyini dərk edə bilmir.
537


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
65.  İnsanların  mənəvi  azadlıqdan cilovlanan,  mənəviyyat­
sız  rəhbərlərin  başçılıq  etdikləri  bir  cəmiyyətdə  yalnız  yalan, 
onun nəticəsi olan zorakılıq və zülm inkişaf edir.
Ey X aqani, pis rəhbərdən ehtiyat et, qorx ondan,
Rəhbər əgər pis olarsa, yol düz olmaz heç zaman.
66.  Yalançılıq  bəşəriyyətin  ən  qorxunc  yoluxucu  xəstəliyi, 
yalançılar isə məhvi olduqca çətin olan mikroblardır.
67.  İnsanı  heyvan  səviyyəsinə,  hətta  ondan  da  aşağı  sə­
viyyəyə endirən səbəblərdən biri də nadanlıqdır.
N adanlıq nifaqın başlanğıcıdır.
68.  İnsan  ölümündən  sonra  öz  əməlindən  başqa  heç  bir 
şeylə yoldaş olmur.
Ömür başdan-başa, beşikdən qəbrə 
Həyatın sevinci, qəmi deyilmi.
Ölüm bir ömürlük iztirabların,
Ağrının, acmın cəmi deyilmi?
Bəxtiyar  Vahabzadə.
69.  «Agah  olun  ki,  dünya  qalacaq  yer  deyil  və  nə  də  siz 
onun üçün xəlq olunmuşunuz.»
Əgər H aru n  kimi olsa xəzinən,
Yenə bu dünyadan boş köçəcəksən.
Sədi Şirazi
70. «Y a Rəsulum!  Səndən əvvəl də (dünyada) heç bir bəşə­
rə  əbədiyyət  (ölməzlik)  verm ədik...»  (Qurani-Kərim,  əl-Ən- 
biya surəsi, ayə 34)
538
İntellektual ekologiya
Şərhlər
Adəm  
-  iudaizmə,  xristianlığa və Q urana görə, Allahın ya­
ratm ış olduğu birinci adamdır.
A llahü-Ə kbər 
-   Allah  ən  böyükdür,  Allah  uludur 
deməkdir.  Müxtəlif  hallarda  müsəlmanların  təkrar  etdikləri 
möminlik form alarından biridir.
Alleqorik  -   fikirlərin  konkret  obrazlar  vasitəsilə  əyani 
(xüsusilə təmsildə) ifadə forması olub, ədəbiyyat və incəsənətdə 
(hər  hansı  bir  mücərrəd anlayışı təcəssüm etdirən fiqurlar qru­
pu və kompozisiya) geniş istifadə edilir.
Am in 
-  ibranicə «qoy elə olsun» mənasını verir.
A m oralizm  
-   hər  cür  əxlaq  norm alarının  inkarı,  əxlaqsız­
lığın  ictimai  davranış  prinsipi  elan  edilməsi.  Amoralizm 
müsbət əxlaqın inkar və əxlaqsız davranışın «əxlaqi» olunması 
kimi çıxış edir.
A sketizm  
(yunanca askeo sözündəndir, cəhd edirəm, zahid, 
rahib deməkdir)  -  dini-etik nəzəriyyədir.  Dini asketizm hisslə­
ri,  arzuları boğmağı, ehtirası öldürməklə mənəvi cəhətdən «ka­
milləşməyi»,  «Allah adamı»  olmağı  təlqin edir.  Asketizm həm  
də  tələbatın  ödənilməsində  ifrat  qənaətkarlıqla,  «nəfsin  öldü­
rülməsilə»,  əxlaqi və  yaxud dini  ideala çatmaq məqsədilə yerdəki 
nemətlərdən  son  dərəcə  imtina  ilə  xarakterizə  olunan həyat tərzi, 
tərki-dünyalığı,  evlənməkdən,  səmərəli əməldən im tina etməyi, 
sakit  guşəyə  çəkilib,  Allaha ibadəti təbliğ edən  əxlaq  norması­
dır.  Asketizm  Şərq  dinlərində,  xüsusən  H indistanda  (brahma- 
nizm, buddizm və s.) inkişaf etmişdir. O rta əsr xristianlığı üçün 
də asketizm xarakterik idi.  İslam dinində asketizm zahidlik ad­
lanır.  Asketizm tarix  boyu mürtəce rol  oynamış,  insanları fəa­
liyyətsizliyə,  mütiliyə  şövq  etmiş,  ictimai  tərəqqi  uğrunda 
mübarizədən çəkindirmişdir.
A şkenazm  
-  xristinan ölkələrində yaşayan yəhudilərə deyi­
lir, İslam ölkələrində yaşayan yəhudilər isə «sefardin» adlanir.
Atom izm  
-   Zəkəriyyə  Razinin  materiyamn  dənəvər, 
arasıkəsilən  (atom  və  digər  mikrozərrəciklərdən  ibarət)  quru­
539


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə