Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə115/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   111   112   113   114   115   116   117   118   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
F əq ət anlayanlar da var.  O nlar yeni 
«alternativistika» 
fən ­
nini y aradaraq, ənənəvi sivilizasiyadan yeni, alternativ üsullara 
keçməyin  yo llan   barədə  düşünürlər.  Bu istiqamətdə  ən  k o n st­
ruktiv  mülahizələri  məqalənin  müəllifi  (akad.  İqor  Bestujev- 
Lada) xilasedici 
«alternativ sivüizasiya»nm  
beş əsas  göstəricisi­
nə bölür:
1.  «A şağı»  
(«təmiz») energetika.  İstilik və atom  mənbələri 
əvəzinə b ərp a olu n an  (günəş,  külək,  dəniz) enerji mənbələrinin 
istifadəsinə keçmək.
2. 
«Y ü k sək   sabitlik» 
-   geniş  mənada  qlobal  enerji, 
xammal,  nəqliyyat,  ekoloji  və  əsasən,  demoqrafik  balansın 
bərpası.
3. 
«D elim itarizasiya» 
«Biz  ya  hər  hansı  bir  kütləvi  qırğın 
silahım  tam am ilə  qanundan  kənar  etməli  və  dünyanın  bütün 
ordularını  tərk-silah  etməliyik...  ya  da  ola  bilsin,  ən  yaxın 
zam anda  yeni  bir  dünya  müharibəsinə  düçar  olacağıq,  bu  isə 
bəşəriyyətin sonunun başlanğıcı olacaqdır.»
4. 
«E k olojilik » 
«Ekoloji  meyarların  bütün  başqa  -  
iqtisadi,  sosial,  siyasi  meyarlar  üzərində  mütləq  üstünlüyü 
nəzərdə 
tutulur» 
.Mühitin  korlanmasının  indiki  sürəti 
saxlanarsa,  o n d a  «bəşərin  məhvi  X X I  əsrin  birinci  yarısında 
qaçılmaz olacaqdır -  yalmz bu səbəbə görə.»
5. 
« Ə sl  insanlıq. 
Təhsilin  humanizmi  nəzərdə  tutulur... 
Hər  bir  insanın  şəxsiyyətinə  tam   hörmət  əsasında...  Bundan 
əlavə, 
əsl 
mədəniyyətin 
-  
M ərhəm ətin, 
M əhəbbətin, 
D ərrakənin,  A ilənin, 
ümumiyyətlə, 
Xeyrin 
əks  mədəniyyət 
üzərində hücum u nəzərdə tutulur.»
F əqət Bestujev-Lada təəssüflə qeyd edir:«...  hətta Qərbdə 
artıq  15  ilə  qədərdir  ki,  alternativistika  öz yolu  ilə,  bəşəriyyət 
isə öz yolu ilə gedir.  Və onların birləşməsi şübhə altındadır,  ta 
ümum aləm  fəlakətin qopacağı ana qədər.. .»
H örm ətli  oxucu,  bütün  bu deyilənlərin reallığı  inancın,  el­
min,  ağlın,  tərbiyənin...  sayəsində mümkün olacaqdır.  İnsanın 
tərbiyə  haqqında  təsəvvürü  yoxdursa,  onun  tərbiyələnməsi  də 
qeyri-mümkündür.  Qafil  insan  nəinki  öz  ilahi  məqamından.
496
İntellektual ekologiya
hətta coğrafi mövqeyindən də xəbərsizdir.  Çingiz Aytmatovun 
təbirincə  desək,  belələrini  «m anqurt»  adlandırm aq  daha 
düzgün olardı.
Tərbiyə  təmiz  əxlaq  sayəsində  yaranır,  insanın  doğulan­
dan  ölənə  gədər  ömrü  boyu  qazandığı keyfiyyətləri  ifadə edir. 
Əxlaq,  eyni  zamanda  sosial,  hətta  qlobal  məsələdir,  yəni  həm 
insanlararası və həm də  ümumbəşəri bir kateqoriyadır.
Saleh  bəy  («Dünyanın  taleyi»,  Bakı,  1998)  hesab  edir  ki, 
tərbiyənin  məzmun  və  forması  dövlətin  ən  vacib  işi  hesab 
edilməlidir.  O na  görə  ki,  bəşər  mənəviyyatında  hər  şey 
tərbiyədən  başlayır  və  tərbiyə  hər  şeyə  qadirdir.  Tərbiyə 
insaniyyət qanunlarının inkişafına təkan verən güwədir.
