Əbülfəz Əzimli
_____________________________________
100
Deməli, Eposda qəhrəmanlıq motivləri konkret situasiya və
vəziyyətlərdən əlavə, həm də kişilik, hünər, ərdəmi keyfiyyətlərlə
bağlıdır və hər bir Oğuz igidi həm xalq içərisində sanballı
görkəmi ilə söz sahibi olma keyfiyyətlərinə malik olan şəxsdir.
Burada kişilik-ərdəmlik keyfiyyətlərinin dərəcəsi məsələsi də
başqa bir meyara çevirimli haldadır: Oğuz kişisi oturuşmuş,
müdrik bir alim, daha doğrusu, özündə ali məqamları təcəssüm
etdirən igid deməkdir. Bütün bunlar ümumilikdə Oğuzlarda igid-
lik meyarlarının məzmun faktlarına aid olan məsələlərdir.
Uruz igidliyinin başqa səhifələri də vardır: onlardan daha
bir düzümü “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu
boy”da açılır. Boyda Qazan xanla Uruzun ”qarşılaşması” müna-
sibətləri və bu münasibətlərdə Uruzun bir övlad kimi Qazan
xana dediyi “hünəri oğul atadan görər”- fikri Uruzun döyüşlərə
aparılmaması faktına işarədir.
Beləliklə, bu qarşılıqlı münasibətlərdən sonra Qazan xan oğ-
lu Uruzla ova çıxır: “əsas məqsəd budur ki, hünər göstərdiyi yer-
lərlə oğlunu tanış etsin”, lakin kafirin on altı minlik qoşunu gəlir,
döyüşdə Uruz da əsir düşür: “ikinci boydakı vəziyyət gözlənil-
mədən təkrar edilir. Yenə də Uruz qələbə əvəzinə dustaq düşür”:
Qazan xanın bundan xəbəri olmur, oğlunu anasının yanına qaçan
qorxaq adlandırır və onu “altı yerə böləcəyi” ilə hədələyir; “lakin
yurda qayıdanda bəlli olur ki, Uruz bəylərin dediyi kimi “quş
ürəkli deyilmiş. Xan qızının təkidi ilə Qazan van oğlunun arxa-
sınca yollanır. Barla Xatun da öz dəstəsi ilə gəlir və bəylərin
birliyi nəticəsində Uruz Dərbənddə dustaqlıqdan azad edilir”.
Bütün bu yanaşmalar onu göstərir ki, tədqiqatçı özünə-
məxsus izahlarını kompozisiyalı hala salır, məsələlərə mətn
dramatizmi sintezindən açıqlama verir, bədii sirrə, mətnaltı məz-
muna ardıcıl müqayisələrlə aydınlıq gətirir; məsələn, məzmun-
ları tutuşdurur, əhvalatların xarakterindəki sabitliyi nəzər-diq-
____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı
101
qətə çatdırır. Bununla o təsbit olunur ki, hər bir faktın içərisində
bir gizli məntiq məzmunu vardır. Məsələn, ardıcıl olaraq, süjet-
dəki dinamiklik, əhvalatların yüksək dramatik səciyyə alması –
bütövlükdə Dastandakı struktur poetikanın əlamətləridir. Digər
bir poetika inikasından götür-qoy etsək, bu aşkar olar ki, Qazan
xanın oğlu Uruza göstərdiyi maraq və diqqəti Uruzun şəxsiyyət
kimi formalaşması istəklərinin nəticəsidir. Belə ki, dördüncü
boyun – “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”un
əvvəlində Qazan xanın öz oğlu Uruz haqqındakı “düşüncələri,
yəni onun gələcəkdə taxt-taca sahib çıxmağı barədə arzusu bir
daha sübut edir ki, eposun mətnində Uruza olan ardıcıl marağın
real bir səbəbi var: çünki Uruz Qazanın oğlu, Bayındır xanın
nəvəsidir” ( *Əliyev K.,səh.57). Bu müqayisəli açımda Kamran
Əliyev faktları bir düzən üstünə yığır və hər bir faktın özü-
nəməxsus yerinə, ifadə taktına və məqamına dair məzmunlara
aydınlıq gətirməyə çalışır: və bu təzahürdə aydın olacaq əsas
məzmun tərkibi budur ki, Uruz Eposda təsadüfi fiqur–obraz-
qəhrəman deyil; Uruz bir şəxsiyyət kimi, tipik Oğuz qəhrəmanı-
dır, o, atası Qazan xana və babası Bayındır xana layiq övladdır.
