36
EcoVision
ATİB XƏBƏRLƏRİ
müəssisələr təltif edilib və əməyin mühafizəsi mövzu-
sunda videoçarx nümayiş olunub.
atİB sədri iştirak edib niderlandın milli bayramı
- Kral Günü ilə bağlı keçirilən tədbirdə
30 aprel 2015-ci ildə Niderlandın milli bayramı - Kral
Günü ilә bağlı keçirilən tədbirdə Azərbaycan Türkiyə İş
Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yangın da iş-
tirak edib. O, çıxış edərək Niderland səfirini milli bayram-
ları münasibətilə təbrik edib. Niderland və Azərbaycan
arasında olan ticari əlaqələrə toxunan ATİB sədri bu
əlaqələrin daim yüksək səviyyədə olacağına inanıb.
atİB İdarə Heyəti türkiyənin 11-ci prezidenti cənab
abdullah Gülün şərəfinə ziyafətdə iştirak edib
30 aprel 2015-ci ildə Türkiyənin Azərbaycandakı
səfirliyində Türkiyənin sabiq prezidenti Abdullah Gülün
şərəfinə ziyafət təşkil olunub.
ziyafətdə Azərbaycan Türkiyə İş Adamları Birliyi
İdarə Heyətinin sədri Cemal Yangın, sədr müavini Cem
Becel, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, İsmail Şa-
hin, Oktay Vayiç, Ali Gümüş, Fariz Əmirov, ATİB üzvləri
Azər Hətəmov, Altan Şentürk, Oğuz Pardun, Fatih Gü-
ven iştirak edib. ziyafətdə Azərbaycan Prezidentinin
köməkçisi Əli Həsənov, Baş Nazirin müavini Abid Şərifov,
Ali Məhkəmənin sədri Ramiz Rzayev, Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, parla-
mentin vitse-spikerləri ziyafət Əsgərov və Bahar Mura-
dova, Şeyxülislam Hacı Allahşükür Paşazadə, deputatlar,
KİV rəhbərləri, ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edən Abdullah Gül Azərbaycanın
bölgələrində olduğunu, son günlər isə Bakının bir çox
yerlıri ilə tanış olduğunu deyib. O, Bakının, ümumilikdə
Azərbaycanın inkişafının göz önündə olduğunu, bu
dəyişikliyə şahidliyini, Azərbaycan Prezidenti İlham Əliyevin
bu inkişafda misilsiz rolunun olduğunu qeyd edib.
Baş nazirin müavini Abid Şərifov qonağı salamla-
yıb, onunla tanışlıq tarixindən danışıb, Abdullah Gülün
hər zaman türk xalqlarının və dövlətlərinin inteqrasiyası
üçün çalışdığını vurğulayıb.
25 aprel 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi üzvləri artıq ənənə formasına düşmüş səhər yeməyində
toplaşdılar. Müasir iş dünyasında formalaşmış yenilikləri Azərbaycana gətirən ATİB bu ənənə ilə üzvləri arasında işgüzar
münasibətlərin qurulmasını və üzv şirkətlərin bir-birini daha yaxından tanımasında vasitəçilik etməyi nəzərdə tutur.
Səhər yeməyində həmçinin Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları da iştirak etdi. ATİB
İdarə Heyəti sədrinin müavini, "Azərbaycan Koka Kola Bottlers Ltd." MMC-nin baş direktoru Cem Becel "Sürətli İs-
tehlak Məhsulları Bazarı, Satış Marketinq Texnikaları və Dağıtım Modelleri” mövzusuna aydınlıq gətirmək məqsədilə
səhər yeməyinə qatıldı. Səhər yeməyində qonaqları ATİB İdarə Heyətinin sədri Cemal Yangın salamladı. Səhər yeməyi
üçün üzvlərin toplanmasını yeni bir ünsiyyət forması kimi dəyərləndirən ATİB sədri qeyd etdi ki, bu təşəbbüs əlverişli
əməkdaşlıq imkanları yaradır, habelə münasibətlərin inkişafına töhfə verir. Səhər yeməyinin sonunda yeni üzvlərə
plaket təqdim edildi.
atİB üzvləri növbəti səhər yeməyinə toplaşdılar
37
Holiday ınn Baku (“Marine Plaza” MMc)
Roman Kofler
Tel: (012) 599 11 00/01
Ünvan: Kövkəb xanım Səfərəliyeva, 5
Bakının biznes və əyləncə rayonunun qəlbində yerləşən
“Holiday Inn Baku” biznes və istirahət edən səyahətçilər
üçün ideal seçimdir.
Yeni dördulduzlu superior hotel 223 qonaq otağı, 18
suit daxil olmaqla 3 lüks rezidensiyadan (dairədən) ibarətdir.
Otaqlar Xəzər dənizi və Bakı şəhərinin gözəl, nəfəskəsici
mənzərəsi, mehmanxanada qalan hər bir qonağın rahatlıq
arzusunu təmin edə biləcək beynəlxalq standartlara uyğun
təchiz olunub.
Bundan əlavə, qonaqlara müxtəlif mətbəxlərin dadlı
təamları, qapalı hovuz, spa və müasir fitnes mərkəzi,
müalicə, sauna və buxar otaqları təklif olunur.
• Geniş otaqlar və rahat çalışma sahələri
• Tam xidmətli restoran və bar
• Qaldığınız müddətdə özəl "Priority Club” xalları qazan-
maq imkanı
• Tam təchiz olunmuş konfrans zalları
• Böyük anket zalı və geniş ön sahələr
• Mehmanxananın istənilən sahəsində yüksəksürətli li-
mitsiz internet xidməti
Yerləşmə
Şəhərin mərkəzində, Kövkəb xanım Səfərəliyəva
küçəsində yerləşən “Holiday Inn Baku” mehmanxanası
Bakının ticari və əyləncə məkanlarına yaxın, Heydər Əliyev
Hava Limanına maşınla 25 dəqiqəlik məsafədədir.
Restoran və bar
“Holiday Inn Baku” kulinariya komandası əmindir ki,
həmçinin qurmanlar da burada qonaq olmaqdan zövq
alacaqlar. Sagi bar və Mezzanine Lounge sərinləşdirici
kokteyllərin, hər növ içkilərin və hər kəsin zövqünə uyğun
yeməklərin geniş seçimini təqdim edir.
24 saat fəaliyyət göstərən otaq xidmətindən də istifadə
edə bilərsiniz. 18-ci mərtəbədə yerləşən “Marina 18 A La
Carte” restoranında zəngin səhər yeməyi və qəlyanaltı ve-
rilir.
Axşamlar “Marina 18” restoranında Aralıq dənizi
mətbəxi ilə Azərbaycan mətbəxinin seçilmiş yeməkləri
təqdim edilir.
“Holiday Inn Baku” mehmanxanasının “Inn Spa & Gym”
Sağlamlıq Mərkəzində tam təchizatlı spa və müasir fitnes
salonu fəaliyyət göstərir. Buxar hamamı, saunalar və qapalı
hovuz, müalicə otaqları sizləri özünüzü cavan hiss etməyə
və rahat dincəlməyə dəvət edir. Biz qonaqlarımıza zəmanət
veririk ki, “Holiday Inn Baku” hoteli biznes və asudə vaxtınızı
keçirmək üçün seçilmiş mehmanxanalardan biridir.
Sizi burada gözləyir
• Pulsuz yüksəksürətli internet
• Camaşırxana və kimyəvi təmizləmə xidməti
• İstəyinizi nəzərə alaraq “yuxudan oyandırma” xidməti
• 24 saat otağa yemək sifarişi xidməti
• Siqaret çəkilməyən otaqlar
• Dünya kanalları ilə təmin olunmuş genişekranlı plazma
televizor
• Biznes mərkəzi
• Fitnes mərkəzi
• Dayanacaq
• Qapalı hovuz
• Genış, işıqlı konfrans otaqları
Konfrans otaqları
Əgər siz korporativ və şəxsi görüşlər üçün yer
axtarırsınızsa, o zaman “Holiday Inn Baku” ən düzgün
ünvandır. Mükəmməl görünüşə malik, işıqlı, 595 kvadratmetr
ölçüdə olan konfrans və banket zalı sizin ixtiyarınızdadır.
Əsas konfrans zalında 400-dək nümayəndə yerləşdirmək
imkanını və bununla bərabər bir neçə kiçikölçülü konfrans
zalı da sizin xüsusi ehtiyac və istəklərinizi tam təmin edəcək.
2004-cü ildən fəaliyyətə başlayan Azərbaycan Türkiyə İş Adamları Birliyi üzv şirkətlər üçün yeni biznes
imkanlarının yaradılması istiqamətində fəaliyyət göstərir və şirkətlərin biznesdə uğur qazanması üçün
imkanları çərçivəsində hər cür dəstək verir. Məhz bu çalışma nəticəsində təşkilatla əməkdaşlıq etmək
istəyən və özünü birliyin bir üzvü olaraq görən şirkətlərin sayı artır. ATİB yeni üzvlərini salamlayır və bun-
dan sonra da üzvlərinin nailiyyətlərinin artırılması istiqamətində fəaliyyətlərini davam etdirəcəyini bildirir.
atİB ailəsinə yeni üzvlər qəbul edildi