Əbülfəz Əzimli
_____________________________________
106
nizamlayır. Necə deyərlər, bədii məzmunla bədii ifadə poetizmi
bir-birini bəsləyir, bir-birinə qol-budaq verir, bir-birini canlandırır;
bir tərəfdən həm də ona görə ki, onlar (bədii məzmunla bədii
ifadə poetizmi) bütün hallarda bir-birindən törəyirlər: və bu tərz
törəyiş nizamını nəzərə almadan bədii mətnin poetika nizamlarını
doğru-düzgün açıqlamaq, onlara sistematik nizam vermək olmaz.
Əsas məntiq buna bağlıdır ki, məzmunu daha canlı və dol-
ğun təqdim etmək üçün gözəl ifadə və üslub sintaksisi olmalı-
dır. Kamran Əliyev qəhrəmanın təbiətindəki məzmunları dastan-
dakı bədii ifadə strukturları ilə əlaqəli təfsir edir. “Kitabi-Dədə
Qorqud” bir dastan kimi ayrı-ayrı əhvalatlar-dastanlar tərkibindən,
əhvalatlar strukturundan ibarətdir; deməli “Kitabi-Dədə Qorqud”
həm ayrı-ayrı tərkiblər, həm də vahid və həm də çoxşaxəli quruluşa
malik olan bir xalq poetikası sistemi, çoxşaxəli kompozisiyalar
şəklindədir: buradakı əhvalatlar-dastanlar bir-birindən törəmədir,
deməli, bu dastanlar əvvəldən sonadək bir-birinə bağlıdır.
Dastan içərisində dastan dramatizmi Dədə Qorqud Eposunun
hərəkət sisteminin ən səciyyəvi poetika məzmunudur. Kamran Əli-
yevin təhlil və təfsir semantikasında “Kitabi- Dədə Qorqud” Türk
xalq təfəkkürünün vahidxətli, bölünməz tərkib strukturlarına malik
olan abidədir. Buna görə də o bütün əlamətləri dastan ənənəsi, xalq
təfəkkürü müstəvisi üzərindən şərh edir. Ümumilikdə, ümumtürk
dastan ənənəsi dastan poetikası qanunları deməkdir. “Kitabi-Dədə
Qorqud” abidəsi xalq bədii dühasının möcüzəsidir. Bu eposda Xalq
bədii təfəkkürünün ən zərif və incə Poetika nizamları vardır.
Kamran xalq təfəkkürü üzrə təsvir atributlarına Dədə Qor-
qud
müstəvisindən əlamətlər vermiş və qəhrəmanların bədii por-
tretlərini – bu portretlərin bütün məzmun və forma nişanlarını da
ən incə detalları ilə təqdim etmişdir. Dədə Qorqudun təsvir-
təqdimlərində məzmun strukturları birxətli deyil-şaxəlidir. Kam-
ran da təhlillərini şaxəli şəkildə aparır. Həm dastanlara aid məz-
____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı
107
mun və mündəricə, həm də qəhrəmanın təbiətinə aid təsvir və
fakt strukturları da bu şaxələr üzrə təhlil etmişdir.
Bu cür açımlarda Kamran “qəhrəmanın şəxsiyyətində və
fəaliyyətində ehtiva olunan xalq fikrini və düşüncəsini tam də-
qiqliyi ilə tapmaq və aşkara çıxarmaq” ( *Əliyev K., səh.62)
kontekstini əsas götürmüşdür.
Qəhrəmanın xarakteri üzrə təsnifdə Advermə əsas meyar-
lardandır. Advermə ənənəsinin özü bir fakt kimi Oğuz elinin həyat
və yaşayışında mühüm əhəmiyyət daşıyır. Buğac obrazının da xa-
rakter müəyyənliyini təsbit edən bu faktla qəhrəman təqdim olunur,
başqa sözlə desək, o advermədən əvvəl Buğac adlı qəhrəman yox
idi. Hər bir oğuz gəncinin daxilində, ruhunda saysız-hesabsız qəh-
rəmanlıq məzmunları vardır. Qəhrəman Buğacın xarakter açımı
onun cəmiyyətdə, xalq həyatında tutduğu mövqe üzrə analiz olunur.
Kamran Əliyev qəhrəman Buğac obrazının analizində iki
yanaşma taktına – məzmun əmsalına üstünlük vermişdir:
birinci yanaşma taktı: obrazın fərdi - şəxsi keyfiyyətləri üz-
rə məzmun yanaşma tərzi: burada qəhrəmanın tipik xarakterinə
dair bədii-struktur səciyyələr açıqlanır;
ikinci yanaşma taktı: dastanın ümumi poetika nizamı üzrə
ifadə-inikas özəllikləri: burada təhlil faktı kimi iki taktiki tərkib
əsas götürülür:
1) boyun özünün məxsusi ifadə tərzi;
2) ümumdastan poetik ifadə sistemi üzrə struktur ifadə-
inikas tərzi.
Qəhrəmanların təbiətilə bağlı eposun poetika nizamında
başlıca amil türk xarakterinin bədii tipizmi, milli bədii məxsus-
luqdur: bu cür açıqlanma bilavasitə Dədə Qorqud dastanının
ümumdünya dastan strukturlarındakı məxsusi əlamətlərini də
üzə çıxardır. Məsələnin konseptual bağlılığında belə bir konkret
təsbit vardır ki, qəhrəmanlar ayrı-ayrılıqda, eyni zamanda bütöv-
Əbülfəz Əzimli
_____________________________________
108
lükdə özlərinəməxsus inikas-ifadə strukturuna malikdir.
Şəxsi keyfiyyətinə, şücaətinə, başqalarından fərqli cəhət-
lərinə görə advermə Oğuzların Ana yasasında ədalətin və ger-
çəkyanaşma qanununun təzahürüdür. Kamran da bu qanun sti-
lindən çıxış etməklə Buğac obrazının “eposdakı mövqeyinə bir
az da aydınlıq gətirmək” istəmişdir.
Buğac boyu da dastanın mətn strukturunda hansı yer
tutur?-Kamran bu məsələyə ümümdastan strukturu məntiqindən
qiymət verir: məsələyə bu meyardan yanaşır ki, ”Dirsə xan oğlu
Buğac xan boyu”nun “Kitabi-Dədə Qorqud“un “bütöv mətni ilə
struktur əlaqəsi vardır”. Bəs tədqiqatçı bu əlaqənin hansı tərzdə
olduğunu göstərir? Elə buradaca tədqiqatçı bağlılığı belə xarak-
terizə edir ki, “bu struktur əlaqələri bəzən son dərəcə incə, bəzən
də “gözəgörünməz” formadadır” ( *Əliyev K., səh.63). Sözsüz
ki, “Dirsə xan oğlu Buğac boyu” öz strukturunda nə qədər dra-
matik məzmuna və bədii ifadə stilinə malikdirsə, o qədər də
ümumepos poetikası strukturunda xüsusi yer tutur.
Kamran Əliyev bağlılığın konkret olaraq iki əlamətindən
bəhs edərək vurğulayır ki, “Buğac eposun birinci boyunu təmsil
edir, birinci boyun qəhrəmanıdır və eposun sonrakı boylarında tanış
olacağımız qəhrəmanların ilkidir. “Dirsə xan oğlu Buğac xan bo-
yu“ adlanan bu birinci boyla eposun strukturu arasında iki cür əlaqə
vardır. Birinci budur ki, ilk boydur”, ikinci əlaqə odur ki, “boyun
daxilindəki məzmunla eposun bütöv strukturu” arasında bağlılıq
vardır. Bir tərəfdən də ona görə ki, “Dirsə xan oğlu Buğac boyu”
“eposun doğuluş boyu olduğu kimi, boyun özündə də əsas məzmun
bu doğuluşla bağlıdır” ( *Əliyev K.,səh. 64). Deməli, “Dirsə xan
oğlu Buğac boyu” bütövlükdə epos mətninə aiddir və boyun struk-
tur təhlili bütövlükdə Eposun mətn strukturu kontekstində aparıl-
malıdır. Bağlılıq məsələsi birtərəfli deyil, çoxşaxəlidir. Bu anlam-
da, bütün boylar bilavasitə “Kitabi-Dədə Qorqud” Eposunun struk-
Dostları ilə paylaş: |