İnsaniyyət  -   ədalət,  vicdan  insana  və  onun  hüquq  və 
ləyaqətinə  hörmət,  ən  azı,  tolerantlıq,  qarşılıqlı  dözüm  arzu 
edilən  xüsusiyyətlər  səviyyəsindən  ümumbəşəri  qanunlar 
səviyyəsinə  qaldırılmalıdır.  Bunun  üçün,  Saleh  bəy  təklif edir 
ki, 
yeni 
insani 
hüquq 
normaları, 
yeni 
elm 
«insaniyyətşünaslıq» sahələri yaradılmalıdır.
Saleh  bəy,  eyni  zam anda  dinlərin  qarşılıqlı  yaxınlaşması, 
dünyanın  taleyi  naminə  onların  əməkdaşlığına  vacib  bir 
ehtiyac  halı  aldığını  bəyan  edir.  O,  yeni  bir  təklifin  həyata 
keçirilməsini 
vacib 
bilir: 
dinlərin 
beynəlmiləlliyinin
yaradılması.  Və  hesab  edir  ki,  tarixin  indiki  məqamında 
ümumbəşəriyyətin  həyatı,  gələcəyi,  dünyanın  taleyi  naminə 
bundan  aktual,  vacib və əhəmiyyətli  məsələ yoxdur.  Saleh bəy 
ümumdünya  dinlər  beynəlmiləlliyini,  belə  adlandırmağı  təklif 
edir:  «D inlər  birliyi  təşkilatı»,  iqamətgahı  Məkkədə,  Rom ada, 
Yerusəlimdə (və bir neçə şəhərdə növbə ilə) ola bilər.
Saleh  bəy  bu  qənaətə  gəlməsini  belə  izah  edir:  «Bütün 
böyük dinlərin,  bütün kiçik duaçılarmın hər biri Allah Önündə 
öz diləyini öz dilində izah eləyir.  Fəqət bir kəlam  var ki,  onsuz 
dua  eşidilməz,  bütün insanların və  vahid Allahın ümumi  kəla­
mı -  Amin!  Bu kəlam dinləri və dindarları  birləşdirmişdir,  Al­
lahın  önündə  hamı  bərabər  və  qardaşdır.  İnsanlar  arasında
497


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
dini zəm ində ix tilaf yoxdur,  onu yaradanlar varsa, onlar dini­
nin  düşm ənləri,  kafirlər  və  cinayətkarlardır.»  («Dünyanın  ta­
leyi», Bakı,  1998, s.  5)
Professor, filosof Q oşqar Əliyev hesab edir ki, bu gün sivil 
dövlətlərin  təcrübəsinə  istinad  edərək  «İnsan»  İnstitutunu  ya­
ratm aq   vaxtı  gəlib  çatmışdır.  Filosofa  görə,  belə  bir  institut 
yaradılarsa  -  b u n a   isə  böyük  ehtiyac vardır  -  aparıcı tədqiqat 
istiqam ətlərindən  biri  bioetika  problemlərinin araşdırılması və 
həlh olm alıdır.  Bioetika nədir?
A m erika  təb ab ət  etikasının  görkəmli  nümayəndələrindən 
V .R .P otter  1969-cu  ildə  həm   tibb  elminə,  həm  də  etika 
sahəsinə 
yeni 
term in  -   «bioetika»  anlayışım  gətirdi. 
B ioetikam n geniş anlam ına görə o,  səhiyyə sistemi ilə bağlı bir 
sıra  məsələləri  və  nəhayət,  insanın  heyvanlara  və  bitkilərə 
m ünasibət  ilə  əlaqəli  problemləri  cəmləşdirən  kateqoriyadır 
(Q oşqar  Əliyev).  Bu  anlayış  meydana  gəldiyi  ilk  günlərdən 
diskussiyaya  səbəb  olsa  da,  zaman  keçdikcə  insan  haqqında 
elmlər sistemində layiqli yeri və rolu formalaşmışdır.
Bu sahədə elmi biliklər artdıqca, aydın olur ki, bioetikamn 
hərtərəfli 
öyrənilməsi 
müasir 
elmin 
ən 
aktual 
problem lərindəndir,  hər  şeydən  əvvəl,  onun  sosial  sahədə 
potensial  və  əxlaqi,  intellektual  imkanları  kifayət  qədər 
açılmamışdır.  Q oşqar  Əliyev  hesab  edir  ki,  bioetika  -   yeni 
mədəniyyət və yeni dünyagörüşü formasıdır.
K ulturoloq professor F u a d   Məmmədov bəşəriyyətin fəla­
kətlərdən  xilasım  intellektual  mədəniyyətdə görür:  mədəniyyət 
ətrafı  düzgün  dərk  edib,  dəyişmə  prosesidir.  Mədəniyyətin  iki 
əsas mənbəyi vardır.  Biri anadangəlmə mədəni keyfiyyətdir ki, 
hər  bir  u şaq   doğulanda  ona  atadan,  anadan  keçir.  Amma  bu 
keyfiyyət  yalnız  şansdır.  F.M əm m ədov  obyektiv  olaraq  qeyd 
edir ki,  valideynlərdən keçən mədəni  keyfiyyətlər o zaman  gö­
zəl nəticələr verə bilər ki, insanın yaşadığı sosial-mədəni mühit, 
doğurdan  da,  əlverişli  olsun.  Belə  bir  mühitdə  insanın  baca­
rığının,  qabiliyyətinin,  biliyinin,  ağlı  keyfiyyətlərinin,  davranış 
qaydalarının 
hərtərəfli 
formalaşması 
şansı 
yüksəkdir.
498
İntellektual ekologiya
F.M əmmədov  hesab  edir  ki,  intellektual  mədəniyyət  aparıcı 
olduğu zaman şər və kasıblıq azalır, ona görə də müasir dövrdə 
bəşəriyyətin  elmdən  çox,  tərbiyəyə  ehtiyacı  var.  (Mil­
li.az.informasiya portalı)
Qeyd  etmək  lazımdır  ki,  hər  bir  millətin  coğrafi 
şəraitindən  asılı  olaraq  genetik  intellektual  mədəniyyəti  biri- 
birindən fərqlənir.  Əvvəlki  bölmələrdə qeyd etdiyimiz kimi Ön 
və  O rta  Şərqin  -   müsəlman  Şərqinin  intellektual  mədəniyyəti 
Şumer, 
Assuriya, 
Babilistan, 
Misir 
mədəniyyətindən 
bəhrələnir,  nəsildən-nəslə  keçir.  Saleh  bəy bu  haqda  belə qeyd 
edir:  «Şərq  -   Şərqdir,  Qərb  -   Qərb»  aforizminin  əsas  mənası 
bundan  ibarətdir:  dünya  Şərqdən  və  Qərbdən  ibarətdir,  başqa 
sözlə  desək,  məlum  tərif  üzrə  «Şərqin  müdrikliyi  və  Qərbin 
səmərəliliyi»  mədəniyyətin  və  sivilizasiyanın  tərkib  hissəsidir. 
Mədəniyyətin  əsasını  Şərq  qoymuş  və  ondan  xeyli  sonra  Qərb 
sivilizasiyası buraya qoşulmuşdur.
İsveç  şərqşünası  A dam   Metsin  «Müsəlman  renessansı» 
(Musulmanskiy  renessans,  M oskva,  1966,  s.  458)  əsərini  yada 
salmaq  kifayətdir.  Bu böyük əsərdə İsveç şərqşünası müsəlman 
Şərqinin,  habelə  Şərq  xalqlarının  saysız-hesabsız  nailiyyətləri, 
onların  dünya  mədəniyyətinin  yaranması  və  inkişafı  naminə 
etdikləri  köklü  və  əvəzsiz  töhfələri  barədə  minlərlə  faktlar 
göstərmişdir.
Şərqin  müdriklik  simfoniyasından  daha  bir  melodiya: 
«Mənim  Qərbə  hörmətim,  həm kar  dostlarıma  -   A vropa  və 
Amerika  alimlərinə  məhəbbətim var, -  onların elmdə  və texni­
kada olan,  sözsüz,  böyük nailiyyətlərinə,  öz insani  xasiyyətləri­
nə  görə.  Və  mən  şad  oluram   ki,  Mirzə  Şəfi  Vazehin,  minlərlə 
Şərq  şairlərindən,  yüzlərlə  Azərbaycan  şairlərindən  heç  olma­
sa,  birinin  yaratdığı  nəğmələr  Qərb  oxucusunun  «ürəyində  ən 
gözəl  sığınacaq  tapdı».  1994-cü  ildə  Azərbaycan  şairi  Nəbi 
Xəzri Almaniyada «Mirzə Şəfinin nəğmələri»nin əlavə bir nəş­
rini təşkil edib. 285 min nüsxədə kitab 20 gündə satılıb.  Belə bir 
müvəffəqiyyətə  tarixdə heç bir alman və ümumiyyətlə,  Avropa 
şairi nail  olmamışdır...  Bu isə Bodenştedtin çox  qabil,  çox gö­
499


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə