Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə116/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   112   113   114   115   116   117   118   119   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
zəl  tərcüməsinin  sayəsində  olub.  H eyif  ki,  bodenştedtlər  çox 
deyil.  H albuki  Şərqin hələ nə  qədər  gözəllikləri,  şairlərin,  m u­
siqiçilərin,  elə  kulinar-aşpazların  da  yaratdıqları  əsərlər  tərc- 
üməsiz,  Qərb üçün anlaşılmaz  qalır.  Qərbin yüksək zövqlü,  zə- 
rifqəlbli insanları ləzzətini dadm ayıb,  təsirini hiss etməyib.  Yer 
üzərində yaşayasan və muğamı  anlam ayasan,  öz ürəyinin sim­
lərində  onu n   incə  gözəlliyinin  səslənməsindən  m əhrum   olasan 
-  bu, heç nə ilə əvəz olunmaz itk id ir...
Sözlərimi  ciddi  qəbul  etmək  üçün,  düşünürəm  ki, 
avropalının  təkcə  bunu bilməsi  kifayətdir  ki,  böyük  Sebastian 
Baxın «Tokkata»sım n əsas melodiyası «Bayatı-Şiraz» muğamı 
ilə eynidir, dem ək olar ki, ikisi də bir şeydir! Nəyə görə, necə? -  
bilmirəm.  Fəqət  bu   həqiqətdir.  Bu  da  həqiqətdir  ki,  Baxın 
«Tokkata»sı  Q ərb  klassik  musiqisinin  zirvəsidir.  Əlavə:  Jorj 
Bize  uzun  m üddət  müvəffəqiyyətsizlik  qəmindən  zillət  çəkib. 
Sonra  Şərq musiqisini  öyrənməyi  qət edib.  Öyrənib,  dərindən, 
əsash  və  «Cəmilə»,  sonra  isə  «Karmen»  operalarını  yazıb.  Bu 
əsərləri  ona  görünməmiş  müvəffəqiyyət,  «Böyük  Bize» 
şöhrətini gətirib.
A vropa  arzu  edərdim  ki,  Şərq  mədəniyyətini  dərindən 
öyrənəydi.  Bu  -   dəfinədir.  Tükənməz  dəfinə.  (Saleh  bəy, 
«Dünyanın taleyi», Bakı,  1998, s. 277-278)
Bir daha şəxsiyyətlərin dediklərinə nəzər salaq:
Maksim Qorki:
Şəhrizadın nağılları ən m onum ental abidədir.
QUbert Kin Çesterton:
Heç  bir  vaxt,  hələ  heç  bir  başqa  kitabda  incəsənətin 
məğrur qüdrəti b u  qədər əsash sübut edilməmişdir.
Vissarion Belinski:
500
İntellektual ekologiya
M üsəlman  Şərqinin  xasiyyətinin,  ictimai  və  ailə  həyatı 
şəraitinin  belə  doğru,  belə  canlı  təsvirini  sizə  səyyahların  heç 
bir hekayəti verə bilməz.
Aleksandr Düma:
Biz, istət Şimal, istərsə də Qərb adamları ərəb poeziyasının 
gözəlliyini heç bir vaxt qiymətləndirə bilməyəcəyik.
Bir tarixi həqiqət: Sesilya Bensianovna Banu-Lahutti.  Şərq 
mədəniyyətini  Qərbə  açan  ən  böyük  xadimlərdən  b iri...  Gənc 
Sesiliya  O rta  Asiyaya  gəlir,  Lahutti  orada  tacik  şairi 
Əbülqasim  ilə  tanış  olur  və  ona  ərə  gedir.  Necə?  Süd  kimi  ağ, 
quş  kimi  oynaq,  ceyran  kimi  gözəl,  ziyalı  yəhudi  ailəsində 
böyümüş  gənc  kiyevli  qız  necə  olur  ki,  özündən  iki  dəfə  (!) 
böyük, cənub havasında qaralmış yaşlı bir kişiyə vurulub?
