Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə118/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   114   115   116   117   118   119   120   121   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
gətirən,  imam,  dövlət  xadimi,  Yer  kürəsinin  iyirmi  bölgəsində 
mənəvi  imperiyaların  yaradıcısı  -   budur  M əhəmməd  (s.)! 
Hansı dahi insanla onu müqayisə etmək olar?..»
Bernard Şou
«M ən  M əhəmmədin  (s.)  dininin  gələcəyi  barədə  xəbər 
vermişdim  ki,  sabahkı  A vropa  onu  qəbul  edəcək  və  müasir 
A vropa artıq bu dini qəbul etməyə başlayıb.. .»
«Əgər  hansısa  bir  dinin  İngiltərə,  bəlkə  də  elə  bütün 
A vropanı  qarşıdakı  100  ildə  idarə  etmək  şansı  olsaydı  -   bu 
yalnız  İslam   dini  ola  bilərdi.  Məhəmmədin  (s.)  dininə  yüksək 
əhəmiyyəti  və  aktuallığına  görə  hər  zaman  böyük  hörmətlə 
yanaşmışam.  M ənim   fikrimcə,  bu,  yeganə  dindir  ki,  həyatın 
dəyişkən  şəraitlərinə  uyğunlaşma  qabiliyyətinə  malikdir.  Bu 
da,  şübhəsiz  ki,  hər  yaşda  olan  insanın  xoşuna  gəlir. 
M əhəmməd  peyğəmbərin  (s.)  həyatını  tədqiq  etmişəm; 
düşünürəm  ki,  o,  çox  qeyri-adi  bir  insandır,  qətiyyən  antixrist 
deyil,  əksinə,  onu  bəşəriyyətin  xilaskarı  adlandırmaq  olar. 
Müasir dünyada belə bir insana hökmranlıq ixtiyarı verilsəydi, 
o,  dünyanın  problemlərini  elə  həll  edə  bilərdi  ki,  bu  qərarlar 
insanların  arzu  olunan  əmin-amanlıq və səadətini  təmin  etmiş 
olardı».
D ahi  şairimiz  Nizami  Gəncəvinin  «İsgəndərnamə»sində 
Məhəmməd  peyğəmbərə  (s.)  həsr  etdiyi  bir  neçə  beyti 
nəzərinizə çatdırm aq istərdik:
D avuddan yadigar tək bir zireh var,
M əhəmməd yüz zireh qoyub yadigar.
İnsanın beşiyi göyə qovuşdu,
Məhəmmədsə özü göylərə uçdu.
T ur dağı M usaya oldusa eyvan,
Məhəmmədin qəsri yarandı nurdan.
508
İntellektual ekologiya
İsla m  h a q q  y o lu n a  ç a ğ ırış d ır. 
Ş ə x siy y ə tlə rin   d e d ik lə rin d ə n
Vaxtilə  qədim  yunan  alimi  Arximed  (e. ə. 
287-212):  «Mənə  dayaq  nöqtəsi  ver,  mən  Yeri 
tərpədim» -  demişdisə,  müasir dövrdə alimlər Yer 
planetinin  yerindən  tərpənməsinin,  onun  məhv 
olmasının  qarşısını  almaq  haqqında  fikirləşməli 
olublar.
Arximed  o  zaman  dayaq  nöqtəsi  tapmadı, 
Allah-Təala isə Yeri və bəşəriyyəti qorumaq üçün 
dayaq nöqtəsi olaraq Qurani-Kərimi göndərdi.
Müəlliflər.
D in  Yer  planetində  yaşamış  və  yaşayan  insanların  həya­
tında mühüm  rol oynamışdır,  bu təsir bəşərin gələcək  tarixində 
də öz  təsirini  göstərəcəkdir.  M üasir  dünyada çox sayda  müstə­
qil  dini  birliklər olsa da,  mahiyyətinin dərinliyi  və genişliyi  ba­
xımından  üç  cahanşümul  din  mövcuddur:  Xristian,  Buddizm 
və  İslam.  Din  insanların  mənəvi  birliyi  olub,  cəmiyyətdə  və 
məişətdə rolu danılmazdır.
A rif Hüseynovun  «Dünya  dinləri»  məqaləsindən  bəzi mə­
qam ları  diqqətinizə  çatdırm aq  istərdik:  «Dini  mənsubiyyətin 
öyrənilməsi  dünyanın  ayrı-ayrı  regionlarının  iqtisadi  və  sosial 
coğrafiyasının  xüsusiyyətlərinin  dərindən  anlaşılmasına  yar­
dım göstərir.  Dinlərin coğrafiyası bütövlükdə dünya sivilizasiy­
asının,  ayrı-ayrı  ölkələrin  və  xalqların  mənəvi  mədəniyyətinin 
inkişafı ilə əlaqədar mürəkkəb prosesləri özündə əks etdirir...
D indarların  sayına görə,  ən  böyük  müsəlman  ölkələrindən 
biri  İndoneziyadır.  Həmin  ölkədə  150  milyona  yaxın  müsəl­
m an yaşayır...
İslamın  coğrafiyası  xristianlıqla  müqayisədə  daha  yığcam 
xarakterlidir.  İslam dövlətləri, əsasən, Ön və O rta Şərqdə yerlə-
509


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
şir.  L a k in   İslam  dini  ərəb istilaçılarının gedib çıxmadıqları  öl­
kələrdə də, məsələn, İndoneziyada, Malayziyada, Afrika ölkə­
lərində,  T atarıstan d a,  Başqırdıstanda və  digər ölkə və region­
la rd a   d a   yayılmışdır.  O nu  d a  demək  yerinə  düşər  ki, İndone­
ziyada əhalinin  90%-i,  M alayziyada  60%-i İslam dininə etiqad 
edir.
Y er  kürəsində  1990-cı  ildən  bəri  müsəlmanların  sayı  880 
m ilyondan  a rta ra q   1,5  milyard  nəfərə  çatmışdır  (mətbuatın 
son  2009-cu  il  m əlum atlarına  görə,  Yer  kürəsində  2  milyar­
d d a n   çox  m üsəlm an  yaşayır  -   Ə. M.,  Z.H.).  Deməli,  bu,  ən 
yüksək sürətlə arta n  dünya dinidir.  Avropada, əsasən də Fran­
sada m üsəlm anların sayı durm adan artmaqdadır.
A siyada  850  milyon müsəlman yaşayır.  Afrikadakı müsəl­
m an ların  sayı 400 milyon nəfərdir.  Avropada 50 milyon, Ame­
rik ad a  9  m ilyon,  o  cümlədən  ABŞ-da  5 milyon müsəlman ya­
şayır.  M üsəlm anların sayı Avstraliya və Okeaniyada  1  milyon 
nəfərdir.»
A lbaniya,  Bosniya  və  Hersoqovinada və  qismən Asiyada 
yerləşən Türkiyə kimi A vropa ölkələrində əhalinin böyük əksə­
riyyətini  m üsəlm anlar  təşkil  edirlər.  Avropa  ölkələri arasında 
R usiya  m üsəlm anların  saym a  görə  (14  milyon)  rekordçudur 
(«A zərbaycan» qəzeti, 21  iyun 2009).
2009-cu  il  iyun  ayının  əvvəllərində ABŞ  Prezidenti Barak 
O b a m a  Y axın  Şərqə rəsmi səfəri ərəfəsində Fransanın Canal+ 
telekanalına verdiyi müsahibədə demişdir ki, ABŞ dünyada ən 
böyük  İslam   ölkələrindən  biridir.  Bəyanat  bəzi  qəzetçilərin 
təəccübünə səbəb olsa da, Prezidentin müvafiq kəlamlarını tək- 
zib etm əyə çalışm am ışlar...
