Əbülfəz Əzimli
_____________________________________
118
də müasirlərə münasibətdə, onların ədəbi irsinin təhlilində qeyri-
bitkin cəhətlər, yanlış mövqelər meydana gəlirdi” (* Əliyev K.
Tənqidin poetikası. Bakı, “Elm və təhsil”, 2012, səh.70).
Bu əsasda tədqiqatçı Kamran Əliyev fikirlərinə ardıcıllıq
verərək Mustafa Quliyevin başqa bir məqaləsinin (“İnqilab və
mədəniyyət” jurnalının 1931-ci il, birinci nömrəsində dərc
edilən “Ədəbiyyat cəbhəsində mübarizə” yazısının) məzmunun-
dan bəhs edir, təhlil və izahlarını bir düz xətt üzərinə çəkərək ya-
zırdı: “tənqidçi həmin ədəbi-tənqidi yazısında Voronskinin ədə-
biyyat və ayrı-ayrı yazıçılar haqqında olan fikirlərindəki nöq-
sanları sadəcə olaraq sadalamır. O, müəyyən dəlillərlə bu qeyri-
elmi faktları inkar edir, yanlış cəhətlərin marksistcəsinə tənqi-
dini verir. Bu cür addımlar isə öz dövrü üçün çox səciyyəvi sa-
yılmalıdır (kursiv bizimdir – Ə.T.Ə.). Çünki ədəbiyyatı yad
təmayüllərdən qorumaq, az da olsa, ifrat cəhətlərə müqavimət
göstərmək, öz dövrü üçün vacib olan proletar ədəbiyyatının
müəyyən vəzifələrini yerinə yetirmək o zamanlar ən böyük və-
təndaşlıq demək idi” (* Əliyev K. Tənqidin poetikası. Bakı,
“Elm və təhsil”, 2012, səh. 71).
Bunlar öz yerində, məsələnin bir tərəfi də buna bağlıdır ki,
Mustafa Quliyev o dövrün ədəbiyyatının ideyası, bədii keyfiy-
yətləri qarşısında konkret tələblər qoyan cəmiyyətin ideologi-
yasına xidmət etmişdir. Tədqiqatçının təhlilində bəzən bu cəhət-
lərə də diqqət verilmiş və ümumi halda, Mustafa Quliyevin tən-
qidçilik mövqeyinin məzmununu da ümumiləşdirmişdir. Məsə-
lən, yazır ki, “Mustafa Quliyev öz ədəbi-tənqidi məqalələrində,
məruzələrində, çıxışlarında burjua ideologiyasının ədəbiyyatdakı
hər cür təzahürlərinə, forma və metodlarına qarşı amansız müba-
rizə aparmışdır”. Bu cür mübarizə təkcə Mustafa Quliyevin de-
yil, bütün ədəbə-elmi ictimaiyyətin mövqeyi demək idi. Faktiki
olaraq, tədqiqatçı, Mustafa Quliyevin ədəbi-elmi fikirlərinin
____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı
119
konkret məzmununu açıqlayır.
“Klassik irsə münasibət” başlıqlı bölmədə Kamran Əliyev
ədəbiyyatşünas Mustafa Quliyevin tədqiqlərinin elmi istiqamət-
lərini açıqlayır. Tədqiqatçı yazır ki o dövrdə - yəni “Mustafa
Quliyevin yaşadığı dövrdə klassik irsə münasibət problemi ədə-
biyyatşünaslıq qarşısında duran əsas problemlərdən biri idi” (*
Əliyev K. Tənqidin poetikası. Bakı, “Elm və təhsil”, 2012;
səh.73). Burada Kamran nəzər-diqqəti obyektiv bir məsələyə
yönəldir. Bu halda, günahı, cavabdehliyi, məsuliyyəti bir nəfərin
üzərinə yıxmaq olmaz: və deməli, məsələ yalnız Mustafa Quli-
yevin deyil, ümumilikdə, ədəbiyyatşünaslığın və ədəbi ictimaiy-
yətin məsələsi idi.
Klassik ədəbi irslə bağlı olaraq Mustafa Quliyevin
tədqiqlərinin mövzu və mündəricəsini təqdim edən Kamran Əli-
yev hər bir məsələyə tərkib və təfsir taktından yanaşır. Mustafa
Quliyevin İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Vəli
Vidadi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Mirzə Ələk-
bər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqver-
diyev, Nəcəfbəy Vəzirov haqqında yazdığı məqalələrin elmi də-
yərini və elmi istiqamətlərini yığcam və konkret şəkildə təfsir
edən Kamran məsələlərə həm metodoloji həm də ideoloji kon-
septuallıqdan yanaşır, tədqiqatçının “bəzən düzgün, bəzən də
yanlış nəticələr çıxarmasını” da bu amillərlə bağlayırdı. Mə-
sələn, Kamran Əliyev “Oktyabr və Türk ədəbiyyatı” məqa-
ləsində Nəfi, Molla Vəli Vidadi, Zakir haqqındakı fikirlərində
realist ədəbi bağlılığın klassik məzmun və tərəflərinin Mustafa
Quliyevdə aydın şəkildə şərh edildiyini göstərir. Tədqiqatçı,
Mustafa Quliyevin klassik irsə münasibətinin başqa bir tərəfinə
toxunaraq yazır: “M.Quliyev klassik irsə münasibətdə öz dövrü-
nün tənqidçisi idi. Onun “Füzuli qəzəllərinin canına pessimizm
hopmuşdur” (“Oktyabr və Türk ədəbiyyatı” (rus dilində), səh.5),
Əbülfəz Əzimli
_____________________________________
120
“Füzulinin məişətə və qadına münasibəti müsəlman ideologi-
yasını əks etdirir”(s.6) fikirləri məhz bunu sübut edir”( * Əliyev
K. Tənqidin poetikası. Bakı, “Elm və təhsil”, 2012, səh.75).
Tədqiqatçı Füzuliyə yanlış yanaşmanın bir cəhətini nəzərə
çatdıraraq qeyd edir ki, Füzulini “inqilabçı şair” hesab etmək
yanlış yanaşmadır. Mustafa Quliyevin “M.F.Axundovun yaradı-
cılığı”(1928) məqaləsinə nəzərən, söyləyir ki, “M.Quliyevin bu
məqalədəki ustalığı, tənqidçilik məharəti ondadır ki, o, hər ko-
mediyadan bir münasibətlə söhbət açır. Daha doğrusu,
M.F.Axundovun yaradıcılığından, dünyagörüşündəki əsas nöqtə-
ləri göstərmək üçün əsərlərindən vasitə kimi istifadə edir”
(* Əliyev K. Tənqidin poetikası. Bakı, “Elm və təhsil”,
2012, səh.79).
Ümumiyyətlə, Mustafa Quliyev tədqiqləri geniş və davam-
lı olan ədəbiyyatşünas idi. Tədqiqatçı Kamran Əliyev də ədəbiy-
yatşünas alimin tədqiqlərinin bu konseptual genişliyini və ardı-
cıllığını nəzərə alaraq onun, demək olar ki, bütün ədəbi-elmi
fəaliyyətini və bu fəaliyyətin məzmun istiqamətlərini ardıcıl
şəkildə tədqiq etmişdir. Kamranadək Mustafa Quliyevin ədəbi-
tənqidi və elmi fəaliyyəti öyrənilməmişdir. Hələ ədəbiyyatşünas-
lıq aləmində ilk addımlarını atan bir tələbə tədqiqatçının
tanınmış ədəbiyyatşünas Mustafa Quliyevin əsərlərini bircə-bir-
cə nəzərdən keçirməsi, sözsüz ki, diqqətəlayiq hal idi. Bu gün də
Mustafa Quliyevin ədəbi-elmi fəaliyyəti haqqında məlumat al-
maq üçün bu tədqiqat əsərinin xüsusi dəyəri vardır.
Kamran Əliyev tənqidçi və ədəbiyyatşünas Mustafa Quli-
yevin klassik ədəbi irsə dair araşdırmalarının elmi istiqamətlərini
təhlil edərkən onun metodoloji və elmi-nəzəri baxışlarının müx-
təlif cəhətlərini açıqlamış, bəzi məsələlərdə ədəbiyyatşünas
alimin məhdud və birtərəfli münasibətlərinə də münasibət bildir-
mişdir. Məsələn, Kamran Mustafa Quliyevin heca və əruz vəz-
Dostları ilə paylaş: |