Müqayisə-tutuşdurmanın daha bir səhnəsinin on birinci
boyda – “Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas
etdiyi boy”unda əks olunduğunu söyləyərkən Kamran Əliyev bu
faktı vurğulayır ki, boyda “gənc Uruz özü-özünü tanıyır:
“– Məgər, xanım, Qazanın bir oğlancığı vardı, böyüdü,
yigidcik oldu. Bir gün ata binib divana gəlürkən bir kişi aydır:
– Məgər sən Qazanın oğlu degilsən?”-dedi.
Uruz qaqdı, aydır: ”Mərə qavat, mənim babam Bayındır
xan degilmidir”.
Ayıtdı: “Yox ol, ananın babasıdır, sənin dədəndir”.
Uruz: “Mərə, ya bənim babam ölümüdür, dirimidir?—dedi.
Böylə degəc oğlan məlul oldu, atını qayıtdı, gerü döndi”
Əbülfəz Əzimli
_____________________________________
102
(*Əliyev K., səh.57).
Tədqiqatçının şərhi: “Beləliklə, təfəkkürdəki qəfil dəyişik-
lik əsl qəhrəmanlığa yol açır. Həyat sabit və sakit formadan qəh-
rəmanlığa imkan və şərait yaradan mərhələyə keçir”. Kamran bu
cür dəyişiklik və formalaşmanın başqa boylarda da yer tutduğu-
nu söyləyir: məsələn, “Uşun Qoca oğlu Səgrək boyu”ndakı əh-
valatları müqayisə nöqtəsinə çəkir: “Məgər, xanım, Uşun Qo-
canın kiçik oğlu Səgrək eyü, bahadır, alp, dəlü yigid qopdı. Bir
gün yolu bir dərnəgə uğradı, qondılar. Yemək-içmək etdilər.
Səgrək məst oldu. Tışra ayaq yoluna çıqdı. Gördü kim, öküz oğ-
lan bir qızanı çəkişür. “Mərə, noldunuz”-deyü bir şillə birinə, bir
şillə birinə urdı. Əski tonun biti, öksüz oğlanın dili acı olur. Biri
aydır: ”Mərə, bizim öksüzlügimiz yetməzmi, bizi niyə urarsan?
Hünərin var isə, qardaşın Əlincə qələsində əsirdir, var, anı qur-
tar!” – dedi” (*Əliyev K., səh.58). Bundan sonra Səgrək qardaşı-
nın əsirlikdə olduğunu öyrənir və gedib onu azad edir.
Tədqiqatçı müqayisələri tutuşdurur və belə nəticəyə gəlir
ki, “tipoloji baxış nöqtələri eyniyyət təşkil edir: Uruz atası
haqqında səhih məlumat alır və onun əsl qəhrəmanlığına yol
açılır, həmçinin Səgrək əsirlikdə olan qardaşı Əgrək haqqında
eşidir və onun qəhrəmanlığına şərait yaranır: Uruz atası Qazan
xanı xilas edir, eyni zamanda Səgrək də qardaşı Əgrəyin xilas-
karı olur” ( *Əliyev K., səh.58). Məsələnin bəzi hallarda bu cür
müqayisəli açımları Eposa xas olan Poetika sisteminin vahid və
bölünməz bir kompozisiya quruluşuna malik olduğunu göstərir.
Kamran apardığı müqayisə və tutuşdurmalarda məzmun
təhlilinə üstünlük vermişdir. Bu təsadüfi deyil, çünki məzmun
təhlili Eposun Poetikasına məxsus olan struktur dinamizmi açıq-
lamağa xidmət edir. Daha bir halda, Məzmun strukturu – bədii
strukturun bütün tərkiblərini, həm onun ifadə, üslub tipizasiyala-
rını, həm də ideya, məzmun-məna qovuşaqlarını təzahür etdirir.
Dostları ilə paylaş: |