Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə104/134
tarix07.07.2018
ölçüsü16,5 Mb.
#53632
1   ...   100   101   102   103   104   105   106   107   ...   134


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
məz!» (əş-Şura surəsi, ayə 40)
Bu dünya qalmamış ulu şahlara,
Zülm də, zalım da var ola bilməz.
Səməd Vurğun.
Zalımlıq,  zülm  toxum u  səpən  ağalar  və  cənablar!  Tarixi, 
müqəddəs  kitabları oxuyun,  hikmətli kəlamlardan, zülmkarla­
rın son aqibətindən nəticə çıxarın.
Sonda dahi N izam i Gəncəvinin müdrik  bir kəlamını nəzə­
rinizə çatdırm aq istərdik:
Qorx ki, boyun vuran qılmcm bir gün 
V ursun öz boynunu nahaq qan üçün.
N a d a n lıq   n ifa q ın  b a şla n ğ ıc ıd ır
Cahillər  arasında  olan  alim,  ölülər  arasında 
olan dirilər kimidir.
Məhəmməd peyğəmbər (s.)
Qurani-Kərimin əl-Ə raf surəsinin  179-cu ayəsində buyuru­
lur:  « .. .Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onla­
rın  gözləri  vardır,  lakin  onunla  görməzlər.  Onların  qulaqları 
vardır,  lakin  onunla  (öyüd-nəsihət)  eşitməzlər.  Onlar  heyvan 
kimidirlər,  bəlkə  də  (ondan)  daha  çox  zəlalətdədirlər.  Qatil 
olanlar da məhz onlardır!»
İnsanı heyvan  səviyyəsinə,  hətta  ondan  da  aşağı səviyyəyə 
endirən  səbəb  nədir?  Əqlə  əsasən  deyə  bilərik  ki,  insan  yalnız 
öz insanlığım unutduğu zaman belə alçala bilər.
Xalq  şairi  Bəxtiyar  Vahabzadə  gözəl  deyib:  «İnsanlar  öz 
təbiətlərinə görə böyük və kiçik olurlar.» Hazırkı dövrdə elə ki­
çik təbiətli, cılız, mənəviyyatsız, yalnız danışmaq xüsusiyyəti ilə
442
İntellektual ekologiya
heyvandan fərqlənən insan növü yaranıb ki,  o,  yalnız öz qarnı­
nı  fikirləşir.  Belələrinin  heyvanlardan  fərqi  cəmiyyətdə  təhlükə 
yaratm aqlarındadır.  O nlar  cəmiyyət  üçün  hər  cür  dərmana 
qarşı dözümlü vəba mikroblarıdır.
D ahi qırğız yazıçısı Çingiz Aytm atov belələrini «manqurt» 
adlandırır.  Bəs kimdir m anqurt? Ç. Aytmatov yazır: «M anqurt 
kim  olduğunu,  hansı  nəsildən,  qəbilədən  olduğunu,  adını, 
uşaqlığını,  atasını,  anasını  xatırlaya bilmirmiş.  O,  dilsiz-ağılsız 
heyvan  kimi  bir  şey  olduğu  üçün  təmamilə  müti  və  təhlükəsiz 
idi...  M anqurt sadiq  it kimi bircə öz sahibini xatırlayırdı, baş­
qa  adam lara  baş qatıb-qarışmazdı.  Bircə  fikri-qayğısı  vardısa, 
o da qarnını doyurm aqdı.. .»
M üasir  dövrdə,  dünyada  kasıb  təbəqəni  manqurtlaşma 
təhlükəsi gözləyir.  Müsəlman ölkələrinin əksəriyyətində bu təh­
lükə  daha  çox  özünü  göstərir.  Bax,  budur  əsrlərlə  aparılan 
mənfi intellektual təbliğatın nəticəsi.
Qurani-Kərimin  Loğman  surəsinin  6-cı  ayəsində  buyuru­
lur:  « .. .İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən 
(tutduğu  işin  günahını  anlamadan xalqı) Allah yolundan  (islam 
dinindən)  döndərmək  və  bu  minvalla  onu  məsxərəyə  qoymaq 
üçün mənasız (oyun-oyuncaq ) sözləri satın alar...»
Hörmətli  oxucu,  indi  də  dahi  şəxsiyyətlərin  hikmətli  kə­
lamlarına müraciət edək.
Məhəmməd peyğəmbər (s.) buyurmuşdur:
Alimin  yuxusu cahil,  nadan  şəxsin namazından,  ibadətin­
dən yaxşıdır.
Həzrət Əli (ə.) buyurmuşdur:
N adanlıqdan betər dərd yoxdur.
N adan  adam m  xoşbəxtliyi zibillikdə olan  bağ-bağça kimi­
dir.
443


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Alim ölsə  də,  diri  hesab  olunur.  Cahil  diri olsa  da,  ölü  he­
sab olunur.
Alçaq adam larla  mübahisə  etmə,  h ətta sənə  nalayiq  sözlər 
desələr də belə.  Səbirli ol və A llah-taalanın «cahil adam  onunla 
mübahisə etdikdə,  o cavabında salam  verər» -deyə buyurduğu 
şəxslərdən ol!
İmam Sadiq  (ə.) buyurmuşdur:
N adanlıq  üç  şeydən  yaranır:  münaqişənin  çoxluğundan, 
təkəbbürdən və A llaha cahil olm aqdan.
Nuşirəvan Adil:
İstəyirsən ki, ürəyinə heç bir məlhəmlə sağalmayan yaralar 
vurulmasın, nadan adam la höcətə girişmə.
N adandan  hər  şeyi  qorum aq,  özünü öz nadanlığından  qo­
rum aqdan daha asandır.
Əbülqasim Firdovsi kəlamlarından:
Nə vaxt özünü kamil hesab edərək 
«Dünyada mənə yol göstərən lazım deyil» desən,
Bilikli adam ların nəsihətinə qulaq asmasan,
O zam an bil ki, sən ən nadan adamsan.
Əfzələddin Xaqani kəlamlarından:
Nacins adam  sənin yaxşı əməlini pis edər,
Sənin yaxşı sözlərinlə yaxşı olmaz o nadan.
444
İntellektual ekologiya
***
Məntiqsiz, dəlilsiz yalan danışmaq, 
N adan adamların işidir ancaq.
Nemətçin bir tərif yazma nadana,
Elm, himmət əhli layiqdir ona.
Nizami Gəncəvi kəlamlarından:
Bilikli adam uzağı görər,
Cahilin zəhməti hədərdir, hədər.
Əvhədi Marağayi:
N ursuz göz kimidir, elmsiz ürək,
N adan insanlıqdan uzaqdır gerçək.
İmadəddin Nəsimi kəlamlarından:
Məsləksizə hikmət dərsi,  nadanlara öyüd neylər, 
Ulağın da qabağına dövlət töksən mat-mat süzər.
Bir əbləh yüksəlsə göylərə qədər,
Nə  insanlıq bilər,  nə dostluq bilər.
Sədi Şirazi hikmətləri:
Bir çörək taparsa mömin, düz adam, 
Yarısın paylayıb, yarısın yeyər.
N adan bir ölkə də aldıqda, yenə,
İkinci ölkəni almaq istəyər.
Biliklə artsaydı insanın varı,
Acından ölərdi aləmdə nadan.
Qanm aza o qədər dövlət çatır ki,
Qalır bu əmələ yüz alim heyran.
445


Ənvər Mete Həmidov, Zəmurə Həmidova
Şah İsmayıl Xətai:
K önül vermə nadana,
H aq q ı inkar edənə.
***
Cahil olan söylər, sözünü bilməz,
M eydana gəlincə özünü bilməz.
Xəstə Qasım:
Üz verm ə nadana, sirr vermə pisə,
Axır qəlbin ya inciyə, ya küsə.
O t bitər kökü üstə, əsli nə isə,
Y ovşan bəsləməklə çəmənzar olmaz.
Məhəmməd Hadi:
Elmin, hünərin, mərifətin varsa, buyur gəl!
Yoxsa, bu həyat aləminə olma bir əngəl. 
Ə rbabi-kam alm  yeridir, bil ki, bu meydan,
Bədbəxt yaşar torpağın üstündə nadan.
Şeyx Şamil:
Özünü  bilikli  sayan  cahili  məntiqlə  yola  gətirmək  qeyri- 
mümkündür.
Abbasqulu ağa Bakıxanov:
Cahillərə əsər etməz nəsihət də, tədbir də, 
D oldursan d a havayıdır, su qalarmı xəlbirdə?!
N ak am  yaşasa da şüurlu insan,
Yaxşıdır xoşbəxt bir nadan olmaqdan.
446
İntellektual ekologiya
Nuşirəvan Xosrov:
Ariflər səadət, iqbal gətirər,
N adam n xeyri də zərər yetirər.
***
Qohum un da olsa, cahil adam dan qaç,
Onun ziyanı xeyrindən çox olar.
***
Cahil adam  kamala çatmaz,
Necə ki, yetişməmiş meyvənin ətri və ləzzəti olmaz.
Bəxtiyar  Vahabzadə:
Qanmazın qandığı bir şey var ancaq:
Özünü hər yerdə düz, doğru saymaq!
***
Dil qabar bağladı, bir nadana dönnəm m ən özüm,
Bir kiçik mətləbi bir nadana qandırm aq üçün.
«Qabusnamə»dən:
N adan  adam ı  adam hesab etmə, əməlsiz alimi isə alim.  El­
msiz  pəhrizkarı  zahid  bilmə,  cahil  adamla  isə  dostluq  etmə. 
Xüsusilə özlərini ağıllı hesab edən və öz avamlığı ilə lovğalanan 
axm aqlarla oturub-durm a.
Axmağın  əli  altında  işləyən  ağıllı,  gücsüzə  tabe  olan 
qüvvətli, xəsisə möhtac olan səxavətli yazıq sayılır.
Ürəyi möhkəm, beyni küt olan adamların səsi gur, mühaki­
məsi dayaz, hay-küyü çox, xeyri az olar.
Azərbaycan atalar sözləri:
Alimin sözü, cahilin qızılından yaxşıdır.
447


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə