____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı
103
Oğuzun həyatı üçün xarakterik və vacib olan nə varsa, hamı-
sı obrazların fərdi bacarıqları, onların həyat tərzi, mübarizəsi, mə-
nəvi-əxlaqi və iradi keyfiyyətləri, milli xarakterləri ilə zahir olur.
Məsələn, Uruz bütün hallarda cəsarətli, inamlı, dönməz və qorx-
maz şəxsdir; o bir igid, qəhrəman kimi bütün keyfiyyətlərilə sabit
və dramatik obrazdır. Bu keyfiyyətlər Türklüyün xarakterinə aid
əlamətlərdir. Kamran Əliyev apardığı müqayisə və paralellərlə
xətlərin ucunu belə bir məlum fakta düyünləyir ki, necə olur – Də-
də Qorqud Dirsə xan oğlu Buğaca ad verir (Buğac adı), Baybö-
rənin oğlu Beyrəyə ad verir (Beyrək adını), Aruz Qocanın oğluna
“Basat” adı verir, amma bu ənənəvi münasibətin tamamilə əksinə
olaraq, gəlib Uruza ad vermir. Və cavabı da burada nöqtələyir ki,
Uruz tanınan bəylərdəndir: o, Qazan xanın oğlu, Bayındır xanın
nəvəsidir. Yəni Uruz adlı-sanlı nəsildəndir, adı da var, məqamı da.
Kamran Əliyev bütün bu təhlil-təfsirləri onunla bağlayır ki,
Uruz öz yaşıdlarından fərqlənir və “Eposun strukturunda aparıcı
bir mövqe daşıyır”. Eposda qəhrəmanlara məxsus struktur
mövqelərin bir qismi Uruzun şəxsiyyəti, milli mənsubiyyəti
məsələləri ilə bağlıdır. Uruzun qəhrəmanlığının bütün tipoloji
əlamətləri Oğuz xarakterindən irəli gəlir.
Bu fakt strukturunu tədqiqatçı, doğru olaraq, belə bir seman-
tikada yekunlaşdırır ki, bütün bunların sayəsində “bəlkə, belə de-
mək olar ki, “Dədə Qorqud” eposunun mətnində ayrıca bir “Uruz”
Oğuznaməsi var. Düşünmək olar ki, eposla bağlı epik ənənə daha
çox hakimiyyət şəcərəsinin təsiri ilə yaranan ənənədir. Uruz isə, hər
şeydən qabaq, eposda epik ənənənin qoruyucusudur. Həyatda
sayılıb seçilən nəsil ənənəsi, yəni şəcərəsi olan və həyatda şəcərə-
sini qorumağı bacaran eposda da epik ənənəni qorumağa daha çox
səlahiyyətlidir” (*Əliyev K.,səh.60-61). Deməli, Uruz bütün başqa
qəhrəmanlardan fərqli daha bir qəhrəmanlıq keyfiyyətinə malikdir:
Uruz səlahiyyətli qəhrəmandır.
Əbülfəz Əzimli
_____________________________________
104
Ümumi estetik qənaətimizə nəzərən, belə deyə bilərik ki,
Kamran Əliyevin təhlillərinin yeni bir əlaməti konkret olaraq, belə
bir əlamətə bağlıdır ki, bu təhlillərdə qəhrəmanın təbiəti ilə əla-
qədar sintezlərdə Epos Poetikasına məxsus tipoloji koordina-
siyalar müəyyənləşdirilir və açıqlamalar da bu əsaslarda aparılır.
Və bütün bunlar bir daha onu inikas etdirir ki, Kamran “Ki-
tabi-Dədə Qorqud”dakı qəhrəmanlara onların həyatdakı və cə-
miyyətdəki çəkiləri mizanından yanaşır və dastanlardakı bədii
ifadə sistemində əks olunan təqdimləri də bu meyardan açıqlayır.
Beləliklə, əsas amil o olur ki, hər bir obraz öz nüvəsinə
malikdir və həmin obraz yalnız zahiri məzmunlardan deyil,
ən əsası daxili məzmunlar qatından araşdırılmalıdır. Hər ob-
razın içində də bir obraz var: bu, yuxarıda işarə etdiyimiz
kimi, hər bir məzmunda başqa bir məzmunun da inikas
etməsi deməkdir. Bu, struktur poetika məntiqinə daxildir.
Bu strukturalizmdə Oğuz qəhrəmanlarının hər biri müxtəlif məz-
mun və ifadə-inikas bucaqlarına malikdir: bütün məzmunlarda o
obrazlar tipik və dramatikdir.
Digər bir mühüm nişan da vardır: hər bir Öz məzmun
başqa bir Öz məzmunla rabitəlidir. Bu, məzmun və özündə
məzmun deməkdir: məzmun içində məzmun bədii inikasın
batini dilidir: batini dil poetikanın üslub yatımında xüsusi rol
oynayır və bu batini dili anlamadan mətnin məzmun və forma
strukturundakı məna və nişanları açıqlamaq olmaz. “Kitabi-
Dədə Qorqud” dastanlarının poetika nişanları həm də batini
məzmun nişanları ilə rabitəlidir. Eposun qəhrəmanları bu
məzmun vəhdətindən daha canlı və dolğun xarakterizə edilir.
Və ümumilikdə, bədii ifadə strukturlarında bədii əlaqələrin
dinamik xarakterinin düzgün şəkildə müəyyənləşdirilməsi obrazla-
rın bir tip kimi daha geniş məzmunlardan açımını təsbit etmiş olur.
____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı
105
2.5. BUĞAC OBRAZININ MƏNŞƏ VƏ MİLLİ
XARAKTER SƏCİYYƏLƏRİ ÜZRƏ TƏHLİL-TƏSNİF
Kamran Əliyevin qəhrəmanlar üzrə tədqiq və açımları ilk
baxışda görünən və görünməyən, əslində mətnin məzmun struk-
turunda inikas edən özəlliklərə bağlıdır: bu özəlliklərdə bədii-
psixoloji vəziyyətlər də xüsusi rol oynayır.
Budur, digər surətlər kimi Dirsə xan oğlu Buğac obrazının
təhlili poetizmində də tədqiqatçı obrazın-qəhrəmanın psixoloji
baxımdan tipoloji xarakterinin inikası problemini əsas götürür:
bu tipolojilik, hər şeydən əvvəl, Eposda xalq təfəkkürünün və
xalq həyatının inikası semantikası ilə bağlıdır.
Kamran Əliyevin “Kitabi-Dədə Qorqud”un əldə edilən
mətn strukturunda birinci sırada dayanan “Dirsə xan oğlu Buğac
boyu”nun qəhrəmanı Buğac haqqındakı təhlilləri də bədii faktlar
və tipoloji açımlar sistemi üzərində qurulmuşdur. Bu zaman
tədqiqatçı bir məqsəd olaraq boylardakı “süjetin, təsvir edilən
hadisə və əhvalatın real çözümü ilə” bilavasitə “qəhrəmanın
özünün mövqeyinin açılışı və təyini” məsələsinə xüsusi bucaq
və guşələrdən diqqət yetirmişdir.
Elmi-nəzəri nizamdan yanaşsaq, bunu xüsusi qeyd etmə-
liyik ki, bədii strukturalizmdə, habelə bədii poetika aləmində
hər hansı bir faktın məzmunu ilə bədii təsvir-tərənnüm məz-
munu bir-birini səciyyələndirir: həm də bir- birini izah edir,
bir-birini nizamlayır, bir-birini tamamlayır. Başqa cür desək,
fakt məzmunu, yaxud məzmun faktı ilə bədii ifadə məzmunu
poetikada əlahiddə strukturdur: onlar (məzmunla bədii ifadə)
arasındakı sintaktik kompozisiyalar nizamlıdır; bu mənada o
faktlar arasında bir-birindən ayrılmaz ifadə, üslub, bədii məna və
məzmun, bədii forma və məzmun bağlantıları vardır.
Dastanlarda faktla bədii ifadə stili bir-birinə sığınıb, bir-birini
Dostları ilə paylaş: |