B arak   O b a m a   onu  d a   demişdi  ki,  ABŞ  və  bütövlükdə, 
Q ərb ölkələri islam la yaxından tanış olmalıdır. Prezidentin fik­
rincə,  b u ,  x alq lar  arasm da  dialoqun yaxşılaşmasına gətirib çı­
x a ra  bilər.
Bir sıra A v ro p a  və A m erika alimlərinin konsepsiyasına gö­
rə,  m üsəlm an  dininin dirçəlişi,  İslamın Şərq xalqlaram iqtisa­
di,  siyasi,  m ənəvi  həyatında rolunun kəskin şəkildə artmasının
510
İntellektual ekologiya
səbəbi  aşağıdakılardır:  İslamın  cavanlığı,  müsəlman  dininin 
həyatiliyi və çevikliyi, totallığı (ümumiliyi), sadəliyi, anlaşıqlığı, 
fanatizmi və döyüşkən xarakterliliyi, peyğəmbərliyin sonuclan- 
ması ideyası, müsəlman şəxsiyyətinin mötəbərliyi.
Müsəlman  dini  digər  dini  sistemlərdən xeyli  sonra  meyda­
na  gəlmişdir  və  buna  görə  də  həyata  keçirə  biləcəyi  imkanları 
tükənməzdir.  İslam  həmişə  tərəqqidə  olduğu  üçün  müasir 
dünyamızda fəal rol oynayır.
İslamın  həyatiliyi,  bir  çox  Qərb  mütəxəssislərinin  fikrinə 
görə,  Şərq ölkələrinin uzun müddət müstəmləkə əsarətində qal­
masına  baxmayaraq,  öz  mövqeyindən  çəkilməməsidir.  Onun 
çevikliyi  vaxtı  yetişmiş  problemlərin  gecikdirilmədən  həllinə 
maneə  törədə  biləcək  mərkəzləşdirilmiş  ruhani  təşkilatının 
yoxluğu ilə əlaqədardır.
İslamın  totallığı  dedikdə,  Qərb  alimləri  dindarların  həyat 
fəaliyyətinin  bütün sferalarında İslam dininin  oynadığı  müsbət 
rolu başa düşürlər.  Bu,  təkcə din deil,  həm də iqtisadi və sosial 
qurumdur,  idarəetmədir,  ailədir,  məişətdir.  Müsəlman  hüquq 
kodeksi  olan  Şəriət  həm  hüquqi,  həm  də  əxlaqi  münasibətləri 
müəyyənləşdirir.  Bütün  bunlar  İslamın  sağlam  həyat  tərzinin, 
yəni  adam ların  dünyagörüşünün və davranışının  tənzimləyicisi 
kimi də ciddi rolundan xəbər verir.
M əhəmməd  peyğəmbər  (s.)  Allahın  yer  üzündəki  axırıncı 
elçisidir  və  bəşəriyyətə  əsl  həqiqətləri  o  çatdırmışdır.  Bütün 
dünya  müsəlmanları  eyni  hüquqludur.  Buna  görə  də  müsəl­
manlar  yaşadıqları  ölkələrdən  asılı  olmayaraq  bir-birlərinə 
məslək qardaşlığı münasibətləri bəsləyirlər.
Hörmətli  oxucu,  dünyanın  məşhur  alimləri,  filosofları, 
mütəfəkkirləri  və  dövlət  xadimləri  islam  dini,  o  cümlədən  Qu­
rani-Kərim haqqında çox qiymətli  sözlər demişlər.  Bu qiymətli 
kəlamların  çoxu  tanınmış  türk  filosofu,  islam  alimi  H arun 
Yəhyanın  «Q uran  möcüzələri»  kitabında  öz  əksini  tapmışdır. 
Onlardan bir neçəsini sizə təqdim etmək qərarına gəldhc:
Ərəb  dili  mütəxəssisi  Hamilton  Qibb:  «Quran  nəhəng  bir 
ədəbi abidə olaraq təkbaşına dayanır. Ərəb ədəbiyyatının bən-
511


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə