____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı
97
Kamran motivlərə yeni təhlil stili gətirir: məsələn, dastan ənə-
nəsinə görə, Uruz qalib gəlməli idi, lakin məğlub oldu: burada
klassik dastan düşüncəsinə yeni düşüncənin əlavə edilməsi faktı
nəzəri cəlb edir: ”klassik epik ənənə ilə yeni bir düşüncə üz-üzə
gəlir və toqquşur”.
Bu toqquşma məqbulmu, ya qeyri-məqbul bir haldır? Təd-
qiqatçı bir balaca da incəliyə enir: “Oğuz eli üçün isə gözlənil-
məzlik birbaşa Uruzun şəxsiyyəti ilə bağlıdır. Nəzərə alsaq ki,
vuruşda düşmənə məğlub olan Qaraca Çoban, yaxud da hər
hansı bəyin oğlu, məsələn: Yegnək, Səgrək, İmran olsaydı, bəlkə
də, diqqəti o qədər çəkməzdi. Belə ki, Uruz gənc olması baxı-
mından onlarla bir sırada dayansa belə, şəcərə baxımından onlar-
dan ciddi şəkildə ayrılır”. Konkret məsələ buna bağlıdır ki, Uruz
şəxsiyyət baxımından Qazanın adına, xanlar xanı Bayındır xanın
nəsil-kök şəcərəsinə bağlıdır. Yəni hər halda, dastan ənənəsində
bu şəxslərin adına-sanına ehtiram olmalı idi: yəni Uruz ilk andan
qəhrəmanlıq nümayiş etdirməli idi.
Tədqiqatçı bu gedişi-yəni Uruzun ilk andan qəhrəmanlıq
nümayiş etdirməməsini “təbii” hesab edir və göstərir ki, bu hal
“eposdakı hadisələrin dramatizmini daha da artırmaq məqsədi
daşıyır”: “Doğrudur, belə bir vəziyyət dastandakı epik ənənəyə
uyğun gəlmir, lakin eyni zamanda folklor düşüncəsinə zidd de-
yil. Yəni dastançılıq naminə vəziyyəti bir az da gərginləşdirmək
üçün hər hansı bir təsadüfi obraz deyil, süjetdəki bu vəziyyətə
tam uyğun gələn, həmçinin geniş mənada eposun poetikasına
tam cavab verən qəhrəman tapılmalıdır” ( *Əliyev K.,səh.52).
Kamran bu prosesdə belə bir incəliyi nəzərə çarpdırır ki, dastan
dramatizmini artırmaq üçün şəxsiyyətin özünün potensial gücü
əsas şərtdir: “həmin qəhrəman hadisələrin inkişafını kəskinləş-
dirmək iqtidarına malik olmalıdır.
Uruz tanınmaq arealına görə məhz belə qəhrəmandır, çünki
Əbülfəz Əzimli
_____________________________________
98
o, Qazan xanın oğlu, Bayındır xanın nəvəsidir” (*Əliyev K.
səh.53).
Burada yeni bir motiv aşkara çıxır: yəni qəhrəmanlığın
yeni məzmun sintaksisi və üslubu diqqəti çəkir: hər şeydən
əvvəl, burada aktivliyin-qəhrəmanlıq nişanlarının daha bir yeni
motivasiyası üzə çıxır: nədir bu motivasiyalı aktivlik xarakteri?
Tədqiqatçı bu motivin Uruzun şəxsi keyfiyyətləri ilə bağlı oldu-
ğunu göstərir: ”Uruzun əsirlikdə dəyanət və dönməzliyinə söy-
kənən davranışı ona qələbəyə bərabər tutula bilən şərəf və lə-
yaqət gətirir. Çünki əsirlikdə ana və oğul üçün bir-birindən dəh-
şətli iki yol var: ya Burla xatun özünü təqdim edib kafirlərə
təslim olmalı, ya da öldürülmüş Uruzun əti qovurma kimi ana-
sına yedizdirilməlidir” (*Əliyev K., səh.530). Bu cür situasi-
yaları sərgiləməklə tədqiqatçı mətndaxili məzmunla mətndənkə-
nar məzmunları bir araya gətirmiş və qəhrəmanın təbiətinə dair
mühüm əlamətləri açıqlaya bilmişdir.
Təhlillərində müqayisəli təsniflərə üstünlük verən tədqiqatçı
Kamran Əliyev Uruzla əlaqədar epos üçün xarakterik olan qəhrə-
manlıq təsnifində daha bir motivi xarakterizə edir: insanın “can
şirinliyi” məsələsini fakt kimi nəzərə çəkir: “Uruzun bu əsirlik
dövrü başqa bir məsələyə də aydınlıq gətirir. Əsirlikdə ikən onun
can şirinliyinə əsir olmağın fəlakətlə nəticələnəcəyi barədə müəy-
yən təsəvvürə malik olması təsdiq edilir”. Kamran bu yadasalmada
Dəli Domrulun ata-anasının can şirinliyini hər şeydən üstün
tutması faktını xatırladır: “özünü qoruyan və qorumağa çalışan
kimsə daha tez fəlakətə düçar olur” – təsnifini verir və mülahizə
edir ki, “Oğuz elinin igidi də, sıravisi də qorxu bilməz insanlardır”.
Elə buradaca diqqəti başqa bir mühüm amilə yönəltməklə
belə bir xarakterik cəhətə də işarə edə bilərik ki, bu faktlar
Oğuzun Allah-Təalaya sığınmağının, təqvasının, Allaha bağlılıq
və İmanının başlıca əlamətləri kimi xarakterikdir; və bunlar onu
____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı
99
göstərir ki, Allaha bağlılıq Oğuzun gücünün və qəhrəmanlığının
əsas mənbəyidir. Allaha sığınan və bağlanan şəxsin düşməndən
qorxusu olmaz.
Kamran Əliyevin Oğuz qəhrəmanı Uruzun “can şirinliyinə
əsir olmaması”nı onun “igidlik keyfiyyəti” kimi səciyyələndir-
məsi də onun (tədqiqatçının) təbii prosesləri düzgün analiz et-
məsinin nəticəsidir.
Deməli, birincisi, Uruz adi obraz deyil, o Oğuzların qəh-
rəmanlıq atributlarını özündə əks etdirən igiddir;
ikincisi, Uruz mahir ovçudur – bu onun döyüşçülük key-
fiyyətlərinin daha bir nişanıdır;
Uruz həm də miras, mal-mülk sahibidir və bu keyfiyyətlərə
malik olmaq asan məsələ deyil: bu həm də özünəsahibolma
bacarığının əlamətidir: özünəsahibolma eyni zamanda vətənə,
yurd-yuvaya sahibolma səlahiyyətini ifadə edir.
Kamran Əliyev Oğuz qəhrəmanı Uruzun igidliyinə dair
amillərdən birini də “ona ayrılmış mirasın mövcud olması” ilə
əlaqələndirir: “Uruz “Tavla-tavla bağlananda atıma yazıx!” de-
məklə ata tərəfindən ona ayrılmış mirasının mövcud olmasını bə-
yan edir. Ayrılmış miras isə, şübhəsiz Uruzun müəyyən bir qəh-
rəmanlığının nəticəsidir” (*Əliyev K., səh.55). Bu məlum və kon-
kret təsnifdir: tədqiqatçı gizli görünəcək məntiqə aşkar yanıt verir.
Digər bir haldan yanaşsaq, tədqiqatçı burada Buğac igidli-
yilə Uruz igidliyi arasındakı bağlılığı bir kontekstə çəkir və bu-
nunla Uruz qəhrəmanlığının yeni bir əlamət-nişanını təsnif edə-
rək belə yazır: ”Çünki Buğac igidlik göstərəndə Dədə Qorqud
onun atası Dirsə xana məsləhət görmüşdür ki, Buğaca bəylik və
taxt, bədəvi at və qoyun, qızıl dəvə və ev, nəhayət, çiyni quşlu
don-cübbə versin. Bu, etnosa bağlı müəyyən bir etiketdir ki, hə-
min etiket vasitəsilə kiminsə igidliyi təsdiqlənmiş olur. Belə-
liklə, tövlə-tövlə ata sahiblik Uruzun igidliyinin etiraf faktıdır”.
Dostları ilə paylaş: |