Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə38/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   34   35   36   37   38   39   40   41   ...   101

www.vivo-book.com 

 

188 



–  Yaxşı  perspektiv  deyil.  –  Çijov  arxa  görüntü 

güzgüsünə  baxdı.  –  Heç  nədən  qorxmadan  həyasızcasına 

gəlirlər.  

–  Nədən  qorxsunlar  ki?  Sənədləri  qaydasındadır. 

Qanunu 

pozmurlar. 



Əksinə, 

sənin 


özünəməxsus 

cangüdənlərindir. Əgər kimsə qərara gəlsə ki, biz həddimizi 

aşmışıq və bizi aradan götürmək lazımdır, onlar buna imkan 

verməyəcəklər,  buna  əmin  ola  bilərsən.  Onlara  lazımdır  ki, 

biz sağ qalaq və bu işdə hansısa izə düşək. Bax onda onlar 

bizdən əl çəkib həmin izlə bizim bütün xidmətimizdən daha 

sürətli gedəcəklər. 

– “Ampeks”də də axtarış aparmaq lazım deyil? 

–  Mütləq  lazımdır.  Elə  səhər  axtarış  üçün  sanksiya 

imzala.  Mən  də  uşaqlarla  gedəcəyəm.  Orda  təhqiqatın 

nəticələrindən  asılı  olmayaraq,  maraqlı  çox  şey  ola  bilər. 

Sən  məni  işə  apar,  mən  bir  az  oturub  düşünmək  istəyirəm. 

Bəlkə  köhnə  tanışları  xatırlayaram,  hansısa  əlaqələri 

yoxlayaram. Üstümüzdə ard-arda iki qətl var və heç bir işıq 

ucu görünmür.  



www.vivo-book.com 

 

189 



Çijov  maşını  Daxili  İşlər  İdarəsinə  çevirib  Mixeyevi 

düşürdü.  Maşınlardan  birinin  milis  binasından  yüz  metr 

məsafədə  dayandığını  sezib  sükanı  qəfil  əks  istiqamətə 

döndərərək qazı basdı. Onu izləyən maşın da ani olaraq sürət 

yığıb onun manevrini təkrar etdi. Bununla da sanki hər cür 

kələyin perspektivsizliyinə işarə edirdi. 

Evə  lap  qaranlıqda  çatdı.  Maşını  avtodayanacaqda 

saxlayıb  qapını  əsəbi  tərzdə  çırparaq  evinə  yollandı. 

Moskvanın bu sakit, gözdənkənar küçəsində fənərlər çoxdan 

yanmırdı. 

O,  Mixeyevin  sözlərini  düşünərək  ayağının  altına 

baxa-baxa  gedirdi  ki,  birdən  qarşısında  dayanmış  üç  oğlanı 

gördü.  Onlar  evinə  tərəf  gedən  qaranlıq  keçidi 

bağlamışdılar. 

– Siqaretin olmaz? – onlardan hündürboy, xoşagəlməz 

biri cır, bəlkə də soyuqlamış səslə soruşdu. 

–  Desəm  ki,  çəkmirəm,  döyəcəksiniz?  –  Yevgeni 

gülümsədi. 




www.vivo-book.com 

 

190 



– Bax ha, – ikinci xırıldadı, – hər şeyi də bilir. Yox, 

döyməyəcəyik.  Gödəkcəylə  saatı  ver,  sonra  rədd  ola 

bilərsən. 

– Uşaqlar, artıq gecdir, – Çijov dedi, – mənsə yaman 

yorulmuşam. Gəlin, sülhlə ayrılaq. 

– Bax bir gör, nə diribaşdır, – ikinci dedi. Bundan lap 

xəstə  səsi  çıxırdı.  Bəlkə,  ona  görə  ki,  bütün  vaxtlarını  açıq 

havada keçirirdilər. Hobbiləri əlbəttə ki, orijinal idi. 

– Gödəkcəni çıxart, – birinci dedi. Hələ ki onun əlində 

heç nə yox idi. 

Daha mübahisə etmək istəmədi. 

– Mən prokurorluğun müstəntiqiyəm, uşaqlar, – Çijov 

yorğun səslə dedi, – evinizə gedin. Gecdir. 

–  Bilirik,  necə  müstəntiqsən.  Olsaydın,  çoxdan  silah 

çıxarardın. Bizimlə oyun oynama. Biz qorxaqlardan deyilik, 

–  ikinci  dedi,  –  hardan  olduğunun  fərqi  yoxdur.  Dedim  ki, 

gödəkcəni çıxart. – Onun əlində bıçaq göründü. 

“Dalaşmalı olacam”, – Çijov məyusluqla düşündü. 

Bu vaxt arxasında inamlı səs eşidildi. 

– Tələsmə, oğlan. 




www.vivo-book.com 

 

191 



Geri 

çevrildi. 

Arxasında 

onun 


daimi 

müşahidəçilərindən,  görünür,  idmançı  olan  iki  hündürboy 

oğlan  dayanmışdı.  Onlardan  birinin  saçları  tünd  idi,  yəqin 

ki, gürcüydü. Digəri – danışansa sarışın idi. 

–  Sən  kimsən?  –  xəstə  səsli  oğlan  soruşdu.  –  Get 

burdan. 


–  Rədd  ol  deyirəm,  oğlan,  –  danışanın  bas  səsi 

eşidildi, – yoxsa səninçün pis olar. 

–  Bəlkə  mən  gedim,  özünüz  hesablaşarsınız,  –  Çijov 

təklif  etdi.  –  Bu  gün  işim  çox  olub.  Yorğunam.  İşinizi 

birtəhər mənsiz həll edin. 

–  Get,  əzizim,  –  onu  müşayiət  edənlərdən  ikincisi 

nəzakətlə,  xarakterik  gürcü  ləhcəsiylə  dedi,  –  və  heç  nədən 

narahat olma. Onları öldürməyəcəyik. Bir az başa salacağıq. 

Şəhərdə özünü belə aparmaq olmaz, yaxşı deyil. 

Hardan peyda olduqları bilinməyən bu müdafiəçilərin 

özünə  əminliyi  hücum  edənləri  açıq-aşkar  çaşdırmışdı. 

Amma onların  əlində hələ heç nə yox idi. “Xəstə” bıçağını 

yellədi. Geri çəkilmək həm ayıb idi, həm də qeyri-mümkün. 

Yoldaşları ona baxırdı. 




www.vivo-book.com 

 

192 



“Xəstə” çox cəld bir şəkildə sarışının üstünə atılmağa 

cəhd  etdi.  O  isə  heç  yerindən  tərpənmədən  yalnız  əlini 

qaldırdı və oğlan palçığa tərəf uçdu. 

–  Ay  səni!..  –  əlində  beşbarmaq  tutan  hündürboy 

oğlan  irəli  çıxdı.  Amma  üzünə  dəyən  sarsıdıcı  zərbədən 

sonra beşbarmağı yerə saldı və yıxıldı. 

–  Gedin,  –  gürcü  Çijovdan  xahiş  etdi,  –  sizə  burda 

olmaq  vacib  deyil.  Gecəniz  xeyrə  qalsın.  Onları 

öldürməyəcəyik, sizə söz verirəm. 

– Hesablaşmanızı qurtarın uşaqlar, – Çijov xahiş etdi 

və  hücum  edənlərə  müraciətlə  əlavə  etdi:  –  Siz  ki 

görürsünüz, 

onlar 

peşəkardırlar. 



Sizdə 

sağ 


yer 

qoymayacaqlar.  Bəsdir  şuluqluq  saldınız,  uşaqlar.  Gecdir 

daha. 

“Xəstə”  dəli  bir  qışqırıqla  Çijovun  özünə  hücum 



edərək  az  qala  onu  bıçaqlayacaqdı.  Çijov  yayınmağa  macal 

taparaq onu itələdi. 

– Cəhənnəm olun, – o hirsləndi, – özünüz bilərsiniz! – 

O,  hücum  edənlərin  üçüncüsünü  çiyniylə  itələyib  cəld  evə 

tərəf addımladı. 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə