Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   88   89   90   91   92   93   94   95   ...   112

 
239 
 
Məlum  olduğu  kimi,    məişətdə  istifadə  olunan  elektrik  cərəyanı  elektrik 
stansiyalarında  quraşdırılmış  generatorların  köməyi  ilə  alınır.  Bu  zaman 
generatorun  rotorunun  fırlanması  su  (su  elektrik  stansiyalarında)  və  ya  buxar 
(istilik elektrik stansiyalarında) vasitəsilə həyata keçirilir. Alınmış elektrik cərəyanı  
naqillər  vasitəsilə  yaşayış  məntəqələrinə  (işlədicilərə)  ötürülür.  Elektrik 
enerjisinin ötürülməsi zamanı çalışılır ki, bu proses az itki ilə həyata keçsin.  
Coul  -  Lens  qanunundan  (     
 
  
  )  aydın  olur  ki,  naqillərin  qızması  ilə 
bağlı  enerji  itkisini  azaltmaq  üçün  ya    naqillərin  müqavimətini,  ya  da  cərəyan 
şiddətini  azaltmaq  lazımdır.  Müqaviməti  azaltmaq    əlverişli  olmur,  çünki 
müqaviməti azaltmaq üçün naqilin en kəsik sahəsini artırmaq lazımdır ki, bu da, 
məlum  olduğu  kimi,  böyük  metal  sərfi  deməkdir.  Ona  görə  də,  elektrik 
cərəyanının  ötürülməsi  zamanı  naqillərin  qızmasına  sərf  olunan  enerji  itkisini 
cərəyan  şiddətini  kiçiltmək  hesabına  azaltmaq  daha  sərfəli  olur.  Bu  məqsədlə  
bilavasitə  elektrik  enerjisi  istehsal  olunan  yerdə  yüksəldici  transformator 
quraşdırmaqla,  gərginlik    dəfələrlə  böyüdülür  ki,    bunun    da  hesabına  cərəyan 
şiddəti  dəfələrlə  kiçildilmiş  olur.  Bu  cür  yüksək  gərginlikli  elektrik  cərəyanı 
naqillər vasitəsilə yaşayış məntəqələrinə ötürülür və istifadəçilərə verilməmişdən 
əvvəl  isə  alçaldıcı  transformatorun  köməyi  ilə    yenidən  nisbətən  kiçik  gərginliyə 
çevrilir.  
 
MEXANIKI   DALĞALAR.   SƏS. 
 
Bildiyimiz  kimi,  istənilən  mühitin  (istər  qaz,  istər  maye,  istər  də  bərk) 
zərrəcikləri  arasında  qarşılıqlı  təsir  qüvvələri  mövcuddur.  Ona  görə  də  mühitin 
hər hansı zərrəciyinin rəqsi digər zərrəciklərin də rəqsinə  səbəb  olur.  Məsələn,  
sakit  su üzərinə atılmış daş suyun səthində bu     
 cür:   zərrəcikdən  -  zərrəciyə  ötürülən  rəqsi   
 hərəkət  yaradır  (şəkil 274).     
Bir  ucu  bağlı  qaytanın  sərbəst  ucunu  
aşağı  –  yuxarı   dartıb   rəqs    etdirdikdə    də                Şəkil 274. 
qaytan       boyunca       rəqsin     ötürülməsinin  
(yayılmasının)      şahidi      olarıq     (şəkil 275).    
Bu    zaman  suyun   səthində, həm  də   qaytan                 Şəkil 275. 


 
240 
 
boyunca qabarıq və çöküklərin bir-birini  əvəz edərək yayılması baş verir ki, belə 
bir mənzərə də dalğa adlanır. 
 
Zaman keçdikcə rəqslərin mühitdə yayılması mexaniki dalğa adlanır.  
Belə məlum olur ki, mexaniki dalğanın  əmələ  gəlməsi üçün,  ilk  növbədə, 
bərk,  maye  və  ya  qaz  halında    mühit  olmalıdır  və  dalğanın    yaradılması    üçün 
mühitin zərrəcikləri rəqsi hərəkətə gətirilməlidir.  
Suyun  səthində  əmələ  gələn  dalğalara  baxdıqda  belə  fikirləşmək  olar  ki, 
daş düşən yerdə su bütün istiqamətlərdə hərəkətə gəlir,  lakin dalğa yayılan  yerə 
atılmış  yüngül  cisimlərin  (suda  batmayan)  hərəkətini  izləsək,  onların  yerlərində 
qalıb,  yalnız    yuxarı-aşağı    hərəkət  etdiyini  görərik.  Deməli,  dalğa  yayılarkən 
mühitdə  maddə  daşınması  baş  vermir.  Biz  mühitin  hər  hansı  zərrəciyini  rəqs 
etdirməklə, onu həyəcanlandırmış, yəni ona müəyyən qədər enerji vermiş oluruq. 
Dalğa yayılarkən məhz həmin enerjinin mühit boyunca yayılması (ötürülməsi) baş 
verir.  
 
Dalğanın  təyinindən  aydın  olur  ki,  o,  sıx  mühitdə  daha  tez,  yəni  böyük 
sürətlə,  seyrək  mühitdə  isə  çətin,  yəni  kiçik  sürətlə  yayılmalıdır.  Vakuumda  isə 
mexaniki  dalğalar,  ümumiyyətlə,  yayıla  bilməz,  çünki  bu  zaman  zərrəcik  öz 
həyəcanlanma  enerjisini  digər  zərrəciyə  ötürə  bilmir.  Boşluqda  isə  mexaniki 
dalğanın yayılmasından söhbət belə gedə bilməz. 
 
Dalğalar, eninə və uzununa dalğalar olmaqla, iki cür olurlar.  
 
Əgər  mühitin  zərrəciklərinin  rəqsi  hərəkətinin  istiqaməti  dalğanın 
istiqamətinə perpendikulyar olarsa, belə dalğa eninə, rəqsi hərəkətin istiqaməti 
dalğanın  yayılma  istiqaməti  ilə  üst-üstə  düşərsə,  belə  dalğa  uzununa  dalğa 
adlanır.  
 
Suyun  səthində  və  qaytanda  yaranan  dalğalar  eninə  dalğaya  misal  ola 
bilər.  
 
Əgər uzun elastiki yayın bir ucunu əlimizlə sıxıb buraxsaq, yay boyunca bu 
zaman  sıxlaşma  və  seyrəkləşmələr  bir-birini  əvəz  edərək  yayılıcaq.  Bu  dalğa 
uzununa dalğa olacaq (şəkil 276).  
 
Dalğanın yayılma prinsipindən aydın 
olur   ki,   eninə   dalğanın   yayılması  üçün   
mühitin zərrəciyinin  tarazlıq  vəziyyətindən                           Şəkil 276
 
çıxarılması     zamanı     onu     əvvəlki     vəziyyətinə    qaytaran    elastiki     qüvvə  


 
241 
 
yaranmalıdır.  Belə  qüvvə  isə  yalnız  bərk  cisimlərdə  yarana  bildiyi  üçün,  eninə 
dalğalar maye və qaz mühitlərdə yarana bilmir.   Eninə dalğalar bərk cisimlərdən 
başqa,  həm  də  mayelərin  səthində  yarana  bilir.  Bu  zaman  eninə  dalğanın 
yaranmasına səbəb elastiki qüvvə yox, səthi gərilmə qüvvəsi olur.  
 
Uzununa dalğalar isə hər üç mühitdə yayıla bilir.  
 
Dalğa  uzunluğu.
  Suyun  səthində  və  ya  elastiki  qaytanda  yaranan 
dalğalara  fikir  versək,  görərik  ki,  mühitin  elə  zərrəcikləri  vardır  ki,  onlar  eyni 
fazada rəqs edirlər, yəni koordinatları eyni zamanda maksimum, minimum və ya 
sıfır olur. 
 
Mühitin  eyni  faza  ilə  rəqs  edən                1       2        3        4         5 
iki   qonşu   zərrəciyi   arasındakı  məsafə   
dalğa  uzunluğu  adlanır  və       ilə   işarə   
olunur.                                                                                         Şəkil 277. 
Şəkil 277 -də göstərilmiş  1, 2, 3, 4, 5  nöqtələri mühitin eyni faza ilə rəqs 
edən  nöqtələri  olduğundan,  dalğa  uzunluğu  1-2,  2-3,  3-4  və  ya  4-5  nöqtələri 
arasındakı məsafə olacaq. 
Təsvir  olunan  şəkildən  dalğa  uzunluğunun  həm  də  dalğanın  bir  period 
ərzində yayıldığı məsafə olması aydın olur. 
Deməli,  dalğa  uzunluğu    dedikdə,  həm də dalğanın bir period ərzində  
yayıldığı məsafə başa    düşülür.   
BS - də dalğa uzunluğunun vahidi             – dir.  
Nəzərə alsaq ki, dalğa bircins mühitdə sabit sürətlə yayılır, onda dalğanın 
yayılma sürəti üçün  
   
  
 
   və ya               alarıq.   
Bu ifadələrdən dalğa uzunluğu üçün            və ya         
 
 
       alınar. 
 
Dalğa  səthi.
      Mühitin  eyni  faza  ilə  rəqs  edən  zərrəciklərinin  əmələ 
gətirdiyi səth dalğa səthi adlanır.   
Dalğa səthinin formasına görə dalğalar sferik və ya müstəvi dalğalar olur.  
Dalğa səthinə çəkilmiş perpendikulyarlar şüa adlanır.   
Şüalar     dalğanın     yayılma   istiqamətini,    yəni    enerjinin     ötürülmə 
istiqamətini göstərir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə