248
elektromaqnit rəqslərinin fəzada yayılması, yəni elektromaqnit dalğalarının
alınması üçün rəqslərin enerjisi kifayət qədər böyük olmalı, daha dəqiq
desək, elektromaqnit rəqsləri böyük tezliyə malik olmalıdır. İpdən asılmış
yüklü zərrəciyi rəqs etdirməklə isə böyük tezliyə malik olan, yəni fəzada yayıla
bilən elektromaqnit dalğaları almaq mümkün deyil.
İnformasiyanı (səsi və ya şəkili) uzaq məsafələrə ötürməyə imkan verə
bilən, yəni böyük məsafələrə yayıla
bilən
elektromaqnit dalğaları almaq üçün rəqs
konturundan istifadə edilir (şəkil 292). Rəqs
konturunda baş verən hadisələri yada salsaq,
görərik ki, kondensatorun boşalması zamanı
onun elektrik sahəsinin enerjisi zamana görə
Şəkil 292.
azalaraq, sarğacda zamana görə artan maqnit sahəsi yaradır. Daha sonra maqnit
sahəsinin enerjisinin azalması yenidən kondensatorda elektrik sahəsinin
enerjisinin artmasına səbəb olur və bu proses təkrarlanır. Belə çıxır ki, əslində bu
zaman rəqs konturunda elektromaqnit rəqsləri yaranır. Rəqs konturu qapalı
olduğundan yaranmış rəqslər fəzaya şüalana bilmir. Başqa sözlə desək, rəqs
konturu qapalı olduğundan elektrik sahəsinin enerjisi kondensatorun lövhələri
arasından, maqnit sahəsinin enerjisi isə sarğacın dolaqları arasından kənara çıxa
bilmir. Ətrafa yayıla bilən elektromaqnit rəqsləri almaq üçün, aydındır ki, rəqs
konturu açıq olmalıdır.
Konturda yaranan elektromaqnit rəqslərinin teziliyi üçün
şəklində düstur almışdıq. Düsturdan məlum olur ki, açıq rəqs konturunda
kondensatorun tutumunu və sayğacın induktivliyini kiçiltməklə, uzaq məsafəyə
yayıla bilən böyük tezlikli elektromaqnit rəqsləri almaq mümkündür.
ifadəsinə uyğun olaraq, kondensatorun tutumunu, onun
köynəkləri arasındakı məsafəni maksimum böyütmək və lövhələrin sahəsini düz
naqillə əvəz olunanadək kiçiltməklə azaltmaq olar.
Sarğacın induktivliyinin
və ya
kimi təyin
olunduğu məlumdur.
Burada
- maqnit sabiti, - mühitin maqnit nüfuzluğu, - sarğacın
249
dolaqlarının sayı, , , və - uyğun olaraq sarğacın uzunluğu, en kəsik sahəsi və
həcmidir.
Onda
ifadəsinə uyğun olaraq, sarğacın induktivliyini onun
sarğılarının sayını maksimum azaltmaqla, yəni onu düz naqillə əvəz etməklə,
kiçiltmək olar.
Düz naqillə əvəz olunmuş kondensatorun köynəklərini kor bucaq altında
açdıqda, açıq rəqs konturu almış oluruq ki (şəkil 293), bunun da köməyi ilə
kifayət qədər böyük məsafəyə yayıla bilən yüksək tezlikli (böyük enerjili)
elektromaqnit rəqsləri almaq olur.
Hers bu cür açıq rəqs konturunun köməyi ilə
elektromaqnit dalğaları ala bilmiş, onu müəyyən
məsafəyə şüalandırmış və özünün quraşdırdığı
qəbuledicinin köməyi ilə şüalanmış elektromaqnit
dalğalarını həm də qəbul edərək, qeydə ala bilmişdir.
Popov isə elektromaqnit dalğalarının köməyi ilə ilk
Şəkil 293.
dəfə iki gəmi arasında radiorabitə yarada bilmişdir.
Elektromaqnit şüalanma selinin sıxlığı.
Mexaniki dalğalar kimi, elektromaqnit dalğalarının da fəzada yayılması,
əslində enerji daşınması deməkdir. Bu zaman elektrik və maqnit sahələrinin
enerjiləri biri-birini əvəz edərək fəzada yayılırlar. Elektrik və maqnit sahələrinin
rəqslərinin istiqaməti biri-birinə perpendikulyar olub, hər ikisi də dalğanın
yayılma istiqamətinə perpendikulyar olduğundan, elektromaqnit dalğaları eninə
dalğa hesab olunur (şəkil 294). Elektromaqnit dalğalarında elektrik və maqnit
sahələrinin rəqsləri fazaca üst - üstə düşür, yəni onların
fazalar fərqi sıfıra bərabərdir.
Elektromaqnit dalğalarının yayılma sürəti
vakuumda ən böyük olub,
– yə bərabərdir.
Bu
sürət « » ilə işarə olunur.
Şəkil 294.
Elektromaqnit dalğalarının daşıdığı enerjini xarakterizə edən parametr
şüalanma selinin sıxlığı adlanır və
« » ilə işarə olunur. Fərz edək ki, şüaların