____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı
121
ninə dair fikirlərindəki sapmaları xarakterizə edərkən hansı dərə-
cədə yanlış təsəvvürlərə qapıldığını və bunun səbəblərini də
açıqlamışdır: tədqiqatçı göstərir ki, heca və əruz vəznini “inkar
etmək dərəcəsinə” gəlmişdir. Mustafa Quliyev yazırdı: “Heca
qocalmışdır, o, poeziyaya kiçiklik, yeknəsəklik gətirir. O, musiqi
və ritmik cəhətdən kasıbdır. Bu ibtidai, sufist mövqedə biz da-
yanmamalıyıq. Yeni mübarizə, yüksəliş, inqilabi fırtınalar poezi-
yasını qədim “əruz” və “heca” çərçivəsinə yerləşdirmək müm-
kün deyildir... Sufist “əruz” və ibtidai “heca”nı biz rədd etmə-
liyik” (“Oktyabr və türk ədəbiyyatı” (rus dilində), səh. 50-51).
Kamran tədqiqatçının bu yanaşma-münasibətini belə xarakterizə
edir: “Heç şübhəsiz, tənqidçinin belə nəticəyə gəlməsi “yeni mü-
barizə, yüksəliş, inqilabi fırtınalar”ın onun gözünü tutması ilə
əsaslandırmaq olar”
(* Əliyev K. Tənqidin poetikası. Bakı, “Elm və təhsil”,
2012, səh. 91). Mustafa Quliyevin klassik irsə baxışlarının ümu-
mi metodoloji və nəzəri qüsurları tədqiqatçının fərdi və sub-
yektiv mülahizələrdən çox, cəmiyyətin, yalançı, pafoslu yanaş-
maların nəticəsi idi.
Kamran Əliyev tədqiqatçının baxışlarının məzmun və
mündəricəsini onun dünyagörüşündəki baxışların metodoloji
məzmunundan irəli gəldiyini nəzərdən qaçırmır və yeri gəldikcə
onu konkret şəkildə səciyyələndirməyə çalışır; məsələn, tən-
qidçinin yuxarıdakı fikirləri ilə bağlı belə yazır: “Beləliklə, de-
mək lazımdır ki, bir tədqiqatçı olmaq etibarilə Mustafa Quliyev
klassik irsə münasibətdə çox zaman marksist mövqedən çıxış et-
mişdir. Onun klassik irsə olan münasibətində bir sıra ciddi yan-
lışlıqlara yol verdiyini də gördük. Bu yanlış mülahizələri şəxsən,
ancaq onun özünə aid olduğunu iddia etmək birtərəflilik və
ədalətsizlik olardı. Burada gərək ədəbi mühit, ictimai ziddiyyət-
lər nəzərdən qaçırılmasın. Çünki ədəbi şəxsiyyətlər dövrün çər-
Əbülfəz Əzimli
_____________________________________
122
çivəsi və tələbləri daxilində fəaliyyət göstərir, bu və ya digər cə-
hətdən ədəbi hadisələrə təkan verir. Məhz buna görə də M.
Quliyevin klassik irsə münasibətindəki bəzi yanlış nəticələr, heç
şübhəsiz, o zamankı ədəbi həyatda hökm sürən vulqar sosiologi-
ya, RPYC və APYC-nin (yəni, Rusiya Proletar Cəmiyyəti və
Azərbaycan Proletar Cəmiyyətinin – Ə.Ə) fəaliyyətindəki qüsur-
lardan irəli gəlirdi” (* Əliyev K. Tənqidin poetikası. Bakı, “Elm
və təhsil”, 2012, səh. 92).
Kamranın bu cür qüsurlara dair elmi səciyyələndirmələri
70-ci illər ədəbiyyatşünaslığında həm tədqiqatçı Mustafa Quli-
yevin, həm də Mustafa Quliyevin istinad etdiyi baxışların məz-
mun və ideya istiqamətlərini açıqlamaq baxımından əhəmiyyətli
idi. Tədqiqatçı, Mustafa Quliyevin tənqidi- elmi fəaliyyətindəki
məxsusluğu onun “cəsarətlə hərəkət etməsin”ndə görür və qeyd
edirdi ki, “o, çəkinmədən bədii əsərlərdəki tənqidi yerləri göstə-
rir və ümumbəşəriyyətin xeyri üçün çalışırdı”
(* Əliyev K. Tənqidin poetikası. Bakı, “Elm və təhsil”,
2012, səh. 96). Bununla bağlı olaraq, tədqiqatçı, Mustafa Quli-
yevin “Son türk ədəbiyyatında türk qadını” (“Yeni məktəb”
jurnalı, aprel-may 1928, N-4-5) məqaləsindəki tənqidi qeydləri və
təhlilləri misal çəkir. Məsələn, Mustafa Quliyev yazıçı Süleyman
Sani Axundovun “Namus” əsərini tənqid edərkən belə yazırdı:
“Qadın azadlığı məsələsini müəllif bu hekayəsindəki inqilab
həqiqətinə uyğun tərzdə göstərməyə çalışırsa da, lakin bacısını
öldürmək istəyən bu başkəsən qoçunun, qaniçənin qəlbində törə-
yən nədamət və peşmançılığı göstərməklə, bu məsələni birtərəfli,
yarımçıq təsvir edir” (M.Quliyev, “Son türk ədəbiyyatında türk
qadını”. “Yeni məktəb” jurnalı, aprel-may 1928, N-4-5, səh. 156).
Tədqiqatçı bunun ardınca M.Quliyevin Cəfər Cabbarlının “Dil-
bər” hekayəsinin nöqsanları haqqındakı fikirlərini sitat gətirir.
M.Quliyev C.Cabbarlının nöqsanlarını belə açıqlayırdı: “Molla-
____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı
123
ları, axundları və mötəbər şəhərliləri dəhşət və vəhşətə salan qa-
dınlar klubu, qadın təşkilatları necə olmuş, harda qalmışdır? Bu
təşkilatları müəllif görməmişdir. Əsas zəifliyi də bundan ibarət-
dir” (M.Quliyev, “Son türk ədəbiyyatında türk qadını”. “Yeni
məktəb” jurnalı, aprel-may 1928, N-4-5, səh. 150).
Tədqiqatçı Kamran Əliyev bu iki əsərlə - “Namus” və “Dil-
bər” hekayələrilə bağlı tənqidçinin fikirlərini belə açıqlayırdı:
“M.Quliyev bu sözlərlə həyat hadisəsi və onun bədii əksi, sənətdəki
inikası məsələsinə toxunur. Göstərmək istəyir ki, təsvir edilən şə-
raitin bütün faktlarını nəzərə almaq və əsaslarını bədii şəkildə əks
etdirmək lazımdır. Bu isə əsərin bədii keyfiyyətlərinə təsir etməklə
bərabər, onun ictimai əhəmiyyətini də artırır” (* Əliyev K. Tən-
qidin poetikası. Bakı, “Elm və təhsil”, 2012, səh.96). Bütün bu
əhatəli və yığcam xarakteristikası ilə Kamran Mustafa Quliyevi
tənqidçi və ədəbiyyatşünas, nəzəriyyəçi alim kimi dərin müşahidə
və mülahizə, təhlil qabiliyyətinə malik olan alim kimi təsnif edir.
Bu təsniflərində tədqiqatçı həm də Mustafa Quliyevin təhlil atri-
butlarını və onun mənsub olduğu ideologiyanın məzmun xüsu-
siyyətlərini açıqlamış olur.
Mustafa Quliyevin dramaturgiya və teatr məsələlərinə dair
əsərlərini də tədqiqatçı eyni konkretlik və yığcamlıq müs-
təvisindən təqdim edir. Məsələn, Kamran Əliyev tənqidçi Mus-
tafa Quliyevin dramaturq Cəfər Cabbarlıya dair fikirlərində han-
sı cəhətlərə diqqət yetirib?
Birincisi, M.Quliyev Cəfər Cabbarlı “sənətini sevir, onun
Azərbaycan ədəbiyyatında başladığı yeni və böyük bir mərhələni
müvəffəqiyyətlə başa vuracağına inanırdı”. İkincisi, M.Quliyev
Cəfər Cabbarlını haqsız yerə tənqid edənlərə, “nə üçün Atakişi
ilə Babakişi kəndə gedərkən palçığa düşdülər? Bu olmaz. Ək-
sinqilabçı müəllif (yəni, C.Cabbarlı—Ə.T.Ə.) bizim şura
yollarımızı tənqid edir!”-deyənlərə, habələ, Atakişi və Baba-
Dostları ilə paylaş: |