Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə120/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   116   117   118   119   120   121   122   123   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
M i  S am son,  ginekologiya professoru: «Quran bir neçə əsr 
əvvəl gəlmiş və  biz nə kəşf etmişiksə,  onu əvvəlcədən təsdiq et­
mişdir.  B u o dem əkdir ki, Q uran Allahın sözüdür.»
P alm ar,  A BŞ-ın  geologiya  sahəsində  tanınmış  alimlərin­
dən:  «B u k ita b   (Q uran) keçmişdən,  yaxın dövrdən və gələcək­
dən  bəhs  edir.  H əzrət  M əhəm m ədin  (s.)  dövründə  insanların 
m ədəni  səviyyəsini  bilm irəm   və  elmi  səviyyələrindən  də  xəbə­
rim   yoxdur.  Ə gər  bu,  keçmiş  dövrdə  bildiyimiz  aşağı  elm  sə­
viyyəsi  isə  və  texnologiya  d a  yoxdursa,  heç  şübhə  yoxdur  ki, 
b u  günlərim izdə Q u ran d a nə oxusaq, hamısı Allahın işidir.»
D a rq a   B ernard  R au,  okean  geologiyası  professoru:  «Qu­
ran d a  o k ean   elmi  və  geologiyası  haqqında  edilən  məlumatın 
1400 il əvvəlki dövrdə bilindiyini qəbul etmək çox çətindir.  Bə­
zi şeylər üm um i fikirləri ehtiva edir. Ancaq belə müfəssəl və ge­
niş  açıqlam a  verm ək  çox  çətindir.  Buna  görə  də  bu,  qətiyyən 
təkcə  insan  elm i  ola  bilməz.  Hər  hansı  bir  insan  bu  mühüm 
məsələləri b u  qədər müfəssəl şəkildə izah edə bilməz. Elə isə in­
sanın  gücü  üzərində  fövqəltəbii  bir  gücün  olduğunu  fikirləşi­
rəm.  Belə dəqiq m əlum at fövqəladə bir mənbədən gəlmişdir.»
Y u sif İslam   (K ət  Stevens)  keçmiş  ingilis  estrada  ulduzu: 
«M ən  Q u ram   d a h a  çox  oxuyanda  duadan, yaxşılıqdan və kö­
m əkdən  bəhs  edilirdi.  O  vaxtlar  hələ  müsəlman  olmamışdım, 
ancaq m ənim  üçün yeganə cavabın Quran olduğunu və Quranı 
A llahın göndərdiyini başa düşdüm.»
Əli  Salm an  Beroist,  fransız  alimi,  tibb  elmləri  doktoru: 
«M ənim   öz  dinim i  dəyişdirərək  islamı  seçməyimin  ən mühüm 
səbəblərindən  biri  Q urandır.  M ən  İslam  dinini  seçməmişdən 
əvvəl,  Q u ran   üzərində  çalışmağa  başladım...  XIII  əsrdən  də 
artıq b ir  zam an d a vəhy  edilmiş b u  kitabda -  Quranda müasir 
elmi tə d q iq a tla n n  əksəriyyətinin ehtiva etdiyi fikirləri tam mə­
nası ilə özündə toplayan ayələr var.  Bu, qəti olaraq, mənim di­
nimi dəyişm əyimə səbəb oldu.»
Saifudin D irk  U olter Mosiq:  «Mən bütün dinlərin müqəd­
dəs  kitab ların ı  oxudum ,  İslam da rast gəldiyim şeyi -  mükəm­
məlliyi isə heç birində tap a bilmədim. Quran başqa oxuduğum
516
İntellektual ekologiya
mətnlərlə müqayisə ediləndə,  bir kibritin işığı ilə müqayisə edi­
lən  bir  günəş  kinlidir.  Qəti  olaraq  inanıram  ki,  gerçəklərə  ta­
mamilə qapalı  olmayan  bir  ağılla Allahın  sözlərini oxuyan  hər 
kəs müsəlman olacaqdır.»
M əşhur  teoloq  Con  Esposito,  ABŞ:  «Quranı  güclü  edən 
məsələlərdən biri də budur ki, bir müsəlman və ya hər hansı bir 
insan  Quranı  əlinə  götürüb  hər  hansı  bir  səhifəsini  açıb  oxuy­
anda,  həyatla bağlı olması lazım olan mesajı alır.»
Fransa  imperatoru  N apoleon  Bonapart:  «Dünyadakı 
bütün  alim  və  mütəfəkkirləri  bir  yerə  yığaraq  tək  bir  vasitə 
olan  Q uranın  prinsiplərinə  əsaslanan  müştərək  bir  rejim  qu­
racağım dövrün çox yaxın olduğuna ümid edirəm.»
İngiltərənin  sabiq  baş  naziri  Toni  Bleyer:  «Quran  mənə il­
ham  verdi...  Quranın  dilimizə  tərcümə edilmiş  formasını  oxu­
dum.  İslam  haqqında  əsərlər  də  oxuyuram.  Və  bundan  çox 
zövq  alıram.  Quran haqqında əvvəlcə bilmədiyim və xristianla­
rı  da  çox  maraqlandırdığını  düşündüyüm  çox  şeyləri  öyrən­
dim.»
ABŞ-ın sabiq prezidenti  Bili  Klinton:  «Mənim qızım litsey 
şagirdi  olarkən İslam tarixi dərsi almış və Quranın əksər hissə­
sini  oxum uşdur.  Hətta  məktəbdən  gələndən  sonra  bizi  də  bu 
məsələdə maarifləndirir və bizə suallar verirdi.. .»
ABŞ-mn  keçmiş  Prezidenti  C orc  Buş:  «Q uran  aldığım  ən 
gözəl hədiyyədir.»
Başqa mənbələrdən: O rta Asiya və Qazaxıstan Müsəlman­
ları  R uhani  İdarəsinin  sədri,  SSRİ  Ali  Sovetinin  deputatı, 
müfti  Məhəmədsadıx  Məhəmmədyusif  demişdir:  «Mərhəmət 
və  şəfqət  İslamın  insan  və  ətraf mühitə  əsas  münasibəti  kimi 
qəbul  olunm uşdur...  Heç  təsadüfi  deyildir  ki,  müsəlmanlarda 
iş günü  rəhmliyə və mərhəmətə çağırışla başlayır.  Bu  bizim di­
nin  ən  gözəl  xüsusiyyətlərindən  biridir.  Biz nəinki  bir-birimizə 
qarşı,  həm  də  bütün  bəşəriyyətə  qarşı,  təbiətə,  heyvanlara  və 
bitki  aləminə  qarşı  da  mərhəmətli  və  rəhmli  olmağa  çağırırıq. 
İnsanı  Allah  yaradıb,  Q urana  görə  o,  yerdə  Allahın  əvəzidir. 
Və  Allah  göstərir  ki,  biz  insanı  xeyirxahlığa  çağırmalıyıq.»
517


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
(«Л итературная газета»,  13 sentyabr,  1989)
V .F .P an o v a  1967-ci  ildən  Məhəmməd  peyğəmbərin  (s.) 
həyatı  h aq q ın d a  kitab  üzərində  işləməyə  başlayarkən,  «Gör­
kəmli  ad am ların   həyatı»  seriyasının  baş  redaktoru  U.N.Ko- 
ro fkova  göndərdiyi  m əktubda  yazmışdır:  «Bu  adamın  (Mə­
həm m əd  peyğəm bər  (s.)  -   Ə.M .,  Z .H .)  həyatı  çox  parlaq  ol­
m uş  və  geniş  oxucu  kütləsinə  az  məlum  olan bir  şəraitdə  keç­
mişdir.  O nun özündən sonra gələn nəsillərə təsiri isə həddindən 
artıqdır.  Y əqin  ki,  L.N .Tolstoyun  da  bu  adamın  həyatım  təs­
vir  etm ək  istədiyim  unutm am ısınız.»  («Elm və  həyat»  jurnalı, 
№ 4 ,1 9 8 9 )
B u  deyilənlərə  general-topoqraf  İbrahimağa  Vəkilovun 
həyat  yoldaşı  Y elena Y efim ovnanm   oğlanları Boris  və  Qlebin 
İslam   dinini  qəbul  etmək  istədikləri  münasibətilə  məsləhət  al­
ması  gözəl  bir  misaldır.  Bu  münasibətlə  L.N.Tolstoy  Yelena 
Y efim ovnaya  yazır:  «Müsəlmançılığın  pravoslav  qarşısındakı 
üstünlüyünə  və  xüsusilə  Sizin  övladlarınızın  xidmət  etdikləri 
m əqsədin  alicənablığına  gəlincə,  onlarm  hərəkətlərinə  bütün 
qəlbimlə  rəğbət  bəsləyirəm.  X ristian  idealı  və  təlimini,  sözün 
həqiqi m ənasında,  hər şeydən üstün tutan bir adam üçün bunu 
dem ək nə qədər qəribə olsa da,  deməliyəm ki, müsəlmançılığın 
m üqayisəolunm az  dərəcədə  yüksəkdə  durması  məndə  heç  bir 
şübhə  doğurm ur.»  («Azərbaycan  gəncləri»  qəzeti,  10  avqust, 
1989)
M əlu m ata  görə,  L.N .T olstoyun  məktubu  İbrahimağa  və 
Y elena V əkilovlar ailəsində  qanun  kimi qəbul edilir və Zaqaf­
qaziya  müftisi  M irzə  Hüseyn  Əfəndi  Qayıbzadənin  məsləhəti 
ilə h ə tta   uşaqların  adları  d a   dəyişdirilir:  Boris -  Fariz,  Qleb -  
Q alib olur.
Tarixşünas  alimlər  V.Klyuçnikov,  N.Petrov  «İslamla  üz- 
üzə» m əqaləsində İslam dininin insan cəmiyyətində olan mütə­
rəqqi  m övqeyindən  bəhs  edərək yazırlar:  «Biz İslama necə ya­
naşmalıyıq?  C avab  yalnız  bir  olmalıdır:  hörmətlə!  Ən  azı  ona 
görə  ki,  bu,  təkcə  din  deyil,  bizim  qonşumuzun,  hətta  yaxm 
q o hum um uzun  həyat  tərzidir.  İslam   müsəlmanlar  üçün,  sa­
518
İntellektual ekologiya
dəcə,  milli  özünəməxsusluq  deyil,  həm  də  onlarm  milli  mədə­
niyyətlərinin  əhəmiyyətli  bir  hissəsidir...  O nun  dünya  mədə­
niyyətinə bəxş etdiyi sərvət olduqca böyükdür.  Bu sistemdə tər­
biyə  olunan  İbn  Sina,  Uluqbəy,  Biruni,  Nizami,  Ömər 
Xəyyam,  Rudəki,  Nəvai,  Əl  Əfqani və  digər  dahi  mütəfəkkir­
lərin  adları  dünya  mədəniyyəti  kəhkəşanında  ən  böyük  ədəbi 
ulduzlar kimi parlayır...  Qətiyyətlə demək olar ki,  elmi-texniki 
və  sosial  inkişaf  sahəsində  Avropanın  yüz  illər  boyu  keçdiyi 
yolu  İslam  dünyası  son  bir  neçə  onillikdə  etm işdir...  Müsəl­
man  ölkələrində  olmuş,  orada yaşamış  adamların,  demək  olar 
ki,  hamısı  qeyd  edir  ki,  bu  ölkələrdəki  ailədə  sosial  gərginlik 
yoxdur və bunun səbəbi,  hər şeydən əvvəl ondadır ki, orada ai­
lə,  deyək  ki,  bizim  savadlı  ölkəmizdən  fərqli  olaraq,  daha  saf, 
daha  təbiidir.  Ailənin  hər  üzvü  öz  funksiyasını  dəqiq  bilir  və 
vəzifəsini  yerinə  yetirir.  Bu  işdə  ona  İslam  ənənələri  kömək 
edir.» («Komsomolskaya pravda» qəzeti, 6 may,  1989)  _
O rta  Asiya  və  Qazaxıstan  Müsəlmanları  Ruhani  İdarəsi­
nin  keçmiş  sədri  Ş.Babaxanov  deyir:  «Bir  müfti  kimi,  bir  din 
xadimi  kimi  bütün  məsuliyyətlə  bildirirəm:  «Sovet  müsəlman­
ları,  cəmiyyətin  sağlamlaşdırılmasına  yönəldilmiş  bütün  xeyir­
xah işlərdə iştirak etməyə həmişə  hazırdırlar.  Quranın -  «Xey­
irlə əlbir  çalışan  və  heç  vaxt şərlə  əlbir  çalışmayan»  prinsipinə 
əməl  edərək  biz həm  mənəvi,  həm  də maddi cəhətdən  insanla­
rın  xeyri  üçün  başlanılan  hər  bir  işə  kömək  edə  bilərik.» 
(«Medisinskaya qazeta», 23 noyabr,  1989)
M oskvada  yaşamış  həmyerlimiz,  tanınmış  yazıçı  Çingiz 
Hüseynov  «Xalqın  dinə  qayıdışına  necə  baxırsınız?»  -  sualına 
belə  cavab  vermişdir:  «...bizim   tariximiz dinin  tarixi  ilə  bağlı­
dır.  Həyat  tərziylə,  mədəniyyətlə,  başqa  millətlərlə əlaqə  məsə- 
ləsiylə  bağlı  cəhətlərdə  din  lazımdır.  Mən  «Fətəli  fəthi»ni  ya­
zanda  Q urandan  çox  istifadə  etmişəm.  Bunun  üçün  rusca, 
türkcə  kitabları  tutuşdurub  tərcümə  etmişəm.  Və  belə  hesab 
edirəm  ki,  heç  olmasa,  mədəniyyət  naminə  dini  bilməli,  dinlər 
tarixini öyrənməliyik.»  («Azərbaycan  gəncləri» qəzeti,  2  fevral, 
1989)
519


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə