EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

36

EcoVision

ATİB XƏBƏRLƏRİ

müəssisələr  təltif  edilib  və  əməyin  mühafizəsi  mövzu-

sunda videoçarx nümayiş olunub.



atİB sədri iştirak edib niderlandın milli bayramı 

- Kral Günü ilə bağlı keçirilən tədbirdə

30 aprel 2015-ci ildə Niderlandın milli bayramı - Kral 

Günü ilә bağlı keçirilən tədbirdə Azərbaycan Türkiyə İş 

Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yangın da iş-

tirak edib. O, çıxış edərək Niderland səfirini milli bayram-

ları münasibətilə təbrik edib. Niderland və Azərbaycan 

arasında  olan  ticari  əlaqələrə  toxunan  ATİB  sədri  bu 

əlaqələrin daim yüksək səviyyədə olacağına inanıb. 



atİB İdarə Heyəti türkiyənin 11-ci prezidenti cənab 

abdullah Gülün şərəfinə ziyafətdə iştirak edib

30  aprel  2015-ci  ildə  Türkiyənin  Azərbaycandakı 

səfirliyində Türkiyənin sabiq prezidenti Abdullah Gülün 

şərəfinə ziyafət təşkil olunub.

ziyafətdə  Azərbaycan  Türkiyə  İş  Adamları  Birliyi 

İdarə Heyətinin sədri Cemal Yangın, sədr müavini Cem 

Becel, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, İsmail Şa-

hin, Oktay Vayiç, Ali Gümüş, Fariz Əmirov, ATİB üzvləri 

Azər  Hətəmov,  Altan  Şentürk,  Oğuz  Pardun,  Fatih  Gü-

ven  iştirak  edib.  ziyafətdə  Azərbaycan  Prezidentinin 

köməkçisi Əli Həsənov, Baş Nazirin müavini Abid Şərifov, 

Ali Məhkəmənin sədri Ramiz Rzayev, Dini Qurumlarla İş 

üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, parla-

mentin vitse-spikerləri ziyafət Əsgərov və Bahar Mura-

dova, Şeyxülislam Hacı Allahşükür Paşazadə, deputatlar, 

KİV rəhbərləri, ziyalılar iştirak ediblər.

Tədbirdə  çıxış  edən  Abdullah  Gül  Azərbaycanın 

bölgələrində  olduğunu,  son  günlər  isə  Bakının  bir  çox 

yerlıri  ilə  tanış  olduğunu  deyib.  O,  Bakının,  ümumilikdə 

Azərbaycanın  inkişafının  göz  önündə  olduğunu,  bu 

dəyişikliyə şahidliyini, Azərbaycan Prezidenti İlham Əliyevin 

bu inkişafda misilsiz rolunun olduğunu qeyd edib.

Baş  nazirin  müavini  Abid  Şərifov  qonağı  salamla-

yıb, onunla tanışlıq tarixindən danışıb, Abdullah Gülün 

hər zaman türk xalqlarının və dövlətlərinin inteqrasiyası 

üçün çalışdığını vurğulayıb. 

25 aprel 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi üzvləri artıq ənənə formasına düşmüş səhər yeməyində 

toplaşdılar. Müasir iş dünyasında formalaşmış yenilikləri Azərbaycana gətirən ATİB bu ənənə ilə üzvləri arasında işgüzar 

münasibətlərin qurulmasını və üzv şirkətlərin bir-birini daha yaxından tanımasında vasitəçilik etməyi nəzərdə tutur. 

Səhər yeməyində həmçinin Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları da iştirak etdi. ATİB 

İdarə Heyəti sədrinin müavini, "Azərbaycan Koka Kola Bottlers Ltd." MMC-nin baş direktoru Cem Becel "Sürətli İs-

tehlak Məhsulları Bazarı, Satış Marketinq Texnikaları və Dağıtım Modelleri” mövzusuna aydınlıq gətirmək məqsədilə 

səhər yeməyinə qatıldı. Səhər yeməyində qonaqları ATİB İdarə Heyətinin sədri Cemal Yangın salamladı. Səhər yeməyi 

üçün üzvlərin toplanmasını yeni bir ünsiyyət forması kimi dəyərləndirən ATİB sədri qeyd etdi ki, bu təşəbbüs əlverişli 

əməkdaşlıq imkanları yaradır, habelə münasibətlərin inkişafına töhfə verir. Səhər yeməyinin sonunda yeni üzvlərə 

plaket təqdim edildi.



atİB üzvləri növbəti səhər yeməyinə toplaşdılar


37

Holiday ınn Baku (“Marine Plaza” MMc) 

Roman Kofler

Tel:  (012) 599 11 00/01

Ünvan: Kövkəb xanım Səfərəliyeva, 5

Bakının biznes və əyləncə rayonunun qəlbində yerləşən 

“Holiday  Inn  Baku”  biznes  və  istirahət  edən  səyahətçilər 

üçün ideal seçimdir.

Yeni  dördulduzlu  superior  hotel  223  qonaq  otağı,  18 

suit daxil olmaqla 3 lüks rezidensiyadan (dairədən) ibarətdir. 

Otaqlar  Xəzər  dənizi  və  Bakı  şəhərinin  gözəl,  nəfəskəsici 

mənzərəsi, mehmanxanada qalan hər bir qonağın rahatlıq 

arzusunu təmin edə biləcək beynəlxalq standartlara uyğun 

təchiz olunub.

Bundan  əlavə,  qonaqlara  müxtəlif  mətbəxlərin  dadlı 

təamları,  qapalı  hovuz,  spa  və  müasir  fitnes  mərkəzi, 

müalicə, sauna və buxar otaqları təklif olunur.

•   Geniş otaqlar və rahat çalışma sahələri

•   Tam xidmətli restoran və bar

•   Qaldığınız müddətdə özəl "Priority Club” xalları qazan-

maq imkanı

•   Tam təchiz olunmuş konfrans zalları

•   Böyük anket zalı və geniş ön sahələr

•   Mehmanxananın  istənilən  sahəsində  yüksəksürətli  li-

mitsiz internet xidməti



Yerləşmə

Şəhərin  mərkəzində,  Kövkəb  xanım  Səfərəliyəva 

küçəsində  yerləşən  “Holiday  Inn  Baku”  mehmanxanası 

Bakının ticari və əyləncə məkanlarına yaxın, Heydər Əliyev 

Hava Limanına maşınla 25 dəqiqəlik məsafədədir.

Restoran və bar

“Holiday  Inn  Baku”  kulinariya  komandası  əmindir  ki, 

həmçinin  qurmanlar  da  burada  qonaq  olmaqdan  zövq 

alacaqlar.  Sagi  bar  və  Mezzanine  Lounge  sərinləşdirici 

kokteyllərin, hər növ içkilərin və hər kəsin zövqünə uyğun 

yeməklərin geniş seçimini təqdim edir.

24 saat fəaliyyət göstərən otaq xidmətindən də istifadə 

edə bilərsiniz. 18-ci mərtəbədə yerləşən “Marina 18 A La 

Carte” restoranında zəngin səhər yeməyi və qəlyanaltı ve-

rilir.


Axşamlar  “Marina  18”  restoranında  Aralıq  dənizi 

mətbəxi  ilə  Azərbaycan  mətbəxinin  seçilmiş  yeməkləri 

təqdim edilir.

“Holiday Inn Baku” mehmanxanasının “Inn Spa & Gym” 

Sağlamlıq Mərkəzində tam təchizatlı spa və müasir fitnes 

salonu fəaliyyət göstərir. Buxar hamamı, saunalar və qapalı 

hovuz, müalicə otaqları sizləri özünüzü cavan hiss etməyə 

və rahat dincəlməyə dəvət edir. Biz qonaqlarımıza zəmanət 

veririk ki, “Holiday Inn Baku” hoteli biznes və asudə vaxtınızı 

keçirmək üçün seçilmiş mehmanxanalardan biridir.



Sizi burada gözləyir

•   Pulsuz yüksəksürətli internet

•   Camaşırxana və kimyəvi təmizləmə xidməti

•   İstəyinizi nəzərə alaraq “yuxudan oyandırma” xidməti

•   24 saat otağa yemək sifarişi xidməti

•   Siqaret çəkilməyən otaqlar

•   Dünya kanalları ilə təmin olunmuş genişekranlı plazma 

televizor

•   Biznes mərkəzi

•   Fitnes mərkəzi

•   Dayanacaq

•   Qapalı hovuz

•   Genış, işıqlı konfrans otaqları

Konfrans otaqları

Əgər  siz  korporativ  və  şəxsi  görüşlər  üçün  yer 

axtarırsınızsa,  o  zaman  “Holiday  Inn  Baku”  ən  düzgün 

ünvandır. Mükəmməl görünüşə malik, işıqlı, 595 kvadratmetr 

ölçüdə  olan  konfrans  və  banket  zalı  sizin  ixtiyarınızdadır. 

Əsas  konfrans  zalında  400-dək  nümayəndə  yerləşdirmək 

imkanını və bununla bərabər bir neçə kiçikölçülü konfrans 

zalı da sizin xüsusi ehtiyac və istəklərinizi tam təmin edəcək.

2004-cü ildən fəaliyyətə başlayan Azərbaycan Türkiyə İş Adamları Birliyi üzv şirkətlər üçün yeni biznes 

imkanlarının  yaradılması  istiqamətində  fəaliyyət  göstərir  və  şirkətlərin  biznesdə  uğur  qazanması  üçün 

imkanları  çərçivəsində  hər  cür  dəstək  verir.  Məhz  bu  çalışma  nəticəsində  təşkilatla  əməkdaşlıq  etmək 

istəyən və özünü birliyin bir üzvü olaraq görən şirkətlərin sayı artır. ATİB yeni üzvlərini salamlayır və bun-

dan sonra da üzvlərinin nailiyyətlərinin artırılması istiqamətində fəaliyyətlərini davam etdirəcəyini bildirir.

atİB ailəsinə yeni üzvlər qəbul edildi



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə