Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ә т әг M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə123/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   119   120   121   122   123   124   125   126   ...   134

Ә т әг M ete Həmidov, Zərnurə Həmidova
amansız terrorizm ə, «azad» əxlaqsızlığa və məhvə aparır.
15.  «İnsaniyyət  -   ədalət,  vicdan,  insana,  onun  hüquq  və 
layaqətinə  hörm ət,  tolerantlıq  -   qarşılıqlı  dözüm  arzu  edilən 
xüsusiyyətlər  səviyyəsindən  ümumbəşəri  qanunlar  səviyyəsinə 
qaldırılmalıdır.  B unun üçün yeni insani hüquq normaları, yeni 
elm -  insaniyyətşünashq sahələri yaradılmalıdır.
Keçmişin  «güc hüququ»  d ah a işləməyəcək,  daha doğrusu, 
təkcə güc (və xüsusən əlavə o laraq  hiylə) üstünlük yox,  təhlükə 
gətirəcəkdir.  L akin gücsüz də  iş  keçməyəcək,  heç olmasa, «ke­
çid»  dövründə  ədalət  və  güc  tələb  olunacaq.  Beynəlxalq  əmə­
liyyatlar,  qərarlar  tam   (!)  ədalət  əsasmda və  ədalətsizliyə  qarşı 
güc işlətmək yolu ilə  icra  ediləcəkdir:  «Güc ədalətdir» prinsipi 
üzrə.» (Saleh bəy)
16.  Q urani-K ərim in  əz-Zumər  surəsinin  18-ci  ayəsində 
buyurulur:  «O  kəslər  ki,  sözü  (öyüd-nəsihəti)  dinləyib onun ən 
gözəlmə (düzgününə) uyarlar.  O nlar A llahın  doğru yola yönəl­
tdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır.»
Beləcə,  insan intellekti,  şüuru onu mərifətə çatdırır,  onu öz 
insani  vəzifələrindən  xəbərdar  edir.  İnsan  düşünməli,  fəlakət­
dən qurtarm aq üçün haqq-ədalət yolunu tutmalıdır.
17.  Bu,  həqiqətdir ki, istər elmi və istərsə də dini xəbərdar­
lıqlar  eyni məqsədi  ifadə  edir.  Ey  insan!  Ekoloji  tarazlıqlarını 
pozma,  səni  fəlakət  gözləyir.  Biri  bunu  elmi  araşdırmalarla, 
digəri  isə  R əbbin  vəhyi  ilə  əlaqələndirir.  A ncaq  məqsəd  eyni­
dir:  Tanrının  sənə  bəxş  etdiyi  təbiəti  və  şüurun  məhsulu  olan 
intellektual  ekologiyam   pozm a,  mənfiliklərə  meyil  göstərmə. 
İstər varlı,  istər kasıb,  istər alim,  istər nadan, hamının bir yolu 
var, bu yolun sonu qəbirdir. Bəzilərinə o d a qismət olsa.
A nanın bətnində bazara gəldik,
Bir kəfən alaraq, m əzara döndük.
Yunus Әтгә.
D in və  elm birlikdə əm əkdaşhq etməli, doğma evimiz Yer 
planeti və o n u n  əşrəfi olan insam qorum alıdır.
528
İntellektual ekologiya
18. Təkliflərimiz1:
D oğm a Yer planetimizdə Ü m um dünya Ekologiya Təşkila­
tı  -  Ü D ET  yaralılmalıdır.  İkinci  dünya müharibəsindən  sonra 
Birləşmiş  Millətlər  Təşkilatının  (BMT)  yaradılm asına  zərurət 
olduğu  kimi,  müasir  dövrdə  Ü D ET-in  yaradılm asına  böyük 
ehtiyac  vardır.  İkinci  dünya  müharibəsindən  sonra,  soyuq 
m üharibənin  vüsət  alması  bunu  zəruri  etdisə,  müasir  dövrdə 
dünyanın ekoloji fəlakət astanasında olması ÜD ET-in yaradıl­
masını  zəruri  edir.  Ü D E T   iki  bölmədən:  «Təbiət  ekologiyası» 
və  «İntellektual  ekologiya»dan  ibarət  olmalıdır.  Bütün  dünya 
dövlətləri mütləq bu təşkilatın üzvü olmalıdır.  Nümayəndələrin 
tərkibini, əsasən, bütün elmlər sahəsində tanınm ış alimlər, eko­
loqlar,  filosoflar,  din xadimləri,  hüquqşünaslar,  kulturoloqlar, 
dövlət  başçıları  təşkil  etməlidir.  Təşkilatın  fəaliyyəti  üçün 
«Beynəlxalq  Ekoloji  Fond»  yaradılmalı,  hər  bir  dövlət inkişaf 
səviyyəsinə  uyğun  təyin  olunan  məbləğdə  oraya  vəsait  köçür­
məlidir.  ÜDET-in  nizamnamə  və  tapşırıqlarım  yerinə  yetir­
məyə nəzarət məqsədilə «Ekologiya Polisi» -  hərbi dəstələri ya­
radılmalıdır. Bütün dövlətlərin nümayəndələri bu bölmədə qul­
luq  etməlidirlər. ÜDET-in bayrağında bu sözlər həkk olunma­
lıdır:  «Yer planeti hamımızın doğma, əziz evidir, onu birgə qo­
ruyub saxlamalıyıq və yalnız birgə saxlaya bilərik!»
E kofonda  bütün  dünya  dövlətlərinin  nümayəndələri  nəza­
rət etməli,  yığılan vəsait yalnız ekoloji amillərin sağlamlaşdırıl- 
m asına  sərf edilməlidir.  ÜDET-in  ayrı-ayrı  dövlətləri,  fərdləri 
m ükafatlandırm aq və cərimə etm ək hüququ olmalıdır.  Böyük, 
beynəlxalq  əhəmiyyətli  ekoloji  layihələrin  işlənməsi,  maliyyə­
ləşdirilməsi və həlli də Ü D ET-m n çox vacib və irimiqyaslı vəzi­
fəsi  olmalıdır.  ÜDET-in  sərhədlərdən  sərbəst  keçən,  bütün 
xalqlara  fayda  gətirən,  III  minilliyin  yeni  təşkilatı  olmasma 
ta m  əminik.
19.  ÜDET-in  «İntellektual  ekologiya»  bölməsi  elmin  yeni
1  Təkliflərimizə aydınlıq gətirmək üçün bir daha bəzi məqamları təkrar 
etmək məcburiyyətindəyik.
529


Ənvər M cte Həmidov, Zərnurə Həmidova
sahəsidir.  III  minillikdə  «İntellektual  ekologiya»  elmi  elə  for­
malaşdırılmalıdır  ki,  inancından,  irqindən,  milliyyətindən,  di­
lindən,  sosial  vəziyyətindən  asılı  olm ayaraq,  Yer  planetinin 
bütün  sakinləri  tərəfindən  «Amin»  ifadəsi  ilə  qəbul  edilsin. 
Necə  ki,  bütün  dinlərdə  insanların  inandıqlarına  etdikləri dua 
«Amin»lə yekunlaşır,  intellektual ekologiyanın bəşəriyyət tərə­
findən  qəbul  edilən  bir  əlifbası  və  bir  no tu   olmalıdır.  Necə ki, 
bütün  millətlərin  həm   oxuyub,  həm   dinləyib  başa  düşdükləri 
bir  dil var:  m usiqi dili.  Bu dilin əlifbası olan notun ilk əsasları­
nı  X III əsrdə  Səfiəddin  Əbdül  M öm in  ibn  Yusif ibn  Fakir əl- 
Urməvi qoym uşdur.
20. Belə qərara gəlmək olar ki,  III minillikdə Yer planetini 
fəlakətdən  insan,  o n u n   əqli,  intellekti,  vicdanı,  qəlbi,  müdrik­
liyi,  əxlaqı,  mərhəməti,  özünü  dərk  etməsi,  mənəviyyatı  və  nə­
hayət,  inancı  xilas  edəcəkdir.  Bu  hisslər  insan  qəlbində  elə bir 
həddə  çatacaq  ki,  onlar  müsbət  ekoloji  qaydalara,  ümumi  və 
intellektual  ekoloji  tarazlığın  tənzimlənməsinə  müqəddəs  bir 
varlıq kimi sitayiş etm ək məcburiyyətində qalacaqlar və sitayiş 
edəcəklər. Y oxsa dünya məhv olar.
Bütün  tarix  boyu  xeyir  şərə  qalib  gəlmiş,  gələcəkdə  də  in­
sanlar yalnız b u  müqəddəs yolu tutm alıdırlar.
21.  Biz  əminik ki,  elə  bir  dövr  gələcək  ki,  ailədə uşaqların 
ilkin  tərbiyəsi  ekoloji  qaydalara  riayət  etməkdən,  onun 
dərkindən  başlayacaq  və  bu,  m əcburi  şəkil  alacaqdır.  Keçid 
dövründə  inzibati  cəzaların  d a  həyata  keçirilməsi  labüddür. 
Cəza qanunun qoruyucusudur.
22.  Bir zam an gələcək, seçilən dövlət başçıları andiçmə mə­
rasimində həm in ölkənin Konstitusiyasına, inandığı Müqəddəs 
K itab a  və  dünya  dövlətləri 
tərəfindən  qəbul  edilmiş 
«Ümumdünya  ekologiya  qanunları»  (bu  bizim  təklifimizdir, 
bəlkə başqa ad  veriləcək) məcəlləsinə əlini qoyub and içəcəklər. 
B aşqa çıxış yolu yoxdur. T an rı insana hər şeyi verdi. Ancaq in­
sa n ...  nəticəsi  göz  qabağındadır.  Qurani-Kərimin  ət-Təğabun 
surəsinin  3-cü  ayəsində  buyurulur:  «O,  göyləri  və  yeri  haqq- 
ədalətlə  (yerli-yerində)  xəlq  etdi,  sizə  surət  verdi,  surətlərinizi
530
İntellektual ekologiya
do gözəl yaratdı.  (İnsan bütün canlıların ən gözəli və ən kamili­
dir)...»
Beləliklə, istər ümumi və istərsə də intellektual ekoloji fəla­
kətlər dinin, elmin nailiyyətləri, insan şüurunun və intellektinin 
işığı ilə zərərsizləşdiriləcəkdir. B una tam  əminik.
23.  E tibar  ediləcək  və  arxalanacaq  bir  dövlət  varsa,  o  da 
hər bir halda elm və ədəbdən ibarətdir (A.Bakıxanov).
24.  Bəşəriyyətin  xoşbəxtlik  və  səadəti  o  vaxt  mümkün 
olacaqdır  ki,  istər  Asiyada  və  istərsə  də  A vropada  insan  əqli 
sənəd  və 
dəlil  hesab  edilib  hakimi-mütləq 
olacaqdır 
(M . F . Axundzadə).
25.  Kam il,  elmli  insanlar -   alimlər xalqm,  dövlətin,  bəzən 
bəşəriyyətin sərvəti kimi qiymətləndirilirlər. Cəmiyyətə, vətənə, 
bəşəriyyətə yararlı insanlar heç vaxt unudulm ur, irqindən, mil­
lətindən  və  inancından  asılı  olmayaraq  həmişə  böyük  hörmət 
və məhəbbətlə yad edilirlər.  İnsandan ulu bir məxluq varsa da, 
o  yenə  insandır.  «M etron  antropos  panton»  -  insan  hər şeyin 
meyarıdır.
26.  Qurani-Kərim dən  nəzərinizə  çatdırdığımız  ayələrdən: 
əl-İsra  surəsi,  ayə  36,  70,  97;  ət-Tin  surəsi,  ayə  2-4;  əl-Cumuə 
surəsi,  ayə  5;  ən-Nəhl surəsi, ayə 90; əl-Kəhf surəsi,  ayə 84;  əl- 
Ə nbiya surəsi, ayə 37; ər-R um  surəsi, ayə 36; ət-Təğabun surə­
si, ayə 3; əl-M ulk surəsi,  ayə 2,16-17; əş-Şura surəsi, ayə 52; əl- 
İsra  surəsi,  ayə  97;  əl-Qələm  surəsi,  ayə  4  və  s.  ayələrdən mə­
lum   olur  ki,  Allah-Təala  bu  müqəddəs  kəlam larla  insanları 
düzlüyə,  müdrikliyə,  ədəb-ərkana,  sahib  olduqları  ruzilərin 
qədrini bilməyə dəvət edir.  Bəşəriyyəti faciədən, fəlakətdən qo­
ruyan  bu  qanunların  1400  il  əw əl  əsası  qoyulmuşdur.  Y aşa­
m aq  istəyən  insan  irqindən,  milliyyətindən  və  inancından  asılı 
olm ayaraq tövsiyələrə əməl etməlidir.  D ünyanı öz şüursuzluğu 
ilə məhvə aparan insan öz şüuru və intellekti sayəsində də çıxış 
yolu tapmalıdır.
27.  Qurani-Kərim də  buyurulur:  «Bəndələrinə  de:  D anış­
dıqları  zam an  gözəl  sözlər  söyləsinlər.  Şeytan  onlarm  arasına 
fitnə-fəsad sala bilər.» (əl-İsra surəsi,  ayə 53)
531


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə