Əbülfəz Əzimli
_____________________________________
124
kişidə “əksinqilabçılıq” tapanlara qarşı kəskin mövqe tutmuş və
onlara belə cavab vermişdir: “Bu kimi məhdud düşüncəli... ədə-
biyyat tənqidçiləri, təəssüf ki, bizdə çoxdur. Bu kimi tənqidçilər
üçün öz ixtisaslarına görə çalışaraq kənd yollarını təmir etməyi
biz məmnuniyyətlə tövsiyə edirik” (“Sevil və “tənqid”. “İnqilab
və mədəniyyət” yurnalı, noyabr-dekabr 1928, N- 11-12, səh.58:
-Bax: K.Əliyev, Tənqidin poetikası. B.,2012, səh. 113). Eyni
sərrastlıq ilə M.Quliyev Sevil və digər obrazlara da özünün
konkret münasibətini bildirirdi.
Ümumiyyətlə, Mustafa Quliyev və onun kimi digərləri də
öz dövrlərində at oynadan proletar diktaturasının hökmü altında
olmuş və bütün məsələlərə ədəbiyyatşünaslığın ümumədəbi və
ümumnəzəri konseptuallığından deyil, sinfi-ideoloji meyil və ba-
xışların təzyiqindən və yanlış münasibətlərindən xilas ola bil-
məmişlər.
Mustafa Quliyev şair-dramaturq Hüseyn Cavidin dram
əsərləri haqqında da məqalələr yazmışdır. Kamranın onun bu
məqalələrində bəhs edilən məsələlərlə ilgili təhlil-təsnifləri də
tədqiq incəliyinə görə diqqətəşayandır. Mustafa Quliyev Cavidi
tənqid edərkən hansı məsələlərə önəm verirdi? Tədqiqatçı buna
cavab axtarmış və tənqidçinin müvafiq təhlil incəliklərinə diqqət
yetirmişdir. Tədqiqatçı birinci bunu nəzərə çarpdırır ki, M.Qu-
liyev Cavidin qəhrəmanlarını təhlil edərkən müasirlik meyar-
larını əsas götürürdü. Başqa bir təqdirdə, M.C.Cəfərovun fikrini
sitat gətirərək, tənqidçinin dramaturq qarşısında “yeni tələblər “
qoyduğunu vurğulayır.
Haşiyə: amma buradaca qeyd etmək gərəkir ki, M.Quliyev-
lər, yaxud hər hansı bir siyasi konstruktivizmə qapılan bir tənqidçi,
belə deyək ki, yazıçı (H.Cavid) qarşısında tələblər qoya bilməz-
tələb qoyma siyasi təmayüllərdən gələn amiranəlikdir. Və Cavid
amiranə danışanların əmrini qəbul edəcək bir şəxsiyyət deyildi.
____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı
125
Tənqidçi bədii əsərin ifadə, məzmun və forma, ideya,
üslub, süjet, kompozisiya, dil-üslub məsələlərilə bağlı təhlillər
aparıb əsəri dəyərləndirə bilər və bu zaman, istər-istəməz, əsərin
qüsurları üzə çıxacaq. Proletar (sovet) diktaturası bütün məsə-
lələrdə qüsurlar görür və siyasi dəllallığı təbliğ edirdi. Cavidi
tənqid etməyə girişənlər özlərini ifşa etmişlər.
Kamran Mustafa Quliyevin “Hazırkı türk ədəbiyyatı”
(“Kommunust” qəzeti, 7 dekabr 1926, N-218) məqaləsinə müraciət
edərək tənqidçinin “Topal Teymur” dramı haqqındakı fikirlərini
sitat gətirir. M.Quliyev yazır: “Teymur yalnız müzəffər bir xaqan
deyil, eyni zamanda ən mədəni bir insandır. Əsərin bir yerində
Teymur deyir: “Hər halda məmləkətimiz aslanlar yurdu, qartallar
yuvası olaraq qalmalı, bəlkə, dünyada ən parlaq maarif və
mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır”.
Müəllif... Teymur kimi qəddar (haqsız ittiham-Ə.T.Ə.) bir
istilaçını və o zamankı həyatı ideallaşdırır, tarixi hadisələri bilmə-
dən qarışdırır, təqlid edir” (saxta, kinli tənqid-Ə.T.Ə). Bu
fikirlərdə, sözsüz ki, proletar diktaturası rəngləri vardır və tənqidçi
Mustafa Quliyev də Hüseyn Cavidə irad tutarkən bu rənglərdən
çıxış edirdi. Mustafa Quliyevin müasir yazıçı haqqındakı fikirlərini
də misal gətirən Kamran tənqidçinin düşüncələrindəki müxtəlifliyi
nəzərə çarpdırmaq istəmişdir. Mustafa Quliyev həmin məqalədə
“müasir yazıçı” qənaətlərini belə ifadə edirdi: “Doğrudan-doğruya,
müasir bir yazıçı olmaq üçün öz dünyagörüşü etibarilə irəlidə
durmuş türk oxucusundan irəli dayanmalı, məlumatca zəngin, dərin
nəzəri düşüncəli, geniş bilikli, bədii ustalığa malik olmalıdır”.
Hüseyn Cavid kimi dahilər bu keyfiyyətlərdən və bundan
da dərin estetik mizanlar çox-çox dərin yazıçıdır. Mustafa Quli-
yevin fikirlərindəki “müasirlik” ölçüsü sovet-bolşevik quruluşu-
nun təbliği deməkdir. Bu isə, Cavid kimi sənətkarların bədii dü-
hasına, şəxsiyyətinə yad idi. Cavid məhəlli və sinfi məzmunlar
Əbülfəz Əzimli
_____________________________________
126
və fikirlər məhbəsinə qapılmamışdır: o, bəşəri ideallar, huma-
nizm və yüksək mənəvi-əxlaqi dəyərlər təbliğ edirdi.
Təbii ki, 70-ci illər havasında tələbə Kamran Əliyev bu
məsələlərin açımına girişməmiş, əsasən, Mustafa Quliyevin mə-
qalələrini ayrı-ayrılıqda təqdim etmiş, tənqidçinin yaradıcılıq
yoluna dair müəyyən məlumatlar vermişdir.
Kamran Əliyev 80-ci illərdə tənqidçi və ədəbiyyatşünas-
ların yaradıcılığından bəhs edən məqalələr yazmış, bu məqa-
lələrdə özünəməzsus yanaşma və tədqiq ustalığı göstərmişdir.
Kamran Əliyevin tənqid və ədəbiyyatşünaslıq sahəsindəki
yazıları mövzu və xarakter baxımından rəngarəngdir. O, “Ədəbi-
tənqidi fikrin imkanları (“Azərbaycan” jurnalının 1980-ci il ma-
terialları əsasında” (1980-1981), “F.Köçərlinin sənətkarlıq məsə-
lələri” (1981), “Mir Cəlal Paşayev – tənqidçi və nəzəriyyəçi
alim” (1981), “Hüseyn Cavid və ədəbi tənqid” (1982), “Əli Na-
zimin tənqidçilik sənəti” (1982), “Feyzulla Qasımzadənin Azər-
baycan ədəbiyyatşünaslığındakı rolu” (1983), “Kamal Talıb-
zadə-təmkinli elmi yaradıcılıq” (1983), habelə “Romantik tənqid
və Sabir”, “Ədəbi tənqiddə bədiilik” kimi məqalələri ilə ayrı-
ayrı tənqidçilərin elmi fəaliyyətlərini araşdırmış, konkret mövzu-
larda təhlillər aparmışdır. Məsələn, Kamran tənqidçi və ədəbiy-
yatşünas Firudin bəy Köçərlinin elmi fəaliyyətində sənətkarlıq
məsələlərinə həsr etdiyi məqaləsində görkəmli ədəbiyyatşünasın
ədəbi-tənqidi baxışlarının ayrı-ayrı tərəflərini araşdırmışdır.
“Hüseyn Cavid və ədəbi tənqid” yazısında böyük şairə mü-
nasibətin müxtəlif tərəflərini işıqlandırmışdır. Ədəbiyyatşünas Mir
Cəlal Paşayevdən bir tənqidçi, nəzəriyyəçi alim kimi söz açmış,
ədəbiyyatşünas Feyzulla Qasımzadənin Azərbaycan ədəbiyyatı
tarixinin tədqiqindəki xidmətlərini dəyərləndirmiş, tənqidçi-ədə-
biyyatşünas Kamal Talıbzadənin tədqiq və təhlillərinə xas olan
elmiliyin xüsusi əlamətlərini diqqət mərkəzinə çəkmişdir.
Dostları ilə paylaş: |