Əbülqasimə məhəbbət, onun dilinə -  fars dilinə məhəbbəti 
doğurdu.  Fars dilini sevən isə Firdovsini sevməyə bilməzdi.  Az 
sonra  öz  Əbülqasimi  ilə  əbədi  vidalaşan  cavan  gəlin 
məhəbbətinin  hamısını  böyük  Əbülqasimə,  dahi  Firdovsiyə 
bəxş  etdi.  H ər  gün,  hər  saat,  həmişə  onunla  oldu.  Beləcə -   25 
il...  və o gün, tale günü gəlib çatdı: «Şahnamə»nin tam  6 cildlik 
mətninin  şeirlə  rus  dilinə  tərcüməsi  başa  çatdı.  «Şahnamə» 
bütünlükdə ikinci dildə səsləndi!..
Alpinistlər  deyirlər:  «D ağlardan  gözəl  -   yalnız  dağlar  ola 
bilər».  Bəs  fars  dilindən  yaranmış  dördzirvəli  poeziya 
dağından  necə?  Bu  suala  cavab  verməyə  bu  gün  dünyada 
yalnız  bir  şəxsin  haqqı  və  qüdrəti  çatar  -   Banu-Lahuttinin: 
«Dünyada  qədim   fars  poeziyasından  gözəl  heç  nə  yoxdur.» 
(«İzvestiya» qəzeti, 21  oktyabr,  1994)
Sesilya xanım deyir:  «Şahnamə -  mənim  həyatımdır».  Nə 
gözəl,  nə  ali  həyat!  Şərq  isə  o n d a ...  1000  il  (!)  bundan  əvvəl, 
şah  Sultan  M ahm ud  Qəznəvi  əmr  etdi  ki,  ustadın  hər  beytinə 
bir  qızıl  -   cəmi  55000  qızıl  pul  verilsin.  Lakin  gecikdi:  qızıl 
yüklü  qatırlar  Firdovsi  yaşadığı  şəhərin  darvazasından  daxil
501


Әпудг M ete Həmidov, Zərnurə Həmidova
olarkən,  ustadın  cənazəsi  şəhərin  o  biri  darvazasından  çıxarı­
lırdı. ..
Sesilya  Bensianovna,  Q ərbin  dərrakəli  qızı,  Firdovsi  beyt­
lərinə  şah Qəznəvidən yüksək  qiym ət -  həyat verdi  (Saleh bəy, 
«D ünyanın taleyi», Bakı,  1998, s.  236-237).
Bir  d a h a   tarixi  həqiqətlərə  müraciət  edək.  Dahi  alim, 
mütəfəkkir,  filosof,  həkim Ə b u  Əli İb n  Sina (980-1037) dünya 
tibb  elminin  inkişafı  tarixində  görkəmli  yer  tutur.  Təsadüfi 
deyil  ki,  Şərqin  və  Qərbin  o rta   əsr  mənbələrində  onun  adı 
Qalenin  və  H ippokratın  adı  ilə  yanaşı  çəkilir.  Təbabətə  aid 
«Tibb  qan u n u »   («Q anun  əl-tibb»)  adlı  məşhur  əsəri  ona, 
həqiqətən,  dünya  şöhrəti  qazandırmışdır.  Avropa  «Tibb 
qanunu» əsəri ilə hələ X II əsrdə tanış olmuşdur.  O vaxt bu əsər 
latın  dilinə  tərcüm ə  edilmiş,  əsrlər  boyu  Avropa,  Yaxın  və 
O rta  Şərq  ölkələri  təbiblərinin  masaüstü  kitabı  olmuş  və 
universitetlərin  tib b   fakültələrində  çox  qiymətli  dərslik  kimi 
istifadə edilmişdir.
İ.V .G öte  A zərbaycanın  dahi  şairi,  mütəfəkkiri  və filosofu 
Nizami 
G əncəvidən 
(1141-1209) 
dünya 
ədəbiyyatının 
korifeylərindən  biri  kimi  geniş  bəhs  etmiş,  xüsusilə  onun 
poeziyasının  məğzini  təşkil  edən  məhəbbət,  kamil,  azad  insan 
şəxsiyyəti idealını yüksək qiymətləndirmişdir.
H .H eyne  N izam i  Gəncəvini  Almaniyamn  müasiri  olduğu 
ən böyük şairlərindən üstün saymışdır.
Q oca  Şərqin  tarixindən  onlarla  belə  misallar  çəkmək 
m üm kündür.1
A zərbaycam n  şərqşünas  alimi,  maarifçi,  rus  şərqşünaslığı­
nın  banilərindən  biri  Mirzə  K azım   bəy  (1802-1870)  Rusiya 
kimi qüdrətli bir  dövlətin başçısı çar II Aleksandrla görüşündə 
ona  xatırlatm ışdır  ki,  «...  Şərqlə  dost  olmaq  lazımdır... 
m üsəlm anlarla  m ehribancasına  dolanm aq  lazımdır.  Böyük 
Rusiya  bu  yolla  getm əlidir...  Bəli  əlahəzrət...»  (Kamal  Talıb-
1 Bilərəkdən bəzi məqamlar təkrar oluna bilər, bu, fikirlərimizi tam əsas­
landırmaq üçün edilib.
502
İntellektual ekologiya
zadə, «Ədəbiyyat və incəsənət» qəzeti, 24 avqust,  1989)
«Şərqi  öyrənmək  lazımdır,  bilmək  faydalıdır,  dərk  etmək 
səadətdir.»  (şair-publisist  Banu-Lahutti,  «İzvestiya»  qəzeti,  21 
olctyab,  1994)
Şair  Məmməd  Aslan:  «Türk  ədəbiyyatı  dərgisindən  (jur­
nalından)  bir ibrətli yazı oxumuşdum:  Adım unutduğum  fran­
sız türkoloq qadın bir bəşər övladı kimi mənəvi yöndə itirdiklə­
rimizin  fərqinə  üzülürcəsinə  vararaq  K onyaya  -   Mövlana 
dərgahına  gəlişində  sonsuz  kövrəklik  içində  təxminən  belə 
deyirdi  ki:  «Biz  avropalılar  maddənin  arxasınca  getdik,  ölümü 
tapdıq,  siz  mənanın  arxasınca  gedib  iman  tapdınız!  Bu  imam 
itirməyin  ki,  biz  avropalılar  bir  gün  naçarlıqdan  əlləri  bomboş 
qalıb  qapınıza  məna  diləməyə  gələndə  əlinizdə-ovçunuzda  bir 
şey 
qalmış 
olsun 
ki, 
bizi 
də  naümid 
şəkildə  geri 
qaytarm ayasınız...»» 
(Osman 
N uri 
Topbaş, 
Məsnəvi 
dərgahından «Abi-həyat qətrələri»,  Bakı, 2007, s. 7)
Beləliklə,  bəşəriyyəti  fəlakətdən  xilas  etmək  yolunda 
«Şərqin  müdrikliyi»  əsas  vasitələrdən  biridir.  Əvvəllər  qeyd 
etdiyimiz  kimi,  «Şərq  müdrikliyi»  müsbət  «abi-havanın», 
«Müsbət intellektual sferanın» əmələ gəlməsində əsas,  həlledici 
amildir.  Əvvəllər  də  qarşıya  belə  sual  qoymuşduq:  «Nə 
etməli?»  və  qeyd  etmişdik  ki,  bu  suala  alimlər,  din  xadimləri, 
ekoloqlar, 
filosoflar, 
ictimai 
xadimlər 
birlikdə 
cavab 
tapmalıdırlar.  Bir  qisim  bu  suala  elmi,  digərləri  isə  inanc  ilə 
cavab  verməyə  çalışır.  Lakin  hər  iki  tərəfin  məqsədi  eynidir: 
bəşəriyyəti  istər  ümumi  və  istərsə  də  intellektual  fəlakətdən 
xilas etmək.
Ey  insan!  Tanrının  sənə  bəxş  etdiyi  təbiəti,  bəşəriyyəti 
qorum aq üçün  həm ümumi və həm də intellektual ekologiyanı 
pozma,  mənfiliklərə  meyil  göstərmə.  Bu  məqsədlə  təklif 
etmişdik  ki,  Yer planetində Ümumdünya Ekologiya Təşkilat -  
L D E T  yaradılsın.1
'  Bax:  kitabın  1-ci fəslində  və  «Son  qənaətimiz»  bölməsində  ÜDET ha­
qda geniş və hərtərəfli məlumat verilib.
503


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə